İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə19/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   15   16   17   18   19   20   21   22   ...   142

58

                                            

Əsrin şairi IX 

rübələrinə daxil edib onların həzminə vaqif olmuşlarmı?”

1

 

Mən isə sualı belə qoyuram: (Məqalədə adı çəkilən sənətkar-



larla işim yox!) Cavid modernizm, dekadentizm, ekzistensializm, 

eklektizm və s. və i.a. “izm”lərlə, Qərb ədəbi və fəlsəfi cərəyanları 

ilə  nə  dərəcədə  yaxından  tanış  olmuş  və  onları  öyrənmişdir? 

Fikrimcə, o, həmin cərəyanlarla İstanbulda təhsil alarkən tanış ola 

bilərdi.  Onun  Qurbanəli  Şərifzadəyə  yazdığı  məktublarında 

İstanbul  Darülfünununda  fəlsəfəyə  dair  həm ali məktəbdə,  həm 

də Rza Tofiqdən dərs və bilik almasına aid qeydlər var. Düşünü-

rəm ki, Cavid həmin cərəyanlara aid biliyi həm darülfünununda, 

həm xüsusi olaraq müəllimi R.Tofiqdən, həm də mütaliə yolu ilə 

ala bilərdi. Onun XX əsr Avropa ədəbi və fəlsəfi cərəyanlarına la-

qeyd  qalması  mümkünsüzdü.  Qədim  və  orta  əsrlər,  yeni  dövr 

Şərq  və  Qərb  fəlsəfəsinə  dərin  maraq  göstərməsi  təbii  və 

qanunauyğun  idi.  XX  əsr  Azərbaycan  fəlsəfi  poeziyasının  rüknü 

olan  Cavidi  H.Zeynallı  və  Ə.Sultanlı  təsadüfən  Hamlet  tipli  bir 

obraz və filosof hesab etməmişlər. 

 

13 

Mən  burada  konkret  olaraq  E.Akimovanın  məqaləsi  üzə-

rində  dayanmaq  istəyirəm.  İlk  öncə  “dekadans” anlayışına 

aydınlıq  gətirmək  istəyirəm.  Dekadans  fransız  sözü  olub, 

“decadanse”  sözündən  alınmışdır.  Mənası  düşkünlük,  tənəzzül, 

zəiflik  və  s.  deməkdir.  Ümumi  anlayışda  fəlsəfədə,  estetikada, 

ədəbiyyat  və  incəsənətdə  tənəzzül,  düşkünlük mənalarını  ifadə 

edir. Daha çox özünü qeyri-realist cərəyanlarda büruzə verir. XIX 

əsrin sonu XX əsrin əvvəllərində meydana gəlmişdir. A.Süleyma-

novun  yazdığına  görə,  XIX  yüzilliyin  sonunda  dünya  ədəbiy-

yatında gerçəkdən görünməyən bir pessimist əhval-ruhiyyə – in-

sanın  həyat  qarşısında  qorxusu,  dünyanı  dəyişmək imkanlarına 

                                                 

1 Elnar


ə  Akimova.  Hüseyn  Cavid  lirikasında  dekadans.  H.Cavid yaradıcılığı 

çağdaş  təfəkkür  işığında.  (H.Cavid  –  130) Beynəlxalq konfransın  materialları, 

Bakı, 2012, s. 264.

 



         

59

 

İsgəndər Atilla 

inamsızlığı  meydana  gəldi:  sonsuz  yorğunluq,  yığın-yığın 

problemlər qarşısında çıxılmaz ruh düşkünlüyü, özünüitirmək və 

s. Fransız şairi A.de Renenin lirikasında öz bədii ifadəsini tapdı. 

“Dekadans”  termini  də  fransız  ədəbiyyatında  meydana  gəldi. 

Avropa  ədəbiyyatında  A.Rembo,  P.Verlin,  E.Verxarn,  P.M.Rilke, 

Z.Qippins və b. simvolistlər həmin cərəyanın görkəmli nümayən-

dələri oldular. A.Süleymanov yazır: “...Несколько позже, в нача-

ле  20  в.,  когда  символизм  сменили  другие  нереалистические 

течения-уманимизм,  фитуризм,  экспрессионизм,  имажи-

низм, акмеизм, - декаденс стали связывать также с ними…”

1

  



Qeyd  edilən  ədəbi  cərəyanların  heç  biri  Azərbaycan  ədə-

biyyatı  və  incəsənətində  olmamışdır.  Lakin  onların  əlamətlərini 

bəzi  şair  və  yazıçıların,  rssamların  yaradıcılığında  müşahidə 

etmək mümkündür... 



 

14 

Bəri  başdan  deyim  ki,  E.Akimovanın  məqaləsində  elmi 

cəhətdən  əhəmiyyətli  və  maraq  doğuran  məqamlar  çoxdur.  O, 

məqaləsində, belə deyək, Cavid və “izm”lər probleminə aydınlıq 

gətirməyə  çalışır.  Məqalədə  mübahisəli məqamlar  da  yox  deyil. 

Müəllif ilk növbədə Cavidin, demək olar ki, bütün tədqiqatçıları 

kimi, onu romantik sənətkar hesab edir. Şairin lirikasında Avropa 

ədəbi  cərəyanlarının  təsirini  axtarır,  görür  və  müşahidə  edir. 

Müəllifə  görə,  Cavidin  lirikasını  oxuyarkən  “ondakı  dekadansı 

görməyə  imkan  verir.  O,  əsərlərində  daim  yüksək  bəşəri  mət-

ləblərə,  dərin  ictimai-siyasi  məsələlərə  kökləndiyi  üçün  dövrün 

modernist fəlsəfi cərəyanlarından təcrid olmaması təbii prosesdir. 

Cavid  ilk  növbədə  romantikdir,  XX  əsr  romantik-fəlsəfi  şeirinin 

sütun daşıdır.”  

Düz sözə nə deyəsən?! 

Dekadans,  yaxud  dekadentizm  ana  türkcəmizcə  desək, 

tənəzzül,  pessimistlik,  ruh  düşkünlüyü,  pərişanlıq,  ümidsizlik, 

                                                 

Словарь литературоведческих терминов, Москва, 1974, с. 64.



 


60

                                            

Əsrin şairi IX 

özünüitirmə  və  s.  deməkdir.  Cavidin  narahat,  dünya 

problemlərinə  köklənmiş  cahanşümul  poeziyasına nəzər  salan 

E.Akimova  hesab  edir  ki,  şairin  həqiqət  və  azadlıq  uğrunda 

axtarışları (mən bura həqiqət və ədaləti də əlavə edərdim) “onda 

istər-istəməz, intuitiv olaraq ekzistensial (məqalədə kifayət qədər 

əcnəbi  teminlər  var)  düşüncə,  pessimist  ovqat  yaradırdı.”  O,  bu 

cəhətdən  şairin  bir  neçə  şeirinə  müraciət  edir,  fikrini  əsaslandır-

mağa cəhd göstərir və yazır: «“...Şair “gönül məhzun, hava məh-

zun, günəş məhzun, səma məhzun” kimi sürreal əhval-ruhiyyədə 

ifadə etdiyi bu şeirlərdə (“Elmi-bəşər”, “Küçük sərsəri”, “Hərb və 

fəlakət” və s. – İ.A.) bədbinliyə qapılaraq bütün kainata münasi-

bətdə ümidsizlik, ağrı, kədər ovqatından çıxış edir...» 

Məncə,  Cavid  poeziyası  üçün  bu,  çox  təbiidir!  “Şairin  bəd-

binliyinin  kökündə  dayanan  nə  idi?”  sualına  cavab  verməyə 

çalışan  müəllifə  görə,  həmin  bədbinliyi,  tərəddüdü  şərtləndirən 

səbəblərdən  biri  “şairin  Sovet  dövrünün  yazarı  olmaq  qismətini 

yaşaması  idi.”  Çox  mübahisəli,  məncə,  yanlış  fikirdir!  Əvvəla, 

mənim  fikrimcə,  Cavid  bu  haqda  heç  düşünmürdü  də!  O, 

“görkəmli sovet şairi və dramaturqu” olmaq istəmirdi və olmadı 

da! İstər çar Rusiyası dövrü olsun, istər sovet, o, bədii əsərlərində 

fikrini heç bir şeydən qorxmadan, çəkinmədən dedi və yazdı. Sər-

bəst düşündü, sərbəst yazıb-yaratdı. İkincisi, Turan Cavid atasına 

“sovet  şairi  və  sovet  dramaturqu”  deyənlərlə  həmişə  mübarizə 

aparardı  və  mən  bunun  canlı  şahidi  olmuşam.  Üçüncüsü,  mən 

“Əsrin  şairi”  silsiləsindən  yazdığım  kitablarda  bu  məsələlərə 

geniş yer vermişəm. Dördüncüsü, o,sovet dövründə, demək olar 

ki,  şeir  yazmamışdı.  O,  əsas  şeirlərini  1905-1917-ci illərdə 

yazmışdır. 

 

15 

Y.Qarayevin  fikrinə  istinad  edən  E.Akimova  düşünür  ki, 

sovet  dönəmində  ziddiyyət  hakim  ideologiya  arasında  yox, 

«bəlkə  daha  çox  “Cavidlə  Cavid  arasında  idi”.»  Müəllif  fikrini 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə