İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə18/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   14   15   16   17   18   19   20   21   ...   142

         

55

 

İsgəndər Atilla 

müharibəsindən sonra, Fransada hitlerçilərin oranı işğalından sonra 

yaranmışdır.  Bəs  Azərbaycanda?  Sualın  cavabını  açıq  buraxıram. 

Xaydeqqer və Sartr islahatlar apardıqdan sonra (artıq ikinci dünya 

müharibəsindən sonra) ekzistensializm ədəbiyyata, kino sənətinə və 

teatra  (təbiidir  ki,  kapitalist  ölkələrində)  böyük  təsir  göstərmişdir. 

“...Экзистенсиализм – это философия, проповедующая трагич-

ность  бытия,  его  алогичность,  неподвластность  человеку… 

Экзистенсиализм в целом представляет собой, по сути дела, ва-

риант  религиозного  сознания,  является  теоретическим  вос-

произведением религиозных исканий.”

1

  Və s. və i.a. 



 

Cavid  teatrında,  bütövlükdə  onun  yaradıcılığında  həmin 

izmin  əlamətlərinə,  elementlərinə  təsadüf  etmək  olar.  Lakin 

problemin  dərin  və  əsaslı  araşdırmalara  ehtiyacı  var.  Məryəm 

xanımın həmin sahədəki araşdırmaları mənə məlum deyil. Buna 

görə  də  problemin  araşdırılmasını  həmin  ideyanı  irəli  sürənin 

üzərinə qoyuram. Onun sözündən belə çıxır ki, Cavidin teatra ən 

böyük  xidmətlərindən  biri  Azərbaycan  teatrına  ekzistensializmi 

gətirməsidir.  

Əvvəla mən ekzistensializmi burjua fəlsəfəsi hesab etmirəm. 

İkincisi, həmin fəlsəfi cərəyan ikinci dünya müharibəsi dövründə 

yarananda  Cavid  həbsxanada  idi.  (1941-ci  ildə  Sibirdə  faciəli 

surətdə həlak olmuşdu.) M.Əlizadənin fikrinə inansaq, onda belə 

çıxmırmı ki, “ekzistensializmin əsası Azərbaycanda qoyulmuşdur 

və onun banisi Caviddir?!”. Bununla belə, ekzistensializm ideya-

larına  Azərbaycan  ədəbiyyatında,  o  cümlədən  Cavid  dramatur-

giyasında təsadüf etmək olar. 

 

10 

Həmin  fəlsəfi  cərəyanın  səciyyəvi  xüsusiyyətlərinə  nəzər 

salaq.  Ekzistensialistlərə  görə,  obyektiv  aləm ikincidir.  Rasional 

                                                 

1

 

Краткий словарь по философии, Москва, 1966, с. 334.



 


56

                                            

Əsrin şairi IX 

təfəkkür subyektlə obyektin əksiliyi prinsipinə əsaslanır. Rasiona-

list bütün gerçəkliyə, o cümlədən insana elmi-tədqiqat və praktik 

manipulyasiya  obyekti  kimi  yanaşır.  Fərdi  mənəvi  həyatın 

mövcudluğu  mənasında  başa  düşülən  “ekzistensiya”  birincidir. 

İnsan  öz  hərəkətləri  üçün  məsuliyyət  daşımalı,  “şəraitlə”  özünə 

bəraət qazandırmalıdır. Ekzistensializmin predmeti məhz belə bir 

“varlıq” olan insandır. Və s. və i.a. 

Cavid  dramaturgiyası  və  Cavid  teatrında  ekzistensializmin 

elementlərinə, xüsusiyyətlərinə təsadüf etmək olar. Ancaq bu, hə-

min fəlsəfi cərəyandan çox həyatın özündən, şairin həyat və dün-

yagörüşündən irəli gəlir. Çünki ən böyük fəlsəfə həyatın özüdür!.. 

Həyat  fəlsəfəsi  ən  böyük  fəlsəfədir.  Həyat  –  filosofdur,  filosof  – 

həyatdır. 



 

11 

Rus  fəlsəfi  ədəbiyyatında  ekzistensializm  həm  də  möv-

cudluğun,  yaxud  varlığın  fəlsəfəsi  (“Философия  сущест-

вования”)  hesab  olunur.  Azərbaycanda  bu  fəlsəfi  cərəyana  aid 

elmi  əsər  yazılması  mənə  məlum  deyildir.  Lakin həmin cərəyan 

barəsində  fəlsəfəyə  aid  dərsliklərdə  ətraflı  məlumat  verilmişdir. 

Rusiyada  bu  cərəyan  və  onun  spesifik  xüsusiyyətləri  barəsində 

kifayət  qədər  elmi  əsərlər  və  kitablar  nəşr  edilmişdir.  Məsələn, 

mən  bir  mənbədən  oxuyuram:  “Экзистенсиализм  не  является 

академической  доктриной,  его  основное  тема  –  человеческое 

существование, судьба личности в современном мире, вера и 

неверие, утрата и обретение смысла жизни, близкая любому 



художнику, писателю, поэтому, с одной стороны, делает это 

направление  популярным  среди  художественной  интелли-

генции,  а  с  другой  –  побуждает  самых  экзистенсиалистов 

обращаться к языку искусства (Сартр, Камю, Марсель)…”

1

 

Məqalənin müəllifi  P.Qaydenko  haqlıdır!  Mən  qabaqda 



                                                 

Философская энциклопедия, том 5, Москва, 1970, с. 538.



 


         

57

 

İsgəndər Atilla 

ifadə etdiyim şəxsi nəzər-nöqtəmi o, öz məqaləsində daha tutarlı 

şəkildə  ifadə  etmişdir.  Bəli,  ekzistensializm  akademik  doktrina 

deyildir.  İnsanın  varlığı,  yaxud  mövcudluğu,  müasir  dünyada 

şəxsiyyətin  taleyi,  inam,  etiqad  və  inamsızlıq,  həyatın  mənasını 

itirmək və qazanmaq onun əsas səciyyəvi xüsusiyyətidir. Bu cəhət 

isə hər bir sənətkara (o cümlədən Cavidə), yazıçı və şairə çox ya-

xındır,  çox  doğmadır.  Həmin  istiqamət  və  mövzu  ziyalı  sə-

nətkarlar  arasında  çox  populyardır.  Digər  bir  tərəfdən,  ekzisten-

sialistlərin  özlərində  incəsənətin  dilinə  (языку  искусства)  müra-

ciət  etməyə  maraq  oyadır.  Bax,  bu  baxımdan  Cavid  də  Sartr, 

Kamyu və Marsel kimi ekzistensialist ola bilər. Ancaq sual olunur: 

Azərbaycan  ədəbiyyatı  və  incəsənətində  ekzistensializm  cərə-

yanları  olmuşdurmu?  Qoy  o,  Azərbaycan  ədəbiyyatında  roman-

tizm  kimi  modernizmin  də  ədəbi  cərəyan  olduğunu  elmi 

cəhətdən  sübut  etsin.  “İzm”ləri  Avropa  və  rus  elmi  ədəbiy-

yatından daha yaxşı öyrənsin və onu Azərbaycan sənətkarlarının 

yaradıcılığına kor-koranə tətbiq etməsin. 



 

12 

Cavid  və  Avropa  ədəbi  və  fəlsəfi  cərəyanları  mövzusu 

cavidşünaslığa  sovet  hakimiyyətinin  ilk  illərində  və  sonralar 

H.Zeynallı,  Ə.Nazim,  M.Cəfər,  Y.Qarayev,  Ə.Mirəhmədov, 

C.Nağıyev  və  b.  ədəbiyyatşünaslar  tərəfindən  gətirilmişdir. 

Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  bu  problem  yenidən 

gündəmə  gətirildi.  Bəzi  araşdırıcılar,  o  cümlədən  A.Talıbzadə, 

Ə.Əsgərli,  E.Akimova  və  b.  araşdırıcılar  problemə  müna-

sibətlərini  bildirdilər.  E.Akimova  sualı  bu  cür  qoydu:  “XX  əsrin 

ilk  iki  onilliyində  Azərbaycanda  Qərb  cərəyanlarının  təsiri  izsiz 

ötüşməmiş, xüsusilə  Ə.Hüseynzadə, M.Hadi, H.Cavid, Ə.Cavad, 

daha  sonra  isə  M.Müşfiq,  S.Vurğun  kimi  şairlərin,  sənətkarların 

yaradıcılığında  ehtiva  olunmuşdur.  (Mən  bura  Ə.Ağaoğlu, 

S.Hüseyni  də  əlavə  etmək  istəyirəm)  Amma  bu  cərəyanlar,  mo-

dernizə  cəhdləri  bu  şairlərdə  nə  qədər  alınmışdır?  Yəni  təc-



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə