İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə26/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   22   23   24   25   26   27   28   29   ...   142

         

79

 

İsgəndər Atilla 

İstanbulda  təhsil  alan,  təhsil  aldığı  ölkədə  maarif  və  mə-

dəniyyətin  irəli  getdiyini  görən  şair,  1906-cı  ildə  belə  düşünür, 

belə  yazırdı.  Vətənini  elmli,  maarifli,  mədəniyyətli,  təhsilli 

görmək istəyirdi. Təsadüfi deyil ki, o, İstanbuldan vətənə dönən 

kimi məktəb,  maarif  və  təhsil  haqqında  düşüncələrini 

“Naxçıvanda  nə  gördüm?”,  “Naxçıvana  nə  lazım?”  və  “Həsbi-

hal” silsilə  məqalələrində  yazıb  mətbuatda  çap  etdirir.  Kamal 

sahiblərinin  diqqətini  Azərbaycanda  mövcud  olan  problemlərə 

yönəldir. 

Millətin tərəqqi və inkişafını onun maariflənməsində görən 

şair,  mövcud  problemi  həll  etmək  üçün  Azərbaycanda  məktəb-

lərin  açılmasını  və  burada  ilk  öncə  çocuqlara  vətən  dilinin 

öyrədilməsi  ideyasını  irəli  sürür.  Bu,  təsadüfi  deyildi.  Məşədi 

Tağı  Sidqinin  “şagirdi”,  başqa  cür  də  düşünə  və  yaza  bilməzdi. 

Şair  vətəndə  türk  dilində  məktəblər  açılmasını,  onlarda  cannisar 

müəllimlərin çalışmasını arzulayır. Təməddüdün – mədəniyyətin 

binasını  məktəb  və  müəllimlərdə  görürdü.  Böyük  ürək  ağrısı  və 

vətəndaş qeyrəti ilə yazırdı: 

- Bilsin vətən çocuqları əvvəl vətən dili. 

Gəlməz nəvayə görməsə bülbül güli... 

Hər millət öz dilində tapıb müddəasını. 

 

Və yaxud: 



 

İşlər fənadır, bir neçə məktəb olmasa

Onlarda cannisar müəllimlər olmasa, 

Qafqazda yox müəllimimiz, digər olmasa... 

 

Şair  Qafqazın  bir  parçası  olan  Azərbaycanı  məktəbsiz, 



maarifsiz  və  müəllimsiz  görmək  istəmirdi.  1910-cu ildə  yazdığı 

publisistik məqalələrində həmin fikir və ideyanı davam və inkişaf 

etdirirdi. 

Cavidin  yaradıcılığında  haqq,  ədalət,  həqiqət,  məhəbbət  və 

hüriyyət  məsələsi  xüsusi  yer  tutur.  O,  bu  haqda  fikirlərini  bədii 

əsərlərində,  məktub  və  məqalələrində  ifadə  etmişdir.  XX  əsrin 




80

                                            

Əsrin şairi IX 

vəzifəsini  ötən  əsrlərdən  daha  ağır,  daha  mürəkkəb  olacağını 

düşünən  şair,  milləti  qəflət  yuxusundan  oyanmağa,  əsrin 

tələblərilə ayaqlaşmağa dəvət edirdi: 

 

- Xan, bəy zamanı getdi, ədalət zamanıdır, 



Keçdi cəhalət aləmi, qeyrət zamanıdır. 

Xam olmuyun ki, mütləqa devlət zamanıdır. 

İndi maarif əsri, səadət zamanıdır. 

Hər millət öz hüququnun istər bəhasını. 

 

Bu  parçada  mühüm  və  diqqətəlayiq  bir  məqam  var.  O  da 



bundan ibarətdir ki, Cavid hələ 1906-cı ildə XX əsri maarif əsri və 

Azərbaycanın  müstəqil  dövlət  olması  ideyasını  irəli  sürür. 

Düşünür ki, vətən və millət yalnız öz müstəqil dövləti sayəsində 

dirçələ,  inkişaf  edə  bilər;  mədəniyyətə  qovuşa  bilər;  dünya 

xalqları arasında özünə layiq yer tuta bilər. (O, arzusuna 1918-ci 

ildə  çatacaq.  Milli  müstəqil  Azərbaycan  dövləti  onun  gözləri 

qarşısında  yaranacaq.  Lakin  qısa  bir  zamandan  sonra  sovet 

Rusiyası  tərəfindən  yenidən  işğala  məruz  qalacaq.  O,  çar 

Rusiyasının işğalı ilə barışmadığı kimi, sovet Rusiyasının işğalı ilə 

də barışmayacaq...) 

Şair  Qafqazın  kamal  sahiblərini  Qafqaz  türklərinin  hər 

birinin  könlündə  nəqş  olunan  xəyalları  çiçəkləndirməyə,  gerçək-

ləşdirməyə,  elmsizliyi  aradan  qaldırmağa,  hürriyyətə,  cəhalətə 

qarşı mübarizəyə çağırır.  

 

Qafqazda fikr qılsala sahibkəmallar, 



Artıq tənəbböh artırı bu qilü qallar, 

Hər bir gönüldə nəqş olunub min xəyallar, 

Öz cəhlimizlə yetdi bizə infiallar, 

Seyr etdik elmsizliyin axır vəfasını. 

 

O,  çıxış  yolunu  Qafqazın,  o  cümlədən  Azərbaycanın  ma-



ariflənməsi  və  elmlənməsində,  vətənin  və  millətin  gələcəyini  və 

xoşbəxtliyini  isə  onun  istiqlalı  və  dövlətçiliyində  görür.  Müxəm-




         

81

 

İsgəndər Atilla 

məsi bu misralarla bitirir: 

 

- Dilxun olubdu Saliki-biçarə bərməla, 



Millət qəmilə az qalıb axır cünun ola... 

 

O illərdə millət qəmilə yalnız Cavid deyil, Sabir də, Hadi də, 



Mirzə Cəlil də, Firidun bəy Köçərli də, Əli bəy Hüseynzadə də az 

qala  cünun  olmuşdular.  Buna  görə  idi  ki,  şairin  könül  quşu 

matəm  libasını  geymişdi.  O,  millət  qəmilə  hər  dəm  ney  tək 

nəvasını ucaldırdı. 

Şairin  müsəddəs  (altılıq)  formasında  qələmə  aldığı  “Hali  – 

əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanə:” (Yəni: Bir məzlumun 

ahının  təsvirində  təəssüf  halı)  şeirində  vətən  mövzusuna,  vətən 

söhbətinə yenidən qayıdır. 15 bənd, 90 misradan ibarət olan şeir 

“dekadans  şairin”  qürbətdə  yaşadığı  həyatı,  keçirdiyi  hal  və 

əhvalı  öyrənmək  baxımından  əhəmiyyətlidir.

*

  Şeirin  hər 



beytindən şairin ah-naləsi eşidilir. 

 

Yürəgim rəngi-ərğəvan olmuş, 



Ərimiş laxta-laxta qan olmuş. 

 

Qəmdən-qüssədən  ürəyi  al-qan  olmuş  şair,  elə  bir  bəlaya 



düçar  olmuşdur  ki,  onu  yazmaq  dilə  gətirməkdən  asandır. 

Pulsuz-parasız,  sıxıntılar  içində  faciəli  bir  ömür  sürən  şair, 

çərasizlikdən  möhnət  küncünə  qısılaraq,  cismi-nazənində  sanki 

                                                 

*

 

Doğrusu,  həm  Hacı  Rəsulun məktubunda, həm də  bənimkindən  əsafamiz, 



sıqıntılı  sözləriniz və  mərhəmətpərvərliyiniz mükəmməl bir makina  (maşina) 

t

əzyiqilə bəni sıqdı, sıqdı da ruhumu, hissiyyatımı parça-parça etdi. Ciddən sizin 

bu q

ədər məhviyyətinizə mütəəssif oldum. Bən kəndim o qədər iczamiz bir hal ilə 

ian

ə  tələbinə  qalxışsam,  buracıqda  bilmədiyim və  bildiyim  osmanlılardan 

ist

ədiyim qədər istianə  edə  bilərəm, yəni dilənə  bilərəm.  Sözün  açığı,  şu 

r

əzalətdən bu qaç gündə bütün-bütün kəndimi şaşırdım. Üç-dörd sənələr ilə hər 

s

ənə altmış-yetmiş lirə sərf edən şair Qafqaz tələbələri şimdiyi qədər bizim bu 

dibsiz, heçaheç r

əzalətimiz qədər böyük və  böyük çirkin bir zillətə  hədəf 

olmalıdılar. [Yəni ianəliyə, dilənçiliyə hədəf olmalıdılar.] 

Cavidin Qurban

əli Şərifova göndərdiyi məktubdan.

 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə