İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə22/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   18   19   20   21   22   23   24   25   ...   142

         

67

 

İsgəndər Atilla 

tirak  edirdi.  Peyğəmbərin  qızı  Fatimə  və  nəvələri  Həsən  və 

Hüseynə həsr edilmiş “matəm nəğmələrinə” həvəslə qulaq asırdı. 

Naxçıvanın dindar mühiti yeniyetmədə dini hissləri bir qədər də 

alovlandırırdı. O, Kərbəla hadisələrindən mütəəssir olur, məclisə 

qatılaraq, şəhid olmuş imamlara yas saxlayırdı... 

Məhərrəmlik  ayı  idi.  Hüseyn  təziyədən  təzəcə  qayıtmışdı. 

Hələ də Kərbəlada baş vermiş hadisələrin təsiri altında idi. Həmin 

hadisələr gənc şairə möhkəmcə təsir etmişdi. Daxilən çox narahat 

hallar  keçirirdi.  Əlinə  qələm  alıb,  fars  dilində  bir  mərsiyə 

yazmağa başladı. İlk beyti bu cür yazdı: “Kərbəla padşahın adını 

eşidən kəs, // Dərhal o əza məclisinə matəm saxlar.” 

Müsəlman 

ölkələrində, 

cümlədən 



Naxçıvanda 

müsəlmanlar  Kərbəla  hadisələrinə  matəm  saxlayırdılar.  Şairin 

ailəsi də beləcə. O, bu haqda düşünürdü... 

Haşiyə.  1950-ci illər  idi.  Mən  Naxçıvan  şəhərində  orta 

məktəbdə  oxuyurdum.  Atam  çox  dindar  kişi,  anam  azadfikirli 

qadın idi. Sovet hökumətinin qılıncının dalı da, qabağı kəssə də, 

Naxçıvan  mahalında  məhərrəmlik mərasimləri  daha  çox 

Nehrəmdə və Bənəniyarda keçirilirdi. Atam çox vaxt məni həmin 

mərasimlərə özü ilə aparırdı. Müsəlmanlar zəncir vurur, “Şaxsey-

vaxsey!..” sədaları göyə ucalırdı. Mən şəbihlərə - məhərrəmlikdə 

göstərilən  faciəli  tamaşalara  maraqla  baxırdım.  Amma  nə  zəncir 

vurur,  nə  “Şaxsey-vaxsey!..”  deyir,  nə  də  qırxılmış  başımı  ülgüc 

altına  verirdim.  Atam  narazı  qalsa  da,  təkid  etmirdi.  Milis  işə 

qarışmasa  da,  yerli  partiya  və  sovet  orqanları  məhərrəmlikdə 

ciddi ideoloji və təbliğat işi aparırdılar... 

XIX  əsrin  sonları  idi.  Naxçıvanda  Kərbəla  hadisələri  qeyd 

edilirdi.  Hüseyn  də  həmin mərasimlərdə  iştirak  edirdi.  Təziyə 

bitsə  də,  o,  hələ  də  Kərbəla  hadisələrinin  təsiri  altında  idi.  O, 

faciəli  hadisələri  gözləri  qarşısında  canlandırır  və  düşünürdü: 

“Həmin  əza  məclisində  şah  ilə  gəda  arasında  fərq  yoxdur.  Ürək 

bu  cür  müsibətdən  qafil  olmaz.  Yas  günündə  onun  şərafətindən 

başqa heç bir mükafat yoxdur...” 



68

                                            

Əsrin şairi IX 

Şair  qələmə  sarılıb  həmin  faciəni nəzmə  çəkirdi.  Pey-

ğəmbərin qızı Fatimənin və Həzrəti Əlinin qızı Zeynəbin sonsuz 

kədərini,  göz  yaşlarını,  Həsən  və  Hüseynin  başına  gətirilən 

müsibətləri farsca kağıza köçürürdü. 

- Əgər bir an açıq gözlə baxsan, 

Şəhidlər ağası, susuz şaha sən

Fatimə bir küncdə kədərli oturduğunu görərsən. 

O gecə nalə çəkərək, əza saxlamışdır. 

Oğlunun cənazəsinə baxaraq, deyir: 

Məgər sənin qatilin Allahdan şərm

*

 etməyib?



1

 

Bu mərsiyəni  “Arif”  təxəllüsü ilə  yazan  şair,  fikrini  bu  cür 



tamamlayır:  “Bir  an,  Arif,  bu  müsibətdən  qafil  olma,  //  Ariflər 

məclisinə sənin vücudun bir qənimətdir.”

*

 

Oxucuların  diqqətini  daha  çox  cəlb  edən  şeirlərdən  biri 



“Növhə”  müxəmməsidir.  Onun  ilk  birinci  bəndi  Orucov  qar-

daşlarının  hər  il  Bakıda  nəşr  etdikləri  təqvimlərdən  birində  çap 

edilmişdir.  Əziz  Şərif  şeirin  bəzi  bəndlərini  gənc  yaşlarında 

əzbərləmişdir.  Qulam  Məmmədli  kitabında  həmin  şeirin  6 

misrasını və şeir haqqında Əziz Şərifin qeydlərini vermişdir.

2

 



Firidun bəy Köçərlinin verdiyi məlumata görə, şeir 9 fevral 

1908-ci  ildə  “İrşad”  qəzetində  çap  edilmişdir.  Q.Məmmədlinin 

yazdığına  görə,  şeir  həmin  qəzetdə  18  yanvar  1906-cı  ildə  çap 

edilmişdir. Görünür, ya müəllif şeiri eyni qəzetdə müxtəlif illərdə 

çap etdirmişdir. 

1907-ci  ildə  Muxtar  bəy  Nəsirbəyov  şeirin  kimə  aid  oldu-

ğunu  öyrənmək  üçün  “İrşad”  qəzetinin  naşirinə  müraciət 

etmişdir.  Qəzet  onun  sualına  səthi  cavab  vermişdir.  Qazaxlı 

“A.F.” imzalı bir nəfər şeirin Qazax şairi Kazım ağa Salikə deyil, 

                                                 

*

 

Allahdan utanmayıbmı, xəcalət çəkməyibmi? 



1

 

Hüseyn Cavid. Əsərləri, beş cilddə, I cild, Bakı, 2005, s. 120.  



*

Qeyd. 

Kitabda şeirin sətri tərcüməsinin müəllifinin adı qeyd edilmir. 

2

 

Ətraflı bax: Qulam Məmmədli. Cavid – ömrü boyu, Bakı, 1982, s. 32. 




         

69

 

İsgəndər Atilla 

naxçıvanlı Hüseyn Salikə aid olduğunu təsdiq etmişdir.

1

 

Haşiyə.  Cavid  Firidun  bəy  Köçərli  ilə  şəxsən  tanış  idi.  O, 



1912-ci  ildə  Tiflisdə  yaşarkən  işsiz  qalır.  Firidun  bəyə  müraciət 

etməyə  məcbur  olur.  Balaca  bir  məktub  yazıb,  onu  Əli  Səbri  ilə 

ona göndərir. Firidun bəy Qoridən  Tiflisə gəlir. Cavidi buradakı 

məktəblərdən birinə müəllim düzəlməsinə kömək edir. 

Cavidin  Bakıdakı  ev  muzeyində  balaca  bir  fotoşəkil  sax-

lanılır.  Onun  arxasında  belə  yazıb:  “Ədəbi-möhtərəm  Firidun 

bəyə.”  O  zaman  Firidun  bəy  Azərbaycan  türk  ədəbiyyatına  aid 

materiallar  toplayırdı.  Görünür,  şair  həmin  fotonu  ona  vermək 

istəmişdir.  Əsərlərini  və  adını  milli  ədəbiyyatımızın  ilk 

tarixçisinin kitabında görmək fikrində olmuşdur. Lakin sonradan 

fikrindən dönmüşdür. 

“Hübuti-Adəm” – Adəmin göydən yerə enməsi. 

Adəmlə  Həvva  haqqında  Qurani-Şərifdə  buyrulan  bir  neçə 

ayəyə nəzər salaq. 



“Əl-əraf” surəsi: 

20.  Şeytan Adəm  və  Həvvanın  örtülü  ayıb  [övrət]  yerlərini 

özlərinə göstərmək məqsədilə pıçıldayıb dedi: “Rəbbinizin sizə bu 

ağacı  yalnız  mələk  olmamağınız  və  ya  [Cənnətdə]  əbədi  qalma-

mağınız üçün qadağan etmişdir.” 

22.  Beləliklə  Şeytan  onları  batil  sözlərlə  aldatdı  [onları 

aldadaraq  uca  yerlərdən,  yüksək mərtəbələrdən  aşağı  endirdi]. 

Adəm ilə  Həvva  ağacın  meyvəsindən  daddıqda  ayıb  yerləri 

[gözlərinə]  göründü.  Onlar  Cənnət  [ağaclarının]  yarpaqlarından 

[dərib]  ayıb  yerlərinin  üstünü  örtməyə  başladılar.  Rəbbi  onlara 

müraciət  edib  buyurdu:  “Məgər  sizə  bu  ağaca  [yaxınlaşmağı] 

qadağan  etməmişdimmi?  Şeytan  sizin  aşkar  düşməninizdir, 

                                                 

1

 Bu haqda 



ətraflı bax: F.Köçərli. Azərbaycan ədəbiyyatı, I cild, Bakı, 1978, s. 

22-23.


 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə