İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə20/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   16   17   18   19   20   21   22   23   ...   142

         

61

 

İsgəndər Atilla 

etimalla ifadə etsə də, mən həmin fikirlə razılaşmıram və hörmətli 

opponentimə  bildirmək  istəyirəm  ki,  həmin  formula  Y.Qarayev-

dən çox M.Hüseynə aiddir. O, 1930-cu illərin əvvəllərində yazdığı 

geniş bir məqaləsində bu barədə xüsusi bəhs etmişdir. Digər bir 

tərəfdən, əgər söhbət Cavidin lirikasından gedirsə, o, sovet dönə-

mində,  bir  neçə  şeirini  nəzərə  almasaq,  heç  nə  yazmamışdır. 

“Bənim  tanrım”  şeirində,  ümumiyyətlə,  siyasi  cəmiyyətlərə,  o 

cümlədən  sovet  rejiminə,  sovet  quruluşuna,  hakim  bolşevik 

firqəsi və ideologiyasına qarşı mövqeyini birmənalı şəkildə ortaya 

qoymuşdur: 

 

Həzz etmədim firqədən, cəmiyyətdən, 



Zevq alamam hərbdən, siyasətdən... 

 

Hələ mən onun sovet illərində yazdığı dramatik əsərlərində 



mövcud quruluşa qarşı sətiraltı ifadələrini, etirazlarını bir kənara 

buraxıram.  Yeri  düşmüşkən  deyim  ki,  ulu  M.Ə.Rəsulzadə 

Cavidin sovet quruluşuna qarşı mövqeyini zamanında qeyd etmiş 

və qiymətləndirmişdir. 



 

16 

Bir mühüm və ciddi məsələ barəsində də. Görəsən, nə vaxta-

can  bizim  bəzi  araşdırıcılar  Cavidin  əsərlərini  oxumadan,  ona-

buna  istinad  edib,  fikir  yürüdəcəklər?!  Dramaturqun 

“Peyğəmbər” pyesində Allahın elçisinin dilindən ifadə edilmiş bir 

beyti kontekstdən çıxarıb müəllifin adına yazacaqlar?!. 

Bən fəqət hüsni-Xuda şairiyim, 

Yerə enməm də, səma şairiyim. 

 

Bu  beyt  pyesin  “Dəvət”  hissəsində  Peyğəmbərin  dilindən 



deyilir.  Məkkəlilər  və  daha  çox  müşriklər  Ərəbistanda  gözəl  və 

istedadlı şairlər olduğu halda özünü nə üçün şair “elan etməkdə” 

onu qınayırdılar. Hətta onu “sərsəm şair” adlandırırdılar. Pyesdə 

Peyğəmbər acı bir təbəssümlə onlara cavab verir və həmin beyti 

söyləyir.  Beyt  tarixi  baxımdan  o  dövrün  gerçəkliklərinə  və  Pey-



62

                                            

Əsrin şairi IX 

ğəmbərin xarakterinə uyğundur. Həmin məsələ ilə əlaqədar Qu-

rani-Kərimdə  məxsusi  bir  ayə  var  ki,  Cavid  də  ondan  istifadə 

etmişdir. Bu, birincisi. İkincisi, həmin məşhuri-qələt nə az-nə çox, 

bir əsrə yaxındır ki, bizim bir sıra araşdırıcılarımızın (o cümlədən 

E.Akimovanın  məqaləsində)  təkrar  olunur.  Hörmətli  həmkar-

larım,  bu  yanlışlığa  nöqtə  qoymaq  zamanı  çatmamışdırmı?! 

Üçüncüsü,  vaxtilə  Əli  Sultanlı  bu  cür  təhlil  və  tədqiq  üsuluna 

qarşı çıxmışdır. 

 

17 

Yekun  olaraq  demək  istəyirəm  ki,  E.Akimovanın  (həm  də 

A.Talıbzadə  və  Ə.Əsgərlinin)  məqalə  və  fikirlərində  məni  qane 

etməyən Cavid lirikasında pessimizmi, ruh düşkünlüyünü, ümid-

sizliyi doğuran səbəblərin kökünə getməmək, mahiyyətini açma-

maqdır. Görünür, onlar şairin həyatı, xüsusilə İstanbul həyatı ilə 

ötəri  tanış  olmuş,  Qurbanəli  Şərifzadəyə  yazdığı  məktubları 

nəzərdən qaçırmışlar... 

Şair  şeirlərinin  böyük  bir  qismini  Azərbaycanda  və  Tür-

kiyədə yazmışdır. Həmin şeirləri “Keçmiş günlərdən” və “Bahar 

şəbnəmləri”  kitablarında  toplamış  və  çap  etdirmişdir.  Şeirlər 

1905-1916-cı illərdə yazılmışdır. 1917-1937-ci illərdə o, demək olar 

ki,  şeir  yazmamışdır.  1905-1916-cı  illərdə  Azərbaycanda, 

Türkiyədə,  Qafqazda  və  bütün  dünyada  hansı  hadisələr  baş 

vermişdi?  Bu  sual  Cavidin  lirikası  və  dramaturgiyası  haqqında 

yazan  hər  bir  kəsə  aydın  olmalıdır.  Mən  bununla  əlaqədar  bəzi 

tarixi hadisələri qısaca qeyd etmək istəyirəm. Azərbaycanda 1905-

1907-ci illər  erməni-müsəlman  davası,  Rusiyada  inqilab.  1908-ci 

ildə  Türkiyədə  gənc  türklər  inqilabı.  (Cavid  onun  canlı  şahidi 

olmuşdur.)  1914-1918-ci illər  birinci  dünya  müharibəsi.  1917-ci 

ildə Rusiyada fevral burjua-demokratik inqilabı, oktyabr çevrilişi. 

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması 

və süqutu. 1920-ci ildə Sovet Rusiyasının Azərbaycanı işğal etməsi 

və  s.  Cavid  bütün  bu  tarixi  hadisələrıin  canlı  şahidi  olmuşdur. 




         

63

 

İsgəndər Atilla 

Dünyanın,  Türkiyə  və  Azərbaycanın  təlatümlü  vəziyyəti  şairi 

düşündürməyə,  hərəkətə  gətirməyə,  məyus  etməyə  bilməzdi.  O, 

qələmə  sarılıb  yazırdı.  Yazdıqca  da  dünyada  baş  verən  hadisə-

lərdən,  haqsızlıqlardan,  ədalətsizliklərdən,  vəhşiliklərdən  təsir-

lənir, kədərlənir və məyus olurdu. Buna kim “dekadans”, yaxud 

nə deyir desin, həmin hal həssas, zərif və incə şair üçün təbii idi. 

Başqa sözlə, bunu bir nöqsan, yaxud bir qüsur kimi şairin ayağına 

yazmaq yox, təbii qəbul etmək lazımdır. Üstəgəl onun İstanbulda 

yaşadığı  müdhiş  həyat!  Əgər  hər  hansı  bir  tədqiqatçı  onun 

İstanbuldan  Qurbanəli  Şərifzadəyə  göndərdiyi  məktubları  diq-

qətlə, özü də bir dəfə yox, bir neçə dəfə oxumayıbsa, onun “Sıratı-

müstəqim”  jurnalında  və  dövri  mətbuatda  çap  etdirdiyi  və 

məlum  şeirlər  kitablarına  daxil  etdiyi  şeirlər  barəsində  necə 

obyektiv və ədalətli fikir söyləyə bilər?!. 

Mənə  gəlincə,  mən  bu  kitabımda  müvafiq  bölmələrdə,  öz 

imkanım daxilində, haqqında bəhs edilən məsələləri araşdırmağa 

çalışmışam.  Kimin  şairin  hansı  “izm”dən  təsirləndiyini  araşdır-

masından,  bu  haqda  fikir  söyləməsindən  asılı  olmayaraq,  mən 

həmin  “izm”ləri  istər  Cavidin,  istərsə  də  başqa  bir  şair  və  yazı-

çının yaradıcılığına süni şəkildə tətbiq etməsinin əleyhinəyəm. Bu 

kitabımda  “lirik  qəhrəmanın  kədər  və  iztirablarını,  ruh  düşkün-

lüyü  və  ümidsizliyini  ifadə  edən  misralar”  bölməsində  həmin 

“dekadans”ı, onu yaradan mühit və şəraiti şairin şəxsi həyatının 

timsalında öyrənmiş və yazmışam. Cavidi XX əsr Azərbaycan ro-

mantizminin ən böyük nüamyəndəsi hesab edirəm. Hesab edirəm 

ki, Cavidin sovet dönəmində də romantizmin ən qüdrətli nüma-

yəndəsi olaraq qalması əməlli-başlı araşdırılmalıdır. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə