İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə28/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   24   25   26   27   28   29   30   31   ...   142

         

85

 

İsgəndər Atilla 

Şeyxin  müridi  binəva  Gülçin  bundan  məyus  olur  və  könlünü 

hicran atəşində yandırır. 

 

Gülçini-binəva idim, oldun müridi-şeyx



Yandırmışam mən atəşi-hicranə gönlümü. 

 

Farsca  yazdığı



*

  və  “Qəlbimi  çaldı  yarın  nazla  Məsiha nə-

fəsi//Nə edim, yoxdu yazıq aşiqinin dadrəsi” beytilə başlayan və 

14 misradan ibarət olan qəzəldə Aşiqin məsiha nəfəsli bir gözələ 

olan məhəbbətinin dürlü səhifələri varaqlanır. Nazlı gözəl onu ilk 

baxışdan məftun  edir,  eşq  həvəsini  artırır.  Aşiq  ondan  qarşılıqlı 

sevgi  bəkləyir,  fəqət  o,  susur.  Dərdini  özgələrinə  açıb  deməyə 

məcbur olur. Lakin faydası olmur. İşvəli tərsa qızına qəlbini verən 

şair, onun dövrəsində çox aşiqlər görür. Gözəlin can qəfəsinə bir 

bülbül  kimi  düşən  Aşiq,  məcnunluğu  tərk  etmək  qərarına  gəlir. 

Şair möhürbənddə Şərq folkloru və yazılı ədəbiyyatında məşhur 

olan Leyli və Məcnun əhvalatına işarə vuraraq yazır: 

 

- De yazıq Gülçinə, məcnunluğunu tərk eləsin, 



Çünki Leyli dəvəsindən kəsib zəng səsi.

1

 



 

Bu son beyt əslində belədir: 

 

Gu be “Gülçine” fəlakeş ke, nəbəşəd Məcnun



Nayəd əz məhvile Leylaye tö bange çarəsi. 

 

“Ruhumda  yar  üçün  yenə  sevda  cəlalı  var,//Hüsnündə  gör 



onun necə Yusif cəmalı var.”

2

 beytlə başlayan 18 misralıq qəzəl də 



farsca  yazılmışdır.  M.Cəfərin  monoqrafiyasında  onun  həm  əsli, 

həm  də  sətri  tərcüməsi  verilmişdir.  Qəzəlin  bədii  tərcüməsi 

M.Soltana məxsusdur. 

                                                 

*

 Türkc


əyə M.Soltan tərcümə etmişdir. 

1

 M



əmməd Cəfər  “Hüseyn  Cavid”  monoqrafiyasında  həmin qəzəlin  orijinalını 

v

ə sətri tərcüməsini vermişdir. 



2

  

Baz



ən həvaye eşqe ruxe yar dər sərəst, 

D

ər surətəş çü surəte Yusif müsəvvərəst.



 


86

                                            

Əsrin şairi IX 

Həmin qəzəllər Cavidin uşaqlıq və gənclik illərində klassik 

Şərq  ədəbiyyatı  ilə  yaxından  maraqlandığına  dəlalət  edir.  Gənc 

şairi Leyli və Məcnun, Yusif və Züleyxa əhvalatları düşündürür. 

O,  bəzən  özünü  Məcnun,  bəzən  Yusif  sifətində  görür.  Yusifi  bir 

gözəllik rəmzi kimi səciyyələndirir. “Şeyx Sənan” faciəsində Leyli 

və Məcnunun ilahi eşqi və məhəbbəti üzərinə yenidən qayıdır.  

Qəzəldə diqqəti çəkən bir məqam var. Bu da bilavasitə şairin 

həyatı ilə bağlıdır. Bir beytə nəzər salaq. 

 

Yəqub kimi kor oldu gözüm ağlamaqla, ah, 



Çün Yusifin fəraqı ucundan məlalı var. 

 

Bu beytdən iki məna hasil olur. Birincisi, gerçəkdən Yusifin 



fəraqı  ucbatından  atası  Yəqubun  gözü  kor  olur.  İkincisi,  şair 

həmin  beytdə  uşaqlıq  və  gənclik illərində  həqiqətən  göz 

ağrısından az qala kor olmasına işarə vurur. 

Ağüzlü,  sərv  kimi  qəddi-qamətli,  üzü  günəş  kimi  parlaq 

yarın  yaqut  ləblərində  mey  xisalı  var.  Bu  cür  xumar  gözlünü, 

qaşları bir cüt aya bənzəri, aşiqin könlünü ovlayanı, səbri-qərarını 

alan gözəli necə sevməmək olar? Dərin düşüncələrə və iztirablara 

düçar olan aşiqin eşqdən qəddi sənəmin zülfü tək əyilir,  qəlbi  o 

zülfün  əsiri  olur.  Yarın  dodaqlarında  Kövsər

*

  suyu  görən aşıq, 



onun vəslini behiştdən yaxşı bilir. 

 

Gülçinə yar vəsli behiştdən də yaxşıdır, 



Çox söyləmə ki, orda pərilər vüsalı var. 

 

 “Məndən  fələk  ayırdı  vəfapişə  yarimi,//Tar  etdi  zülfi-yar 



kimi ruzigarimi” beytilə başlayan və türkcə yazdığı qəzəldə şair 

Fələyin  əlindən  dad  qılır.  (Bu,  hələ  harasıdır?  Zaman  gələcək 

köhnə  və  yeni  Fələklər  və  İblislər  ona  əməlli-başlı  “divan” 

tutacaqlar.  Fəqət  mətin  iradəli  şairi  sarsıda  bilməyəcəklər...) 

Fələyin  əlindən  zara  gələn  şairin  səbri  tükənir,  hicran  qəminə 

                                                 

*

 Dini r


əvayətə görə, Cənnətdə bir bulağın adı. 


         

87

 

İsgəndər Atilla 

taqəti  qalmır.  Dərdi-fəraq  dəhrində  qovrulan  şair,  bəzmi-vüsalə 

məhrəm  olan  bir  zamanda  Fələk  Gülzarı  ondan  ayırır.  Eşqin 

bəlası ona dağ çəkir. Ahu baxışlı nigarını görməyən şair ahü fəğan 

edir.  

Başə əcəl yetişdi, fəraq öldürür məni



Bir görmədim o ahu baxışlı nigarimi. 

Hər kəs ki, Arifa, çəkib eşqin bəlasını, 

Mən eyləməz görəndə mənim ahü zarimi. 

 

Uşaqlıq və gənclik illərində şairin yaşayış və məişətdən, eşq 



və məhəbbətdən başı çox bəlalar çəkmişdir. Bu, onun şeirlərində, 

o  cümlədən  qəzəllərində  dərin  iz  buraxmışdır.  O,  eşqə  və 

məhəbbətə  müqəddəs  bir  hiss,  bir  mehrab,  bir  təriqət  kimi 

baxmış,  dramatik  əsərlərində  həmin  mövzuya  daha  geniş  yer 

vermişdir. 

 

Bana anlatma ki, eşq, aləmi-sevda nə imiş? 



Bilirim bən səni, get! Hər sözün əfsanə imiş. 

 

Şairə  eşqin  mənasını  anlatmaq  əbəsdir.  Çünki  o,  eşqin  nə 



olduğunu gözəl bilir. Kim ki, eşqin bəlasını çəkib, yalnız o, aşiqin 

nə üçün ahü zar etdiyini, nələr çəkdiyini bilər. Sadədil, azadə bir 

mələk  sandığı  tərsa  qızı  bivəfa  çıxmış,  ondan  üz  döndərmişdir. 

Daha  şair  ona  uymaq,  onu  təqdis  etmək  istəmir.  Onu  könül 

dərgahından  qovmağa  məcbur  olur.  “Get”  qəzəli  bu  baxımdan 

səciyyəvidir. 

 

Get, gülüm, get gözəlim! Başqa bir aşiq ara, bul! 



Duydum artıq sənin eşqindəki məna nə imiş!.. 

Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get! 

Anladıq şəfqəti-ayini-məsiha nə imiş! 

 

Aşiq  tərsa  qızının  şəfqəti-ayininin  nədən  ibarət  olduğunu 



anladıqca, ondan soyuyur, ona “nifrət” edir. Çünki o, aləmi-zevqü 

səfanın, eşq və məhəbbətin nə olduğunu aşiqi olduğu gözəldən də 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə