İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə30/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   26   27   28   29   30   31   32   33   ...   142

         

91

 

İsgəndər Atilla 

Kor,  dünyada  nə  dərd,  nə  də  dərman,  nə  sur,  nə  də  matəm 

olmasını  arzulamır.  Konlündə  məhəbbət  nuru,  gözündə  zülmət 

pərdəsi olan ərəb Ərəbistanı qarış-qarış gəzir. Xilqətin mərhəmət-

sizliyinə  və  ədalətsizliyinə  qarşı  üsyankar  səsini  ucaldır.  Zülmət 

və zülmə qarşı ədalət axtarır. 

 

- Tükəndi taqatü səbrim, ədalət! Ah, ədalət! 



Nə öncə öylə səadət, nə böylə xilqət olaydı. 

 

-  söyləyən  Kor,  səhnədə  yalnız  qəzəl  oxumur,  öz  üsyankar 



daxili aləmini, psixoloji vəziyyətini tamaşaçılara bəyan edir. Haq-

sızlıq  və  ədalətsizliyə  qarğıyır,  özünün  acı  və  faciəli  taleyindən 

şikayətlənir. 

Haq, ədalət, həqiqət, məhəbbət və mərhəmət fəlsəfəsi Cavid 

yaradıcılığının  və  ədəbi-bədii  düşüncəsinin  cövhərini  təşkil  edir. 

O, demək olar ki, bütün əsərlərində bu problemi qaldırır, fikir və 

mülahizələrini oxucu və tamaşaçılarla bölüşdürür. 

Dramaturq  muğamatdan  “Şeyx  Sənan”dan  sonra  “Şeyda” 

faciəsində istifadə etmişdir. 

 

Yad eylədikcə vəslini, ey mahi-tələtim, 



Ağlar gözümdə qanə dönər əşki-həsrətim. 

 

Bu  beytlə  başlayan  şeir  beşlik  (müxəmməs)  formasında 



yazılmışdır.  Müxəmməs  dünya  əməkçilərinin  may  ayında  qeyd 

etdikləri  beynəlxalq  əməkçi  günündə  segah  muğamatı  üstündə, 

tətilə  çıxan  mətbəəçilərin  iştirakı  ilə,  Xanəndə  tərəfindən  ifa 

olunur. Cavid ilk dəfə Xanəndə surətini həmin əsərdə yaratmışdır 

ki, bu da təsadüfi deyildir... Şeirin solosu – Xanəndənin ifa etdiyi 

hissə  beşlik,  mürəttiblərlə  birlikdə  ifa  olunan  xor  hissəsi 

dördlükdür.  Bəzi  söz  və  misraların  ifaçılar  tərəfindən  təkrar 

olunması segaha xüsusi ahəng və gözəllik verir. 

Müxəmməsin  qısa  məzmunu  belədir.  Aşiq  ayüzlü  yarının 

vəslini yad etdikcə ağlayır. Ağladıqca əşki həsrəti gözlərində qana 

dönür.  Aşiqin  səbri  tükənir,  hicran  qəminə  taqəti  qalmır.  Gecə-



92

                                            

Əsrin şairi IX 

gündüzü fəlakətə çevrilir. Bir gün gecə o ahü zar edərkən sevgilisi 

ona əbədi vəsl için qərar verir. Lakin sonra fikrindən dönür. Aşiq 

sevgilisiz cahanda yaşamaq istəmir... 

 

Röyada bən keçən gecə eylərkən ahü zar, 



Sən vermədinmi bir əbədi vəsl için qərar!? 

İnsafa gəl, aman! Bəni etdi intizar

Səbrim tükəndi, yoq qəmi-hicranə taqətim, 

Gəl, gəl! Bənim gözəl Mələyim, nazlı Afətim. 

 

Xanəndə solo oxuyub qurtardıqdan sonra mürəttiblərin ha-



mısı, Xanəndə ilə həmahəng olaraq, xüsusi ahənglə xor oxuyurlar: 

 

Gəl, sevgili yarım, gözəlim, qönçə dəhanım! 



Gəl ruhi-rəvanım! 

Vazehdir, əminim, sana hər razi-nihanım, 

Ey afəti-canım. 

Sən bir güli-xəndan, bən bülbüli-nalan

Biz hər ikimiz bir çəmənistanə şitaban. 

 

Məncə, dramaturq bu pyesdə Xanəndə surətini yaradarkən 



xanəndə  atasını  düşünmüşdür...  Haşım  Kələntərli  xatirələrində 

yazır  ki,  konsertlərdən  birində  “Yad  elədikcə  vəslini,  ey  mahi-

tələtim” qəzəlini oxudum. Axşam məni Mircəfər Bağırovun qəbu-

luna  gətirdilər.  O,  oxuduğum  sözlərin  kimə  məxsus  olduğunu 

soruşdu.  Dedim  ki,  qəzəl  Hüseyn  Cavidindir.  Bu  sözdən  sonra 

anladım  ki,  bəraət  yerim  yoxdur,  ya  qəbir,  ya  Sibir.  Amma 

Bağırov  qəzəblənmədi.  Dedi  ki,  sən  o  qəzəli  radioda  oxuyarkən 

mən ağladım. 

“Peyğəmbər”  mənzum  tarixi  dramasının  “Nüsrət”  his-

səsində Məzkur Şəxsin ifasında bir ərəb muğamı oxunur. Həmin 

şəxs  beşlik  formasında  yazılmış  şeiri  atəşli  bir  ahənglə  ərəb 

muğamına uyğun olaraq ifa edir. 

Bir  Qız  Aşiqin  könlünü  yaxmış-yaralamışdır.  Onun  yarası 

bu yanğından daima sızlayır, daima qövr edir. Aşiq Qıza hər gecə 




         

93

 

İsgəndər Atilla 

busələr yollarkən, o, uzaqdan göz qırparaq ona gülümsəyir. Aşiq 

guşə gəlir, dözə bilmir, həmən əmr edir: “Aman, yavrum, çabuq 

qədəhlər dolsun, // Məclis güllər açıb bir Cənnət olsun.” 

Ərəb  muğamının  məzmunu  Aşiqin  arzuları  üzərində  qu-

rulmuşdur. Onun arzusu və istəyi budur ki, qədəhlərə mey süzül-

sün,  gözlər  süzülsün.  Gözəllər  onu  qana-qana  içərək,  ruhlarında 

atəşli bir fırtına qopsun. İncə qəhqəhələr gül dodaqlardan, çılğın 

busələr al yanaqlardan hər yana saçılsın. 

 

Aman, yavrum... 



Mey sun, nəşə gəlsin, dərd unutulsun. 

Bəlalı aşiqim elimdən ayrı, 

Yaralı bülbülüm gülümdən ayrı. 

 

Cavid  dramaturgiyasında  muğam  elementləri  və  janrından 



daha  çox  “Xəyyam”  mənzum  tarixi  dramasında  istifadə 

edilmişdir. Əsər “Hicaz” muğamı üstündə minacat ilə başlayır. 

 

Ey fəzalarda gülümsər əbədi şeirü xəyal! 



O nə qüdrət, o nə həşmət, o nə ahəngü cəlal!? 

Hər dəha çırpınaraq Səndə

*

 arar feyzi-kəmal, 



Yenə yoq kimsədə əsla Səni idrakə məcal! 

 

Pyesin  başqa  bir  yerində  neydə  “Dəşti”  muğamı  çalınır, 



Çadırçı həmin ahənfə uyğun olaraq aşağıdakı mahnını oxuyur. 

 

Bahar olmuş dedim, xülyayə uydum, 



Haman bir gözləri şəhlayə uydum. 

Adım Məcnun deyilkən dərdə düşdüm, 

Vəfasız yosma bir Leylaya uydum. 

 

Çadırçının  bu  solosundan  sonra  çömləkçilər



**

  nəqarətlə  iki 

beytlik  “Çamurdan  xəlq  olunmuş  derlər,  insan”  misrası  ilə 

                                                 

*

 Allahda. 



**

 Çölm


əkçilər.

 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə