İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə21/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   17   18   19   20   21   22   23   24   ...   142

64

                                            

Əsrin şairi IX 

Şairi-füsunkar Cavid hər vaxtda olduğu kimi 

qarelərinə bu dəfə də şeir və məna çiçəklərindən 

ətirli bir güldəsteyi-bədaye,  “Keçmiş  günlər” 

təqdim etmişdir. 

“İqbal” 

İKİNCİ FƏSİL 

Hüseyn Cavidin lirikası, yaxud  

şeir yazmaq eşqinə düçar edilmiş şair 

 

2.1. Şeirlər kitabı 

 

Şeirlərini kitab şəklində çap etdirmək şairin çoxdankı arzusu 

idi.  Nəhayət,  o,  buna  nail  oldu.  “Keçmiş  günlər”i  1913-cü  ildə 

Tiflisdə  “Şərq”  mətbəəsində,

*

  “Bahar  şəbnəmləri”ni  1917-ci  ildə 



Bakıda  “Açıq  söz”  mətbəəsində  çap  etdirdi.  Birinci  kitaba  11, 

ikinciyə 29 şeir daxil etdi.  

Sovet  dönəmində  Turan  Cavidin  tərtibilə  nəşr  edilmiş 

kitablara bir neçə şeir əlavə edilmişdir. Onun 2005-ci ildə tətib və 

nəşr  etdirdiyi  kitaba  “Unutulmuş  şeylər”  və  “Müxtəlif  şeirlər” 

başlığı  altında  müvafiq  olaraq  17  və  19  şeir  də  əlavə  edilmişdir. 

Beləliklə, bu gün bizim əlimizdə şairin 68 şeiri var. 

Şair  “Keçmiş  günlər”  kitabçasının  sonunda  belə  bir  qeyd 

vermişdir:  «“Keçmiş  günlər”i  şairanə  bir  nəzərlə  gözdən  keçi-

rənlər şeirə bənzər dəyərli bir şey bulamazlar. Şu yapraqlar yalnız 

hekayə  və  həsbhal  tərzində  qaralanmış  bir  taqım  parçalardır. 

Yazılışına  gəlincə,  “Ana”dakı  “mülahizə”yə  bir  kərə  ətfi-nəzər 

edilməsi kafi olsa gərək. H.C. Mayıs 1913». 

“Ana”  kitabçasının

**

  sonunda  isə  belə  yazmışdır:  «“Ana” 



əlfaz  və  tərkibatca  İstambul  türkcəsini  xatırlamaqla  bərabər, 

Qafqaziyayı  da  bütün-bütünə  unutmaq  istəməz.  Parmaq  üsulu, 

                                                 

*

 M



ətbəənin sahibi İsmayıl Həqqi olmuşdur. 

**

  H



əmin kitabça 1913-cü ildə  Tiflisdə  “Gürcü  şirkəti” mətbəəsində  çap 

edilmişdir.

 



         

65

 

İsgəndər Atilla 

yaxud  mənzum  yazılarda  rəvi  və  qafiyəcə  təqib  edilən  üsul  da 

pək sığı olmayaraq olduqca sərbəst və genişdir. H.C.» 

O,  kitabçanın  sonda  basılmış  və  başılacaq  əsərlərinin  adını 

qeyd  etmişdir:  “Keçmiş  günlər”  –  mənzum,  “Maral”,  darama,  4 

pərdə - mənsur, “Bahar şəbnəmləri” – mənzum, “Rəmzi”, drama, 

5  pərdə.  “Ana”  –  parmaq  üsulu.  Basılacaq  əsərləri:  “Maral”  – 

mənsur, “Bahar şəbnəmləri” – mənzum. “Rəmzi”

*

 – mənsur. 



“Ana”  dramasının  çapı  haqda  “Кафказская  копейка”, 

“Keçmiş  günlər”  kitabı  haqda  “İqbal”  qəzeti  və  “Molla  Nəsrəd-

din”

1

 jurnalı  məlumat  yaymışlar.  Daha  sonralar  həmin  kitablar 



barəsində Əziz Şərif, Qulam Məmmədli və b. xəbər vermişlər. 

“İqbal” qəzeti “Yeni əsərlər” başlığı altında yazmışdır: 

Son poçta ilə idarəmizə varid olan əsari-nəfisədən: 

1. “Keçmiş günlər”. Bu əsər Qafqasiya nüqtəmizin ən füsun-

kar mühərrir və şairlərimizdən, yazdığı hər sətrini çiçəklərlə süs-

ləyən,  bədiələr  saçan  şairi  -  maarifpərvər  Hüseyn  Cavid  əfəndi 

Rasizadə  həzrətlərinin  məcmueyi-əşarıdır.  Şairi-füsunkar  Cavid 

əfəndi hər vaxtda olduğu kimi qarelərinə bu dəfə də şeir və məna 

çiçəklərindən  ətirli  bir  güldəsteyi-bədaye  təqdim  etmişdir... 

Məcmuədən  bir  lövheyi-bədiəsini  qoparıb,  “İqbal”ın  bu  nömrə-

sində dərc edirik. Həmin şeir “Bir rəsm qarşısında”

2

 şeiridir. 



Çox maraqlı və diqqətəlayiq mülahizələrdir. Füsunkar şairin 

şeirlərinin hər bir beyti gerçəkdən bədii çiçəklərlə süslənmişdir. 

Əziz Şərifin 1913-cü ildə gündəliyində qeyd etdiyi fikirlər də 

maraqlıdır. O, yazmışdır: «İstər “Ana” kitabçasındakı “mülahizə”, 

istərsə  də  “Keçmiş  günlər”dəki  bu  qeyd  Hüseyn  Cavidin 

Azərbaycan şeirinə bir yenilik, özunəməxsus bir üslub gətirdiyini 

                                                 

*

  O, sonradan “R



əmzi”nin  adını  dəyişib  “Şeyda”  qoymuşdur.  Mühərrir  Şeyda 

R

əmzi faciənin baş qəhrəmanıdır. 



1

 

“Кавказская  копейка”,  4  июня  1913;  “İqbal”,  7  iyun  1913;  “Molla 



N

əsrəddin”, 11 iyun 1913. 

2

 

“İqbal”, 7 iyun 1913; Q.Məmmədli. Cavid – ömrü boyu (salnamə), Bakı, 1982, 



s. 66

 



66

                                            

Əsrin şairi IX 

göstərir ki, bütün yaradıcılığı boyu bu üslub əsərdən əsərə inkişaf 

edərək, “Hüseyn Cavid” üslubuna çevrilmişdir.» 

Müəllif  tamamilə  haqlıdır.  Cavid  öz  əsərlərilə  Azərbaycan 

ədəbiyyatına  yeni  dil  və  üslub  gətirmiş,  Anadolu  türkcəsilə 

Azərbaycan  türkcəsini  bir-birinə  çulğalaşdırmış,  yeni  bir  Cavid 

üslubu yaratmışdır. 

O,  çap  etdirdiyi  ilk  kitablarını  avtoqrafla  dostu  Əziz  Şərifə 

hədiyyə  etmiş  və  “Ana”  kitabçasında  yazmışdır:  “Sevgili  və 

qiymətli  qardaşım  Şərifzadə  Əziz  əfəndiyə  kiçik  və  dəyərsiz  bir 

yadigar. Hüseyn.” “Keçmiş günlər” kitabındakı avtoqraf belədir: 

“Dəyərli  qardaşım  Əzizə  dəyərsiz  bir  yapraq.  Hüseyn  Cavid.” 

Həmin  kitablar  hazırda  Bakıda  Dövlət  Ədəbiyyat  və  İncəsənət 

arxivində saxlanılır. 



 

Din insanlara lazımdır. 

H.Cavid 

2.2. Dini mövzuda yazdığı şeirləri 

 

Cavid  poeziyamızın  düşünən  beyni  idi!  Şeirə  və  sənətə 

qədəm basdığı ilk günlərdən onu dünyanın və bəşəriyyətin ciddi 

problemləri  düşündürürdü.  Əzablı  və  məşəqqətli  bir  həyat  yolu 

keçən şair, yer üzərində baş verən pis hadisələrdən narahat olur, 

dünya və bəşəriyyətin kədərini öz kədəri bilərək yazıb-yaradırdı. 

Müəllimi və ustadı Məşədi Tağı Sidqinin yolu ilə gedirdi... 

Ruhani  ailəsində  dünyaya  göz  açan,  tərbiyə  alan  və  yaşa 

dolan  şair,  dini  mövzulara  müraciət  etməyə  bilməzdi.  Bu,  ötəri, 

keçici  də  olsa,  yaradıcılığının  ilk  mərhələsi  üçün  səciyyəvidir. 

Naxçıvanın  dindar  mühitinin  təsiri  altında  gənc  şair  mərsiyə  və 

növhə  janrlarında  şeirlər  yazır,  Adəm  və  Həvva    əfsanəsi ilə 

maraqlanırdı. Bəzən atası, bəzən isə anası ilə dini məclislərə gedir, 

İmam  Həsən  və  İmam  Hüseynin  şəninə  deyilən mərsiyələrə 

maraqla qulaq asırdı. Məhərrəmlik mərasimləri Naxçıvanda daha 

geniş  qeyd  edildiyindən,  Hüseyn  həmin məclislərdə  həvəslə  iş-




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə