İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə15/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   11   12   13   14   15   16   17   18   ...   142

46

                                            

Əsrin şairi IX 

üçün onlara “burjua” damğası vurmaq kifayət idi. Cavidə gəlincə, 

1920-1930-cu illərdə  və  sonralar  ona  belə  damğalar  çox  vurul-

muşdu. Şair bunu qəbul etməmiş, bəzi tənqidçilərə cavab vermək 

məcburiyyətində qalmış və iztehzalı şəkildə demişdi: “Ay canım, 

xırda  burjua  kimdir?  Qolundan  salladığı  səbətdə  on-on  beş  yu-

murta, üç-dörd yoluq toyuq-cücə satan. Mən onların şairi olaram-

mı?..  Həqiqəti  məndən  soruşsalar,  xalqıma,  bəşəriyyətə  xidmət 

etmək istədiyimi, xeyirxah insanların şairi olduğumu deyərəm.” 

Sovet  ədəbiyyatşünasları  yazırlar  ki,  dekadentçilər  “Sənət 

sənət  üçündür”  nəzəriyyəsini  təbliğ  edirdilər.  Bizim  tənqidçi  və 

ədəbiyyatşünaslar  da  Cavidin  həmin nəzəriyyənin  tərəfdarı 

olduğunu  qeyd  edirlər.  Onların  dediklərində  həqiqət  var.  Lakin 

onun sənətə və ədəbiyyata baxışları həmin nəzəriyyənin tərəfdar-

larınkından fərqlənir. Cavid sənət və gözəllik aşiqi idi. Bu, “Sənət 

sənət üçündür” nəzəriyyəsindən daha çox onun təbiətindən, bədii 

təfəkküründən  irəli  gəlirdi.  Mən həmin  mövzunu  gücüm  və  im-

kanlarım  daxilində  araşdırmışam  və  “Əsrin  şairi”  silsiləsindən 

ikinci  cilddə  çap  etdirmişəm.

1

 Cavidin  “Sənət  sənət  üçündür” 



nəzəriyyəsinin tərəfdarı olduğunu qəbul edirəm.  

Sovet filoloqlarının fikrincə, “Dekadentizmi tənəzzül keçirən 

burjua  incəsənətini  deyil,  şəxsiyyətin  görüşlərindəki,  əhval-

ruhiyəsindəki, onun antisosial davranışını ifadə edir. Nəzəri əsası 

subyektiv  idealizmdir.  İlk  dəfə  fransız,  sonra  Rusiya  simvolist-

lərinin yaradıcılığında özünü göstərmişdir.”                                                                                                                                                                                                                                                                                                                         

Yenə də belə bir sual ortaya çıxır: Azərbaycan ədəbiyyatında 

dekadentizm  cərəyanı  olmuşdurmu?  Məncə,  olmamışdır,  ancaq 

məsələnin araşdırılmasına ehtiyac var. Bəzi yazıçıların əsərlərində 

dekadentçilik elementlərinə və əlamətlərinə təsadüf etmək müm-

kündür... 

1920-1930-cu illərdə  Azərbaycan  ədəbiyyatşünaslığında  hə-

                                                 

1

 



Ətraflı bax: İsgəndər Atilla. Cavid estetikası (Sənət və gözəllik dünyası), Bakı, 

2010. 



         

47

 

İsgəndər Atilla 

min  “izm”lərdən  geniş  istifadə  edilməmişdir.  Əli  Nazim  SSRİ 

Yazıçıları  İttifaqının  üçüncü  plenumunda  çıxış  edərkən  Mikayıl 

Müşfiqi dekadans poeziyanın təsiri altında olduğunu qeyd etmiş 

və demişdir: “Burada iştirak edən gənc, fəqət çox böyük şairimiz 

Müşfiqi  götürək.  O,  öz  şeir  yaradıcılığının  başlanğıcında  deka-

dans  poeziyasının  təsiri  altında  yeni  bir  şey  deyə  bilmirdi;  lakin 

son  zamanlar  bu  dekadansla  mübarizə  edərək,  qüvvət  etibarilə 

çox böyük bədii əsərlər yaratmışdır: “Mingəçevir” poeması və s.”

1

 



Tənqidçi demək istəyirdi ki, onun dekadans poeziyasından 

uzaqlaşmasına səbəb sovet quruluşu olmuşdur. 

M.Cəfər  Cavid  lirikasında  Şərq  dekadentizmi  və  eklektizm 

probleminə də toxunur və onu tənqid edir. 

 

19 

Eklektizm nədir? Eklektika – yunan sözü ekleqo sözündən 

alınmışdır.  Mənası  seçən,  ayıran  deməkdir.  Sovet  elmi  ədəbiy-

yatında bu haqda ziddiyyətli fikirlər mövcuddur. Sovet tədqiqat-

çılarının  fikrincə,  eklektika  bir-birinə  zidd  olan  nöqteyi-nəzərin, 

baxışların, siyasi fikirlərin mexaniki birləşdirilməsidir. Eklektizm 

metafizik  təfəkkürün  bir  növüdür.  Eklektiklər  materializm  ilə 

idealizmi, marksizm ilə kantçılığı  uzlaşdırmağa çalışırlar. Engels 

alman burjua fəlsəfəsindən danışarkən qeyd edirdi ki, həmin fəl-

səfədə  neokantçılıq  və  pozitivizm,  volyuntirizm  və  aqnostizm 

ideyaları  bir-birinə  qarışmışdır.  Bəzi  sovet  filosoflarının  fikrincə, 

eklektizm gerçəkliyi qəsdən təhrif etmək üsuludur və s. 

M.Cəfərin Cavid və Şərq dekadentizmi, Cavid və eklektizm 

probleminə  münasibəti  də  mübahisəlidir.  O,  bu  problemə  şairin 

“İştə  bir  divanədən  bir  xatirə”  bioqrafik  fəlsəfi  şeirini  təhlil 

edərkən münasibət bildirmişdir. Mənim həmin şeirə münasibətim 

və baxışım başqadır. (Yeri gələndə mən bu haqda danışacağam.) 

Unutmaq  olmaz  ki,  Avropa  eklektizmi  bədii  ədəbiyyatdan  çox, 

                                                 

1

 

Ə.Nazim. Seçilmiş əsərləri, Bakı, 1979, s. 347.



 


48

                                            

Əsrin şairi IX 

özünü memarlıq və təsviri incəsənətdə göstərmişdir. Əgər müəl-

lifin  dediklərilə  razılaşsaq,  Füzulini  ən  böyük  dekadent  və 

eklektik hesab etməliyik?.. 

Cavidə  gəlincə,  bu  haqda  ciddi  düşünmək  və  araşdırmalar 

aparmaq lazımdır. Fəlsəfəyə aid heç bir əsəri olmayan bir şəxsin 

yaradıcılığında  bu  qədər  “izm”lər  axtarmaq  nə  dərəcədə  doğru-

dur?!. Mən demişəm və deyirəm ki, Caviddə o izmlərin element-

lərini, müəyyən təsirini görmək olar, ancaq o, nə dekadentizmin, 

nə  eklektizmin,  nə  modernizmin,  nə  skeptisizmin,  nə 

simvolizmin,  nə  də  başqa  “izm”in  deyil,  romantizmin  ən  böyük 

və  görkəmli nümayəndəsi  olmuş  və  olaraq  da  qalır.  Bütövlükdə 

onun yaradıcılığında romantizm ilə realizm çulğaşır. 

Cavid əsərlərində, istər həyat həqiqətlərini, istərsə də tarixi 

gerçəkliyi,  təhrif  etməmişdir.  Onu  romantik  boyalarla  və  çalar-

larla  zənginləşdirmişdir.  Yaradıcılığında  realizm  ilə  romantizm, 

materializm  ilə  idealizm,  dialektik  materializm  ilə  tarixi  mate-

rializm,  kantçılıq  və  hegelçilik,  bir  sözlə,  Şərq  fəlsəfəsi ilə  Qərb 

fəlsəfəsi  uzlaşdırılmışdır.  Bu,  problemin  başqa  bir  tərəfidir.  Mən 

inanıram ki, gələcəkdə yeni təfəkkürlü cavidşünaslar yetişəcək və 

onlar  həmin  problemləri  bizdən  də  yaxşı,  bizdən  də  mükəmməl 

şəkildə araşdıracaqlar.  



 

1.6.2.  Hüseyn Cavid və Avropa ədəbi cərəyanları

 

 

Cavid hansı ədəbi cərəyanın nümayəndəsidir: Romantizmin, 

modernizmin,  yoxsa  ekzistensializmin?!  Müasir  cavidşünaslığın 

aktual problemlərindən biri budur! Sovet dönəmində Azərbaycan 

ədəbiyyatşünaslığında  problemi  ilk  dəfə  qaldıran  cavidşünas 

Məmməd  Cəfər  Cəfərov  olmuşdur.  Lakin  o,  problemə  daha  çox 

marksist-leninçi  metodologiya  və  marksist  ədəbiyyatşünaslığı 

baxımından  yanaşmışdır.  Təbiidir  ki,  müəyyən  yanlışlıqlara  da 

yol vermişdir... 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə