İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə13/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   9   10   11   12   13   14   15   16   ...   142

40

                                            

Əsrin şairi IX 

ibarət idi”».

1

 

O,  Cavidin  Qərbin  modernizə  edilmiş  skeptizsizm 



(şübhəçilik fəlsəfəsi) və dini skeptisizmdən uzaqlaşmasını müsbət 

bir  hal  kimi  qiymətləndirirdi.  Onun  həmin  fəlsəfi  sistemlərdən 

uzaqlaşmasını  (qəti  inkarçılıq  şəklində  olsa  da)  yeni  fəlsəfi 

axtarışlar yolu tutması ilə əlaqələndirirdi və bunu romantik şərqli 

şair üçün təbii sayırdı. “Bir oyuncaqdır cihan başdan-başa,//Qafil 

insanlarsa,  bənzər  sərxoşa”  beytilə  başlayan  şeir  parçasını  misal 

gətirərək,  bunu  şairin  lirikasında  “fəlsəfi  bir  çaşqınlıq”  kimi 

mənalandırırdı  və  yazırdı:  “Bu,  [onun  şeirinə]  ifrat  bir  fərdiy-

yətçilik qüruru, şəxsiyyəti cəmiyyətə qarşı qoymaq meyli, bir növ 

Şərq  dekadentizmi



*

  ruhu  və  fəlsəfi  eklektizm  gətirirdi.”  -  Dini 

idealist  görüşləri  şübhə  altına  alması,  yeni  həyat  problemlərinin 

həllində köhnə, idealist fəlsəfi sistemlərin gücsüz olduğunu dərk 

etməyə  başlaması  şairin  qüvvətli  cəhəti  idisə,  hələlik  yeni  bir 

fəlsəfi sistemə möhkəm bağlana bilməməsi də onun zəif tərəfi idi.

2

 

 



14 

Məlumdur  ki,  Cavidin  fəlsəfəyə  aid  heç  bir  əsəri  yoxdur. 

Ancaq o, şair-filosofdur. Nə üçün? Ona görə ki, əvvəla, o, təfəkkür 

etibarilə şaitr-filosofdur. İkincisi, fəlsəfəyə dair öyrəndiyi bilikləri 

şeirlərində  lirik  qəhrəman,  dramatik  əsərlərində  isə  obrazlar 

vasitəsilə  bildirmişdir.  Üçüncüsü,  şair  fəlsəfi  fikir  və  görüşlərini 

İstanbuldan  Qurbanəli  Şərifova  göndərdiyi  məktublarda  və 

məqalələrində  ifadə  etmişdir.  Başqa  sözlə,  Cavidin  böyük  şair-

filosof olmasına heç bir şübhə yoxdur və ola da bilməz. O, XX əsr 

Azərbaycan ədəbiyyatında ən böyük şair-filosof olaraq qalır. 

Cavidin  lirikası  və  dramaturgiyasından  yazarkən,  fəlsəfi 

fikir  və  düşüncələrindən  söz  açmaq  nəinki  lazımdır,  həm  də 

vacibdir. Lakin bu, o qədər də asan məsələ deyildir. Əksinə, daha 

                                                 

1

 

M



əmməd Cəfər. Hüseyn Cavid, Bakı, 1960, s. 63.

 

Seçm



ələr mənə aiddir. 

2

 M



əmməd Cəfər. Hüseyn Cavid, Bakı, 1960, s. 65.

 



         

41

 

İsgəndər Atilla 

çətin və mürəkkəb məsələdir. Çünki şairin bədii əsərlərində ifadə 

etdiyi  fəlsəfi  fikirləri  hansı  filosofdan  aldığını,  ona  necə 

yanaşdığını, özünün fəlsəfi düşüncələrinin nədən ibarət olduğunu 

müəyyənləşdirmək  çox  çətindir.  Cavidin  fəlsəfi  görüşlərindən 

danışarkən məqalə və kitabları “izm”lərlə doldurmaq, məsələnin 

kökünə  varmadan şairi suçlamaq  problemin dərinliyinə getmək-

dən  çox  asandır.  Buna  görə  də  tədqiqatçı  bu  cür  məsələlərin 

şərhində çox ehtiyatlı olmalıdır. M.Cəfərin marksizmdən yoğrul-

muş fikirləri dinə, dini fəlsəfəyə və idealizmə müharibə elan etmiş 

marksizm-leninizm və sovet ədəbiyyatşünaslığından irəli gəlirdi. 

Məncə,  materializm,  idealizm  və  marksizm  özlüyündə  hələ  hər 

şey  deyildir.  İdealizm  ilə  materializmin  vəhdəti,  belə  deyək, 

dostluğu və qardaşlığı isə çox şey deməkdir... 



 

15 

Məmməd Cəfər monoqrafiyada həmin “izm”lərə - maxizm,

*

 

aqnostizm,  pozetivizm,  rasionalizm,  evolyusionizm,  spıritua-



lizmmodernizmdekadentizmeklektizm və s. fəlsəfi cərəyan-

lara ayrıca yer vermişdir. Onun bu sahədəki araşdırmaları təqdi-

rəlayiqdir.  Müəllif  1905-1917-ci illərdə  “mürtəce”  Azərbaycan 

mətbuatında burjua fəlsəfəsi, sosiologiyası və “Sənət-sənət üçün-

dür”  nəzəriyyəsini  ətraflı  araşdırmış  və  tənqid  etmişdir.  Həmin 

“izm”lərin  Azərbaycan  yazıçıları  və  filosoflarının  görüşlərində 

necə  əks  olunmasına  aydınlıq  gətirmişdir.  Ancaq  mən  burada 

tədqiqatçının  Cavidlə  bağlı  fikir  və  mülahizələrinə  münasibət 

bildirəcəyəm. 

Onun  fikrincə,  həmin  mürtəce  fəlsəfi,  siyasi  və  estetik 

görüşlərin  bir  çox  xırda  burjua  ruhlu  yazıçılara,  o  cümlədən 

H.Cavid, M.Hadi, A.Səhhət və A.Şaiq kimi romantiklərə müəyyən 

mənfi  təsiri  olmuşdur.  Cavid  və  Hadi  şeirlərində  burjua  mət-

buatında  təbliğ  edilən  saxta  şübhəçiliyin  təsiri  görünürdü. 

                                                 

Seçm


ələr mənə aiddir.

 



42

                                            

Əsrin şairi IX 

Mürtəce  islamçılıq  və  türkçülük  ideyaların  mənfi  təsiri  Cavidin 

xüsusən  1915-1918-ci illərdə  yazdığı  bəzi  əsərlərində  özünü 

göstərirdi  və  s.  “Mürtəce”  sözünü  bir  kənara  qoysaq,  deməliyik 

ki,  Cavidin  sovet  dövrü  yaradıcılığında  da,  məsələn,  “Peyğəm-

bər”, “Topal Teymur” və “Səyavüş” pyeslərində də islamçılıq və 

türkçülük görüşləri öz əksini tapmışdır. Bu da təbiidir! 

 

16 

Mən  burada  onun  bilavasitə  Cavidin  şeirlərilə  əlaqələn-

dirdiyi  fəlsəfi  cərəyanlara,  o  cümlədən  maxizm,  moderizm, 

dekadentizm və eklektizm cərəyanları və nəzəriyyəsinə və onların 

fəlsəfi mahiyyətinə qısa nəzər salmaq istəyirəm. 

İlk  öncə  bir  neçə  söz  maxizm  (empriokritisizm)  haqqında. 

Bu cərəyan Avstriya fiziki və idealist filosofu Ernest Maxın (1838-

1916)  adı  ilə  bağlıdır.  Max  öz  fəlsəfi  görüşlərini  “Duyğuların 

analizi”  və  “İdrak  və  yanılma”  əsərlərində  vermişdir.  O,  şeylərə 

maddi  əsasdan  məhrum  “təcrübə  elementlərinin  kompleksləri” 

kimi, materiyaya isə “ilkin psixi sıradan törəyən hadisələrin fiziki 

sırası” kimi baxmışdı.  



Empriokritisizm  –  yunan  dilindəki  empeiria  sözündən 

alınmışdır.  Hərfi mənada  təcrübə,  “təcrübənin  tənqidi  fəlsəfəsi” 

deməkdir.  Bu  cərəyanın  əsasını  İsveçrə  filosofu  Avenarius  və 

Avstriya  filosofu  və  fiziki  Max  qoymuşlar.  Buna  görə  də  həmin 

fəlsəfənin  ikinci  adı  maxizmdir.  Onların  fəlsəfi  görüşləri  bir  sıra 

Avropa ölkələrinin alim və siyasətçiləri arasında geniş yayılmışdı. 

1905-1907-ci illərdə  rus  sosial-demokratları  arasında  yayılmağa 

başladı.  “Rusiyada  özlərini  marksist  hesab  edən,  lakin  heç  bir 

zaman möhkəm surətdə marksizm pozisiyalarında durmayan bir 

hissə - Boqdanov, Lunaçarski, Yuşkeviç,  Valentinov və başqaları 

içərisində böyük müvəffəqiyyət qazanmışdı.”

1

 



Fəlsəfəyə  aid  bir  lüğətdə  Max  və  Avenariusun  fəlsəfəsinin 

                                                 

1

 Müxt


əsər fəlsəfə lüğəti, Bakı, 1941, s. 159. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə