İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə9/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   5   6   7   8   9   10   11   12   ...   142

28

                                            

Əsrin şairi IX 

rür,  məktub  və  şeirlərini  “Hüseyn  Cavid  Rasizadə”,  “Hüseyn 

Cavid Naxçivani”, “H.Cavid”, “Hüseyn Cavid” imzaları ilə yazır. 

Həmin  ildə  “Cavid”  təxəllüsünü  (mənası  “əbədi”  deməkdi) 

birdəfəlik qəbul edir. Gələcəkdə oxucu və tamaşaçılar onu Cavid 

kimi  tanıyacaq,  sevəcək,  əsərlərini  oxuyacaq,  tamaşalarına  baxa-

caqlar. Ailəsinə Cavidi soyadı kimi qəbul etmələrini məsləhət gö-

rəcək.  Azərbaycanda  onun  ailəsini  “Mişkinaz  Cavid”,  “Ərtoğrol 

Cavid” və “Turan Cavid” kimi tanıyacaqlar. 

Şairin  Urmiyadan  Məşədi  Tağı  Sidqiyə  göndərdiyi  mək-

tublar şeir parçaları ilə nə qədər zəngindirsə, Qurbanəli bəyə gön-

dərdiyi  məktublarda  bir  o  qədər  yoxsuldur.  Onun  bir  məktu-

bunda belə bir beyt var: 

 

- Bu ölkədə ürəyim min yerə parçalanmış, 



Hər biri min nazanin dilbər əlində qalmış. 

 

Cavidin İstanbul həyatı çox sıxıntılı, çox ağır, böyük maddi 



ehtiyaclar içində keçir. O doyunca yeyib-içə bilmir, hər cür maddi 

sıxıntı  və  ehtiyaclarla  üzləşir.  Gələcəkdə  bu  haqda  söz  düşəndə 

Mişkinaz  xanıma  deyəcək:  “Gənclik  illərində  bir  xoş  gün 

görməmişəm.  Boyum  çıxandan  yarıac,  yarıtox  oxumuşam. 

İstanbuldan  qayıtdıqdan  sonra  məni  yalnız  və  yalnız 

yaradıcılıq məsələləri düşündürürdü. Yaratmaq, yaratmaq, yenə 

də yaratmq istəyirdim. Bu sönməz eşq, həvəs həyatda çəkdiyim 

bütün çətinliklərə qarşı məndə qüvvət yaradırdı.” 

Yuxarıda  misal  gətirdiyim  beytdən  görün  şair  nələr,  ah, 

nələr  çəkmişdir?!.  Şairin  ürəyinin  min  yerə  parçalanmasında 

başqa  bir  səbəb  kiçik  qardaşı  Əlirzanın  ona  göndərdiyi 

məktubdur.  Məktubu  əlinə  alır,  əlini  yandırır,  oxuyur,  dilini 

yandırır;  ürəyini  kabab  edir,  əhvalı  iztirablarla  dolub  boşalır. 

Əlirza  oxumaq,  təhsilini  artırmaq  istəyir.  Amma  bu  ailədə 

laqeydliklə və etirazla qarşılanır. Böyük qardaşı Şeyx Məhəmməd 

onu nə təhsilə qoyur, nə də işə düzəldir. Şairin dərdi, problemləri 

azmış  kimi,  biri  də  əlavə  olunur.  Istanbulda  yaşamaq  üçün  pul 




         

29

 

İsgəndər Atilla 

tapmayan  şairin  qardaşının  Naxçıvanda  oxumaq  həvəsinə 

düşməsi  onu  “haldan  çıxarır”.  Şair  “az  qalır  ki,  qüssədən həlak 

olsun”.  Qurbanəli  bəyə  müraciət  etməkdən  başqa  çarəsi  qalmır. 

Dərddən kabab olmuş ürəyinin yanğısını kağıza köçürür: “Bənim 

ağam!.. Lakin siz bildiyiniz kibi, əgər o da [Əlirza da] mənimtək 

oxumaq  için  qürbət  vilayətə  gedərsə,  anamız  hər  ikimizin 

fəraqından dözə bilməz. “Həyat” qəzeti kibi yaşarkən ölər...”

*

 

 



Hüseyn Cavid poeziyamızın Hamletidir. 

Əli Sultanlı 

1.6.1. Şeirləri Məmməd Cəfərin araşdırmalarında 

 

1920-1930-cu illərdə Hənəfi Zeynallı, 

Cəfər  Cabbarlı,  Əli  Nazim,  Abdulla  Şaiq, 

Salman  Mümtaz,  Əli  Sultanlı  və  b. 

Cavidin şeirləri haqqında müəyyən müla-

hizələr  söyləmişlər.  Şair  həbs  edildikdən 

sonra  onun  əsərləri  uzun  illər  tədqiqat-

lardan  kənarda  qaldı.  Bəraət  aldıqdan 

sonra əsərlərinə diqqət və maraq artdı. İlk 

dəfə  M.Cəfər  “Hüseyn  Cavid”  mono-

qrafiyasını  yazıb  nəşr  etdirdi.  Burada 

şairin lirikasına ayrıca yer verdi. Mən belə 

hesab  edirəm  ki,  sovet  dönəmində 

Cavidin şeirlərinin sistemli, dərin, ətraflı və mükəmməl tədqiqatı 

M.Cəfərə  məxsusdur.  İlk  dəfə  o,  Məşədi  Tağı  Sidqi,  Qurbanəli 

Şərifov  və  Əziz  Şərifin  arxivini  araşdırdı.  Cavidin  həyatı  və 

yaradıcılığını yazarkən həmin arxiv materiallarından istifadə etdi.  

                                                 

*

  Cavidin Urmiya v



ə  İstanbuldan  farsca  yazdığı  məktubları  Əziz  Şərif və 

İsmayıl  Şəms tərcümə  etmişlər. Məktubları  tutuşdurduqda  məlum olur ki, 

onlarda kifay

ət qədər fərqlər, bəzi ixtisarlar var. Məktubların yenidən ciddi və 

mük

əmməl tərcüməsinə ehtiyac var.  




30

                                            

Əsrin şairi IX 

Görkəmli alim bununla da kifayətlənmədi. Monoqrafiya üzərində 

çalışarkən  Cavidin  şəxsi  arxivinə  də  müraciət  etdi.  Onun  tərtib 

etdiyi suallara Mişkinaz Cavid və Turan Cavid cavab hazırladılar. 

Mən  Cavidin  Bakıdakı  ev  muzeyində  işlərkən  Turan  Cavid  bir 

əlyazmanı  mənə  göstərərək  dedi:  “Bu  əlyazma  Məmməd  Cəfərə 

məxsusdur. O burada Cavidin həyat və yaradıcılığına aid suallar 

yazmışdı. Həmin suallara anamla mən cavab yazdıq.” 

Həmin əlyazma Cavidin Bakıdakı ev muzeyində saxlanılır. 

 

İlk öncə şairin qəzəllərindən söz açan M.Cəfər onun şeirləri 

barəsində  belə  bir  ümumi  fikir  yürürdür:  “Cavidin  ilk  qələm 

təcrübələrində  kədər,  qəm-qüssə  əsas  motivdir.  Şeirlərindəki 

kədər ictimai kədər səviyyəsinə yüksələ bilmir. Daha çox intim və 

fərdi hisslərdən ibarətdir. Şeirlərində klassik məhəbbət lirikasının 

qüvvətli təsiri hiss olunur.” 

O, monoqrafiyada şairin İstanbulda qələmə aldığı şeirlərini

*

 



ayrıca  nəzərdən  keçirmişdir.  Tədqiqatçıya  görə,  həmin  şeirlər 

“Üslub  və  bədii  forma  cəhətindən  qismən  yeni  idi.  Lakin 

məzmunca bunlarda ciddi bir orijinallıq, yenilik görünmürdü. Bu 

şeirlərin  də  çoxunun  lirik  qəhrəmanı  zamanın  ictimai-siyasi 

həyatından  uzaq  düşmüş,  öz  məhdud,  şəxsi,  həm  də  mücərrəd 

arzu və həsrətləri ilə əylənən, təbiətə və gözəlliyə məftun olmuş 

sadəlöhv, xəyalpərvər, sentimental bir gənc idi...”

1

 



Bəri başdan deyim ki, monoqrafiya müəllifinin Hüseyn Cavid 

irsinə  sevgi  və  məhəbbəti,  fikirlərindəki  səmimiyyət  aydın  hiss 

olunur. Lakin Cavid yaradıcılığına, ümumiyyətlə, sənət və ədəbiy-

yat  məsələlərinə  münasibətdə  sovet  hökuməti  və  kommunist 

                                                 

*

 



Şair  orada  bu  şeirləri  yazmış  və  müxtəlif qəzet və  jurnallarda çap etdirmişdir: 

“Növh


ə”, “Rəqs”, “Vərəmli qız”, “Çəkinmə, gül”, “Xuraman-xuraman”, “Uyuyor”, 

“D

əniz pərisi”,  “Şeir  məftunu”,  “Son  baharda”,  “Ah,  yalnız  sən!”, “Hali-



əsəfişimalımı təsvirdə bir ahi-məzlumanə”, “Yadi mazi”, “Bən istərim” və s. 

1

 M



əmməd Cəfər. Hüseyn Cavid, Bakı, 1960, s. 43.

 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə