İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə5/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   2   3   4   5   6   7   8   9   ...   142

         

15

 

İsgəndər Atilla 

1.3. İlk oxucuların şairin şeirləri haqqında 

fikir və təəssüratları 

 

Görkəmli  ədəbiyyatşünas  Əziz  Şərif  Hüseyn  Cavidə  aid 

(1912-1914-cü illər)  gündəliyini  otuz  yeddinci  ilin  od-alov-

larından,  repressiyalardan,  amansız  sovet  rejimindən  qoruyub 

saxlamaqla,  həm  öz  dostu  qarşısında  vicdani  və  vətəndaşlıq 

borcunu yerinə yetirmiş, həm də böyük bir qəhrəmanlıq etmişdi. 

Atasının  arxivində  Cavidə  aid  məktubları  qoruyub  saxlaması  və 

1977-ci ildə oxucu və araşdırıcıların ixtiyarına verməsi Əziz bəyin 

Cavidin ruhu qarşısında ehtiram və xidmətinin parlaq nümunəsi 

sayılmalıdır.  O,  Cavidin  İstanbul  həyatından  danışarkən,  yeri 

gəldikcə,  şeirləri,  dil  və  üslubu  haqqında  fikir  söyləmiş,  bəzi 

qaranlıq  məqamlara  aydınlıq  gətirmiş  və  demişdir:  “İstər “Ana” 



kitabındakı  mülahizə, istərsə  də  “Keçmiş  günlər”dəki qeyd Hüseyn 

Cavidin Azərbaycan  şeirinə  bir yenilik, özünəməxsus bir üslub 

gətirdiyini göstərir  ki,  bütün  yaradıcılığı  boyu  bu  üslub  əsərdən-əsərə 

inkişaf edərək, “Hüseyn Cavid” üslubuna çevrilmişdir”. 

Ə.Şərif  Cavidi  uşaqlıq  illərindən  tanıyırdı.  1912-1914-cü 

illərdə  Tiflisdə  gimnaziyada  oxuyarkən  şairlə  daha  yaxın 

münasibətdə  olur.  Onun  yaradıcılığının  Tiflis  mərhələsini  “İlk 

yüksəlmə  dövrü”  hesab  edir  və  yazırdı:  “...[Cavid]  yazdığı  lirik 

şeirlərlə ədəbi ictimaiyyətin və oxucuların diqqətini cəlb edir, ona 

geniş  şöhrət  qazandırmış  əsərlərini,  xüsusilə  “Şeyx  Sənan” 

dramını hazırlayırdı.”

1

  

Cavid  şeirlərinin  ilk  oxucularından  biri  olan  Qulam  Məm-



mədlinin  təəssüratları  da  maraqlıdır.  O  yazır:  “Onun  şeirlərini 

oxuyurduq.  Lakin  bu  şeirlərin  əsl mənasını  başa  düşmürdük. 

Açıq deyək, dili, dərin məzmunu, fəlsəfəsi bizim kimi kəmsəvad, 

məktəb  və  müəllim  görməmiş  gənclərin  şüuruna  çatacaq  şeirlər 

                                                 

1

 



Əziz Şərif. Keçmiş günlərdən, Bakı, 1977, s. 32. 


16

                                            

Əsrin şairi IX 

deyildi...”

1

 

Ə.Şərifin,  Q.Məmmədlinin,  bir  qədər  sonra  söz  açacağım 



Q.Şərifovun  fikirləri  həm  o  dövr,  həm  də  bu  gün  üçün  çox  əhə-

miyyətlidir. Onların fikirləri bir daha təsdiq edir ki, şeirə, sənətə 

qədəm  basan  şair  ilk  günlərdən  oxucuların  diqqətini  cəlb 

etmişdir.  Şairin  dərin  və  fəlsəfi  məzmunlu  şeirlərinin  məktəb, 

müəllim  və  təhsil  görməmiş  oxucular  tərəfindən  çətin  başa 

düşülməsi təbii idi.  

Ə.Şərif  gündəliyində  daha    çox  şairin  “Salik”  təxəllüsü ilə 

qələmə  aldığı  şeirlərinə  münasibət  bildirmişdir.  Məhəmməd  Tağı 

Sidqinin  vəfatı  münasibətilə  farsca  yazdığı  və  “Şərqi-Rus” 

qəzetində çap etdirdiyi şeirin ilk beytini türkcəyə tərcümə etmiş və 

yazmışdır: 

- Hüseynin Salik təxəllüsü ilə yazılmış şeirləri bu günə kimi 

toplanmamışdır,  bəlkə  bu  gündən  sonra  da  toplanmağı  asan 

olmaya, ancaq bu şeirlərdən birinin ilk iki beyti  hələ uşaq vaxt-

larından mənim yadımda qalmışdır. 

Müəllif  şairin  “Gönlüm  quşu  geyib  yenə  matəm  libasını” 

misrası  ilə  başlayan  “Növhə”  şeirini  nəzərdə  tutmuş  və  onun 

dörd  misrasını  oxucuların  diqqətinə  çatdıraraq  yazmışdır:  «Şeir 

Hüseyn Salik təxəllüsü ilə [Orucov qardaşlarının təqvimində] çap 

edilmişdir.  Yadımdadır  ki,  sonralar  bir  dəfə  mən həmin  şeiri 

Hüseyn Cavidə əzbərdən oxuyub Hüseyn Salikin kim olduğunu 

soruşanda,  dostum  nədənsə  utana-utana  “mənəm”  deyə  cavab 

vermişdi.» 

Onun  fikrincə,  şairin  gəncliyində  qələmə  aldığı  bu  kimi 

şeirləri  o  qədər  əhəmiyyətli  olmasa  da,  böyük  şairin  hansı  yol, 

hansı  təcrübə,  hansı  axtarış  və  tapıntılarla  tərəqqi  və  inkişaf 

etdiyini  göstərən amillərdən  biridir.  O,  sözünə  davam  edərək 

yazır:  “Həmin  şeir  geniş  şöhrət  tapmışdı.  Qrammafon  valına 

                                                 

1

 Qulam M



əmmədli. Cavidlə tanışlığım. Cavidi xatırlarkən kitabında. (Tərtibçi 

İ.Atilla), Bakı, 2012, s. 528.

 



         

17

 

İsgəndər Atilla 

yazılmış,  hansısa  xanındənin  oxuduğu  muğam  üçün  şeirin 

beytləri  seçilmişdi.  Orucov  qardaşlarının  Bakıda  hər  il  nəşr 

etdikləri təqvimlərdən birində çap edilmişdi.” 

Kim  ola  bilərdi  həmin  müğənni?  Mən  onun  ya  Cabbar 

Qaryağdıoğlu,  yaxud  da  Seyid  Şuşinski  olduğunu  ehtimal 

edirəm. Çünki bu görkəmli muğam ustalarının hər ikisi Cavidin 

şeirlərini çox sevirdi... 

1912-ci  ildə  Tiflisdə  şeytanbazar  məhəlləsində  Cəlil Məm-

mədquluzadənin  təşəbbüsü  ilə  Azərbaycan  mədəniyyəti  ocağı 

açılmışdı.  Orada  musiqi,  şeir,  sənət  məclisləri  təşkil  edilirdi. 

Məclislərdə  Üzeyir  Hacıbəyli,  Cəlil Məmmədquluzadə,  Hüseyn 

Ərəblinski,  Seyid  Şuşinski,  Mustafa  Mərdanov  və  b.  görkəmli 

Azərbaycan ziyalıları, musiqiçiləri və xanəndələri iştirak edirdilər. 

Çox güman ki, Cavid də həmin məclislərdə iştirak etmişdi. Onun 

həmin sənətkarla tanışlığı 1912-1913-cü illərə təsadüf edir.  Onlar 

şairin  yaradıcılıq  və  şəxsiyyətinə  xüsusi  hörmətlə  yanaşır, 

şeirlərini  çox  sevirdilər.  S.Şuşinski  şairin  qəzəllərini  muğamat 

üstündə oxumaqdan böyük zövq alırdı. 

Şairin  “Salik”  təxəllüsilə  yazdığı  şeirləri  axtarıb  tapmaq 

gerçəkdən  dünən  də,  bu  gün  də  müşkül  məsələ  olaraq  qalır. 

Ə.Şərifdən  sonra  bu  işlə  Qulam  Məmmədli,  Abbas  Zamanov,  o 

cümlədən mən məşğul olmuşuq. Şairin xüsusilə İran mətbuatında 

çap  etdirdiyi  şeirlər  oxuculara  bu  gün  də  naməlum  olaraq  qalır. 

Bir  gün  Abbas  müəllimə  dedim:  “Sizin  Cənubi  Azərbaycanla 

yaxşı əlaqələriniz var. Xahiş edirəm ki, Cavidin şeirlərinin axtarı-

lıb  tapılmasına  kömək  edəsiniz.”  O  dedi:  “Maraqlanmışam,  heç 

bir  şey  əldə  edə  bilməmişəm.  Həmid  Məmmədzadədən*  xahiş 

etmişəm ki, o da maraqlansın.”

 



Cavid İstanbulda təhsil alarkən 14-15 şeir yazmışdır. Onların 

                                                 

*H.M

əmmədzadə  əslən təbrizli  idi.  Bakıda  yaşayırdı.  Fars  dilini  gözəl bilirdi. 



M

ənim  hazırladığım  “Cavidi  xatırlarkən...”  kitabının  redaktorlarından biri idi. 

1977-

ci il İran inqilabının qələbəsindən sonra Təbrizə köçdü.  




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə