İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə4/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   2   3   4   5   6   7   8   9   ...   142

12

                                            

Əsrin şairi IX 

məşhur və qüdrətli şair və dramaturqu olacaq. XX əsr Azərbaycan 

ədəbiyyatı  tarixinə  yeni  və  parlaq  səhifələr  yazacaq.  Heç  bir 

qüvvə,  heç  bir  tənqidçi  onu  öz  mövqeyindən  döndərə 

bilməyəcək... 

Bir neçə söz Firidun bəy Köçərli və Cavid haqqında. Cavid 

Firidun bəylə 1912-1913-cü illərdə Tiflisdə tanış olur. O zamanlar 

Qori Müəllimlər Seminariyasında çalışan Firidun bəy Tiflisdə işsiz 

qalmış şairin bir məktəbdə işə düzəlməsinə kömək edir. 

O zamanlar mətbuatda iki şair “Salik” imzası ilə çıxış edirdi. 

Onlardan biri naxçıvanlı şair Cavid, digəri qazaxlı şair Kazım ağa 

Salik  idi.  Cavid  1906-cı  ildə  “İrşad”  qəzetinin  18  yanvar  tarixli 

nömrəsində  “xeyirxahi-vətən:  H.Rasizadə”  qeydi  ilə  “Gönlüm 

quşu  geyib  genə  matəm  libasını”  misrası  ilə  başlayan  “Növhə” 

şeirini  çap  etdirir.  Şeirin  hansı  “Salik”ə  məxsus  olmasını 

öyrənmək  üçün  Muxtar  bəy  Nəsirbəyov  qəzetə  müraciət  edir. 

Beləliklə, ədəbi mübahisə yaranır. “A.F.” imzalı bir şəxsin etirazı 

mübahisəni qızışdırır. Firidun bəy işə qarışır. Sübut edir ki, həmin 

şeir  qazaxlı  şairə  deyil,  naxçıvanlı  şair  Rasizadə  Salikə  məxsus-

dur...


1

 

 



1.2. İlk şeirləri 

 

Cavid  ilk  şeirlərini  farsca  yazmışdır.  10-12  yaşlarında  şeir 

yazmağa  başlayan  Hüseyn  mollaxanadan  Məşədi  Tağı  Sidqinin 

məktəbinə  keçdikdən  sonra  şeirə  daha  çox  maraq  göstərmiş  və 

farsca  bir  neçə  qəzəl  qələmə  almışdır.  Onun  ilk  qələm 

təcrübələrini  görkəmli  cavidşünas  Məmməd  Cəfər  Cəfərov  ilk 

dəfə tədqiqata cəlb etmişdir. Qəzəllərini Sidqinin arxivində aşkara 

çıxaran  cavidşünas  alim  bu  haqda  yazır:  “...Bu  ilk  qələm 

təcrübələrindən  ikisi  azərbaycanca  və  ikisi  farsca  yazılmış  dörd 

qəzəl  hazırda  Məhəmmədtağı  Sidqinin  arxivindədir.  Bunlardan 

                                                 

1

 



Ətraflı  bax:  Firidun  bəy Köçərli. Azərbaycan  ədəbiyyatı  tarixi,  I  cild,  Bakı, 

1978, s. 22-

23; “İrşad”, 9 fevral və 21 fevral 1908. 



         

13

 

İsgəndər Atilla 

farsca  yazılmış  qəzəldə  şairin  lirik  qəhrəmanı  gözəlliyə  pərəstiş 

edən,  xəyalpərəst,  sentimental  bir  gəncdir.  O,  Sənan  kimi  bir 

xristian qızına aşiq olub, uğursuz məhəbbəti üçün iztirab keçirir, 

özünü intihasız qəmlər əlində həlak olan, qəfəsə salınmış, qanadı 

yanmış bir bülbülə bənzədir.”

1

 

Sidqinin arxivində mühafizə olunan şeirlərin üzərində onun 



belə bir qeydi var: “Hüseyn Rasizadənin şeirlərindən.” Məmməd 

Cəfər  monoqrafiyada  həmin  şeirlərin  farsca  orijinalını,  rus 

qrafikasında translitrasiyasını, türkcə sətri tərcüməsini vermişdir. 

Şeirləri  Azərbaycan  türkcəsinə  kim  tərcümə  etmişdir?  Bax,  bu, 

məlum olmur.  

Sonralar  Cavid  əsərlərini  tərtib  edən  və  çapa  hazırlayan 

Turan  Cavid  həmin  qəzəlləri  müəllifin  sovet  dönəmində  və 

müstəqillik  illərində  nəşr  etdirdiyi  kitablara  daxil  etmişdir. 

Qəzəllərin  farscadan  bədii  tərcüməsi  M.Soltan  və  İ.Cəfərpura 

aiddir.  Mən  bədii  və  sətri  tərcümələrlə  bağlı  bəzi  paralellər 

aparmaq istəyirəm. 

Cavidin  farsca  “Dilimən  bürd  besəd  eşvə  Məsiha nəfəsi,  // 

Çe künəm nist dərin şərh məra dadrəsi!” beytini M.Soltan bu cür 

tərcümə etmişdir: 

 

 

Qəlbimi çaldı yarın nazla Məsiha nəfəsi, 



Nə edim, yoxdu yazıq aşiqinin dadrəsi.

*

 



 

 

M.Cəfər türkcə sətri tərcüməsini bu cür verir: “İsa nəfəsli bir 



gözəl  min  işvə  ilə  mənim  qəlbimi  fəth  etmişdir.  Nə  edim  ki,  bu 

şəhərdə mənim bir dadərəsim yoxdur.” 

Həmin gəzəlin sətri və bədii tərcüməsinin son beytinə nəzər 

salaq. 


M.Cəfər:  “Başı  bəlalı  Gülçinə  deyin  ki,  Məcnun  olmaq 

                                                 

1

 M

əmməd Cəfər. Hüseyn Cavid, Bakı, 1960, s. 40. 



*

 Dadr


əs – dada çatan, fəryada yetişən; arxa, kömək.

 



14

                                            

Əsrin şairi IX 

fikrinə düşmə, Sənin Leylanın kəcavəsindən zəng səsi gəlməz.” 



 

M.Soltan: 

 

- De yazıq Gülçinə, məcnunluğunu tərk etsin

Çünki Leyli dəvəsindən kəsilib zəng səsi. 

 

Hüseyn Rasizadənin farsca yazdığı ikinci qəzələ nəzər salaq. 



M.Cəfər: 

 

Bəzm həvaye eşq ruxe yar dər sərəst, 

Dər surətəş çu surate Yusif müsəvvərəst. 

 

M.Soltan: 



 

Ruhumda yar üçün yeni sevda cəlalı var, 

Hüsnündə gör onun necə Yusif cəmalı var. 

 

M.Cəfər:  “Yenə  də  yarın  gözəl  simasının  sevdası 

başımdadır. Onun üzü Yusifin üzündən gözəldir.” 

Hər iki müəllifdə son beytlər belə tərcümə edilmişdir. 



M.Cəfər:  “Gülçin”  üçün  yarın  visalı  yanında  behişt  bir 

heçdir. Bizim sevgilimiz behiştdəki hurilərdən qat-qat gözəldir.” 



M.Soltan: 

 

Gülçinə yar vəsli behiştdən də yaxşıdır, 



Çox söyləmə ki, orada pərilər visalı var. 

 

Tərcümələrdəki uğurlu və uğursuz cəhətlər göz önündədir. 



Məncə, həmin qəzəllərin yenidən mükəmməl tərcüməsinə ehtiyac 

var. 


Şairin  farsca  yazdığı  və  “Olubdu  qəlbimə  hakim mənim 

məlali-vətən”  misrası  ilə  başlayan  qəzəlinin  orijinalı  olma-

dığından mən İ.Cəfərpurun bədii tərcüməsi haqqında bir söz deyə 

bilmərəm. 



 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə