İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə8/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   4   5   6   7   8   9   10   11   ...   142

         

25

 

İsgəndər Atilla 

taleyindən gileylənməyə başlayır. Bu hələ harasıdır?.. İrəlidə onu 

nələr, ah, nələr gözləmirdi?.. Bunu yalnız Tanrı bilirdi! 

-  Hər  halda  mən  öz  taleyimdən  şikayətlənməliyəm,  -  söy-

ləyən  şair,  şeirlərində  və  məktublarında  bir  şair-filosof  kimi 

düşünürdü və yazırdı: “...Baharın şənlikləri şoranlıq yerdə hasil, 

səmərə  verməz  və  od  hər  daşın  üstündə  dayanmaz.  Hər  şeyin 

cövhərində qabiliyyət olmaq şərtdir...” 

Gənc şair obrazlı düşünür, adi fikirlərini belə obrazlı şəkildə 

ifadə  edir  və  fəlsəfi  cəhətdən  mənalandırırdı.  Gələcəkdə  o,  yaşa 

dolduqca onun bu sahədəki istedadı, qabiliyyəti və bacarığı daha 

da biçimlənəcək və inkişaf edəcək. Şair seçimli dil və üsluba malik 

olacaq, şeirdə və sənətdə böyük uğurlar qazanacaq. 

Şairin məktub  və  şeirlərindən  açıq-aydın  görünür  ki,  o, 

vətəndən  uzaq  düşdüyü  üçün  darıxır,  ruhən  sıxılır  və  mənəvi 

əzab çəkir. Müəllimindən “Uzaq düşmüş bir qəribə hər axşam və 

səhər mərhəmət nəzəri salmasını” xahiş edir və yazır: 

 

 



Könlünü könlüm kimi əgər etsən, 

Məndəki möhnəti sən dərk edərsən. 

Tox çörək qayğısı bilməz belə, 

Ac yavan çörək yeyər çox həvəslə.  

 

 

Bu  misralardan  görünür  ki,  şair  Cənubi  Azərbaycanda 



yaşarkən günlərini böyük ehtiyac və sıxıntı içində keçirir, taleyin 

ona bəxş etdiyi “hədiyyələrdən” əzab çəkirdi. Bu, hələ harasıdır?!. 

O,  gələcəkdə  İstanbulda  təhsil  alarkən  bundan  daha  dəhşətli 

əzablar  çəkəcək,  dostu  Abdulla  Sur  ilə  günlərlə  bir  qarın  çörəyə 

möhtac qalacaq. 

Təbrizdə və Urmiyada ehtiyac içində çabalayan şair, dost və 

aşinalarından yoldaşlıq umur. 

 

 



Dost-aşinalarımızdan ummuşduq biz yoldaşlıq, 

Düzgün olmadı  bu fikir, görünür ki, biz çaşdıq. 




26

                                            

Əsrin şairi IX 

Şair bu eyhamlı və gileyli sözləri yüksək mərtəbəli, hörmətli 

böyüyü Məşədi Tağı Sidqiyə ünvanlayırdı. Onun məktub yazma-

masına, ona qarşı etinasızlığına, hətta mərhəmətsizliyinə təəccüb-

lənirdi.  “Məktub  yazmamağınıza  səbəb  nə  ola  bilər?”  deyə  öz-

özünə sual edirdi... Ancaq o bilmirdi ki, onun sevimli, qayğıkeş, 

şən və gülərüzlü müəllimi 1904-cü ildə dünyadan köçmüşdü. 

Şair  bu  ağır  xəbəri  eşitmişdi.  Qəm  dəryasına  batmışdı. 

Göyün  qara  buludları  sanki  onun  üstünə  çökmüşdü.  O,  özünü 

saxlaya  bilmədi.  Özündən  asılı  olmayaraq  göz  yaşları  gilə-gilə 

qabağındakı  kitabın  üzərinə  düşdü.  Urmiyada,  qərib  bir  ölkədə 

mənəvi  atası  Sidqiyə  yas  saxladı.  Uzun  zaman  özünə  gələ 

bilmədi.  Kağızı  qabağına  çəkdi,  qələmi  əlinə  aldı  və  fars  dilində 

bu  sözləri  yazdı:  “Əz  cahan  rəft  həzrəte  Sidqi,  //  Səd  həzaran 

driğü əd əfsus.” (“Yüz minlərlə heyf və əfsuslar olsun ki, həzrət 

Sidqi  dünyadan  getdi.”  Tərcümə  Əziz  Şərifə  aiddir.)  Sonra  şeiri 

zərfə  qoyub  “Şərqi-Rus”  qəzetinə  göndərdi.

1

 Şeir  aşağıdakı 



qeydlərlə  qəzetdə  çap  edilmişdir.  «Ədəbiyyat.  Urmiyadan 

məktub. Hər ruz mibərəd əz bustan goli, // Məcruh mikonəd dili 

bıçarə  bolboli.

2

 (Məhəmmədtağı  Sidqinin  vəfatı  münasibətilə)  Ze 



cahan rəft həzrəti Sidqi, // Səd həzaran driq, səd əfsus..»

3

 



Müəlliminin  “ondan  xəbərsiz”  dünyadan  köçüb  getməsi 

şairin  ürəyini  dağlayır.  O,  buna  minlərcə  təəssüf  edir.  Könlü 

munisindən məhrum  olan  şair,  müəllimini  səməndər  quşuna 

bənzədir. Səməndər quşu kimi qeyrət oduna düşüb yanmağı şairi 

də  yandırır...  Fəqət  o,  “gülüstandan  bir  gülün  getməsindən” 

təskinlik də tapır. Çünki Sidqi özündən sonra Naxçıvanın maarif 

və mədəniyyət tarixində böyük iz qoyub getmişdi. Rus dövlətində 

                                                 

1

 

Şeir  “Salik”  təxəllüsilə  “Şərqi-Rus” qəzetində  23 yanvar 1904-cü ildə  çap 



edilmişdir. 

2

 H



ər  gün  bu  bostandan  bir  gül  qoparılır,  bülbülün  ürəyi  yaralanır.  (Tərcümə 

M.C


əfərə məxsusdur.) 

3

 H



əzrəti Sidqi dünyadan getdi, // Yüz minlərlə  hayıf,  yüz  əfsus. (Tərcümə 

Q.M


əmmədliyə aiddir.)

 



         

27

 

İsgəndər Atilla 

(Cavid  ilk  dəfə  Azərbaycanın  rus  dövlətinin  əsarətində  olması 

mənasında, rus dövlətinin adını həmin şeirdə çəkmişdir. Məqalə-

lərində  üzərinə  yenidən  qayıtmışdır...)  böyük  nöqtəyə  çatdığını, 

maarif  işini  yaydığını,  xalqını  qaranlıqdan  çıxardığını,  onun 

gözünü açdığını, ona həyat verdiyini xüsusi qeyd etmişdir. 

 

...Səməndər kimi qeyrət oduna düşüb yandı, 



Rus dövlətində o, belə nöqtəyə çatdı. 

Yazaraq nəşr etdiyi maarif yayımilə, 

Həyat verdi xalqına, qaranlıqdan çıxartdı... 

Gözəl nəğmələr qoşan bülbül artıq oldu lal, 

Həyatdan məhrum olub, Fəna həbsində yatdı...

1

 



 

Yeri  gəlmişkən  deyim  ki,  bu  şairin  ilk  şeir-nekroloqudur. 

“Şərqi-Rus”  qəzetində  (20  yanvar  1904)  “Urmiyadan  məktub” 

başlığı  altında  çap  edilmişdir.  Şair  gələcəkdə  Abdulla  Sur  və 

Məşədi  Qurbanəli  Şərifov  haqqında  da  nekroloqlar  yazıb,  mət-

buatda çap etdirəcəkdir. 

 

1.5. İstanbuldan Qurbanəli Şərifova göndərdiyi 

məktublardakı şeir parçaları haqqında bir-iki söz 

 

Şair İstanbulda ali təhsil almaq və  sərmayə toplamaq üçün 



Urmiyada  ticarətlə  məşğul  olur.  1904-cü  ildə  Naxçıvana  qayıdır, 

1905-ci  ildə  İstanbula  gedir.  Rza  Tofiqin  zəmanəti  ilə  İstanbul 

Darülfünununun tarix və ədəbiyyat fakültəsinə daxil olur. Təhsil 

aldığı illərdə Qurbanəli Şərifova səkkiz məktub yazır. 1909-cu ilə 

qədər  şeir  və  məktublarını  müxtəlif  imzalarla,  o  cümlədən 

“Hüseyn  Rasizadə”,  “Hüseyn  Rasizadə  Naxçıvani”,  “Hüseyn 

Salik  Rasizadə  Naxçivani”,  “H.Rasizadə”  və  s.  imza  və  təxəl-

lüslərlə  yazır və çap etdirir. 1909-cu ildə “Cavid” təxəllüsü götü-

                                                 

1

 



Hüseyn Cavid. Əsərləri, dörd cilddə, IV cild, Bakı, 1985, s. 177-178. Təəssüf 

ki,  şeir  şairin  sonrakı  nəşrlərinə  salınmamış,  kim  tərəfindən tərcümə  edilməsi 

göst

ərilməmişdir. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə