İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə7/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   2   3   4   5   6   7   8   9   10   ...   142

         

21

 

İsgəndər Atilla 

 

Qüruba qarşı dəniz səhneyi-lətafət olur, 

Qüruba qarşı dəniz başqa bir qiyamət olur. 

 

“Dəniz tamaşası” şeirinə illüstrasiya 

(Rəssam Oqtay Sadıqzadə) 



22

                                            

Əsrin şairi IX 

1.4. Urmiyadan Məşədi Tağı Sidqiyə yazdığı 

məktublardakı şeirlər barəsində bir neçə söz 

 

O,  Sidqinin  məktəbini  bitirdikdən 

sonra  təhsilini  davam  etdirmək  üçün  ilk 

öncə Təbrizə, sonra Urmiyaya gedir. Həmin 

şəhərlərdə  yaşayarkən  şeirlərini  yerli  mət-

buatda çap etdirir. Ancaq mən burada şairin 

həmin  şeirlərindən  deyil,  məktublarındakı 

şeirlərindən bəhs edəcəyəm. 

Cavid  1900-cü  ildə  artıq  çoxdan  şair 

olmağa  qərar  vermişdi.  Müxtəlif  mövzu-

larda  bir  sıra  şeirlər  yazmışdı.  Onun  ilk 

qələm məhsullarından  şairliyə  böyük  maraq  göstərməsini,  fitri 

istedada  malik  olmasını  aydın  görmək  və  duymaq  olardı.  Aylar 

və  illər  keçdikcə  o,  püxtələşir,  bir  şair  kimi  formalaşırdı.  1904-

1905-ci illərdən əsl şair kimi şeir-sənət meydanına atıldı.  

Şair  1906-cı  ildə  “İrşad”  qəzetində  “Növhə” müxəmməsini 

çap etdirərkən onun 23-24 yaşı var idi. 17 bənddən, 85 misradan 

ibarət olan şeiri oxuduqca, şairin bu yaşda olmasına inanmırsan. 

Düşünürsən ki, o, uzun illərdir ki, şeir-sənət aləmində qələm çalır. 

Sanki şeiri 23-24 yaşlı şair deyil, 45-50 yaşlı şair yazmışdır. Bu da 

Cavidin nə dərəcədə böyük fitri istedada malik olmasından xəbər 

verir. 


O,  1903-1904-cü illərdə  Urmiyadan  Sidqiyə  farsca  yazdığı 

məktublarda,

*

  yeri  gəldikcə,  şeir  parçalarından  istifadə  etmişdir. 



Şeirlərində  böyük  müəlliminə  hörmət,  sevgi  və  məhəbbəti  öz 

bədii  ifadəsini  tapmışdır.  Şeir  parçaları  müxtəlif  məqsəd  və 

səbəblə  yazılmışdır.  Məsələn,  şair  birinci  məktubunda  elə  ilk 

                                                 

*

  H


əmin məktubları  farscadan  Azərbaycan türkcəsinə  İsmayıl  Şəms tərcümə 

etmişdir.  İstər Urmiyadan, istərsə  də  İstanbuldan  göndərilən məktubların 

t

ərcüməsində müəyyən ixtisar və təhriflərə yol verilmişdir.  




         

23

 

İsgəndər Atilla 

cümlələrdən müəllimi  Məşədi  Tağı  Sidqiyə  həm  sevgi  və 

məhəbbətini, həm də giley-güzarını, ona salam çatdırmağa layiq 

olmadığını  bildirmişdir.  Müəlliminin məhəbbətli  məktubu  onu 

göylərə qaldırmış, duaçılarını başı uca etmişdir. 

 

Rəhmli, böyük kimsədən alsanız salam, 



Layiq deyiləm mən Sizə salamımı çatdıram. 

Mən kiməm ki, yol tapım o mərhəmətli könlünə, 

Başımın tacı – ayaq torpağın, gözümün lütfünə. 

Mərhəmətli məktubun məni göylərə yüksəltdi,  

Duaçıların içrə bir daha başuca etdi. 

 

Şair  Cəlallı  atası  və  sevimli  müəllimi  Sidqidən  neçə  müd-



dətdir  ki,  cavab  gözləyir.  Lakin  cavab  yubanır  və  bu  səbəbdən 

həssas  şair  çox  narahat  olur  və  müəllimindən  gileylənir: 

“Bilmirəm səbəbi nədir? Buna bais kimdir? Böyüklər az biliklilərə 

etinasız  olurlarmı?”  deyə  ona  suallar  ünvanlayır.  “Şagirdlərə 

qayğıgeşlik böyüklüyü əskiltməz. Süleyman

*

 o cəlalı ilə qarışqanı 



belə nəzərdən qaçırmazdı.” yazan şair, fikrini daha obrazlı ifadə 

etmək üçün şeirə müraciət edir: 

 

- Doğru deyil ki, ürəkdən ürəyə yol gedər. 



Ürəyim qüssədən yanır, ürəyində yox heç bir xəbər. 

 

Gerçəkdən  qürbət  bir  məmləkətdə  şairin  ürəyi  qüssə  alov-



larında  od  tutub  yanır.  Ürəyində  müəlliminin  camalını  görməyə 

olan şövqü bir ürəyi, bir də özü bilən şair yanan ürəyini söndür-

mək, dərdini müəllimilə bölüşmək istəyir. 

 

Didarını görməyə ürəyimdə olan şövqü, 



Ürəyim bilir, mən bilirəm, bir də bilir ürəyim. 

 

Şair “ürəyim” sözünü təsadüfən üç dəfə təkrar etmir. Çünki 



ürək daha həssadır, çox uzaqda olan, səsi-ünü yetməyən Sidqini 

                                                 

*

 

Süleyman peyğəmbər. 




24

                                            

Əsrin şairi IX 

sanki  o  görür,  duyur,  hiss  edir.  Müəlliminə  ən  böyük  rəğbət  və 

məhəbbəti  ürəyində  daşıyan  şairin  şeirlərindən  Urmiyada 

keçirdiyi  iztirab,  hiss,  həyəcan,  düşüncə  və  narahatlığı  aydın 

duymaq  olar.  Şagirdlə  müəllim  arasında  olan  dostluğu,  ülfəti, 

mehribançılığı  və  münasibəti  öyrənmək  mümkündür.  Şagirdin 

müəlliminə  söz  deməyə  ərki  çatır.  O,  bundan  şəkinmir,  o,  buna 

cəsarət edir. 

 

İstəmədi bizi qəlbin sevmədi, bilməm neçin sevmədi. 



Bizə qəlbin yanmadı, bilmirəm neçin yanmadı. 

 

Həssas  və  narahat  şair  ürəyindəki  hiss  və  düşüncələri  ağ 



kağız  üzərinə  köçürür.  Göz  xəstəliyinin  rədd  olub  getməsinə 

sevinir.  Həddindən  artıq  nigarançılıq  içində  müəllimindən 

məktubuna  cavab  gözləyir.  Sidqinin  atası  Məşədi  Səfər  babaya 

salam göndərməyi unutmur. Onun şagirdi olması ilə öyünür, fəxr 

edir.

 

 



Şagirdinəm mən hər zaman diləyirəm

O şən dodaqlarından bir təbəssüm öyrənəm. 

 

Şair müəlliminin dodaqlarından çox şey öyrənmişdi. Şeir və 



sənətin sirlərindən xəbərdar olmuşdu. Bunun üçün özünü xoşbəxt 

sayırdı.  Böyük  ustad  və  cəlallı  atasının  sağlam  olmasını  arzula-

yırdı. Özünü onun fani və sədaqətli kiçiyi hesab edirdi. Bununla 

belə, o, müəllimindən, mənəvi atasından gileylənirdi də. 

 

Var mənim çoxlu gileyim səndən, 



Bilməm nə şikayət edim səndən. 

 

Səbəbi  bu  idi  ki,  çoxdan  göndərdiyi  məktubu  Sidqi 



almamışdı və buna görə də onu məktubunda tənbeh etmişdi. 

Cavid  müəlliminə  məktub  yazdığı  illərdə  onun  21-22  yaşı 

var  idi.  Gənc  istedadlı  şair  artıq  həyatın,  taleyin,  qürbətin, 

məşəqqətin nə olduğunu yaxşı bilirdi. O, ilk dəfə 1904-cü ildə öz 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə