İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə10/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   6   7   8   9   10   11   12   13   ...   142

         

31

 

İsgəndər Atilla 

partiyasının  bədii  ədəbiyyat  və  ədəbiyyatşünaslıq  sahəsində 

yeritdiyi siyasət və ideologiya qabarıq nəzərə çarpır ki, mən bunu 

deməyə bilmərəm.  



 



Haşiyə.  M.Cəfərin  “Hüseyn  Cavid”  monoqrafiyası  1960-

1980-ci illərdə oxucular, mütəxəssislər və cavidsevərlər tərəfindən 

birmənalı  qarşılanmadı  və  böyük  mübahisələrə  səbəb  oldu.  Nə 

üçün?  Birincisi  ona  görə  ki,  o,  Cavid  haqqında  yazılmış  ilk 

qiymətli  monoqrafiya  idi.  M.Cəfər  uzun  illər  əsərləri  yasaq 

edilmiş və oxuculardan ayrı salınmış Cavidi ədəbi ictimaiyyətə və 

elmi  ədəbiyyata  qaytardı  və  onun  irsinə  maraq  oyatdı.  Cavidin 

həyat  və  yaradıcılığı  haqqında  təsəvvür  yaradan  bir  elmi  əsər 

ortaya  qoydu  və  s.  Ancaq  mübahisə  doğuran  bu  deyildi. 

Mübahisə doğuran tədqiqatın metodologiyası və Cavidə yanaşma 

ilə  ilgəli  idi.  Çünki  müəllif  monoqrafiyada  bəzən  1920-1930-cu 

illərin  tənqidi  və  ədəbiyyatşünaslığı  səviyyəsinə  enirdi.  Bu 

cəhətdən  yalnız  müəllifi  deyil,  kitabın  redaktoru  Əziz  Mir-

əhmədovu da qınamaq olar... 

Müəllifə monoqrafiyanın üzərində təzədən işləyib nəşr etmək 

təklif olunmuşdu. Mən bunu dəfələrlə Mirəli Seyidovdan eşitmişəm. 

Bir  gün  Turan  Cavidin  də  iştirakı  ilə  həmin  söhbət  açıldı.  Mirəli 

müəllim dedi: “Məmməd Cəfərə monoqrafiyanı yenidən işləyib nəşr 

etdirməsini  təklif  edirlər.  Ancaq  o,  nədənsə  susur...”  Mən  dedim: 

“Yenidən  işləyib  çap  etdirsə,  yaxşı  olar.”  Turan  xanımın  üzünə 

baxdım.  Onun  üzünə  bir  qəm-qüssə  çökdüyünü  hiss  etdim.  O, 

kədərlə dedi: “Əlbəttə, elə etsə daha yaxşı olar.” 

İllər ötürdü. M.Cəfər susurdu. Nəhayət, 1981-1982-ci illərdə 

Cavidin  anadan  olmasının  100  illiyinə  hazırlıq  gedirdi.  M.Cəfər 

artıq  yaşlaşmışdı.  Mən  bildiyimə  görə,  Arif  Hacıyev  və  Yaşar 

Qarayevin  köməkliyilə  həmin  monoqrafiya  işləndi,  rus  dilinə 

tərcümə  edildi  və  çap  olundu.  Artıq  gec  idi!..  Bu  səbəbdən mən 

görkəmli ədəbiyyatşünas M.Cəfərin məhz 1960-cı ildə nəşr etdir-




32

                                            

Əsrin şairi IX 

diyi  monoqrafiyaya  müraciət  etmişəm. Çünki sovet  dövrü  üçün 

daha səciyyəvi olan monoqrafiya mənim araşdırmalarımın istiqa-

məti üçün də münasib və məqsədəuyğundur. 



 

Cavidin şeirlərində məzmunca ciddi bir orijinallıq və yenilik 

görməyən müəllif, “Rəqs” şeirini nümunə gətirərək, iddia edirdi 

ki,  “Məzmunca  həyəcanlandırıcı  xəyallar,  fövqəladə,  mücərrəd 

mənəvi  səadət  həsrəti,  forma  cəhətdən isə  süni  pafos,  dəbdəbəli 

üslub, fars və ərəb sözləri, tərkibləri ilə ağırlaşdırılmış qəliz dil bu 

şeirlərin [Cavid şeirlərinin] çoxunun əsas xüsusiyyəti idi.” 

Müəllif  fikrini əsaslandırmaq üçün XX əsrin əvvəlləri türk 

ədəbiyyatına müraciət edir. Düşünür ki, tənzimat ədəbiyyatı son 

günlərini  yaşayırdı.  Tənzimatçıların  orqanı  olan  “Sərvəti-fünun” 

jurnalı  bağlanmışdı.  Sultan  Əbdülhəmid  dövründə  “irtica 

ədəbiyyatı”  öz  təsirini  gəstərirdi.  Türkiyə  ədəbiyyatında  bəd-

binlik, xəyalpərvərlik, siyasətdən uzaqlaşmaq (?!) səciyyəvi bir hal 

almışdı  və  s. Məhz  buna  görə  də  Cavid  bu  cür  şeirlər  yazırdı.  - 

Heç  şübhəsiz  ki,  bu  ədəbi  mühitin  gənc  Cavidə  də  müəyyən 

mənfi  təsiri  olmuşdu.  Onun  da  şeirlərinə,  “Yadi-mazi”  şeirində 

olduğu kimi, bədbinlik, ümidsizlik mötivləri gətirmişdir.” 

Əvvəla, Türkiyə ədəbi mühitinin nə Cavidin şəxsiyyətinə, nə 

də yaradıcılığına elə bir mənfi təsiri olmamışdır. Böyük öndərimiz 

Məhəmməd  Əmin  Rəsulzadə  həmin məsələni  tarixi  baxımdan 

daha  düzgün  aydınlaşdıraraq  yazmışdır:  “Azərbaycan  gəncliyi 

saf və təmiz bir niyyətlə türk öyrətmənlərinin tələbəsi oldu. Çox 

keçmədi ki, Namiq Kamal Məhəmməd Hadini, Əbdülhaq Hamid 

Hüseyn  Cavidi,  Məhəmməd  Əmin  də  Əhməd  Cavadı  oğulluğa 

qəbul etdilər.”

1

 



O  ki  qaldı  müəllifin  Cavid  şeirlərində  sadaladığı  “nöq-

sanlara”, onlar Türkiyə ədəbi mühitindən yox, şairin şəxsi həyatı, 

İstanbulda rastlaşdığı müdhiş çətinliklərlə bağlı idi. Diqqətəlayiq 

                                                 

1

 

M.Ə.Rəsulzadə. Əsrimizin Siyavuşu, Bakı, 1991, s. 35. 




         

33

 

İsgəndər Atilla 

bir  fakt!  Cavid  orada  təhsil  alarkən  Sultan  Əbdülhəmid 

hakimiyyətə  gəlir.  Qafqazlı  tələbələrin  ona  ünvanladıqları  təbrik 

teleqramında Cavidin adı yoxdur. Mən demək istəyirəm ki, Cavid 

qaynar yaradıcılığa başladığı ilk günlərdən Azərbaycanda, İranda 

və Türkiyədə baş verən ictimai-siyasi hadisələrə laqeyd qalmamış, 

ancaq  siyasətə  qarışmamışdır.  Bu,  sovet  hakimiyyəti  illərinədək 

davam etmişdir. Sovet hakimiyyəti illərində də o, nə inqilaba, nə 

də  siyasətə  qarışdı.  Sovet  quruluşunun  ilk  illərində  öz 

nüfuzundan istifadə edərək, yazıçılara belə bir çağırış etdi: “Bizim 

siyasətlə nə işimiz? Gəlin öz sənətimizlə məşğul olaq.” 

 

M.Cəfər  sözünə  davam  edərək  yazır  ki,  qeyd  etdiyim 

motivlər şairin “Elmi-bəşər” şeirində daha qabarıq nəzərə çarpır. 

Onun ifrat bir bədbinliyə düçar olmasına, “dindar bir mühit hesab 

olunan İstanbul darülfünunu və xüsusən şairə fəlsəfi axtarışlarda 

müəllimlik etmək istəyən (əslində müəllimlik etmişdi – İ.A.) türk 

aqnostiki Rza Tövfiqin də təsiri olmuşdu... Rza Tövfiq Şərq ədə-

biyyatında sufizmi öyrənirdi, özü də sufi şeirlər yazırdı.” 

Mən əksinə düşünürəm. Hesab edirəm ki, görkəmli filosofun, 

İstanbul  Darülfünununun  professoru  Rza  Tofiqin

*

  istər  Cavidin 



şəxsiyyətinə, istərsə də yaradıcılığına heç bir mənfi təsiri olmamış-

dır. Əksinə, şair ondan çox şey öyrənmiş, haqqında yüksək fikirdə 

                                                 

*Hüseyn Cavid: 

Əfəndim! Bəndəniz ta rəmazana qədər  beş-altı  ay  (ədadi) 

proqramını ikmala çalışırdım; və hər həftə də məşhur filosof Rza Tofiq bəydən 

b

əzi həqayiqə dair bir-iki dərs proqramı xaricində oxuyurdum. Sonra hürriyyət 



alınar-alınmaz  Rza  Tofiq  bəy məbusu intixab edildi... Bu proqram ustadi-

möht


ərəm Rza Tofiq bəyin səlah gördüyü bir proqramdır... 

Cavidin Qurban

əli Şərifova yazdığı məktubdan. 

 

Əziz Şərif: “28 avqust 1914-cü ildə səhər son dəfə Hüseynlə [Cavidlə] bir yerdə 

filosof  Rza Tofiq v

ə onun qəribə vərdişləri haqqında söhbət edirdik.” 

Bir gün Turan Cavid m

ənə Rza Tofiqin qəribə vərdişlərini əks etdirən bir foto 

göst


ərdi. Fotoda o, bir pəhləvan, idmançı kimi

 

görünürdü. Düzü, m



ən də onun 

q

əribə vərdişlərinə təəccübləndim.



 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə