İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə12/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   8   9   10   11   12   13   14   15   ...   142

         

37

 

İsgəndər Atilla 

birinci tərəfi. İkincisi, Cavid Rusiyada oxusaydı, bəlkə də “başqa 

cür  olardı”.  O,  oradan  Azərbaycana  bəlkə  də  “bir  bolşevik  kimi 

qayıdardı...”  Üçüncüsü  və  ən mühümü!  Cavid  inqilabı  və  bədii 

ədəbiyyatın  siyasiləşdirilməsini  heç  bir  zaman  qəbul  etməmişdi. 

Sovet hakimiyyəti illərində də qəbul etmədi. Siyasət və inqilabdan 

uzaq olan şair, tərəddüdsüz özü üçün bir yol seçmişdi – sənət və 

ədəbiyyat  yolunu.  Cavidi  həmin məsələlərdə  suçlamaq  və  ona 

irad  tutmaq  əbəsdir.  (Bolşevik  hakimiyyəti  illərində  siyasətə  və 

inqilaba rəğbət bəsləyənlərin, sovet quruluşunu mədh edən yazı-

çıların əsərlərinin aqibəti bu gün hər kəsə bəllidir...) Dördüncüsü, 

Cavid sovet hakimiyyətinin ilk illərində elan etdi: “Siyasət başqa, 

ədəbiyyat başqa, təbliğat daha başqadır.” Yəni bu anlayışları bir-

birilə qarışdırmaq olmaz. İnqilabı müharibə ilə eyniləşdirən şair, 

heç bir inqilabı təqdir etmədi və heç bir inqilaba rəğbət bəsləmədi. 

Bəsləsəydi  1908-ci ildə  baş  vermiş  gənc  türklər  inqilabına  şeirlər 

həsr  edərdi,  ancaq  etmədi.  İrandakı  məşrutə  və  Azərbaycandakı 

“aprel inqilabı”na aid də heç bir şey yazmadı. Ancaq 1916-1917-ci 

illərdə qələmə aldığı “Şeyda” faciəsində Rusiyada baş vermiş bur-

jua-demokratik inqilabına münasibət bildirdi. Mən “Cavidin mən-

sur  dramaları”  kitabında  bu  haqda  geniş  yazmışam  və  üzərində 

dayanmıram.  1928-ci  ildə  yazdığı  “Knyaz”  faciəsində  Gürcüs-

tanda  baş  vermiş  inqilabın  insanlara  gətirdiyi  fəlakətləri  açıb 

göstərdi.  İstanbuldan  Qurbanəli  Şərifova  yazdığı  məktubda  İran 

inqilabına  münasibətini  bildirdi.  Maarifçi  və  təkamülçü  Cavid  5 

nəfər gimnazisti səttarxançılardan üstün tutdu

1

 və s. 


 

11 

Məmməd  Cəfər  monoqrafiyada  “Pəmbə  çarşaf”,  “Qadın”, 

“İştə bir divanədən bir xatirə”, “Məsud və Şəfiqə” və b. şeirlərin 

təhlilinə ayrıca səhifələr ayırmışdır. “Pəmbə çarşaf” şeirini tənqid 

etmişdir. Ona görə ki, şair şeirdə “qadına olan köhnə və mürtəce 

                                                 

1

 

Ətraflı bax: Əziz Şərif. Keçmiş günlərdən, Bakı, 1977, s. 61-64. 




38

                                            

Əsrin şairi IX 

baxışlarını” əks etdirmişdir. Gələcəkdə çadranın aradan qaldırıla-

cağına şübhə etmədiyini bildirsə də, “bu, heç də onun qadına olan 

köhnəlmiş, mürtəce baxışı ört-basdır edə bilmirdi” demişdi. 

M.Hadi  Cavidin  həmin  şeirinə  qarşı  çıxmış  və  ona  cavab 

olaraq  “Əhvali-nəfasət”  şeirini  yazmışdı.  Monoqrafiya  müəllifi 

birincinin  şeirini  tənqid,  ikincininkini  təqdir  etmiş  və  demişdir: 

«M.Hadi  öz  şair  qardaşına  mədhiyyələr  oxumamış,  onu  tənqid 

etməmiş, “işıqla qaranlığı fərqləndirməyi” bacaran parlaq düşün-

cəyə malik olmağa, qabaqcıl sənət yolu ilə getməyə çağırmışdı.» 

“Məsud  və  Şəfiqə”  şeirinin  təhlilinə  xüsusi  diqqət  yetirən 

müəllifə görə, əsər Cavidin Bakı fəhlələrinin həyatı ilə maraqlan-

dığını, zəhmətkeşlərə dərin rəğbət bəslədiyini göstərsə də, “onun 

fəhlə  həyatına  münasibəti  liberal  xırda  burjua  ziyalısının 

münasibəti idi. Cavid proletar məfkurəsindən uzaq idi...” 

Nə yaxşı ki, uzaq idi!.. Nə yaxşı ki, o, proletar şairi olmadı!.. 

Milli  düşüncəli,  milli  qayəli,  türkçü  şair  oldu  və  öz  əsərlərində 

ümumbəşəri  ideyalar  təbliğ  etdi.  Ədəbiyyat  tarixinə  milli, 

ümumbəşəri və dünyəvi sənətkar kimi daxil oldu. 

 

12 

1911-1912-ci illərdə əsərlərində bir moralist, mütəfəkkir şair 

kimi çıxış etdiyini diqqətə çatdıran M.Cəfərə görə, onun fəlsəfi və 

əxlaqi görüşləri ziddiyyətli idi. “Əsasən, idealist, estetik mahiyyət 

daşıyırdı.”  O,  bu  baxımdan  “İştə  bir  divanədən  bir  xatirə”  (330 

misradan  ibarətdir)  şeirini nümunə  gətirirdi.  Şairin  “Sən nəsin, 

kimsin  deyən  ariflərə”  fikrini  nəzərdə  tutaraq  yazırdı:  «Belə  bir 

sualı  qoyub,  ona  cavab  axtarmaq  bir  idealist,  bir  romantik  şair 

olaraq Cavid yaradıcılığının təbiətindən doğurdu. Cavid hələ də 

“dünyanı ideyalar idarə edir” anlayışına çox bağlı idi.» 

Fikrini  şeirdən  gətirdiyi  nümunələr  əsasında  əsaslan-

dırmağa  çalışan  cavidşünas,  hesab  edirdi  ki,  şairin  söylədikləri 

əslində  tarixə  elmi  baxış  deyildi.  Cavid  tarixə  xalqlar  tarixi, 

mədəniyyətlər  tarixi,  ictimai  inkişafa  doğru  mübarizələr  tarixi 




         

39

 

İsgəndər Atilla 

kimi  deyil,  mənfur  adət,  ənənələr,  mənasız  əxlaq  etiqadları, 

prinsipsiz  çəkişib-didişmələr  tarixi  kimi  baxırdı.  O,  “kimsin, 

nəsin?”  sualına  cavab  verərkən  dərin  mənəvi  böhran  keçirdiyini 

oxucularından gizlətmirdi. Otuz yaşına qədər kəsb etdiyi elm və 

ürfandan  heç  nə  anlamamış,  bu  elm  və  ürfan  nəinki  onu  həyat 

həqiqətlərinə  yaxınlaşdırmamış,  əksinə,  əsl həqiqətdən  uzaqlaş-

dırmışdır.” 

Çox  mübahisəli  mülahizələrdir!..  Mən  əksinə  düşünürəm. 

Hesab  edirəm  ki,  Cavid  xalqların  və  mədəniyyətlərin  tarixinə 

mənfur adətlər və ənənələr, mənasız əxlaq və etiqadlar, prinsipsiz 

çəkişib-didişmələr  və  s.  tarixi  kimi  baxmamışdır.  O,  bu  haqda 

fikirlərini  məktublarında  və  publisistik  məqalələrində  konkret 

ifadə  etmişdir.  İrfan  şairinin ünvanına  bu  cür  əsassız  sözlər 

söyləmək ən azı ədalətsizlikdir. 

 

13 

Müəllifin  Cavidin  fəlsəfi  görüşlərinə  ayrıca  yer  verməsi  ta-

mamilə  təbii  və  qanunauyğun  idi.  Çünki  bütövlükdə  Cavid 

yaradıcılığını  fəlsəfəsiz  təsəvvür  etmək mümkünsüzdür.  O, 

Cavidin fəlsəfi fikir və görüşlərində “açıq-aydın bir fikir böhranı, 

fəlsəfə  böhranı”  axtarırdı.  Düşünürdü  ki,  həmin  böhran  təkcə 

Cavidin şəxsi, mənəvi böhranı deyil, müəyyən tarixi olan bir çox 

köhnəlmiş ideyaların, görüşlərin XX əsrdə üzə çıxmış böhran idi 

ki,  şairin  görüşlərində  xüsusi,  fərdi  inikası  idi.  M.Cəfər  Cavidin 

fəlsəfi görüşlərini ümumiləşdirərək, bu nəticəyə gəlmişdir: «İstər 

İstanbil  Darülfünununda  təhsil  aldığı  zaman,  istərsə  də  sonralar 

mütaliə yolu ilə ayrı-ayrı filosoflar və fəlsəfi cərəyanları öyrənən 

şair,  “müəyyən  dərəcədə  dini-sxolastik  görüşlərlə  qarışmış  Şərq 

panteizmi adlanan fəlsəfi və qismən də köhnə idealist Qərb fəlsəfi 

sistemlərinin  modernizə  edilmiş  şəkillərindən  ibarət  olub, 

xüsusən Cavidin Türkiyədə olduğu 1905-1909-cu illərdə İstanbul 

ziyalılarının bir qismi arasında (Rza Tövfiqin əsərlərində olduğu 

kimi)  çox  yayılmış  skeptisizmdən,  yaxud  yeni  kantçılıqdan 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə