363
İsgəndər Atilla
başlayarlar. İşini yola qoyduqdan sonra dürlü-dürlü nitqlər
söyləyərlər: “Cəmaət, cəmaət! Vətən, millət xərab oldu. Məktəb-
xanələr açmaq lazımdır!..” [1, 212] Ki, onların işi “xod” getsin.
Cavid bu cür yalançı, fırıldaqçı, fanatik “müəllimlərdən”
dad qılır. Təlim və tərbiyə işinə yaramayan bu cür “əfəndilərin”
məktəbə yaxın buraxılmamasını istəyir. İkinci qism müəllimləri
isə belə xarakterizə edir: “Muşikafanə
∗
bir nəzərlə baqılsa sair
müəllimlərə nisbətən onlar [ikinci qismlər] pək eyidirlər, pək
faydalıdırlar. Hissiyyati-milliyyəyə azacıq biganə olmaqla bərabər
bir taqım çürük, təhlükəli mevhumata aşina deyillər ki, bu da pək
böyük qazancdır. Onlarda olan fəzilətlər və qüsurlar ayrı-ayrı
nəzəri-diqqətə alınmalıdır.” [1, 213]
Müəllif bütün məqalələrində xurafat və mövhumatın mək-
təbə və təhsilə ayaq açmasının qəti əleyhinə çıxmışdır. Müəllim
şəxsiyyətinə qiymət verərkən və onu xarakterizə edərkən onda bir
neçə milli xüsusiyyət və keyfiyyətin – milli hiss və düşüncənin,
milli qeyrət və tə-fəkkürün – olmasını vacib bilmişdi. Bu da,
məncə, həm dünən, həm də bu gün üçün çox əhəmiyyətli bir
məsələdir.
O, fanatizm dəllalları ilə müqayisədə, ikinci qism müəllim-
lərin üstünlüyünü seminariyalarda və başqa tipli təhsil ocaqla-
rında müntəzəm təhsil almasında görürdü. Hesab edirdi ki,
onların təhsilində çürük və faydasız elementlərə az təsadüf edilir,
əxlaqca sağlam düşüncəyə malikdirlər. Müxtəlif fənlər və elmlərlə
bərabər, pedaqogikaya az-çox aşinadırlar. 10-12 illik təhsil və
təcrübəyə malik olan belə şəxslər müəllimliyə daha yararlıdırlar;
Qafqazın bir çox məktəblərində ciddi çalışqanlıqları ilə fərqlə-
nirlər. “Bəzi əfəndilər müstəsna olmaq şərtilə, bir çoqları azacıq
[yolundan] sapıyorlar ki, o sapqınlıq da bir taqım yanlışlıqlar,
uyğunsuzluqlar doğurmuş olur... İştə rusca oqunuş, türk dilində
müəllimlik edən arqadaşlarımın birisinin məktubundan bir parça:
∗
İncədən-incəyə.
364
Əsrin şairi IX
“Əfəndim, bən istiyorum getmək iyunun on beşində mineralnı
sulara, hansı ki, olar çox mənfəətli məndə olan cüzi naxoşluğa...”
[1, 213]
Böyük pedaqoq və maarifçi Sidqinin şagirdi başqa cür
düşünə və yaza da bilməzdi. Çünki Azərbaycan türkcəsi açıq-
açığına ərəb, fars və rus təcavüzünə məruz qalırdı və Sidqi
təsadüfən yazmırdı: “Bu dil [Azərbaycan türkcəsi] bir libasa
bənzəyir ki, guya pambığı Türküstanda əkilib, ipliyi İranda
əyrilib, rəngi Ərəbistanda verilib, özü Azərbaycanda toxunub,
Rusiyada gömrüklənibdir.” [2, 20]
Cavid Azərbaycan məktəblərində təhsilin ana dilində apa-
rılması, şagirdlərin və gələcək müəllimlərin ana dilində təhsil al-
ması ideyasını təsadüfən irəli sürmürdü. Hesab edirdi ki, mək-
təblərdə türk dilində təhsil alan müəllimlər dərs deməlidirlər.
Onlar ana dilini mükəmməl bilməli, onu şagirdlərə sevdirməli,
milli təfəkkürə malik olmalıdırlar.
Şair yuxarıda nümunə gətirdiyim məktubu şərh edərək
yazırdı ki, ilk nəzərdə məktub sanki türk dilində yazılmışdır.
Lakin cümlələrdəki ahəngə, qarışıq mübtəda və xəbərlərə bir
musiqişünas kimi qulaq verilsə, dərhal “xaxol” ruhu ilə
düşünülmüş, türk kəlmələri ilə vücuda gəlmiş əcubə olduğu
anlaşılır. O, müxtəlif peşə sahiblərini, xüsusilə ziyalı və
müəllimləri təmiz ana dilində danışmağa və yazmağa çağırırdı.
Şəhər camaatına nisbətən kənd camaatının ana dilində daha yaxşı
danışdığını təqdir edərək yazırdı: “Elmsiz, saf bir köylüyü
(kəndli) qonuşdurunuz, onunla həsbi-hal ediniz, eyicə diqqət
edəcək olursunuz, şəhərlilərə nisbətən onları türk ləhcəsinə, türk
ruhuna daha yaqın, daha munis bulursunuz.” [1, 213]
Şair həmin müəllimləri müqayisə edərək, bu nəticəyə gəlir:
birinci qism müəllimlərin nə fikri, nə duyğusu, nə dili, nə də
əxlaqı əxlaqsızlıqdan başqa bir şey deyildir. İkinci qism
müəllimlər isə fikircə, əxlaqca, maarifcə daha savadlı və məktəb
üçün yararlıdırlar. Onlar türk dili və ədəbiyyatını azacıq nəzərə
365
İsgəndər Atilla
alsalar, türk sərf və nəhvini 5-10 ay gözdən keçirsələr, şübhəsiz ki,
vətənə və millətə daha çox xidmət etmiş olurlar. Yalnız bu cür
müəllimlər yeni nəsli yeni ruhda tərbiyə edə bilərlər.
Cavid üçüncü qism müəllimlər haqqında ayrıca söz
açmışdır. Hesab etmişdir ki, həmin müəllimlərin bir qismi türkcə
və rusca təhsil almışlar və cani-dildən çalışanlardır. Onların sayı
az olsa da, xidmətləri çoxdur. Üstünlüyü daha çox bu qismə verən
şair, həmin müəllimləri üç qismə bölürdü:
a) Türkcə və rusca ibtidai təhsil alanlar;
b) Mədrəsələrdə dərs deyib yorulmuş əfəndilər;
c) Gənc xocalar.
O, həmin xocalara və əfəndilərə məxsus xüsusiyyətləri təhlil
edərək yazırdı ki, mədrəsələrdə çalışan əfəndilərimiz təlim və
tərbiyə işinin mahiyyətini daha yaxşı anlayırlar. Gecə-gündüz öz
üzərlərində çalışırlar. Türkcə tarixə, ədəbiyyata, dilə diqqət edib,
rus dilinə az-çox həvəs göstərirlər, açıqgözlüdürlər. Başqa sözlə,
bu qəbildən olan əfəndilər müasir dövrün tələbləri ilə
ayaqlaşmağa çalışırlar və bunu bacarırlar. Başqa cür də ola
bilməz. “Maarifpərvər zatın borcudur ki, hər yerdə onları
[şagirdləri] şirin dil ilə, məhəbbət ilə çalışıb iləriləməyə təşviq
etsinlər. Təşviq etsinlər də həm onları, [tələbələri] həm
kəndilərini qayeyi-məqsədə nail etsinlər, edə bilsinlər.” [1, 215]
Cavid bu cəhətdən müəllimlərin işə həvəs və məhəbbətlə
yanaşmasını xüsusi qeyd edir. Çünki həvəs və məhəbbət olan
yerdə uğurlar qazanmaq daha asan olar. Çünki “Məhəbbət
bəşəriyyətin ən dərin, ən ülvi təcəlligahıdır. Məhəbbət anlı-şanlı
ordulardan, vulkanlı toplardan daha ziyadə qələbə və müvəffə-
qiyyət ehraz edə [qazandıra] bilir.” [1, 215]
O, məqalələrində mühafizəkar əfəndilər, köhnə fikirli
xocalar və münəvvərfikirlilər arasında həqiqi elmə, təhsilə və
fəzilətə aid olan ziddiyyət və nöqsanları inandırıcı dəlillərlə açıb
göstərmişdir. Onları bir-birinə kəm baxıb əsəbləşməyə və
çəkişməyə deyil, əl-ələ verib işləməyə, millətə və vətənə layiqincə
Dostları ilə paylaş: |