64
Əsrin şairi IX
Şairi-füsunkar Cavid hər vaxtda olduğu kimi
qarelərinə bu dəfə də şeir və məna çiçəklərindən
ətirli bir güldəsteyi-bədaye, “Keçmiş günlər”
təqdim etmişdir.
“İqbal”
İKİNCİ FƏSİL
Hüseyn Cavidin lirikası, yaxud
şeir yazmaq eşqinə düçar edilmiş şair
2.1. Şeirlər kitabı
Şeirlərini kitab şəklində çap etdirmək şairin çoxdankı arzusu
idi. Nəhayət, o, buna nail oldu. “Keçmiş günlər”i 1913-cü ildə
Tiflisdə “Şərq” mətbəəsində,
*
“Bahar şəbnəmləri”ni 1917-ci ildə
Bakıda “Açıq söz” mətbəəsində çap etdirdi. Birinci kitaba 11,
ikinciyə 29 şeir daxil etdi.
Sovet dönəmində Turan Cavidin tərtibilə nəşr edilmiş
kitablara bir neçə şeir əlavə edilmişdir. Onun 2005-ci ildə tətib və
nəşr etdirdiyi kitaba “Unutulmuş şeylər” və “Müxtəlif şeirlər”
başlığı altında müvafiq olaraq 17 və 19 şeir də əlavə edilmişdir.
Beləliklə, bu gün bizim əlimizdə şairin 68 şeiri var.
Şair “Keçmiş günlər” kitabçasının sonunda belə bir qeyd
vermişdir: «“Keçmiş günlər”i şairanə bir nəzərlə gözdən keçi-
rənlər şeirə bənzər dəyərli bir şey bulamazlar. Şu yapraqlar yalnız
hekayə və həsbhal tərzində qaralanmış bir taqım parçalardır.
Yazılışına gəlincə, “Ana”dakı “mülahizə”yə bir kərə ətfi-nəzər
edilməsi kafi olsa gərək. H.C. Mayıs 1913».
“Ana” kitabçasının
**
sonunda isə belə yazmışdır: «“Ana”
əlfaz və tərkibatca İstambul türkcəsini xatırlamaqla bərabər,
Qafqaziyayı da bütün-bütünə unutmaq istəməz. Parmaq üsulu,
*
M
ətbəənin sahibi İsmayıl Həqqi olmuşdur.
**
H
əmin kitabça 1913-cü ildə Tiflisdə “Gürcü şirkəti” mətbəəsində çap
edilmişdir.
65
İsgəndər Atilla
yaxud mənzum yazılarda rəvi və qafiyəcə təqib edilən üsul da
pək sığı olmayaraq olduqca sərbəst və genişdir. H.C.»
O, kitabçanın sonda basılmış və başılacaq əsərlərinin adını
qeyd etmişdir: “Keçmiş günlər” – mənzum, “Maral”, darama, 4
pərdə - mənsur, “Bahar şəbnəmləri” – mənzum, “Rəmzi”, drama,
5 pərdə. “Ana” – parmaq üsulu. Basılacaq əsərləri: “Maral” –
mənsur, “Bahar şəbnəmləri” – mənzum. “Rəmzi”
*
– mənsur.
“Ana” dramasının çapı haqda “Кафказская копейка”,
“Keçmiş günlər” kitabı haqda “İqbal” qəzeti və “Molla Nəsrəd-
din”
1
jurnalı məlumat yaymışlar. Daha sonralar həmin kitablar
barəsində Əziz Şərif, Qulam Məmmədli və b. xəbər vermişlər.
“İqbal” qəzeti “Yeni əsərlər” başlığı altında yazmışdır:
Son poçta ilə idarəmizə varid olan əsari-nəfisədən:
1. “Keçmiş günlər”. Bu əsər Qafqasiya nüqtəmizin ən füsun-
kar mühərrir və şairlərimizdən, yazdığı hər sətrini çiçəklərlə süs-
ləyən, bədiələr saçan şairi - maarifpərvər Hüseyn Cavid əfəndi
Rasizadə həzrətlərinin məcmueyi-əşarıdır. Şairi-füsunkar Cavid
əfəndi hər vaxtda olduğu kimi qarelərinə bu dəfə də şeir və məna
çiçəklərindən ətirli bir güldəsteyi-bədaye təqdim etmişdir...
Məcmuədən bir lövheyi-bədiəsini qoparıb, “İqbal”ın bu nömrə-
sində dərc edirik. Həmin şeir “Bir rəsm qarşısında”
2
şeiridir.
Çox maraqlı və diqqətəlayiq mülahizələrdir. Füsunkar şairin
şeirlərinin hər bir beyti gerçəkdən bədii çiçəklərlə süslənmişdir.
Əziz Şərifin 1913-cü ildə gündəliyində qeyd etdiyi fikirlər də
maraqlıdır. O, yazmışdır: «İstər “Ana” kitabçasındakı “mülahizə”,
istərsə də “Keçmiş günlər”dəki bu qeyd Hüseyn Cavidin
Azərbaycan şeirinə bir yenilik, özunəməxsus bir üslub gətirdiyini
*
O, sonradan “R
əmzi”nin adını dəyişib “Şeyda” qoymuşdur. Mühərrir Şeyda
R
əmzi faciənin baş qəhrəmanıdır.
1
“Кавказская копейка”, 4 июня 1913; “İqbal”, 7 iyun 1913; “Molla
N
əsrəddin”, 11 iyun 1913.
2
“İqbal”, 7 iyun 1913; Q.Məmmədli. Cavid – ömrü boyu (salnamə), Bakı, 1982,
s. 66
66
Əsrin şairi IX
göstərir ki, bütün yaradıcılığı boyu bu üslub əsərdən əsərə inkişaf
edərək, “Hüseyn Cavid” üslubuna çevrilmişdir.»
Müəllif tamamilə haqlıdır. Cavid öz əsərlərilə Azərbaycan
ədəbiyyatına yeni dil və üslub gətirmiş, Anadolu türkcəsilə
Azərbaycan türkcəsini bir-birinə çulğalaşdırmış, yeni bir Cavid
üslubu yaratmışdır.
O, çap etdirdiyi ilk kitablarını avtoqrafla dostu Əziz Şərifə
hədiyyə etmiş və “Ana” kitabçasında yazmışdır: “Sevgili və
qiymətli qardaşım Şərifzadə Əziz əfəndiyə kiçik və dəyərsiz bir
yadigar. Hüseyn.” “Keçmiş günlər” kitabındakı avtoqraf belədir:
“Dəyərli qardaşım Əzizə dəyərsiz bir yapraq. Hüseyn Cavid.”
Həmin kitablar hazırda Bakıda Dövlət Ədəbiyyat və İncəsənət
arxivində saxlanılır.
Din insanlara lazımdır.
H.Cavid
2.2. Dini mövzuda yazdığı şeirləri
Cavid poeziyamızın düşünən beyni idi! Şeirə və sənətə
qədəm basdığı ilk günlərdən onu dünyanın və bəşəriyyətin ciddi
problemləri düşündürürdü. Əzablı və məşəqqətli bir həyat yolu
keçən şair, yer üzərində baş verən pis hadisələrdən narahat olur,
dünya və bəşəriyyətin kədərini öz kədəri bilərək yazıb-yaradırdı.
Müəllimi və ustadı Məşədi Tağı Sidqinin yolu ilə gedirdi...
Ruhani ailəsində dünyaya göz açan, tərbiyə alan və yaşa
dolan şair, dini mövzulara müraciət etməyə bilməzdi. Bu, ötəri,
keçici də olsa, yaradıcılığının ilk mərhələsi üçün səciyyəvidir.
Naxçıvanın dindar mühitinin təsiri altında gənc şair mərsiyə və
növhə janrlarında şeirlər yazır, Adəm və Həvva əfsanəsi ilə
maraqlanırdı. Bəzən atası, bəzən isə anası ilə dini məclislərə gedir,
İmam Həsən və İmam Hüseynin şəninə deyilən mərsiyələrə
maraqla qulaq asırdı. Məhərrəmlik mərasimləri Naxçıvanda daha
geniş qeyd edildiyindən, Hüseyn həmin məclislərdə həvəslə iş-