366
Əsrin şairi IX
xidmət etməyə, milli təhsil və mədəniyyətimizin tərəqqisinə mane
olan əngəlləri aradan qaldırmağa, müəllimi öz işinə həvəslə, sevgi
və məhəbbətlə yanaşmağa çağırmışdır.
Cavid publisistik və pedaqoji təmayüllü məqalələrində elm
və təhsili mədəniyyətin ayrılmaz bir hissəsi hesab edirdi. Ona
görə, mədəniyyətdən məqsəd rifah və səadətə nail olmaqdır.
Buna görə də bir mədrəsə tələbəsi, yaxud gənc bir xoca müəllim-
liyə hazırlaşarkən və məsud yaşamaq istərkən mədəniyyət
dairəsinə girməlidir. Məktəb rəhbərlərinə gəlincə, onlar tələbə və
müəllimlərə qarşı mülayim və məhəbbətli olmalıdırlar. Tələbə və
müəllimləri inad və məzəmmət ilə deyil, qardaş kimi sevə-sevə
ittihad (həmfikirlik) dairəsinə dəvət etməlidirlər. Bu məqsədlə
şəhər və qəsəbələrdə nəşri – maarif cəmiyyətləri kimi cəmiyyətlər
təşkil edilməlidir. Cəmiyyətin məqsədi “qəflət və cəhalət
uçurumlarına yuvarlananları” müəllimliyə təşviq etməkdən və
çalışdırmaqdan ibarət olmalıdır. Müəllimliyə həvəsi olanlar
qiraət, hesab, türk dili, islam tarixi, coğrafiya, qəvaidi-lisan (dil
qaydaları) fənlərini öyrətmək üçün məktəblərə cəlb edilməlidirlər.
Bununla ibtidai məktəblər üçün müəllim çatışmazlığının az-çox
aradan qaldırılmasına nail olmaq olar.
O, məqalələrində ibtidai məktəblər üçün müəllimlər hazır-
lanmasında, onların maarif və mədəniyyət dairəsinə girməsində
məcburiyyətin deyil, maarifləndirmənin tərəfdarı kimi çıxış edir.
İbtidai təhsilin müddəti ilə bağlı “Ə.T.” adlı bir müəlliflə pole-
mikaya girir və onun təklifinə qarşı çıxır. Hesab edir ki, onun
təklifi arzu ediləcək fayda və nəticəni verə bilməz. “Çünki bu
qism müəllimlərin beş-on aylıq təhsili ibtidai məktəbləri yarım-
yamalaq idarə edə bilir, çocuğun az-çoq qiraət, kitabət, tarix,
lisan... və sair kibi şeylər ilə müstəbid
∗
edərsə də, fəqət bir çoq
nöqteyi-nəzərdən qüsurlu çıqa bilir.” [1, 216]
Cavid “Ə.T.”-yə cavab olaraq bildirir ki, ibtidai təhsilin
∗
Faydalı, istifadəli.
367
İsgəndər Atilla
müddəti 5-10 ay deyil, bir neçə il (3-4 il) davam etməlidir ki, tədris
edilən fənlər şagirdlər tərəfindən layiqincə mənimsənilsin. Yoxsa
“Beş aylıq təcəddüd,
∗
iyirmi beş illik mevhumat ilə paslanmış
dimağları (beyinləri) [5-10 ayda] hiç də silib təmizləyəməz.
Bəhərhal əski küp yenə az-çoq sızmağa başlar. İcab edən fəzali-
əxlaqiyyəyi, hissiyyati-milliyyəyi təlqin edəməyib, xoş bir qayəyə
varamazlar. Çünki bu kibi fəzilətlər, tədrici təkamül bir [neçə illik]
təhsilə möhtacdır.” [1, 216]
Müəllif təhsilin pedaqoji cəhətdən təşkilində, faydalı olma-
sında, yeniləşməyə uyğun gəlməsində tələskənliyə yol verilməsi
əleyhinə çıxır. Maarif və mədəniyyətin inqilab yolu ilə deyil, təcəd-
düd və təkamül yolu ilə irəliləməsin ideyasını irəli sürür. Özünün
dediyi kimi, sürətlə alovlanan bir şey, bir əməl və hər duyğu səbat
göstərilməsə, çox tez sönər, yaşaya bilməz, sürətlə məhv olar; yarım-
yırtıq, qırıq-sökük işlər daima nəticəsiz qalar. Başqa sözlə, şair
demək istəyir ki, təhsildə tələsikliyə yol vermək olmaz. Təhsildə
pedaqoji cəhətdən bir sistemlik və ardıcıllıq olmalıdır.
O, “Təcrübəli müəllimlərə, həqiqətə (elmə) aşina xocalara
malik olmaq üçün nə etmək lazımdır?” sualına iki ciddi problemi
həll etməklə cavab verir. Birincisi, Azərbaycanda milli darül-
müəllimin, (milli müəllimlər institutunun) ikincisi, ruhani
darülelm (ruhani elmi mərkəzin) yaradılmalıdır. Bu cəhətdən şair
Qafqaz Şeyxülislamının “Həqiqət” qəzetində çap etdirdiyi məqa-
ləsində irəli sürdüyü fikri – Qafqazda ciddi və həqiqi bir
darülelmin təsis edilməsinə ehtiyac var – fikrini alqışlayır və
Şeyxülislamın təklif etdiyi proqrama tərəfdar çıxırdı. Proqramın
həyata keçirilməsinə maliyyə yardımı göstərməyən varlıların
hərəkətsizliyinə təəssüflənirdi. Hesab edirdi ki, Azərbaycanda
müəllim və alim yetişdirəcək müntəzəm, tərtibli, nizama və qay-
daya salınmış bir müəssisə olmalıdır. Müntəzəm bir darül-
müəllimin təsis edilsə, Azərbaycan müəllim qıtlığından qurtarar.
∗
Yenil
əşmə, təzələnmə.
368
Əsrin şairi IX
Ancaq işdə himmət və qeyrət lazımdır ki, arzular həyata keçmiş
olsun. Şair gələcəkdə Qafqazda, o cümlədən Azərbaycanda darül-
müəllimin və darülelmin təsis ediləcəyinə böyük ümidlər
bəsləyərək yazırdı: “Sınıflar təqib edildikcə edilir. Səkiz-doquz
sənə dərsə dəvam olunur. Müəllimliyə istihqaq qazanıldığı
təqdirdə təlim və tədrisə həvəskar olanlar müəllimliyinə gedər.
Axund (alim) olmaq arzusunda olanlar isə iki-üç sənə dəxi ayrıca
darülmüəllimin proqramına ilavə olunmuş, ilahiyyat şöbəsinə
dəvam edər. Dünya və axirət elmlərini mükəmməlcə təhsil etmiş
olur. Və həqiqi, mühakiməli, doğru bir məlumata malik olunur.
İştə o zaman haaqilə alim adına layiq alimlər görərik. Və müəllim
qıtlığı çəkməkdən də azad olarıq.” [1, 217]
Ulu Cavidin 100 il bundan əvvəl düşündükləri və yazdıqları
Azərbaycanda çox-çox sonralar həyata keçirildi. Onun vətən üçün
layiqli alim və müəllim kadrları hazırlamaq ideyası və arzusu
dünən üçün (həm də bu gün üçün) aktual və mühüm strateji
əhəmiyyətə malik bir məsələ idi; dövrün və zamanın tələblə-
rindən irəli gəlirdi. Şair problemin müsbət həllinə milli məsələ
kimi baxır, vətənin və millətin gələcəyini və inkişafını onun
təhsilində, müəllim və alimlərində görürdü.
“Həsbi-hal” silsilə məqalələri 1910-cu ildə işıq üzü gör-
dükdən doqquz il sonra, Azərbaycan Xalq Cümhuriyyəti dövrün-
də Bakıda Dövlət Universiteti təsis edildi. Müəllim və şair Cavid
buna çox sevindi. 1920-1930-cu illərdə özü darülmüəllimində və
teatr texnikumunda müəllim işlədi. Müəllim və aktyor kadr-
larının hazırlanmasında fəal iştirak etdi. Gəncləri elmə və sənətə
yiyələnməyə həvəsləndirdi. Ailə vəziyyətinə görə teatr texniku-
munda təhsilini yarımçıq qoymaq istəyən bir tələbəyə maddi
kömək göstərdi. Ali məktəblərə dəsbədəstə axışan qız və oğlanları
görərkən ürəyi dağa döndü və Mişkinaz Cavidə dedi: “Bunlardan
nə qədər ağsaçlı alimlər, insanlara həyat bəxş edəcək həkimlər,
söz sənətinin zirvəsini fəth edəcək sənətkarlar yetişəcəkdir.
Bunlar bizim gələcəyimizdir. Mən nə qədər xoşbəxtəm! Gənclik
Dostları ilə paylaş: |