354
Əsrin şairi IX
və kor-peşman olacağıq.
Müəllif məqalələrində uşaqların məktəbə hazırlanmasında ev
tərbiyəsinin roluna ayrıca yer verir. “Ev tərbiyəsi necə olmalıdır?”
sualına ailələrdə mövcud olan xoşagəlməz tərbiyə üsulları ilə cavab
verir: “Uşaqlar damdabacalarla qorxudulurlar. Başı açıq çölə çıxsan
göydən başına adamcıl qurt dərisi düşər. Qaranlıq bir yerə getsən
cinlər, divlər səni təhdid edər” və i.a. Şair ailə tərbiyəsində
yalançılığı, kindarlığı, qorxaqlığı, itaətsizliyi, xurafat və mövhumatı
tənqid edir və valideynlərin xoşagəlməz müraciət üsullarına qarşı
çıxaraq yazır: “...Bir ana oğluna “Yavrum! Quzum! Get qardaşını
çağır da gəlsin, yeməyini yesin” deyəcəyi yerdə, “Partdamış!
Gəbərmiş! Get o qan qusmuş çönənbəri çağır da gəlsin, zəhrimarını
zoqqumlasın” - diyor” [1, 203]
O, uşaqlarla bu cür davranışı pisləyir, bu kimi uyğunsuz və
cahilanə tərbiyədə bir fayda görmür.
Şair müxtəlif ailələrdə müxtəlif ailə tərbiyəsinə nəzər salır və
düzgün qurulmuş ailə tərbiyəsini təqdir edir. Sağlam ailələrdə
tərbiyə və əxlaq məsələlərinin uğurlu və düzgün həllini yüksək
qiymətləndirərək yazırdı ki, ana bir yaşında uşağın yediyi
qaletlərdən əlifba düzəldir və ona öyrədir. Evin divarından hesab
cədvəli asır, üç-dörd yaşında uşaq bunları gülə-gülə, sevə-sevə
öyrənir. Beş-altı yaşına çatar-çatmaz məktəbə həvəs göstərir.
Məktəbə getdiyi zaman zəkası, əxlaqı yerində olur, dərsini
həvəslə öyrənir. 20 yaşında isə o universiteti bitirmiş fazil bir
əfəndi olur.”
Şair Azərbaycan analarını, Azərbaycan ailələrini bu cür
görmək istəyirdi.
Azərbaycanda ibtidai təhsilin bir çox vacib və ciddi
problemlərinə münasibət bildirən müəllif, düşünürdü ki, bu gün
olmasa da, bir neçə ildən sonra ibtidai təhsil istər qız, istərsə də
oğlanlar üçün məcburi olacaqdır. Şair səbirsizliklə və böyük
ümidlə həmin günü gözləyirdi.
Ailə və ana tərbiyəsini, qızların təhsilə cəlb edilməsi mə-
355
İsgəndər Atilla
sələsini önə çəkən vətənpərvər və maarifçi şairin cümlələrini
oxuyarkən onun nə qədər narahatçılıq hissi keçirdiyini aydın
sezmək olur. Belə halı yalnız vətənini və millətini sevən, onun
gələcəyini düşünən insanda görmək olar. O, övladının tərbiyəsini
başlı-başına buraxan, qayğısına qalmayan, onu tərbiyədən mərhum
edən valideynlərə üz tutaraq “Siz ey ata və analar! Yarınki gün
cigərguşələrinizin zillət, fəlakət odunda yanıb-qavrulduqlarını ağ-
laya-ağlaya seyr edəcəksiniz” deyərək yazırdı: “Çocuqlar mə-
sumdurlar, onunçin yapdıqları işlərin hiç birindən məsul deyil-
dirlər, onların hal və hərəkətlərindən məsul olacaq yalnız ata-
analardır... Xeyirsiz, xain, ədəbsiz evlad yetişdirib onları tərbiyə və
islahına çalışmayan ata-analar, şübhəsiz ki, gələcəkdə namuslu,
vicdanlı, heysiyyətli insanlara müsəllət olmaq için bir sürü əxlaqsız,
bir yığın sərsəri yetişdirmiş olurlar...” [1, 204]
Bu sözlər sanki bugün yazılmış və bugün üçün deyilmişdir.
Cavidin yaşadığı dövr başqa, bugünkü dövr başqadır. Bununla
belə, ailə, məktəb və əxlaq tərbiyəsi ilə bağlı problemlər bugün
nəinki azalmış, əksinə, çoxalmışdır... Şair övlad tərbiyəsinə
məsuliyyətsiz yanaşan ata və analara qarşı barışmaz mövqe
tuturdu. “Qeydsiz, tərbiyəsiz ata-ananın övladı için nə dərəcədə
məsul olacağı, nə müdhiş cinayət işlətdiyi hər kəscə məlum, aydın
həqiqətdir” sözlərini ürəkağrısı ilə yazırdı.
Cavid təlim-tərbiyə məsələlərindən və məktəb binalarından
danışarkən məşhur bir məsəli diqqətə çatdırır: “Günəş girməyən
yerə təbiblər girər.” Təlim və tərbiyə prosesinin həyata
keçirilməsində məktəb binasını və sinif otaqlarını əsas təlim və
tərbiyə ocağı hesab edir. Düşünür ki, məktəblər və məktəb
binaları gözəl və görkəmli, havalı və uca yerlərdə tikilməlidir.
“Pis, murdar, üfunətli yerlərdən uzaq olmalıdır. Xəstəxana,
həbsxana, məzarıstan kibi yapı (bina)lara yaqlaşmamalıdır.
Məktəb binası mümkün dərəcədə günəşli yerlərdə vaqe olmalı,
rütubəti çoq olan yerlərdən həzər edilməlidir...” [1, 205] Nə üçün?
Çünki orada körpə uşaqlar oxuyur və tərbiyə alırlar. Günəşsizlik
356
Əsrin şairi IX
və rütubət isə bir çox xəstəliklərin mənbəyidir. Şair bu mövzudan
bəhs edərkən istər-istəməz özünün oxuduğu və tərbiyə aldığı
Sidqinin məktəbini xatırlayır. (Məktəb Bazarçayı üzərindəki came
məscidində yerləşdiyi üçün sinif otaqları dar və rütubətli idi.)
O, məzunu olduğu və Naxçıvanın maarif tarixində xüsusi
yeri olan məktəb haqqında geniş və qiymətli məlumatlar verir.
Həmin məlumatlar Sidqi məktəbinin tarixini və taleyini öyrənmək
baxımından əhəmiyyətlidir. O yazır ki, məktəb acınacaqlı bir
şəraitdə fəaliyyət göstərirdi. Sinif otaqları günəşsiz, darısqal və
rütubətli idi. Bazarçayın gurultusu tədris prosesinə mane olurdu.
Bunu görən yerli çar hökuməti məktəbin başqa bir yerə
köçürülməsini qərara alır. Hökumətin təşəbbüsünü alqışlayan
şair, onun baş tutmaması haqda yazırdı: “Şəhər [Naxçıvan]
qlavası Cəfərqulu Xan Naxçıvanski cənabları ilə şəhər hakimi
Slavaçinski bu xüsusda [məktəbin başqa yerə köçürülməsində]
pək fədakarlıqda bulunmuşlar. [Ancaq nə yazıqlar olsun ki]
“Cidilli bağ” adlı geniş, havadar, gözəl bir yerdə məktəb təsisini
xalqa təklif etmişlər isə də kimsə razı olmamışdır.” [1, 206]
Cavid hesab edirdi ki, təhsil, təlim və tərbiyə işi ilk öncə
məktəb binasından başlanır. Əgər məktəb binası yararsız və
uyğunsuz bir yerdədirsə, orada təlim və tərbiyə prosesi səmərəli
təşkil oluna bilməz. Cəfərqulu Xanın və Slavaçinskinin
cəhdlərinin boşa getməsinə təəssüflənən müəllif, işin baş
tutumamasında mövhumatçıları və xurafatçıları suçlayır və bu
barədə yazırdı: “Qafqasda sakin bütün türklərin hər şəhərdə, hər
qəsəbədə (vəqf yeri)
∗
köhnə məzarıstan kibi bir çoq qiymətli,
əhəmiyyətli yerləri [məktəb və s. üçün] əldən çıqarıb mevhumat
sapmaların ərzi-ixtar etməkdir. Bu dürlü uyğunsuzluqlar
[Naxçıvanda] deyil bir şəhərdə, Qafqasiyanın hər şəhərində
təsadüf etmək mümkündür.” [1, 206-207]
Şair hesab edirdi ki, məktəb binası mümkün dərəcədə
∗
S
avab iş üçün ayrılmış yer, mülk.
Dostları ilə paylaş: |