İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə124/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   120   121   122   123   124   125   126   127   ...   142

378

                                            

Əsrin şairi IX 

vətəninə  layiqincə  xidmət  edir.  Millətini,  tarixini,  dilini,  dinini 

sevən  qeyrətli  və  dəyanətli  vətəndaşlar  tərbiyə  edib  yetişdirir. 

Əhməd  Cavad,  Rza  Təhmasib,  Əli  Səbri,  Mikayıl  Müşfiq,  Adil 

İsgəndərov, Əli Zeynalov, Mehdi Məmmədov kimi gələcəkdə bö-

yük sənətkar olacaq gənclər ondan həyat, həqiqət, ədalət, sədaqət, 

qeyrət, mərdlik və düzlük dərsi alırlar. Cavid öz şair və müəllim 

şəxsiyətilə ətrafındakı müəllimlərin bir çoxuna nümunə olur... 

Məqalədə  başqa  bir  qaranlıq  məqam  Aleksandr  Çern-

yayevski və Rəşid bəy Əfəndiyevin məlum dərslikləri ilə bağlıdır. 

İstanbuldan  Naxçıvana  yenicə  qayıtmış  şair  “Vətən  dili”  və 

“Bəsirəti-ətfal”  dərsliklərini  necə  əldə  edib  oxuya  bilərdi? 

Görünür,  həmin  dərsliklər  ya  çoxdan  rəhmətə  getmiş  Sidqinin 

vaxtilə  təsis  etdiyi  məktəbin  arxivində,  yaxud  da  Naxçıvan 

ziyalıları  və  maarifpərvərlərindən  kiminsə  şəxsi  arxivində 

olmuşdur.  Həqiqətpərəst  şair  də  onlardan  alıb  oxumuş,  ilk 

məqalələrini təsadüfən “Həqiqət” qəzetində çap etdirməmişdir. 

 

Ədəbiyyat 

 

 

1. Naxçıvanda nə gördüm? / “Həqiqət”, 4 yanvar 1910; Naxçıvana 



nə lazım? / “Həqiqət”, 5 yanvar 1910; Həsbi-hal / “Həqiqət”, 12, 14, 17, 

24 və 25 may, 3, 7 və 8 iyun 1910. 

2. Şərif Ə. Keçmiş günlərdən. Bakı. “Azərnəşr”, 1977. 

3. Cəfər M. Hüseyn Cavid, Bakı. “Azərnəşr”, 1960. 

4. Cavid H. Əsərləri, V cild, Bakı. 2005. 

5. Cavid H. Urmiyədən məktub (M.T.Sidqinin vəfatı münasibətilə) 

/ Şərqi-Rus, 23 yanvar 1904. 

 

Резюме 

 

 

В статье на материале работ Гусейна Джавида “Что видел я в 

Нахичевани?”  и  “Что  нужно  Нахичевани?”  прослеживается 

развитие  просветительского  движения  конца  XIX  -  начала  XX  века 

под  руководством  М.Т.Сидги.  Исследуются  положение  первона-



         

379

 

İsgəndər Atilla 

чального  образования  в  Нахичевани,  проблемы  подготовки 

учительских  кадров  для  мусульмано-тюркских  школ,  оцениваются 

заслуги и деятельность М.Т.Сидги в области первоначального обра-

зования в Нахичевани. 

 

Summary 

 

In  the  article  of  Huseyn  Javid's  work  “What  did  I  see  in 

Nakhchivan?”  and  “What  does  Nakhchivan  need?”  is  followed  the 

improvement of educational moviment due to the end of XIX century - 

the  beginning  of  XX  century  under leading M.T.Sidgi.  The  situation  of 

the  primary  education  in  Nakhchivan,  the  problems  of  preparation  of 

teachers' stuff for muslim-turkish schools are investigated and also the 

service and activity of M.T.Sidgi in the sphere of primary education in 

Nakhchivan are investigated. 

 

 



380

                                            

Əsrin şairi IX 

Cavid

ə şeir ithaf etmiş şairlər 

 

Hüseyn Cavid



ə ithaf edilmiş şeirləri üç qismə bölmək olar: 

1. Cavidi t

ənqid edən şairlərin şeirləri. 

2. Cavid


ə ithaf edilmiş səmimi şeirlər. 

3.  Şairin  Sibirdən qəbrinin  tapılması  və  vətənə  gətirilməsi 

münasib

əti ilə yazılmış şeirlər. 



H

əmin  şeirlərin bir hissəsi  şair  sağ  ikən, qalan hissəsi isə 

b

əraət  aldıqdan  sonra,  daha  doğrusu  1956-cı  ildən bu günümüzə 



q

ədər yazılmış və yazılmaqdadır. 

Cavidi t

ənqid 1913-cü ildən  başlanır.  O  zaman  şair  “Şəlalə” 

jurnalına  “Sevinmə, gülmə  quzum!..”  şeirini  göndərir.  Jurnalın 

naşiri Xalid Xürrəm Səbribəyzadə şeiri təshih edərək, çap edir. Bu, 

geniş  ədəbi mübahisəyə  səbəb  olur.  Cavid,  onun  böyük  qardaşı 

Şeyx Məhəmməd, Seyid Hüseyn, Səlman Mümtaz və b. naşirə öz 

etirazlarını  bildirirlər. X.X.Səbribəyzadə  onlara cavab olaraq və 

is

tehzalı şəkildə aşağıdakı misraları yazıb jurnalında çap edir: 



 

 Şeiri – Cavidi görüb gülmüş idim, 



Dem

ə biçarədə yoxmuş təqsir, 

Q

əhqəhəylə uğunub ölmüş idim

S

əbribəyzadədən imiş təqyir. 

Onu b

ən çox sevərim, köp sevərim. 

 

S

əlman Mümtaz “Xortdan bəy” imzası  ilə  ona kinayəli for-



mada aşağıdakı şeiri yazmışdır: 

 

Yeni şair, o müdiri-məqlub, 



“Görmüş”ə “gülüş” qılmışdı rədif, 

G

ərək əlbəttə dəyişsin üslub, 

Qaba Qafqaz dilin etsin d

ə zərif... 

 

Cavid İstanbulda tanış olduğu və günlərini bir yerdə keçirdiyi 

Abdull

a  Sura  iki  şeir  ithaf  etmişdir.  A.Sur  “Bərdərim  şair  ruhlu 



Hüseyn Cavid

ə” qeyd ilə  “Neçin, nədən”  şeirini  yazmış  və 

“H

əqiqət” qəzetində  (1 iyun 1910) çap etdirmişdir.  Mən Qulam 



M

əmmədlinin “Cavid –  ömrü boyu”  kitabından  A.Surun  bu 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə