İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə126/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   122   123   124   125   126   127   128   129   ...   142

384

                                            

Əsrin şairi IX 

d

ərk etməkdə çətinlik çəkirdilər. 



1904-1905-ci ill

ərdən başlayaraq, mətbuatda onun imzası daha 

ardıcıl  və  tez-tez görünməyə  başlayır.  O,  qəzet və  jurnallarda 

yalnız şeirlərini deyil, dramatik əsərlərini də çap etdirir. Onun adı 

oxucular ara

sında getdikcə  daha  yaxşı  tanınır,  şöhrəti  artır.  Mən 

dövrü m

ətbuatda XX əsrdə yaşayıb-yaratmış şairlərdən heç birinin 



adının  qabağında  Cavid  qədər  “şöhrətli  şairimiz”  epitetinə  rast 

g

əlməmişəm. Bu cəhətdən birincilik Cavidə məxsusdur. Görkəmli 



teatr xadimi, bir zamanlar Cavidin t

ələbəsi  olmuş  Mehdi 

M

əmmədov təsadüfən yazmamışdı ki, 1920-1930-cu illərdə oxucu 



v

ə  tamaşaçılar  Cavidin böyük sənətinə  və  böyük  şəxsiyyətinə 

p

ərəstiş edirdilər.  



1970-ci ill

ər idi. Qulam Məmmədli ilə Cavid haqqında söhbət 

edirdik. Söhb

ət əsnasında o dedi ki, orta boylu Cavidin ləng yerişi 

var idi. Uzaqdan onun yerişi ilə duruşunu çətin ayırd etmək olurdu. 

Onu küç


ədə görərkən biz ayaq saxlayır, yerişinə nəzər yetirir, uzun 

müdd


ət arxasınca baxır, ona pərəstiş edərdik.  

Hüseyn Cavid

ə  böyük  el  sevgisi  yalnız  həyatda deyil, bədii 

yaradıcılıqda da öz ifadəsini tapırdı. Şairlər onun şəxsiyyətinə və 

b

ədii yaradıcılığına böyük maraq göstərirdilər. Görkəmli sənətkar 



haqqında fikir, hiss, duyğu və düşüncələrini kağız üzərinə köçürür-

dül


ər. Belə şairlər arasında Abdulla Sur, Əli Nəzmi, M.Tofiq və b. 

var idi. H

əmin  şeirlər barəsində  Q.Məmmədli “Cavid –  ömrü 

boyu” salnam

əsində  ilk dəfə  məlumat  vermişdir.  Sonralar  həmin 

şeirləri kitabxana və  arxivlərdən mən  araşdırıb  üzə  çıxardım. 

Ə.Nəzmi, M.Tofiq və  Ə.İ.-nin  şeirlərinin  ərəb  əlifbasından  latın 

qrafikasına  çevrilməsində  mənə  Möhsün Nağısoylu və  Arif 

Ramazanov köm

ək etdilər. 

“M.Tofiq” v

ə  “Ə.İ”nin  kim  olduğunu  müəyyənləşdirə  bil-

m

ədim. Q.Məmmədlinin  “İmzalar”  (Bakı,  1977)  kitabında həmin 



adlara t

əsadüf etmədim. Mətbuatda Əli Nəzminin “Bir xəndə” şeiri 

q

əzetin  “Ədəbiyyat” səhifəsində  “Məhzun çehrələrdən  qardaşım 



Hüseyn Cavid

ə” qeydi ilə, M.Tofiqinki “Operada locada. 

Qardaşım Hüseyn Cavidə”, Ə.İ.-nin “Getmə” şeiri “Qardaşım H.C. 

b

əyə” qeydilə çap edilmişdir. 




         

385

 

İsgəndər Atilla 

Əli Nəzmi 

M

əhzun çehrələrdən 

Qardaşım Hüseyn Cavidə 

Bir x

əndə 

 

- 1 - 

Bir çehr


ə durur pişi-xəyalımda digərgun 

Ərz eyliyor alamı o simada təbiət 

 

Bir qayğulu sima öylə bir çehrə ki məhzun 



T

əsvir edüb onda qəmü-xürrəmiyi-bəqüdrət. 

 

Guya ki: deyilmiş kimi o – xəndəyə mazun? 



Göst

ərmiyor üşşaqinə asari-məsərrət. 

 

Bir xariqeyi-xilq



ətü heyrəti-əcəbəfsun 

Bir s


əfheyi-nadideyi-lövhi-əzəliyyət. 

 

Bir çehr



ə ki: sinəmdə həvəs sevgisi mədfun 

Bir çehr


ə ki: vardır ürəgimdə ona hörmət. 

- 2 - 

Seyr


ək görünür ruyi-həzinində təbəssüm. 

Yoq oldığı, solğun ləbi kimi xəndan 

 

Şərm etdirilüb sanki üzarında təcəssüm 



Ya kim bürünübdur buluta mehri-dir

əxşan. 


 

İsmətü ülviyyət edərlərsə təqəddüm 

Bu yüzd

ə olurlar yenə bazigəri-meydan. 



 

Nad


ərd açaraq ləblərin, etdikdə tərənnüm 

Yer s


əbz bahara bürünür, kuhi-biyaban. 

 

Sübh n



əfəsindən edir üşşaq təbəssüm, 

Ölmüşlərə nitqi yenidən bəxş ediyor can. 



- 3 - 

Etdikc


ə tərənnüm, dökülür şeri-müsəlsəl 

Bir x


əndeyi-ümid edər alnında təcəlla 

 

H



ər güfteyi-həzzavəri bir şeri-mükəmməl 

H

ər şeri-dilaramı birər düxtəri-ziba. 




386

                                            

Əsrin şairi IX 

Ol şeiri öpərgil yügürür pişinə məşəl. 

P

ərvanə-vü bülbül, kələbək aşiqi-rusva 



 

 

Hüriyy



ət içün düşkün o simayı-müqcəl 

Pab


ənd edəməz qeydinə gisuyi-müətərra. 

 

 



T

əqdis edər alqışlayaram mən, ovaraq əl. 

Çünki d

əgər alqışlara, ol hüznlü sima. 



- 4 - 

Gülm


əz o – fəqət güldüriyor cani-cəhani 

Açdıqda dodaq, həp açılur laləvü güllər 

 

 

Ya şeyda olur, gülşəni-irfanə məani 



Şairləri heyran qoyıcı tazə çiçəklər 

 

 



H

ər bir vərəqi göstərici rahi-nihani 

Bir d

əftəri-şeri-ədəbamuzi-müsəvvər. 



 

 

X



əndan edəməz hər baxış ol ruyi-rəvani 

Binl


ərlə gülər çehrəli baş bakirə düxtər. 

 

Bin şiveyi-nisviyyət bin nazi-cəvani 



Bin-bin ala gözl

ər, qara qaşlar, sarı tellər. 



- 5 - 

Ol çehr


əyi seyr eylədigim xayli zamandır 

Hala o – ögümd

ə görünür misli-xəyalət 

 

 



Xülyamı, həqiqətmi?!. Bahar içrə xəzandır 

Olmazmı o simayı tamaşa yenə qismət?! 

 

 

H



ər qəlbdə var bir əməl, əfsus nihandır 

Müşkildürər ifşayi-əməl, kəşfi-həqiqət. 

 

 

H



ər yan bir işıqsız gecə həp qırmızı qandır. 

Susamış, mütəvəhişşdir – o gündə bəşəriyyət. 

 

 

Bir böyl



ə mühit iştə o simayə məkandır. 

Bir xatir

ə ol çehrədə bu hüzn, bu möhnət 

M

əndən ona: alqış, ona təzim, ona hörmət. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə