İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə134/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   130   131   132   133   134   135   136   137   ...   142

         

405

 

İsgəndər Atilla 

balaca qeydl

ə verildi. Bir cümlə ilə mənim haqqımda yazdılar ki, 

“b

əzi gənc  şairlər nahaq yerə  Hüseyn Cavidə  hüsni-rəğbət 

b

əsləyirlər”. 

M

əmməd Rahim 

 

 



M

ənə belə gəlir ki, müəllimə xas olan bütün xüsusiyyətlər 

sanki Hüseyn Cavidd

ə  cəmləşmişdi.  Bu,  onu  ideal  pedaqoq 

s

əviyyəsinə qaldırırdı. Biliyinə gəldikdə, necə deyərlər, dərya idi. 

Unudulmaz mü

əllimim böyük sənətkarlardan elə  danışardı  ki, 

sanki  bizi  ovsunlayardı.  Danışığında  ardıcıllığa,  səlisliyə, 

m

əntiqliyə həmişə diqqət yetirərdi. Bəzi müəllimlər kimi, mövzunu 

ümumi v

ə mücərrəd şəkildə deyil, konkret ədəbi material üzərində 

ay

dınlaşdırardı. 

 



Sevimli mü

əllimimizin özünəməxsus dərsdemə  və  dərsdin-

l

əmə üsulu var idi. Dərsdə çəliyini çənəsinin altına söykəyib, dərs 

danışana  diqqətlə  qulaq  asardı.  Tələbənin sözünü  ağzında 

qoymazdı.  İmkan  verərdi ki, o, fikrini tamamlasın.  Hıqqına-

hıqqına danışan, ara sözləri çox işlədən tələbəni xoşlamazdı. Onun 

qüsurunu islah etm

əyə  çalışardı.  Özü  elə  danışardı  ki,  elə  bil 

sözl

ər və  cümlələr onun beynindən çap olunmuş  şəkildə  çıxardı. 

Danışanda bəzən çəliyini yerə vurardı. Əvvəla, bu fikrin təsdiqinin 

ifad

əsi  idi.  İkincisi,  çəliyin ritmik səsi ilə  onun sözü arasında 

ah

əngdarlıq  yaradardı,  tələbənin müəllimin  danışığına  diqqətini 

daha da artırardı. 

 



Cavid, bir mü

əllim kimi, bizdən tələb edirdi ki, hər hansı bir 

ədəbi  əsərin məzmununu  danışarkən,  yazıçının  öz  sözlərindən 

istifad

ə edək. Əsərin məzmununu öz sözləri ilə yaxşı izah etməyən 

t

ələbəyə  deyərdi:  “Danışarkən yazıçının  sözlərindən istifadə  et. 

Olmaya yazıçının sözləri xoşuna gəlmir?..” 

 



Hüseyn Cavid görk

əmli sənətkarların  tamaşaya  qoyulmuş 

əsərlərinin təhrif edilməsinə, üzərində  yersiz  əməliyyatlar 

aparılmasına dözməzdi. Bizə deyərdi: “O rejissor və aktyor pisdir 

ki, 

əsəri dramaturq kimi başa düşmür. Söz qızıldır. Hər bir aktyora, 

m

ədəni adama hava və su kimi lazımdır”. 

 



M

əhəbbətdən  söz  düşəndə  deyərdi: “Məhəbbət bəzən göz 


406

                                            

Əsrin şairi IX 

yaşları və yas içində də ola bilər”. 

 



Hüseyn  Cavid  böyük  türk  şairi  və  dramaturqu  Əbdülhaq 

Hamidin h

əyat və yaradıcılığını çox yaxşı bilirdi. Xüsusən də onun 

“Hind  qızı”  pyesini  çox  təriflərdi.  Əsəri ustalıqla  yazılmış  pyes 

hesab ed

ərdi və  deyərdi:  «Hind  qızı»  haqsızlıq  əleyhinə  yazılmış 

klassik 

əsərdir».  

Adil İsgəndərov 

 

 



G

əncliyin,  ziyalıların,  xalqın  Cavidə  bəslədiyi rəğbət, hör-

m

ət, məhəbbət doğurdan da az qala pərəstiş rəsminə çevrilmişdi.  

 



M

ən Cavidi ilk dəfə  dərs  otaqlarında  gördüm.  Təsəv-

vürümd

əki Cavidlə  əsərlərini oxuya-oxuya xəyalımda  nəhəng 

sur

ətini  yaratdığım  şəxsiyyətlə  gördüyüm gerçək Cavid  arasında 

k

əskin təzad, ziddiyyətli bir təzad var idi. Təsəvvürümdəki tamam 

qeyri-adi, h

ər kəsə bənzəməyən ecazkar bir sənətkar, bir sehrkar, 

gerç

əkilikdə gördüyüm isə heç kəsdən seçilməyən adi, lap adi bir 

şəxs idi. 

 



Böyük faci

ənəvis dərs prosesində, söhbət  əsnasında bəzən 

bir yumorist olurdu, duzlu-m

əzəli ifadələrlə  danışırdı.  Mən onun 

nadir hallarda acıqlı, əsəbi, qəzəbli olduğunu xatırlayıram. Amma 

əsəbi və  qəzəbli  olanda  halı-təbiəti tamam dəyişir,  müvazinətini 

tamam itirir, saxlanmaz olurdu. Ümumiyy

ətlə, biz Cavid müəllimi 

şən,  şux,  həlim təbiətli,  ciddi  mövzuda  danışdığı  zaman  belə  yeri 

g

əldikcə  lətifədən, zarafatdan, yumordan çəkinməyən  xoşxasiyyət 

bir mü

əllim kimi tanıdıq. Tanıdıqca ona alışdıq, gündən-günə daha 

çox sevdik. 

 



Bir gün m

ən bir iş üçün Cavid müəllimin tapşırığı ilə evə, 

onun  yanına  getdim.  İçəri girəndə  onu dərin xəyala  dalmış, 

yarıuzanmış  vəziyyətdə  yazan  gördüm.  Otağa  nəzər  saldım, 

heyr

ətləndim.  O  indiki  cavan  ziyalıların  yaşadığından  çox-çox 

sad

ə və kasıb şəraitdə yaşayırdı.  

 



Cavid 

ədəbiyyata siyasi motivlər, ictimai-tarixi problemlər 

g

ətirməyin əleyhinə olmamışdır. Bu qüsuru, daha doğrusu əsassız 

ittihamı o vaxtın canfəşanlıq edən, “qulluq göstərən” tənqidçiləri 

onun yaradıcılığına zorla yamamaq istəyirdilər. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə