İslam Qəribli
124
etiraz olunur və bəlkə də şairdən ənənəvi mövzularda əsərlər
yazmaq istəyi bildirilir. Elə buradaca qeyd edək ki, M.Hadinin şeir
və nəsr dili ərəb-fars tərkibləri ilə çox yükləndiyindən doğurdan
da çətin anlaşılan dildir və bu halı şairin müasirləri də, M.Hadi
irsinin tədqiqatçıları da dönə-dönə qeyd etmişlər. Lakin şairin
poetik üslubunda, şeir texnikasında, məqalələrin sintaksisində
köklü, əsaslı qüsurlar axtarmaq əbəsdir. Müasirləri arasında
qrammatik normaları gözləmək baxımından M.Hadinin barmaqla
göstərilə biləcək sənətkarlardan biri olması şəksizdir. Qaldı
M.Hadinin mövzular aləminə, burada da mübahisə, narazılıq
döğura biləcək bir ciddi məqam yoxdur. Belə ki, bir sənətkar
olaraq o, özünü tamamilə ictimai mövzuların təbliğ və
tərənnümünə həsr etmiş, cəmiyyət, insanlıq aləmi, bəşəriyyət və
islam dünyası üçün xeyirli olacaq kiçik bir hadisəni belə
alqılşlamış, insan həyatına və əxlaqına zərər vuracaq əməlləri
kəskin şəkildə pisləmiş, ittiham etməkdən çəkinməmişdir.
Cəmiyyətdə hökm sürən qeyri-insani, zülmə, sitəmə, bəra-
bərsizliyə söykənən qanunları və qanunlardan öz çirkin
niyyətlərini yerinə yetirmək üçün bir vasitə kimi istifadə edənləri
XX əsrin heç bir Azərbaycan yazarı M.Hadi, M.Ə.Sabir və
C.Məmmədquluzadə kimi kəskin şəkildə ittiham və ifşa
etməmişdir. M.Hadinin böyüklüyü bir də onda olmuşdur ki, o,
özünün iki nəhəng müasirindən fərqli olaraq, bu bəlalardan çıxış
yollarını da göstərmiş, əsərlərində dönə-dönə “Haqqını ancaq
maariflənməklə, mübarizə yolu ilə, zülmə qarşı üsyan etməklə
qazana bilərsən” - fikrini irəli sürmüş, fədakarlıq, mərdanəlik
barədə onlarla klassik sənət nümunələri olan əsərlər yazmışdır.
“Həsbhal, yaxud bizim Hadinin iztirabları” şeiri də məhz
belələrindəndir.
Şairin mürəttibə cavabında:
Bir yanda məst qəzəllərlə Hafizi-ġiraz,
Olur piyaləkəĢü Ģuxpərvərü dəmsaz(174, 389),-
sözləri ili Hafizi, yaxud didaktik əsərləri ilə daha çox məşhur olan
Sədi Şirazini, “Şərab dolduraraq müğbeçə xüram edən” deyimi ilə
Məhəmməd Hadi və mətbuat
125
XIX əsr fars şairi Qaanini xatırlaması təsadüfi deyil. Şair
zəmanənin gül, bülbül, mey, məzə zəmanəsi olmadığını və şeirin
də bu ənənəvi mövzulardan uzaqlaşdığını bildirməklə, əslində
“təzə şeir necə olmalıdır?” sualına cavab vermiş olur.
Yaradıcılıqlarında əsasən, tərkidünyalıq və bir qədər də
mistik eşq və həyat tərzi təbliğ olunan, əsərlərini təmtəraqlı bir
üslubda yazmağa daha çox meyl edən şairləri xatırladan M.Hadi
Qaaninin (Mirzə Həbib Şirazi) bir fikrini təqlid etməkdən özünü
saxlaya bilmir və yazır:
Sərimdə nəĢveyi-səhba, gözümdə nuri-camal,
Onun xüramını təqlidə baĢlarım dərhal:
“Gəzər büraqi-xəyalım fəzayi-lahuti,
Cahani-nurdə suzan olur pərü balı.”
Görürmüsüz ki, Ģu bir ləhzədə Ģu bir beyti-
Cahani-mərifətdə eylədim hədiyyə ... vəli....(174, 389).
Mürəttibə və əslində M.Hadini qınayanlara ünvanlanan
əsərdə o bildirir ki, “Başımda şərab nəşəsi, gözümdə bir gözəlin
surətini canlandırmaqla onun gözəlliyini tərifə və təqlidə
başlasam, yazdığım da şərabın və gözəlin halına uyğun olacaq.
Yazmağa məcbur olacağam ki, xəyalımın atı (Büraq - Merac
gecəsi Məhəmməd peygəmbərin mindiyi adam başlı və at bədənli
bir heyvan deməkdir- İ.Q) ilahi göylərdə gəzər və “cahani-nurdə”
(burada ilahi dünyanı işıqlandıran nur mənasındadır - İ.Q.) qol-
qanadı yanıb külə dönəcək! Belə yaza bilərəm, lakin görəsən
bunun mərifət əhlinə bir xeyrı varmı?”
Təbii ki, M.Hadi bu tipli şeirləri qəbul etmir və belə
mövzularda yazmağı özünə yaraşdırmadığı kimi, sənətə və
cəmiyyətə də xəyanət hesab edirdi.
Hələ bu hamısı deyil. Şair daha sonra bildirir ki, əgər mən
şeirimə irad tutanların arzusuna uyğun yazmalı, köhnə üslublarla
qafiyəsənclik etməli olsam onda:
DüĢər də ağlaram! ƏĢar olar bütün əfğan!(174, 389).
Amma nə etməli? M.Hadi şeiri tərif və boşboğazlıq üçün
yox, millətin və bəşərin dərdlərini təşxis etmək üçün bir vasitə
İslam Qəribli
126
hesab edirdi və bu səbəbdən də bir qrup “dekadan” kimi
(dekadantizm XX əsrin əvvəllərində Rusiya və Qərbi Avropada
yaranmış xəlqiliyə və sənətə zidd olan bir ədəbi cərəyan idi.- İ.Q.)
o, nə “nəzirəsaz”, nə də başqaları kimi adı şeir, özü isə bir yığın
sözdən ibarət, ictimai məzmunu olmayan nəzmlərin müəllifi ola
bilməzdi.
Şairin əsərin sonunda dolayısı ilə Əli bəy Hüseynzadənin
“Füyuzat”ın 17, 18 və 20-ci nömrələrində çap etdirdiyi “Məcnun
və Leylayi-İslam” adlı bədii-publisist əsərini xatırlaması da
təsadüfi deyildi. M.Hadi də İslam aləminin bir xəstəyə bənzəməsi
məsələsində Ə.Hüseynzadə ilə həmfikir idi və bu “xəstəni-
mərizi” sağaltmaq üçün yollar axtarırdı. Bu yollardan biri olaraq
o, heç şübhəsiz ki, qələmi, sözü, xalqın, millətin, geniş mənada
bəşəriyyətin səadəti naminə xidmətə yönəltməkdə görür, qələm
yoldaşlarını dərdi, illəti ört-basdır etməyə yox, onu göstərməyə və
təşxis etməyə çağırırdı.
M.Hadinin mətnində heç bir dəyişiklik edilmədən “Firdovsi-
ilhamat”a
(377, 99-101) və sonrakı kitablarına düşən(379,
381; 69-70; 75-76) “Gözlərin” rədifli şeiri jurnalın 26-cı sayında
dərc olunmuşdur(177, 419).
Qıldı, ey ahu, məni vəhĢi qəzali gözlərin,
Etdi səhragərdi-cənnət laübali gözlərin,-
mətləli 15 beytlik bu qəzəl şairin məhəbbət mövzusunda olan çox
az sayda əsərlərindən biridir. Şeirdə sevən bir aşiqin hiss-
həyəcanları, məşuqəsindən yana keçirtdiyi sarsıntılar və bu
səbəbdən düşdüyü hallar çox ustalıqla və emosional bir tərzdə
ifadə olunmuşdur. Bir neçə beytə diqqət edək:
Anlamazdım mən nədir dərd içrə əfvaci-xəyal,
Eylədi rövĢən, həqiqət bu xəyalı gözlərin.
Hər zaman qılsam nəzər ayineyi-nəzzarənə,
PiĢi-çeĢmə ərz edər ol məhcəmalı gözlərin.
Dideyi-xunbarımı gördükdə xab eylər fərar,
Sübhü ərz etməkdə, mahım, ol ləyalı gözlərin(177, 419).
Dostları ilə paylaş: |