Məhəmməd Hadi və mətbuat
139
tərəfindən təkdir (məzəmmət edilmə-İ. Q,) olunur. Tökdükləri göz
nuru, çəkdikləri zəhmətin mükafatı şu... Nə gözəl hədiyyədir
bu.”(171, 317).
“Füyuzat”ın 23-24-cü saylarında əsər çap etdirməyən M.
Hadi 25-ci nömrədə 3 yazı ilə çıxış edir. Bunlardan biri məqalə,
biri şeir, digəri isə Sədi Şirazidən edilmiş tərcümədir. 386-388-ci
səhifələrdə özünə yer almış “Amerikada üsuli-təlim və tərbiyyə”
adlı məqalə “M. Hadi” imzası ilə çap olunmuş, sərlövhəyə
“Cərideyi-ərəbiyyədən tərcümə edilmişdir” qeydi verilmişdir(175,
386-388). Məqalədə Amerika Birləşmiş Ştatlarında (“M. Hadidə
“Amerikayi-Şimali cəmahiri-mütəffiq” - İ. Q) məktəb və maarif
sistemindən ətraflı şəkildə bəhs edilmişdir. Məqalədə göstərilir ki,
“İstər zükur, istər ünas olsun, altı sinnidən etibarən məktəbə veri-
lərək on altı sinninə qədər təhsildə bulunması təhti-
məcburiyyətdir. Bu qaideyi-ümumiyyədən kimsənin inhirafə
haqqı yoxdur. Binaənəleyh bu müddəti-müəyyənədə üzri-sihhisi
olmayan şagirdan məktəbə davamdan bir gün olsun geri qalamaz.
Məktəb müdavimlərindən birinin bir məzirəti olduğu
təqdirdə tələbəyə məxsus doktorlardan üzrnamə istehsalinə
məcburdur. Məhz məktəblilər üçün təyin olunan “Məclisi-maarif”
ətibbasında şəhadətnamə istehsal olunmaz isə, təhsildən qalmaq
imkanı yoxdur.”(175, 387).
Müəllif daha sonra bildirir ki, bu qanun Amerikada yaşasa
da vətəndaşlığı olmayanlara şamil edilmir. Bu şəxslər ölkənin
təbəəliyinə qəbul edildikdən sonra isə, “bunların yerli şagirdlərdən
fərqi yoxdur”.
Məqalədən aydın olur ki, Birləşmiş Ştatlarda orta təhsil
məcburi və dövlət hesabınadır. Oğlanların “kəsbi-məişət etməsinə
valideynlərinin ehtiyacı olduğu tədqirdə on dörd sinnidə
məktəbdən ba şəhadətnamə çıxa bilər. Yəni səkkiz sənə
təhsilindən sonra məktəbdən müfariqət edər. Fəqət baqi iki sənəyi
də gecə məktəblərində davam edərək təhsilini ikmal etmiş olur.
Qızlara gəlincə, istər valideyn onların müavinətinə möhtac olsun-
İslam Qəribli
140
olmasın, 16 sənənin xitamınadək təhsildə davam edəcəklər-
dir”(175, 388).
Orta təhsil, peşə məktəbləri və təhsildən yayınmalara görə
ciddi cəzaların tətbiq edildiyi barədə ətraflı məlumat verən müəllif
ölkənin ali təhsil sistemi haqqında da müfəssəl bilgilər verərək
yazır: “Cahani-irfan olan Amerika biladında sənaye və ziraət
məktəbindən başqa 453 darülfünun və məktəbi-aliyə vardır. İstə
bu məkatibdə tibb, hüquq, ülumi-riyaziyyə, ticarət və mədəniyyəti
–hazirənin icab etdiyi fünun tədris edilməkdədir”(175, 388).
Məqalədən anlaşırlır ki, Amerikada təhsil dünyəvidir və
“dinə dair elmlərin məktəblərə əsla dəxli yoxdur. İştə ülumi-
diniyyənin təlim və təəllümünə kəlisalarda təxsis edilmiş şöbələr
vardır. Arzuməndi-elmi-ədyan olanlar bazar günlərində oraya
müraciət edər, ruhanilərdən öyrənə bilərlər”.
Cəmiyyətin tərəqqi və təkamülünün başlıca yolunu məktəb
və maarifdə görən ədibin bu məqaləsi də şeirləri kimi ürək ağrısı
ilə yazılmış, Amerika təhsil sistemindən heyranlıqla bəhs
edilməklə öz ölkəsindəki təhsil və təlimin ağlar gündə olmasına
acı-acı təəssüf edilmişdir.
Jurnalın 26-cı sayında “M. Hadi” imzası ilə beş səhifəlik
“Qafqaza aid” adlı bir məqalə də dərc olunmuşdur(179, 407-411).
“Mabədi var” qeydi ilə tamamlanan məqalədə Şamaxı ətrafı
ərazilərdə, xüsusən Qobustanda yaşayan əhalinin həyat təpzi,
güzəranları, mübtəla olduqları bəla və müsibətlərdən bəhs olunur.
Müəllifin bu etnoqrafik səciyyəli məqaləsində Qobustanda
yaşayan, dolanışığını müxtəlif üsullarla təmin edən əhali üç qismə
ayrılır: əkinçilər, maldarlar və kirəkeşlər. Bunların hər biri
haqqında, onların hansı əziyyətlərlə dolanmaları barədə müfəssəl
məlumat verən, acı-acı gileylənən müəllif onların mal və
mülklərinə sahiblik edən yerli məmurları, əsasən də müftəxor
şeyxləri qamçılamaqdan çəkinmir. Məqalənin bir yerində
oxuyuruq: “Bunlar dürlü-dürlü hiylə və dəsais ilə cahil camaatı
dami-iğfalə düşürməkdə, arzularınca sağıb yeməkdədirlər. Mənafe
və məzərrini idrakdan aciz sadədil camaat isə bunların vəd və
Məhəmməd Hadi və mətbuat
141
vədi-əbləhfiribanələrinə aldanaraq “Şeyxin fərmanı - Haqqın
fərmanı”, - deyə tələqqi edib şeyxin müğayiri-qeyrət və xilafi-
həqiqət olan hər bir fərmanına gərdəndadeyi-inqiyad və
təslimdirlər”. Bir qədər sonra isə aşağıdakı cümlələri oxuyuruq:
“Bəzi heyvanlar gecənin qaranlığından istifadə edərək sürüyə
hücum etdikləri kimi, buranın da adamsifət bəhimsurət olanları
əhalinin zülməti-cəhalətindən bilistifadə bəşəriyyət sürülərinə
təcavüzdən geri duramıyorlar... Təriqət niqabı ilə müsəlmanları
dami-iğfalə salan bu mütəşəyyixlər hər biri xalqın başına bir
hökmdari-mütləq kəsilərək həm bunları soymaq, həm də
dünyadan, kəsbdən, həyatdan tənəffür etdirmək misilli iki böyük
cinayət irtikab ediyorlar”(179, 408).
Digər “Füyuzat”çılar kimi M. Hadi də “mətbuatın roluna
böyük
əhəmiyyət
verir,
yeni
ideya-bədii
düşüncənin
formalşmasında onun əvəzsiz olduğunu bildirir”(441, 103),
yazılarında xalqın taleyi ilə bağlı olan məsələlərin şərhinə daha
çox önəm verir və bu missiyanı yerinə yetirmək üçün müxtəlif
üsullara əl atırdı. Bu üsullardan biri müasirlərinin əksəriyyətindən
fərqli olaraq M. Hadinin publisistik yazılarının təsir gücünü
artırmaq üçün yeri gəldikcə şeirlərdən də istifadə etməsi idi ki,
bunların bir qismini Şərq klassiklərindən nümunələr, əksəriyyətini
isə onun öz qələminə mənsub olan bənd və beytlər təşkil edirdi.
Bu məqaləsində də o, türk şairi Ziya Paşanın “Zalımları ədlin nə
zaman xak edəcəkdir, Məzlumların çıxmaqdadır göylərə ahı”
beytindən, müəllifini göstərmədiyi “ĠĢtə bax, məhzun olan
kimdir, çəkən kimdir əzab, Böylə vicdansızlar olmazmı
ərəqrizi-hicab” misralarından və dörd parça şeirdən istifadə
etmiş, üç parçanın altında “M. H.” imzasını qoymuş, “Sofi, gəl
öyrən həyatın tərzini heyvandan” misrası ilə başlanan şeirdən
sonra heç bir imza qoymamış, qeyd verməmişdir. Həmin dörd
parça şeiri M. Hadi 1908-ci ildə çıxmış “Firdovsi-ilhamat”
kitabına müəyyən dəyişikliklər etməklə müstəqil şeirlər kimi
salmışdır ki, həmin əsərlər aşağıdakılardır:
Dostları ilə paylaş: |