Məhəmməd Hadi və mətbuat
121
boş-boş sözlərlə vaxt keçirməyə yox, iş görməyə, əsarətə qarşı
mübarizə aparmağa çağırır və deyir:
Ġzzəti-nəfs ilə ölmək bir məziyyətdir bizə,
Ömr sürmək min səfalətdə əziyyətdir bizə,
ġanlı ölmək, Ģanlı ölmək Ģanü Ģöhrətdir bizə,
Bərhəyat olmaq əsarətdə xəsarətdir bizə,
Gər ölərsək Ģirasa Zülfüqar ağlar bizə(168, 298).
Şairin əqidəsinə görə amal və məramımız uğrunda şir kimi
şan və şərəflə ölsək, bizə Həzrət Əli – Zülfüqar ağlar ki, bundan
da böyük səadət yoxdur.
Yazıldığından yeddi gün sonra (şeir iyun ayının 16-da yazıl-
mışdır) “Məhəmməd Hadi” imzası ilə dərc olunan və məsnəvi
şəklində olan “Axşam tənəzzöhləri”(169, 319-320) (“Axşam
gəzintiləri”- İ. Q.) əsəri mətnində heç bir ciddi dəyişiklik
edilmədən həm “Firdovsi-ilhamat”da(377, 113-118), həm də
sonrakı kitablarda verilmişdir(379, 381; 62-64, 69-71).
Baharın xoş günlərinin birində axşam gəzintilərinin təsviri
ilə başlayan otuz bir beytlik şeirdə şair bildirir ki:
Gəzir nəzakət ilə mərdü zən, siğarü kibar,
Çoluq-çocuq qoĢuyor hər tərəfdə misli-həzar.
Kimi qonuĢmadadır yari-qəmgüsarı ilə,
Kimi düĢünmədədir qəlbi-qüssədarı ilə.
..Kimi tükənməz ələmlər ələddəvam əzər,
Kimi mənim kimi laqeydü laübalı gəzər(169, 319).
Şairin təsvirində bu axşam gəzintisində hərə öz işi ilə
məşğuldur.
Biri
“zəbani-dəsti-məsaib,
əsiri-pənceyi-qəm”
(müsibətlər əlində taqətsiz, qəm pəncəsində əsir), digəri isə
taleyindən razı, asudə, xəyalında cənnəti canlandırmaqla ətrafı
dolanmaqdadır. Bir tərəfdə musiqi çalınır, “san ötər həzari-bahar”
(sanki baharın bülbülləri səs-səsə verib oxuyar), digər tərəfdə isə:
Bir-iki-üç çocuq əldə cəridələr tutuyor,
Onu bitirmək üçün hər tərəf gəzir, qoĢuyor.
Çocuqlar olmada yer-yer qədəmnəhadi-xüram,
Deməkdə hər birisi: - ĠĢtə “Ruznameyi-Ģam”(169, 319).
İslam Qəribli
122
Qəzetsatan uşaqlardan qəzetlər, o cümlədən “Axşam qəzeti”
alan əcnəbilər “kamali-izzət ilə” qəzeti oxuyur, yanındakı
həmdəmi isə onu məhəbbətlə dinləyir. Lakin:
Görünməyirdi fəqət bir cərideyi-islam,
Bu hal qəfləti-islamı göstərirdi tamam.
Böyük-kiçik, hamı dildadeyi-kəmalat idi,
Bütün əhaliyi-islam qəriqi-qəflət idi.
Gəzərdi sərsəriyanə, səfilü avarə,
Bütün əsiri-əyadiyi-nəfsi-əmmarə.
Bu halə qarĢı təhəssürlə giryəbar oldum,
TutuĢdu odlara könlüm, püriztirar oldum(169, 320).
Göründüyü kimi, bu şeirində də M. Hadi yaradıcılığının baş
mövzusundan- maarif, mədəniyyət və hürriyyətdən uzaqlaşa
bilmir. Əsərin sonluğu ibrət götürüləsi bir səhnə ilə tamamlanır.
Şairin təsvirində bir yanda iki qız uşağı oturmuş, əllərindəki
kitabları ədəb və həvəslə varaqlayır və bu mənzərə insana zövq və
ləzzət verir. “Nə mənzərə, nə məlahətli bir həqiqətdir!”,- deyən
şair milləti məhz belə bir mənzərədən ibrət götürməyə çağırır və
şeiri bu misralarla tamamlayır:
Buna nə gözlə baxır çeĢmi-millət, ey əfsus,
ġu məktəbi-mədəniyyətdən almıyormu dürus?( 169, 320).
Beytdən anlaşılan budur ki, əgər gizli sirlərin açılmasını,
sənə əyan olmasını istəyirsənsə, gərək Hadi kimi yer üzünün və
zəmanənin azad adamı olasan. Belə ki, azad olmayan adamın
düşüncələri də azad ola bilməz.
Yazılma tarixi 12 iyun kimi göstərilən “Nəvayi-rindanə”
şeirinin(172, 325) altında “Məhəmməd Hadi” imzası qoyulmuş,
əsər bir, yəni on birinci:
Əgər məmulun isə kəsbi-hissiyyati-hürriyyət,
Fədakarani-həqqin pəndi-rənasın nuĢ eylə,-
beyt istisna olmaqla “Firdovsi-ilhamat”da(377, 43-44), tam
şəkildə, heç bir dəyişiklik edilmədən sonrakı kitablarda(379, 381;
61, 69) dərc olunmuşdur.
Başlığı, sərlövhənin mənası “kefcilanə nəğmə” anlamında
olan bu şeir şairin əsərləri üçün xarakterik olan yeni bir cəhəti
Məhəmməd Hadi və mətbuat
123
izləmək baxımından maraq doğurur. “Halva-halva deməklə ağız
şirin olmaz” məşhur xalq məsəlinin ümumi ahəngi ilə səsləşən
əsərində şair oxucusunu fədakarlıqla meydana çıxmağa, azadlıq
bayrağını bir şir kimi başı üzərinda dalğalandırmağa çağırır və
deyir:
Müsəmməmsə xəyalında əgər amali-istiqbal,
Atıl meydanə Ģiranə, mühibanə xüruĢ eylə(172, 325).
“..Bir romantik kimi bəşəriyyətin gələcəyinə dərin inamla
baxan”(9, 84), insanları öz haqları uğrunda mübarizə aparmağa
çağıran müəllif bildirir ki, xovf və qorxudan bir şey çıxmaz. “Nə
gördün mənşəyi-vəsvas olan künci-mədarisdə?” Nə qədər ki,
qorxu hissini ürəyindən çıxarmamısan, sənə səadət yoxdur. “Qılıb
tərki-vəsvas” qəflət yuxusundan oyan və:
Təəssüb xirqəsin yax, kisveyi-insafı nuĢ eylə.
Nəhayət, ağıl sahiblərindən, ağıllı adamlardan feyzdar
olmaq istəyirsənsə:
Açıb məna qulağın, zahiri guĢi-füruĢ eylə(172, 325).
Bu və bu kimi onlarla odlu, alovlu, eyni zamanda
mütəfəkkiranə misraları oxuyanda düşünürsən: 27 yaşı və cəmi iki
illik aktiv ədəbi fəaliyyəti olan bir şəxs bunları necə və hansı
hissin təsiri ilə deyib?
“Firdovsi-ilhamat”a
düşməsə də sonrakı kitablarına
salınan(377, 67-68) “Həsbhal, yaxud bizim Hadinin iztirabı” adlI
şeir(174, 389) jurnalda“Füyuzati” imzası ilə çap olunmuşdur.
Əvvəli mürəttiblə sual-cavab formasında qurulmuş bu şeir
Hadinin poeziya, ədəbiyyat, söz sənəti barədə düşüncələrini
izləmək baxımından maraq doğurur. Mürəttibin: “Etiraz ediyorlar
keçənki şeirinizə,” - replikasına şairin verdiyi uzun bir cavab,
əslində lirik qəhrəmanın monoloqu, “Şeir necə olmalıdır?” sualına
verilən bir cavab kimi də düşünülə bilər.
Müəllifin dilindən verilən “bu gün lisanə, sabah dinə etiraz
olunur”- sözlərindən anlaşılır ki, Gəncədən göndərilən bir
məktubda M.Hadinin şeirlərindəki çətin anlaşılan sözlərə, dərk
edilməsi ortabab oxucu üçün o qədər də asan olmayan fikirlərə
Dostları ilə paylaş: |