İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   26   27   28   29   30   31   32   33   ...   51

 
120 
edirdilər.  İtaliyada  naplitonların  zamanında  150  il 
ərzində  həkimlər  orucu  öz  xəstəliklərinə  məsləhət 
görürdülər. Onun müddəti 40 günə çatırdı. Mən (Doktor 
Şeltun)  neçə  vaxtdır  ki,  yalnız  orucla  məşğulam  və  öz 
xəstələrimi  yalnız  orucla  müalicə  edirəm.  Orucun 
müddəti  isə  bir  neçə  gündən  3  aya  kimi  çəkir.  Xəstələr 
həm  öz  çəkilərini  azaltmaq,  həm  də  sağlamlıqlarının 
yenidən bərpası üçün oruc tuturlar.
1
 
Orucun əleyhinə kitablar 
Bəzi  təbiblər  orucun  heç  bir  elmi  əsası  olmadığını 
bildirirlər. Çox məşhur bir  cümlədə deyilir  ki, "bir şeyin 
mümkün olmasının  ən yaxşı dəlili onun baş verməsidir" 
əgər  biz  "Oruc  sağlamlığın  səbəbidir"  –  deyiriksə, 
dəlilimiz  bunun  çox  nümunəsidir.  Əvvəla:  orucla 
müalicədə  itirilmiş  sağlamlıqlarını  geri  qaytarıblar. 
Ikincisi:  On  illərlə  oruc  tutan  bir  çox  insanlar  oruc 
tutmayan çox insanlardan sağlamdırlar. 
Amerikalı  həkimlərdən  biri  olan  doktor  Şeltunun 
Amerikada  orucla  çox  uğurlu  müalicəetmə  müəssisəsi 
var.  O  deyir:  Oruc  əleyhinə  yazılmış  kitabların  əksər 
müəllifləri o şəxslərdirlər ki, ömrü boyu hətta bir dəfə də 
olsa  yeməklərini  ötürməyiblər.  Oruc  tutmağın  insanın 
sağlamlığında  və  onun  qorunmasında  böyük  rolu 
vardır.
2
  
Orucla müalicənin nümunələri   
                                                 
1
 Freyts Bekr, "Oruc həyatını xilas edə bilər" kitabı, səh.40. 
2
 Freyts Bekr, "Oruc həyatını xilas edə bilər" kitabı, səh.47. 


 
121 
1- 1961-ci  ildə Vladimir adlı moskvalı cavan  fizik  iflic 
xəstəliyinə  düçar  olduqdan  sonra  45  gün  oruc  tutaraq 
sağalmışdır.  Bu  iş  Moskva  qəzetlərinin  birində  nəşr 
olunmuş və dünya mətbuatında əks etdirilmişdir. 
2- Yuqoslaviya alimi professor Aleksey Sevirin orucun 
gigiyenik və tibbi faydaları haqqda məşhur kitabı var. O, 
öz ağ saçlarını oruc tutmaqla qaralda bilib.
1
  
Bu iki nümunə dənizdən bir damladır, maraqlananlar 
"Oruc,  həyatınızı  xilas  edə  bilər"  kitabına  müraciət 
esinlər.  
Oruc tutmaqla sağlam olmaq olarmı? 
Əgər  sağlam  olmaqdan  məqsəd  bu  olsa  ki,  insanın 
gələcəkdə  öz  sağlamlığı  üçün  heç  bir  proqramı  olmasın 
və daima vaxtlı-vaxtsız ürəyi istədiyi hər bir şeyi yesin ya 
zərərli  adəti  yenidən  təkrar  etsin,  təbiətdə  belə  bir 
möcüzə  olmamışdır.  Bu  iş  eynilə  buna  bənzəyir  ki, 
arıqlamış  bir  insan  hər  şey  yesin,  amma  onun  yenidən 
kökəlməyəcəyini güman edək. 
Xəstəliyin  səbəbi  aradan  getməyənədək  sağlamlıq 
yarana  bilməz.  Sağlamlığı  qorumaq  üçün  xəstəlik 
törədən  bütün  səbəbləri  araşdırıb  aradan  qaldırmaq  və 
gündəlik  həyatdan  silmək  lazımdır.  Hər  hansı  bir 
xəstəliyin  səbəbləri  xəstəlik  yaradan  adətlərdir  ki,  əgər 
insan yenidən ona tərəf gedərsə onu xəstələndirər. Oruc 
tutaraq  sağalan  xəstə  yenidən  öz  zərərverici  adətlərinə 
qayıdarsa,  onun  təzədən  xəstələnməsi  şübhəsizdir. 
Alkoqolizmi  tərk  edən  insan  əgər  spirtli  içki  içərsə 
                                                 
1
 "İlk universitet, son peyğəmbər", c.3, səh.104. 


 
122 
yenidən  alkoqolizmə  qurşanacaqdır.  Heç  bir  kəs  təkcə 
oruc  tutmaqla  zəmanətli  sağlamlıq  əldə  edə  bilməz. 
Sağlamlıq üçün nizam-intizam, özünə nəzarət və nəfsinə 
hakim  olmaq  lazımdır.  Hər  kəs  öz  bədəninin  normasını 
bilsə  və  həmin  miqdarda  yemək  yeyib  həddini  aşmasa 
sağlam qalar. İnsanlar yenidən spirtli içkilərə və siqaretə 
üz  tutarsa,  gec  yatarsa,  havasız  evlərdə  yaşayarsa, 
zəhərli-kimyəvi  maddələrə  dolu  olan  içkilər  içərsə, 
həddindən  artıq  iş  görərsə  və  öz  pis  adətlərinə 
başlayarsa, heç vaxt xəstələnməyəcəyini gözləməsin.
1
  
Oruc tutmaq mədə yarasına səbəb olurmu? 
Əvvəla:  statistikanın  verdiyi  məlumata  əsasən  mədə 
yarası oruc tutmayan millətlərdə oruc tutan millətlərdən 
daha  çoxdur.  Bu  proses  əksinə  olsaydı  orucun  mədədə 
yara yaratmasını bəlkə də qəbul edərdik. 
İkinci  bir tərəfdən: 1966-cı  il  sentyabr ayında Tokioda 
keçirilmiş  "mədə  xəstəlikləri"  dünya  konfransında  bu 
xəstəliyin  səbəbləri  araşdırılmışdır.  Konfransda  iştirak 
edənlərin  hər  biri  öz  ölkələrində  keçirdikləri  tibbi  və 
gigeyena  ilə  bağlı  yığıncaqlarda  əldə  etdikləri  nəticələri 
bu  konfransa  təqdim  etmişdilər.  Verilən  raportlarda 
siqaret,  isti  yeməklərin  həddən  artıq  yeyilməsi  (İslamda 
qaynar  yemək  məkruhdur)  həddən  artıq  su  içmək, 
əsəbləri  oyada  bilən  qəhvə  və  ədviyyat  kimi  ərzaqlara 
adət etmək, ifrat dərəcədə duzlu və turş yeməklər yemək 
və  spirtli  içkilərdən  istifadə  etmək  kimi  faktorlar, 
                                                 
1
 Freyts Bekr, "Oruc həyatını xilas edə bilər" kitabı, səh.154. 


 
123 
xəstəliklərin  meydana  gəlməsində  əsas  amillər  kimi  öz 
əksini tapmışdır.
1
 
 
QUSL  
A) Cənabət quslunun tibbi və cismani faydaları  
Cənabət  quslu  paklıq  və  təmizlikdən  əlavə  aşağıdakı 
tibbi faydalara da malikdir:  
1- Cinsi əlaqə zamanı orqanizmdə fəaliyyətlər daha da 
artdığı  üçün  bədəndə  maddələr  mübadiləsi
2
 başqa 
vaxtlardan  fərqli  olaraq  bir  az  da  çoxalır.  Buna  görə  də 
əzələ  tellərinin  arasında  loktik  turşusunun  yığılması 
nəticəsində  siniflər  və  əzələlər  yorularaq  əzginləşir. 
Yorğunluq nəticəsində əzələlər sıxılaraq zəifləyir.  
Qusl alarkən bu proses öz əvvəlki vəziyyətinə qayıdır. 
Damarların genişlənməsi nəticəsində dərinin və siniflərin 
qidalanması  daha  da  yaxşılaşır.  Bildiyimiz  kimi  insanın 
dərisi qaraciyərdən sonra bədənin ən fəal üzvüdür. Buna 
görə  onun  təmizliyini  qorumaq  üçün  olduqca  çox 
çalışmaq lazımdır. Eləcə də "hidroterapiya" və ya "su ilə 
müalicə"  adlı  bir  mövzu  da  var  ki,  bizim  kitabın 
mövzusundan xaricdir. 
2- 
Spermanın 
xaric 
olduğu 
zaman 
dəridəki 
məsamələrdən (dəliklərdən) bir miqdar tər çıxır. Bu tərlə 
birgə  duzlar  da  həmin  dəliklərdən  xaric  olur.  Əgər  qusl 
                                                 
1
 Müasir  elm  baımından  orucun  əhəmiyyəti,  192-dən  194  qədər 
səhifələrin xülasəsi. 
2
 Metabolizm prosesi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə