İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   23   24   25   26   27   28   29   30   ...   51

 
108 
görə  də  sünnət  etmək  cinsi  əlaqə  yolu  ilə  iltihablara 
yoluxmanın qarşısını alır.  
Bu  iltihablardan  əlavə  bəzi  tədqiqatlar  göstərir  ki, 
sünnət  olunmuş  kişilərdə  sidikdə  olan  iltihablar 
digərlərindən daha azdır. Ona görə də hal hazırda bir çox 
qərb ölkələrində də bu işi genişləndirirlər.
1
 
5)  Sünnət  olunmayan  insanlarda  süzənək  xəstəliyinin 
mualicəsi çox çətin və ağırdır. 
6)  Amerikalı  tədqiqatçıların  verdiyi  məlumata  görə 
sünnət  etdirmək,  kişilərdə  ziyil  yaradan  "papilumay" 
virusunun azalmasına səbəb olur.
2
 
7) Sünnət etməmək spermanın sıçrayışını azaldır. 
8) Sünnət etməmək sidiyin sıçrayışını azaldır və bəzən 
də  sidik  kanalında  daşın  yaranması  kimi  bir  çox 
xəstəliklərin tapılmasına səbəb olur.
3
 
Yeni doğulan uşaqlarda sünnət 
Müstəhəbdir ki oğlan uşağını doğulduğunun yeddinci 
günü  sünnət  etsinlər.  Elmi  baxımdan  bu  əməlin  bir  çox 
faydasını aşağıda gətiririk. 
Yeni doğulmuş və südəmər uşaqları sünnət etdirmək, 
sidik  sisteminin  iltihabının  qarşısını  alır.  Uşaqların  sidik 
kanalındakı  mikrob,  başqa  təhlükəli  xəstəliklərlə 
nəticələnə bilər. Elə bir xəstəlik ki, böyrək toxumalarının 
məhv  olmasına  səbəb  olar  və  sonda  böyrəyi  inkişafdan 
saxlayar.  Şübhəsiz  siz  də  avropalıların  və  amerkalıların 
                                                 
1
 
"
Daneşmən

jurnalı 509-cu sayı, 1384-cü il (h.ş). 
2
 İlk universitet və Son peyğəmbər,c.16, səh.161. 
3
 İslam baxımından ailə gigiyeniyası, səh.139-dan 142-ə kimi. 


 
109 
yerində  olsaydınız  və  sizə:  “Tədqiqatlar  yaşı  üç  ayadək 
olan  oğlan  uşaqlarının  75%-nin  sidik  sistemində  iltihab 
olduğunu  göstərir  və  bunların  95%-i  sünnət  olunmayan 
uşaqlardır”-  deyilsəydi,  öz  yeni  doğulmuş  oğlan 
uşaqlarınızı  sünnət  etdirmək  qərarına  gələrsiniz. 
Müqayisə  etmək  istəsək,  deməliyik  ki,  yeni  doğulmuş 
oğlan 
uşağı 
sünnət 
edilməyibsə 
bir 
yaşınadək 
sidikliyində iltihabın olma imkanı 10 qat artır. 
Şəhid  Behişti  adına  Tibb  Universitetinin  müəllim, 
cərrah, və uroloqu Simforuş həkim bu barədə belə deyir: 
"Sünnət  edilməyən  və  sidik  kanalında  iltihaba  düçar 
olmuş  oğlan  uşağına  ən  yaxşı  kömək  onu  sünnət 
etməkdir". 
Qeyd etmək lazımdır ki, doğumdan sonra ilk 24 saatı 
bu  işi  görmək  olmaz.  Bu  da  ona  görədir  ki,  sünnət 
etməyə  mane  ola  biləcək  xəstəliklərin  uşaqda  olub-
olmamasını ayird etmək olsun. 
İslam  göstərişlərinin  incəliyinə  və  dəqiqliyinə  bir  az 
artıq  diqqət  etməyin  yeridir.  Çünki,  bu  əməlin  uşağın 
doğum  günündən  bir  neçə  gün  sonra  yerinə  yetirilməsi 
buyrulur,  hətta  daha  dəqiq  olaraq  bir  həftə  sonra 
olunması  buyurulur  (müstəhəb  bir  əməldir).  Digər 
tərəfdənsə  qeyd  edilmiş  faydalara  görə  südəmər 
uşaqların sünnət olunmasını tövsiyə edir.    
Hemofili kimi qanaxma yaradan xəstəliyə düçar olmuş 
uşaqları sünnət etmək olmaz. Habelə anadangəlmə sidik 
sistemi pozulmuş uşaqları da sünnət etdirmək olmaz. Bu 
anadangəlmə 
pozuntuların 
ən 
mühümü 
"haypuspadyazus"dir  ki,  cinsi  orqanın  altında  sidik 


 
110 
kanalında  dəlik  olur  və  bu  dəliyin  bərpası  üçün  sünnət 
olunan yerin dərisinə ehtiyac olur. Elə buna görə də belə 
körpələr dəlik bərpa olanadək sünnət olunmamalıdırlar.
1
 
Südəmər  uşaqları  sünnət  edərkən,  yarada  iltihab, 
şiddətli qanaxma, artıq dərini götürmək imkanı olmamaq 
və  cinsi  orqanı  yaralamaq  kimi  təhlükələr  olur  ki,  bu 
zaman geniş bilik və təcrübə sahibi olan həkimə müraciət 
etməklə yaranan hadisənin qarşısını almaq olar. 
XÜMS VƏ ZƏKAT 
İslam dinində buyurulan vacib işlərdən biri də mənəvi, 
ictimai və iqdisadi təsirlərlə dolu olan xüms və zəkatdır. 
İnsanın  cismani  sağlamlığı  üçün  faydalı  olan  bu  əməl 
barəsində xülasə olaraq işarə edirik. 
Xüms və Zəkatın cismani faydaları 
A-
 
Digərlərinin sağlam və uzun ömürlü olmaları 
Bildiyimiz  kimi  hər  il  dünyada  aclıqdan  nə  qədər  insan 
tələf olur və nə qədər insan yaxşı qidalanmadıqları üçün 
həzm  sisteminin  pozulması,  infeksiyon,  qan  və  s.  kimi 
xəstəliklərə  tutulur.  Bu  aclığın  pis  qidalanmağın  əsas 
dəlillərindın biri fəqirlik və yoxsulluqdur.
 
Yoxsulluq  səbəb  olur  ki,  insan  yeməyə,  geyməyə,  ev 
təmirinə,  alverə  və  s.  işlərə  az  pul  sərf  etsin.  Bu  əməlin 
özü  də  xəstəliklərin  çoxalmasına  səbəb  olur.  Buna  misal 
olaraq  demək  olar  ki,  yoxsul  insanın  yemək  proqramı 
(heyvan  ətindən  olan  yağlı  yeməklərdən  çoxlu  istifadə 
etmək,  habelə  fibrlı  yeməklərin,  vitaminlərin  və 
                                                 
1
 “Səlamət” həftəlik jurnalı. 


 
111 
mineralların  az  məsrəfi)  kökəlməyə,  ürəklə  bağlı  və 
mikroblara  zəmin  yaradan  sair  xəstəliklərə  səbəb  olur. 
Digər  tərəfdənsə  rütubət  və  qış  fəslində  kifayət  qədər 
istiliyin  olmaması  soyuq  dəymənin,  öskürəyin  ağır 
tənəffüslü 
xəstəliklərin 
xüsusən 
də, 
uşaqlarda 
çoxalmasına  səbəb  olur.  Bütün  bu  qeyd  olunan 
vəziyyətlər 
üst-üstə 
yığılaraq 
insan 
sağlamlığını 
çətinliklə  üzləşdirir..  Buna  görə  də  xümsü  verməkdən 
yaranan bu yoxsulluğun, sağlamlığa və yaşayışa təsirləri 
olaraq, cismi və ruhi sağlamlığı öz təsiri altına alır.
1
 
Əgər  hər  bir  cəmiyyətdə  xalqın  yoxsulluğunu  aradan 
qaldıra  bilən  qanuna  uyğun  nizam  olsaydı,  yoxsulluq 
nəticəsində yaranan xəstəlik və ölüm kimi çətinliklər yox 
olar  və  cəmiyyət  sağlam  qalardı.  İslam  dini  bu  çətinliyi 
müxtəlif  yollarla  o  cümlədən  xüms  və  zəkatı  verməklə 
aradan qaldırmışdır. İmam Kazim (ə) bu barədə buyurur: 
"Allah-təala  zəkatı  yoxsulların  təmin  edilməsi  və  sizin 
dövlətinizin artması üçün qərar verilmişdir."
2
 
Bütün insanlar xüms və zəkatlarını versələr yoxsulluq 
yer  üzərindən  silinər  və  nəticədə  kasıblıq  ücbatından 
yaranan xəstəliklərin kökü kəsilərdi. 
Xüms və zəkatı ödəməklə necə mal-
dövlətimiz artır? 
İmam  Kazimin  (ə)  "zəkatı  verməklə  sizin  var-
dövlətiniz  artır"  deyə  buyurması,  insan  şüuri  ilə 
                                                 
1
 Daneşmənd jurnalı, 1378 (h.ş) 
2
 
"
Muntəxəbu mizan əl-Hikmə
"
, c.1, səh.445. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə