95
pozuntusu və s. bütün bunlar narkotik maddələrə aludə
olmağın ölümlə sonlanan ziyanlarından sayılır.
1
Narkomanlıq və ölüm
Narkomanlıq yol qəzası, yanma, ürək və nəfəs borusu
xəstəliklərindən sonra ölümün dördüncü amili hesab
edilir.
2
İranın narkotik maddələrlə mübarizə komitəsinin
məsul işçilərindən biri deyir: İranda hər dəqiqədə bir
narkoman dünyasını dəyişir.
3
Statistikaya əsasən, 2002-ci ildə 3500 və 2003-cü ildə
4500 nəfər narkoman dünya ilə vidalaşmışdır.
4
Nasirəddin şah və tiryək çəkmə
Bu bölümü Nasirəddin şahın yazdığı xatirələrinin biri
ilə sona yetirirəm.
"Bir gün tiryəkin nə olduğunu bilmək üçün onun
ləzzətini dadmaq istədik. Bunun üçün od və tiryək üçün
çubuq hazırlanmasını əmr etdim. Biz tiryək çəkənlər kimi
manqalın yanında əyləşdik. Bizim tiryək hazırlayan
nökərimiz hoqqanı
5
qızdıraraq tiryəki onun üzərinə
1 Həmin qaynaq.
2 "“Səlamət”" aylıq jurnalı, 1385-ci il (h.ş) , səh.32.
3
"
Hucume xamuş
"
, 107.
4
"
Hucume xamuş
"
, 108.
5 Tiryək çəkmək üçün istifadə olunan alət.
96
qoydu və ilk dəfə olaraq dodaqlarımız vafur çubuğu ilə
tanış oldu. Tiryəyi çəkmək üçün öncə adi şəkildə güc
verdik və üfürdik. Üfürməyin nəticəsində, manqaldan
kül qalxaraq bizim şahlıq tacmızın üzərinə qondu. Biz o
an vafuru yerə ataraq düşündük ki, hər kəs tiryək çəksə,
başına kül olacaqdır.
1
İKİNCİ FƏSİL
1
"
Golşəne lətayef
"
, səh. 73.
97
ELMİ VƏ TİBBİ SÜBUTLARA ƏSASƏN
VACİBATIN BƏDƏNİN SAĞLAMLIĞINDA
TƏSİRİ
HƏCC VƏ ÖMRƏ
Əgər bir şəxs iqtisadi baxımdan, ehtiyacsız olarsa həcc
ona vacib olur belə ki, həcc və ömrə elə bir işlərdəndir ki,
rəvayətlərdə sağlamlığın səbəblərindən biri kimi qeyd
edilmişdir.
İmam Səccad (s) buyurub:
"
مُکُقازرا عِسَّتَت و مُکُنادبا ّحصَت اورِمَتعا و اوّجح
"
"Həcc və ömrəni yerinə yetirin ki, bədəniniz sağlam
və ruziniz bol olsun."
1
Həcc və ömrədə olan sağlamlıq iki səbəbə görə ola
bilər:
1. Həccin mənəvi və ruhi təsirlərinə görə. Həccdə olan
mənəvi əməllər ruh yüksəkliyinə səbəb olur. Aydındır ki,
ruh sağlam olduğu təqdirdə, bədənə bir başa təsir qoyur.
2. Səfərdə nəzərdə tutulan mənfəətlər, həcc və ömrədə
də ola bilər.
1
"
Kafi
"
, c.252.
98
HİCAB
Hicab, təzəliyini və sağlamlığını qoruyub saxlayan
meyvə qabığına bənzəyir. Nə qədər ki, qadınlarda bu
hicab və iffət var təravət, gözəllik, yenilik və
sağlamlıqdan bəhrələnirlər. Amma hicabı açan kimi
sağlamlıq və gözəllik də aradan gedir.
1
Allahın vacib buyurduqlarından biri də hicabı
qorumaqdır ki, bir çox mənəvi, ictimai, ailəvi, ruhi və
hətta cismi mənfəətlərlə doludur.
Bu yazı öz keçmiş metoduna əsasən yalnız çox qısa
şəkildə cismani zərərlərə işarə edir.
Hicabsızlığın cismi zərərləri
Hicabsızlar üçün mütəmadi olaraq vəhşicəsinə cinsi
təcavüzlərə məruz qalmaqdan, qətldən və bəzən
müqavimət göstərdikdə kobudcasına döyülməkdən artıq
zərər nə ola bilər. Bəzən də bu təcavüzlərin sonu
xəstəliklərlə nəticələnir.
Statistik məlumatlara görə İsveçdə qadın hər 20
dəqiqədən bir döyülərək yaralanır və hər 3 saatdan bir
təcavüzə məruz qalır.
2
Hicablı qadınlar üçün cinsi və cismi təhlükəsizlikdən
artıq hansı faydaları bəyan etmək olar?
Nyuyork Taymzın müxbirinin hicab
barəsində etdiyi söhbət
1
"
Geyim və hicab hekayələri
"
, c. 79, 2-ci cildin təmsillərin nəql etməklə.
2
"
Beheşte cəvanan
"
, səh.235,
"
Cümhuriye Eslami
"
qəzetinə istinadən.
99
Nyuyork Taymzın müxbirinin, "İslama sığınan
qadınlar, yeni bir təhlükəsizlikdədirlər" sərlövhəli
məqaləsində müsəlman xanımlarının günü-gündən
hicaba gəlməsinə işarə edərək yazır: hansı iş bu qayıdışa
səbəb olub? Elə bir qayıdış ki, sözün əsl mənasında şəxsi
və ictimai azadlıqlarda formalaşmışdır.
Bunun cavabını islamçıların Orta Şərqin modern
cəmiyyətinin ruhuna və kişi və qadınına bəxş etdikləri
uca məqam və dəyərdə axtarmaq lazımdır.
Hicab, qadının izdihamlı şəhərlərdə rahat fəaliyyət
göstərməsinə əlverişli şərait yaradır və ətraf şəhərlərdən
paytaxta iş axtarmağa gələn cavan kişilərin, onlara mane
olmasının qarşısını alır.
Bu geyim (hicab), ətrafında olanlara bir xəbər
çatdıraraq deyir: "bu bir nəcib qadındır. Onunla işiniz
olmasın". Həmçinin qadına, heç bir cinsi təcavüzlərə
məruz qalmadan şəhərin cəmiyyətlə dolu olan nəqliyyat
vasitələrindən istifadə etməyinə kömək edir.
1
Hicabsızlıq və qətl
Qətldə ittiham olunan bir cavanı tuturlar. Ondan, nə
üçün bu iyrənc əməli gördüyünü soruşurlar.
Cavabında deyir: "Subay oğlan idim. Min bir zəhmətlə
orta məktəb şəhadətnaməmi alaraq universitetə qəbul
oldum." Orada gözüm universitetin həyətində və
auditoriyasında gəzib-dolaşan, deyib-gülən, və əslində
heç bir şeyə riayət etməyən gözəl-hicabsız qızlara düşdü.
1
"
Beheşte cəvanan
"
, səh.266.
Dostları ilə paylaş: |