100
Mən də cavan bir oğlan, yavaş-yavaş onlarla
dostlaşmağa başlayaraq çox məharətlə onlardan birini
aldadaraq onunla evlənəcəyimi bildirdim.
Bir müddət keçdikdən sonra o hamilə olduğunu
bildirib, "məni gərək alasan" dedi. İqtisadi vəziyyətimin
münasib olmadığı üçün onunla bu gündə-sabahda
evlənəcəyimə söz verdim. Nəhayət bir gün işimiz böyük
bir söz-söhbətə səbəb oldu. Onunla dava etdim. Özümə
gələndə onu boğub öldürdüyümü anladım.
Hicabsızlıq cinsi təcavüzləri azaldırmı?
1
Bəzilərinin fikrincə, əgər çılpaqlıq mədəniyyəti artarsa
yavaş-yavaş onun adiləşməsinə səbəb olar və bir də heç
vaxt ona tərəf meyilli olmazlar. Bu fikir cinsi baxımdan
hardasa düz ola bilər. Amma daxildən gələn bir hərarət,
təhrikedici səhnələrə baxdıqca sönmək əvəzinə daha da
alovlanacaq. Bu belə olsaydı qərbdə cinsi təcavüzlər azad
şəkildə olmazdı. "Plaintruth"-un yazdığına əsasən
əvvəllər hər 34-dəqiqədən bir olan təcavüzlərin sayı indi
hər 14-dəqiqədən birə çatıb. "Amerikalı Nyuzvik"
jurnalının yazdığına əsasən isə, Avropada hər il 10 min
uşaq cinsi təcavüzə məruz qalaraq başqa pis məqsədli
işlər üçün istifadə olunurlar.
Əhalisinin 98%-ni müsəlmanların təşkil etməsinə
baxmayaraq Türkiyədə qərb mədəniyyəti daha geniş
şəkildə inkişaf edib. Ölkənin statistika bürosunun
məlumatına əsasən, Türkiyədə 605 rəsmi və 565 qeyri-
rəsmi fəsad mərkəzləri kəşf edilib. Bu ölkədə 13671
1
"
Geyim
və hicab hekayələri
"
, səh. 75.