50
İmam Sadiq (ə) leş ətinin zərərləri haqda buyurur:
"Leş yeyən şəxsin bədəni zəifləyər, əzginləşər, enerjisi
azalar, nəsli kəsilər, bu işi davamlı olaraq həyata
keçirən şəxs, infarkt və ani ölümlə dünyadan köçər".
1
ALKOQOLLU İÇKİLƏR
2
Böyük günahlardan biri də, alkoqollu (spirtli) içkiləri
içməkdir. İndisə İslam dininin elmi əzəmətinin bir
güşəsinə varmaq üçün, spirtli içkiləri içməyin bir sıra
cismi zərərlərini açıqlayırıq.
1. Alkoqolun beyin və əsəb sisteminə olan
zərəri
Alkoqolun başlıca və qısa müddətli təsiri mərkəzi əsəb
sisteminədir. Alkoqollu içkilərin istifadəsi öncə bir növ
rahatlıq, aldadıcı və ifrat azadlıqla nəticələnir. Lakin bir
müddətdən sonra, öz real təsirlərini, o cümlədən:
əzələlərin hərəkətində harmoniyasızlıq, qərara gəlmədə
pozğunluq, hərəkət və məharət işlərinin zədələnməsi,
gec reaksiya və burun və zehni fəaliyyətlər, kobudluq,
anlaşılmaz danışmaq, çox danışmaq, əşyaları və insanları
1
"Nümunə təfsiri", c.1, səh. 585.
2
Alkoqol keyləşdirici maddədir və insanlarda sərxoşluq vəziyyəti
yaradır. Alkoqollu içkilər insanın qərarsizlığına, ailədə münaqişəyə,
ictimai yerlərdə özünü idarə edə bilməməsinə səbəb olur. Belə
adamlar son nəticədə evindən didərgin düşür, sükan arxasında qəza
vəziyyəti yaradır, cəmiyyətdə ikrah hissi oyadırlar. Alkoqol insan
orqanizminə dağıdıcı təsir göstərir, ağır xəstəliklərə səbəb olur
(mütərcim).
51
iki görmək və idrarın çoxalması kimi mənfi təsirlərini
üzə çıxaracaqdır.
2- Spirtin sümüklərə olan zərəri
Bir qrup tədiqatçının araşdırması göstərmişdir ki,
spirtli içkilər, sümüklərin zəifləməsi və sınmasına səbəb
olur. Sınmız sümüklər uzun müddət ərzində çətinliklə
sağalırlar.
Həkimlərin bildirdiklərinə əsasən, spirtli içkilər
sümük toxumalarının işininə maneəçilik törədərək, neçə
il ərzində sümüklərin zədələnməsinə cəbəb olur. Eləcə də
spirtli içkilərin istifadəsi tandonların çəkilməsinə səbəb
olur.
1
3- Böyrək
İngiltərənin tanınmış həkimlərindən biri deyir: Böyrək
xəstəliyinə düçar olmuş xəstələrin 87.5 %-i spirtli
içkilərin səbəbilədir. Spirtli içkilər sidiyin miqdarini da
çoxaldaraq, bir sıra üzvün, o cümlədən qarının, ayaqların
və kipriklərin iltihabına səbəb olur.
2
4- Boyun
Spirtin, xüsusilə pivənin istifadəsi nəticəsində bəzən
boyun piyi çoxalaraq cərrahlıq əməliyyatına ehtiyaclı
olur.
3
5- Spirtli içkilərin qaraciyərə zərəri
1
"Hocume xamuş", səh. 195.
2
"Həkim və qocanın münazirəsi", səh. 327, "Spirtli içkilərin ziyanları"
kitabına istinadən.
3
Həmin qaynaq.
52
Kəskin surətdə spirtli içkilərə qurşanan şəxslər,
yüksək dərəcədə böyrək və qaraciyərdə problemin
təhlükəsi
astanasındadırlar.
"MOONSHİNE"
sizin
böyrəkləriniz üçün son dərəcə zərərli ola bilər, çünki
onun ehtiva etdiyi qurğuşun, böyrəkləri zəhərləyə bilər.
1
Qaraciyərin əsas işlərindən biri də, daxil olmuş zəhərli
maddələri ayırmaq və zərərsizləşdirməkdir. Lakin
təəssüf ki, spirtin zəhəri qarşısında acizdir və sonda spirt
öz təhrik qüvvəsini qaraciyər üzərində həyata keçirir.
2
6- Spirtli içkilərin qan dövranına zərəri
Mütəxəssislərin dediyinə əsasən, spirt tərkib hissəsini,
mahiyyətini dəyişmədən, qana daxil olaraq, qan dövranı
sistemini problemlə üzləşdirir. Mikroblar qarşısında
müdafiəçi əsgər rolunu oynayan ağ qan cisimciklərini
aradan aparır, dəmir tərkibini təşkil edən qan
hemoqlobinini məhv edərək, bədəni son dərəcə qanazlığı
təhlükəsi ilə üzləşdirir.
7-
Spirtli
içkilər,
qidanın
həzmində
pozğunluğun amili
Spirt qida maddələrini bərkləşdirir, belə ki əti bir az
spirt içərisinə atsaq, aşılanmış dəri kimi olar. Belə olduğu
təqdirdə, mədənin başına hansı bəlanın gəldiyi
məlumdur. Bundan əlavə spirt, mədə südlərini
azaldararaq, xarab edir və qida üzərində təsirediciliyinin
1
"Ailə sağlamlığı", qış 1381 (h.ş), 3-cü sayı, səh. 27.
2
"Hocume xamuş" səh. 192 və 193.
53
qarşısını alır, beləcə həzm olunmamış qida mədə
üzərində qalır. Spirt həmçinin iştahanı da azaldır.
1
8- Spirtli içkilər, ruhi xəstəliyin (dəliliyin)
səbəbidir.
Dəlixanaların dəqiq statistikası göstərir ki, dəlilərin
çoxu, uzun illər şəraba aludə olmuş şəxslərdir. Bir xəbərə
əsasən, Amerikada ailənin yeddi üzvü ata-anasının
şərabiçən olduğu üçün şüuri cəhətdən zəif-axmaq idilər.
Nyuyorkun tanınmış həkimlərindən sayılan doktor
Parker, bildirib ki, dəlilik və səfehlik hadisələrinin yarısı
spirtli içkilər səbəbilədir.
1902-ci ildə İngiltərədə götürülən statistikaya əsasən,
spirtli içkilər səbəbilə dəliliyə, ruhi xəstəliyə düçar olan
insanların sayı 2249 kişiyə və 976 qadına bərabərdir.
İngiltərədə alimlərin araşdırmaları isbatlamışdır ki,
təqribən 95% dəlilik, spirtə adət etməkdən qaynaqlanır.
2
İmam Rza (ə) buyurur: "Allah-taala şərabı haram etdi:
çünki şərab, fəsad (cinayət) gətirir, şərab içənlərin
əqlini alt-üst edir, onları Allah-taalanı inkar etməyə,
onun ve Rəsulunun adından yalan danışmağa, töhmət
vurmağa vadar edir, eləcə də cinayətkarlıq və ölüm
hadisələri şərab içənlər tərəfindən həyata keçirilir".
3
1
"Böyük günahlar" səh.249.
2
"Həkim və qocanın münazirəsi", səh. 327.
3
"Hərrəməllahu lima fiha minəl-fəsad, min təğyiri ma uqulə
şaribiha, həmliha iyyahum əla inkarillah əzzə və cəllə vəl-fəriyəti
ələyhi və əla rusulihi və sairi ma yəkunu minhum minəl-fəsadi vəl-
qətli", "Muntəxəbu Mizan əl- Hikmə", c. 1, səh. 334.
Dostları ilə paylaş: |