İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

 
58 
"biz  neçə  ildir  ki  şərab  içirik,  amma  yenə  də  sağlamıq" 
deyirlər. 
Axmaq oğulun atasına məktubu 
Bu  tip  şəxslərin  sağlamlığı,  səfərdə  olan  atasına 
məktub  yazan  axmaq  oğulun  sağlamlığı  kimidir.  O, 
durumu  şərh  edərək  yazır:  Atacan  salam,  salamdan 
sonra,  deməliyəm  ki,  bizim  vəziyyətimiz  şükürlər  olsun 
ki,  yaxşıdır.  Hər  şey  ürəyimizcədir.  Sadəcə,  evimizin 
divarı  aşaraq,  ananı,  qardaşı  və  bacını  öldürdü.  Allaha 
şükür  ki,  mən,  uzunqulaq,  pişik,  it  və  qoyun  sürümüz 
ölümdən  yaxa  qurtardıq,  bizim  salamat  olmağımız  bu 
idi. Vəssəlam. 
Az miqdarda şərab da zərərlidirmi? 
Bilirik ki, azacıq spirt də mədə vasitəsilə cəzb edilir və 
elə bu az miqdar, bədəndə yanmadığından zərərlidir. Az 
olmasına  baxmayaraq,  antidivretik  hormonunu  kontrol 
edir, sidiyi çoxaldır. Həmçinin bir damcı belə içilsə, qana 
daxil  olduqda  nütfə  bağlanmasında  təsirlidir
1
 (insan 
şərab  içdikdən  sonra  cinsi  əlaqədə  olarsa  və  bu 
yaxınlıqdan  uşaq  doğularsa,  o  uşağın  dəli  olması,  şüur 
baxımından zəif olması ehtimalı böyükdür). 
Spirt,  qanda  lazım  olan  maddələrdən  biridir.  Onun 
minimum  və  maksimum  miqdarı  da  bəllidir.  Bədənin 
ehtiyacı  olan  bu  miqdar  spirt  qida  vasitəsilə  təmin 
edildiyi  halda,  qida  metabolizmi  (maddələr  mübadiləsi) 
olmayan  spirt  içməyə  heç  bir  lüzum  yoxdur.  Spirtin 
                                                 
1
 "İlk universitet son peyğəmbər", c.7.səh.155. 


 
59 
dərhal  qana  keçməsini  nəzərə  alaraq,  bir  şəxs  az  bir 
miqdarda spirt içərsə, qan spirti artar və bu özü bir növ 
xəstəlik  sayıla  bilər.  Xəstəliyindən  yalnız  həkimə 
müraciət  etmək  və  müayinə  yolu  ilə  agah  olan  şəkər 
xəstəliyinə düçar olmuş şəxs kimi, az şərab içən şəxs də, 
məst olmaya, lakin eyni halda özünün də xəbəri olmadan 
xəstəliyə yoluxması mümkündür.
1
 
Tanınmış  psixoloq,  doktor  Hans  Luksanberq,  Munix 
şəhərində  keçirilən  konfransda,  "hətta  bir  qurtum  şərab 
belə, sürücülük üçün təhlükəlidir" söylədi.  
Doktor  Məlvin  Kənzəli,  1969-cu  ildə  Nyuyorkda 
keçirilən  spirt  və  spirtizmlə  mübarizə  adlı  səkkizinci 
beynəlxalq  konfransda,  dedi:  Spirtin  az  istifadəsi  də,  bir 
çox  beyin  pozğuntuları  ilə  nəticələnə  bilər.  Cənubi 
Karolinanın  tibb  institunun  tədqiqat  mərkəzinə  başçılıq 
edən doktor Kənzəli eləcə də əlavə etdi: “Bəziləri güman 
edirlər  ki,  məclislərdə  necə  deyərlər,  boğaz  yaşlasalar, 
spirtə  qurşanmayacaq  və  ya  beyin  pozğuntuluqlarına 
düçar olmayacaqlar, halbuki,  bu zəmində həyata keçmiş 
araşdırmalar  göstərir  ki,  spirtli  içkilər,  az  miqdarda  da 
belə, beyin hüceyrələrində pozğuntuluğa səbəb olur”. 
Sözügedən  konfransda  digər  alimlər,  o  cümlədən, 
doktor  Raymund  Penigton  çıxış  edərək,  spirtin  mənfi 
təsirlərinə (hətta az miqdarda da), toxundular. 
Nurdrayn  Vesteflen  əyalətində  baş  vermiş  on  dörd 
min  yol  qəzası  üzərində  aparılan  araşdırmada  məlum 
oldu ki, cavanlar, hətta pivə içməklə, qocalardan daha tez 
yol hərəkət qaydalarını pozurlar. Cavanların qanında az 
                                                 
1
 "İlk universitet son peyğəmbər", kitabının xülasəsi, c.7, səh. 162. 


 
60 
miqdarda olan spirt ( mində 0.5) iradə və şüurlarını əldən 
verməyə  səbəb  olur.  Aparılmış  araşdırmalara  görə, 
sürücünün qanında mində 0.4 spirt mövcud olduqda, yol 
qəzaları daha təhlükəli, daha ağır olmuşdur.
1
 
Şərab qangətiricidirmi? 
Şərab  və  məstedici  maddələrin  tərkibində  olan  spirt, 
qanın  zəifləməsinə  səbəb  olduğu  halda,  necə  qangətirici 
ola  bilər?  Yüz  il  bundan  öncə  bir  sıra  təbiblər,  şərabın 
bəzi  xəstəliklərə  xeyirli  olduğunu  düşünürdülər,  lakin 
son zamanlar sezmişlər ki, şərab, xəstənin bədəninə xeyir 
verməməyi  ilə  yanaşı,  bir  çox  zərərləri  də  ona  çatdırır, 
belə  ki,  spirtin  ən  kiçik  zərrələri  ağ  qan  cisimciklərinin 
fəaliyyətini iflic edir. 
Bilirsiniz  ki,  ağ  qan  cisimcikləri  (leykositlər),  insan 
qanına  mikrob  daxil  olarkən,  mikrobla  mübarizəyə 
qalxaraq  onu  məğlub  edir.  Bir  sözlə  ağ  qan  cisimciyi 
bədənin  əsgəri  rolunu  oynayır,  xəstənin  ağ  qan 
cisimciyinin  müqavimət  edərək,  mikrobların  məhv 
edildiyi  surətdə  o  sağalır,  bədənində  ağ  qan  cisimciyi 
olmayan  və  ya  zəif  olan  şəxs,  xəstəliyə  məğlub  olub, 
yenidən ağ qan cisimciyinin yaratmadığı surətdə həyatını 
itirir. 
Spirt,  qana  daxil  olcaq,  ağ  qan  cisimciklərinin 
fəaliyyətini  dayandırır.  Bu  zaman  bu  maddə  artıq, 
milyonlarla  mikrobun  bədənə  daxil  olduğu  təqdirdə 
kiçicik reaksiya da göstərmir.
2
 
                                                 
1
 "İlk universitet son peyğəmbər", səh. 170 və 173. 
2
 "Böyük günahlar", c.1, səh. 248 


 
61 
Sağalmaq üçün şərab  
Bir  sıra  insanlar,  bəzi  xəstəliyə  düçar  olduqda,  onun 
çarəsini  şərab  içməkdə  görür  və  "xəstəliyimizin  aradan 
qaldırılması  üçün  şərab  içirik"  deyirlər.  Bu  şəxslərdən 
bəziləri,  öz  vicdanlarını  rahatlaşdırmaq  və  ya  içki 
içmələrinə don geydirmək üçün bu sözü dilə gətirirlər. 
Hazırda dünyada, şərabı xeyirli hesab edən, hətta ona 
az miqdarda icazə verən bir təbib tapmaq olmaz. Belə bir 
həkim  müşahidə  edildiyi  surətdə,  tibb  elminin 
tədqiqatçılarının  qeyd  etdiyi  şərabın  çoxsaylı  zərərlərini 
nəzərə alaraq demək olar ki, onun tibbi informasiyasında 
çatışmazlıq var. 
Şərabın hər hansı bir xəstəliyi aradan qaldırmasını fərz 
etsək  də,  onun  minlərlə  digər  cismi  və  mənəvi  xəstəliyi 
əlavə etməsini danmaq olmaz. Sağlam zəka sahibi bu tip 
işi  görməz.  Bu  iş  eynilə,  suya  düşmüş  10  manatını 
götürmək  üçün,  bir  neçə  dalğıc  tutaraq  yüzlərlə  manat 
artıq pul xərcləyən şəxsin əməlinə bənzəyir. 
Əzizlərimiz  bilməlidirlər  ki,  ən  gözəl  üslübda 
bədənimizi  yaradan  Tanrı,  nələrin  bizim  bədənimizə 
xeyirli  və  nələrin  zərərli  olduğunu  çox  gözəl  bilir. 
Şərabın  istifadəsində  xeyir,  məsləhət  olsaydı,  Allah  onu 
azad edər və onu içməyi qadağan etməzdi. 
Şərabda şəfa yoxdur 
İbn Əbi Yəfur, hz. İmam Sadiqə (ə), bir xəstəliyə düçar 
olduğunu  və  ağrısı  baş  qaldırdıqda  bir  miqdar  şərab 
içərək  sakitləşdiyini  bildirdi.  İmam  Sadiq  (ə)  buyurdu: 
İçmə,  haramdır,  bu  şeytanın  səni  harama  salmasından 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə