İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   19   20   21   22   23   24   25   26   ...   51

 
91 
və ananın siqaret çəkməsinin təsiri altına düşməsələr də, 
ondan  ziyan  görməsələr  də,  ancaq  onun  zərərləri 
gələcəkdə onların yaxasından yapışacaqdır".
1
 
İngiltərədə  hər  il  17  min  uşaq  valideynlərinin  siqaret 
tüstülərini  iyləməsi  nəticəsində  xəstəxanalarda  yatırlar. 
Uşağın 
siqaret 
çəkən 
vaildeynindən 
təsirləndiyi 
xəstəliklərin bəzisi aşağıdakılardan ibarətdir: 
1- İnfeksiya
 
Uşaqların  infeksiyasının  13%-i  valideynin  siqaret 
çəkməsi  ucbatındanır.  Yəni  yazıq  uşaqlar  infeksiyadan 
yaranan  qulaq  ağrısını  valideynlərinin  eqoistliyinə  görə 
dözməlidirlər.
2
 
2- Astma 
 
Yenə də uşaqların astmasının 13%-i valideynin siqaret 
tüstüsü nəticəsində meydana gəlir.
3
 
3- Siqaret nəticəsində uşaqların qəfil ölümü
 
İldə 2700 amerikalı körpə valideynin siqaret tüstüsünü 
udma  nəticəsində  yaranan  qəfil  ölümlə  həyatlarını 
dəyişirlər.
4
 
Siqaret rahatlıq gətirirmi? 
Bir çox hallarda siqaret çəkən şəxslər, əsəbi və narahat 
olduqları  zaman  siqaret  çəkir  və  bu  işin  narahatlıqların 
azalmasına səbəb olduğunu güman edirlər. Və ya siqaret 
çəkənlərə  "siqaretin  filan  ziyanı  var"  deyildikdə,  "biz 
                                                 
1
 “Səlamət” aylıq jurnalı. 
2
 “Səlamət” aylıq jurnalı, 78-ci sayı, 1385-ci il (h.ş), səh.13. 
3
 Həmin qaynaq. 
4
 Həmin qaynaq. 


 
92 
siqaret çəkdiyimiz vaxt yorğunluğumuz aradan qalxır və 
rahatlanırıq" deyirlər. Ancaq bu tip insanların nəzərlərinə 
çatdırıram ki: 
Hər  şeydən  əvvəl,  siqaret  aramlığa  səbəb  olsa  və  ya 
sizin yorğunluğunuzu aradan qaldırsa da, bu bir aldadıcı 
aramlıqdır.  Bu  eynilə,  ağrını  müvəqqəti  olaraq 
sakitləşdirən  ağrıkəsici  dərmana  bənzəyir,  amma 
əvəzində  başqa  xəstəlikləri  bədənə  daxil  edir.  Bu 
şəxslərin işi o kəsə bənzəyir ki, 10 manatını ələ gətirmək 
üçün  minlərlə  manat  dalğaca  xərcləyir.  Yəni  bir 
narahatlığı  aradan  qaldırmaq  üçün,  siqaret  çəkmək 
nəticəsində yüzlərlə narahatlıq özünə əlavə edir. 
Bundan  əlavə,  alimlərin  sübuta  yetirdiklərinə  əsasən, 
siqaret  düşkünlüyə  səbəb  olur.  Aşağıdakı  tədqiqata 
diqqət edin. 
"İransəlamət"  xəbər  agentliyinin  məlumatına  görə 
"Oslo" universitetinin alimlərinin araşdırmalarına əsasən, 
siqaret  çəkən  şəxslərdə  düşkünlüyün  ehtimalı  daha 
artıqdır.  "Royterz"dən  verilən  məlumatda  bildirilir  ki, 
Norveç  alimlərinin    18  yaşlı  1190  nəfər  üzərində  11  il 
araşdırması  göstərir  ki,  siqaret  çəkənlər  siqaret 
çəkməyənlərdən  daha  çox  düşkünlüyə  düçar  olur  və 
düşkünlüyün  dərəcəsi  fərdin  gündəlik  çəkdiyi  siqaretin 
sayına bağlıdır.
1
 
Siqaret əvəzinə qalyan çəkməyimiz yaxşı 
olmazdımı? 
                                                 
1
 “Səlamət” aylıq jurnalı. 


 
93 
Doktor  Qulamrzanejad:  Bunların  heç  biri  yaxşı  deyil, 
bunların hamısı pisdir, zərərlərlə doludur, amma siqaret 
qəlyandan daha pisdir.
1
 
 
 
SON SÖZ 
Siqaret  və  ona  bənzər  tütün  məmulatlarının  istifadəsi 
haqda  son  sözümü  universitet  müəllimi  və  ürək 
həkimlərindən 
birinin 
məşhur 
cümləsi 
ilə 
yekunlaşdırıram. O deyir: "Hər bir siqaret çəkən bir gün 
siqareti  tərgidəcəkdir,  amma  kaş  ki  o  gün  gec 
olmayaydı".  
Narkotik maddələr 
Mərcəi-təqlidlərin 
fətvasına 
əsasən 
narkotik 
maddələrə qurşanmaq haram hesab edilir. Bu baxımdan 
biz  bu  maddələrin  zərərlərinin  kiçik  bir  hissəsinə 
toxunaraq,  sözün  uzanmaması    üçün  onun  iqtisadi, 
ictimai,  ailəvi  və  axirətlə  bağlı  çoxsaylı  zərərlərini  qeyd 
etməyi lazım bılmirik. 
Narkotik maddələrin cismi zərərləri: 
1  -  Mədədə  və  bağırsaqlarda  həzm  pozuntusu. 
Ürəkbulanma,  iştahanın  azalması,  ishal,  qusma,  qanda 
şəkərin  artması,  meri  xərçəngi,  mədə  və  on  iki  barmaq 
bağırsaqda yara, mədə şirəsinin və öd kisəsinin ifrazının 
azalması və ifrat dərəcədə arıqlığı buna şamil etmək olar. 
                                                 
1
 Həmin qaynaq. 


 
94 
2  -  Gözün  qeyri-təbii  yumulub-açılması,  gözün 
qaranlıq 
gətirməsi, 
göz 
şəbəkisindəki 
kapilyar 
damarlarda  pozuntu  və  gözün  vaxtından  tez  görmə 
qabiliyyətini itirməsi. 
3  -  Ağciyərlərdə  çatışmazlıqların  üzə  çıxması,  çətin 
nəfəs  alma,  tənəffüsün  zəifləməsi  və  dayanması,  agciyər 
xərcənginin  meydana  gəlməsi,  bronxit,  astma  və  nəfəs 
borularının tutulması. 
4 – Kişi və qadında cinsi meylin korlanması, öz-özünə 
axıtma, kişilərdə döşlərin böyüməsi.
1
 
5  –  Narkomanlar  adi  şəxslərdən  8  dəfə  artıq  xaya 
xərçənginə yoluxurlar.
2
 
6  -  Bağırsaqların  fəaliyyətinin  dayanması  üzündən, 
onlarda güclü quruluq yaranır, bu da qida maddələrinin 
və  vitaminlərin  cəzbində  problemlər  yaradır.  Bu  da  öz 
növbəsində,  hüceyrələrin  hamısının  qida  ilə  təmin 
edilməməsinə  səbəb  olaraq,  onların  tədricən  məhv 
olmasına  gətirib  çıxarır.  Bu  zaman  vaxtında  müalicə 
etməmə, narkomanın ölümü ilə nəticələnə bilər. 
7  –  Narkomanlar  müxtəlif  dəri  xəstəliklərinə  düçar 
olurlar. Bu xəstəliklər narkotik maddələri iynə ilə bədənə 
vuran şəxslərdə daha artıqdır. 
8  –  Təhlükəli  mikroblar,  çirklər,  çəkinin  düşməsi, 
düzgün  qidalanmama,  əzələ  zərərləri,  qaraciyər  və 
böyrəkdə  narahatçılıqların  yaranması,  QİÇS,  hepatit, 
ürək  ağrıları,  ürək  və  beyin  infarktları  və  yuxu 
                                                 
1
 
"
Soğate Mərg
"
, səh.73. 
2
 
"
Soğate Mərg
"
, səh.117. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə