104
Dar geyimlərin fəsadlarından biri də həzmin
çətinləşməsidir. Əslində dar geyimlər həzm sisteminin
tüstüvari hərəkətini pozaraq mədədə yelin yığışmasına
və qarının köpməsinə bais olur ki, bu da adətən qarın
ağrısıyla nəticələnir.
3) Sidik kisəsinin mikrobu.
Dar geyim hava mübadiləsini pozaraq qadınlarda
sidik kisəsinin mikrobunu artırır.
4) Örə xəstəliyi.
Dar geyimlərin törətdikləri fəsadlarından biri də örə
xəstəliyinin bir növü olan "təzyiqli örədir". Bu növ örə,
dar geyimlərin bədəndə sıxıntı yaratması nəticəsində
əmələ gəlir. Adətən 4-6 saat dar geyimləri geydikdən
sonra dərin iltihabla yanaşı qaşınma, göynətmə və ağrı
yaranaraq 8 saatdan 28 saata qədər aradan gedir.
Bəzən bu əlamətlərə titrətmə-qızdırma, zəiflik,
yorğunluq və baş ağrısı da əlavə olunur.
5) Öd kisəsində daş.
İndiyədək öd kisəsinin daş yaratmasının əsl
səbəblərini axtarmaq üçün xeyli zəhmətlər çəkilib. Bir
sıra səbəblər kəşf olunub və bir sıra işlər naməlum olaraq
qalır. Dar geyimlərin öd kisəsində sürətlə daş
yaratmasında təsirli olduğu isə sübut olunub.
3 - QISA GEYİM(gödək ətəklik, mini yupka)
Bir çox həkimlər, fizioloqlar, mütəxəsislər və
ekspertlər qısa geyimə qarşı qalxaraq onu yeni dəbin ən
sağlamsız
və
qorxulu
geyimlərindən
olduğunu
bildirirlər.
105
Həkimlər bildirirlər ki, qısa geyim adiləşən gündən
müxtəlif xəstəliklər, o cümlədən sidik kisəsində iltihab,
qadın ifrazatları və başqa xəstəliklər qadınlarda iki qat
olur. Habelə soyuqdəymə və onun yaratdığı problemlər
bu cür qadınlarda artır. Ən əhəmiyyətlisi də baldırların
böyüməsidir. Qısa geyimlər baldırları 2 sm-dən 5 sm-ə
qədər böyüdür. Bu iş fizioloqların nəzərinə görə olduqca
təbiidir. Ona görə ki, bu hissədə soyuqdan qorunmaq
üçün piylənmə gedir.
Bundan əlavə cinayət işləri üzrə statistikanın verdiyi
məlumata görə qısa geyimli qızlar digər qızlardan daha
çox ehtiraslı kişiləri özlərinə cəlb edərək azğınların
cinayət və sadizm xarakterli hücumlarına məruz qalırlar.
1
4 - DİKDABAN AYAQQABILAR
Bəzi müctəhidlərin fətvalarına əsasən, dikdaban
ayaqqabı geyinmək diqqəti cəlb edərsə və həvəs
oyadarsa caiz deyildir.
Biz bu kitabda dikdaban ayaqqabıların tibbi və cismi
zərərləri barədə söhbət açmışıq. Məlumat üçün 7-ci
fəsildə "dikdaban ayaqqabılar" mövzusuna müraciət
edin.
5-KİŞİLƏRİN QIZILDAN İSTİFADƏ
ETMƏLƏRİ
Şəriət alimlərinin (fəqihlərin) nəzərlərinə görə kişilərin
qızıldan istifadə etmələri haramdır. Onun cismi zərərləri
1
"
İlk universitet və Son peyğəmbər
"
,c.19, səh.104.
106
barəsində məlumat əldə etmək üçün "qızıl və gümüş"
mövzusuna müraciət edin.
SÜNNƏT
İslam dinində buyurulan vacib əməllərdən biridə
sünnət etməkdir. Belə ki, oğlan uşağı yetkinlik həddinə
(həddi-büluğa) çatdığı təqdirdə, ona sünnət etdirmək
vacibdir. Bu işin həddi-büluğa çatmamış görülməsi daha
yaxşıdır.
İslamın elmi möcüzələrini daha yaxından tanımaq
üçün sünnət etməyin bir neçə əsrdən sonra kəşf edildiyi
bəzi faydalarına işarə edirik.
Sünnət etməyin faydaları
1) Kişilərin xərçəng xəstəliyinə tutulmasınin qarşısını
almaq.
Bəzi ölkələrdə, o cümlədən Hindistanda sünnət etmək
yayılmadığı üçün cinsi orqanda xərçəng xəstəliyi, sünnət
etməyin rəvac tapdıği digər ölkələrlə müqayisədə 10 dəfə
artıqdır.
1
Qeyri-müsəlman tədqiqatçıları bu tibbi iş üzərində
geniş axtarış apardıqdan sonra onun müxtəlif faydalarını
üzə çıxarıblar. Bir çox araşdırmalar göstərir ki, sünnətin
minimum faydası xərçəng xəstəliyini azalmasıdır. Bu
gün sünnət etmək xərçəng xəstəliyinin qarşısını almaq
üçün bir növ vaksen hesab edilir.
2
1
“Səlamət” həftəlik jurnalı.
2
"
Daneşmən
"
jurnalı 509-cu sayı, 1384-cü il (h.ş).
107
Cinsi orqanının xərçəng xəstəliyinə düçar olduğu 2500
nəfərdən cəmi 33 nəfəri sünnət edilmişdir ki, bu da
təqribən hər 76 nəfərdən 1-i deməkdir (Ola bilsin bu 33
nəfər də gec sünnət olunublar).
1
2) Qadınlarda xərçəngə yoluxmanın qarşısının
alınması
3) QİÇS xəstəliyinin azalma ehtimalı
Sünnət olunmuş insanlarda QİÇS xəstəliyinin yayılma
miqdarı azalır. Sünnət olunmağın faydası o qədər böyük
maraq doğurub ki, Afrika ölkələrində QİÇS xəstəliyinin
qarşısın almaq üçün bu metoddan istifadə edirlər. Çünki,
artıq sübut olmuşdur ki, cəmiyyətdə 10 nəfər sünnət
olunarsa bir nəfərin QİÇS xəstəliyinə yoluxmasının
qarşısı alınar.
2
QİÇS xəstəliyinin on altıncı beynəlxalq konqresində
xəbər verildiyi kimi sünnət olunmaq kişilərdə QİÇS-in
yayılma imkanını 60 faiz azaldır.
Bu tədqiqatlardan alınan nəticə əsasında sünnət
vasitəsilə 20 ilin içində milyonlarla insanın canını xilas
etmək olar.
Sünnət edilmək xüsusilə də QİÇS xəstəliyinə tutulmuş
qadınlardan kişilərə yoluxmanın qarşısını almaqda çox
təsirlidir.
3
4) İnfeksion xəstəliklərin qarşısını almaq.
Sünnət olunan yerin, dərisinin alt hissəsi bakteriya və
yoluxucu mikrobların inkişafı üçün əlverişli yerdir. Ona
1
İslam baxımından ailə gigiyeniyası, səh.139.
2
“Səlamət” həftəlik jurnalı.
3
“Səlamət” həftəlik jurnalı, 1385-ci il (h.ş).
Dostları ilə paylaş: |