116
Oruc - qanazlığı, bağırsaqların zəifliyi və sadə və
xroniki iltihab, daxili və xarici çibanlar, tuperkulyoz
(vərəmi), revmatizm, dəri tökülməsi, göz xəstəlikləri,
şəkər xəstəliyi, dəri xəstəliyi, böyrək və ciyər
xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir.
İmsak (aclıq) vasitəsilə müalicə etmək, yalnız
yuxarıdakı xəstəliklərlə məhdudlaşmır. Eləcə də, insan
bədənin fundamenti və bədən hüceyrələri ilə əlaqəli olan
xərçəng, sifilis, vərəm və tauna da şəfa bəxş edir.
1
B) Doktor Əbdüləzizin "İslamda tibb və
gigiyeniya" kitabında söylədikləri:
Orucun ən az əhəmiyyətli hissəsi, onun ətrafında söz
açdığımız maddi və səhhətlə ilgili hissəsidir. Heç
danılmazdır ki, oruz bir çox hallarda faydalı, bəzi
hallarda isə, müalicə üçün yeganə amildir. Başqa
yerlərdə görürük ki, oruz yeganə çıxış yolu olmasa da, ən
gözəl müalicə üsuludur.
Oruc aşağıdakı yerlərdə müalicə üçün istifadə edilir:
1- Bağırsaqların xroniki iztirablı şəraitlərində və zülal
ya nişastalı maddələrlə mayalanma zamanı. Bu
baxımlarda oruc tutmağın xüsusilə də iki yeməyin
arasında su içməməyin və yeməklər arası fasilə
yaratmağın şübhəsiz müalicəvi əhəmiyyətləri vardır. Bu
xüsusiyyət mübarək Ramazan ayında tutulan orucda tam
surətdə riayət olunmuşdur.
2- Az hərəkət və çox yemək cəbəbindən orta çəki. Bu
vəziyyətdə iftar zamanı yeməkdən mötədilliyə riayət
1
“Nümunə təfsiri”, müəllif: Məkarim Şirazi, c.1, səh.458.
117
etmək və səhər oruca başlayan zaman su içməklə
kifayətlənmək (səhər yalnız su içməklə oruc tutmaq) hər
tərəfli faydalı müalicədir.
3- Yüksək qan təzyiqi. Bu xəstəlik əyyaşlıq və cismi
reaksiyalar zamanı artmağa doğru gedir. Bu zaman oruc
öz müalicəvi rolunu ifa edir. Xüsusilə də insanın çəkisi
təbii halından çox olarsa.
4- Şəkər xəstəliyi (Diabet). Bu xəstəlik də qan təzyiqi
kimi artmağa doğru gedir. Xəstəlik başlamazdan əvvəl
və yenicə özünü büruzə verən zaman əksər hallarda
bədənin çəkisi ağır olur. Bu zaman yenə oruc faydalı
müalicə hesab olunur. Çünki şəkər xəstəliyi kökəlməyin
qarşısını almaqla azalır. Şəkər xəstəliyi yüngül olarsa
yeməkdən 5 saat sonra qanda şəkərin vəziyyəti öz təbii
miqdarından aşağı enər və on saatdan sonra minimum
təbii səbiyyəyə enər.
Hətta xəstə unsilin iynəsi başlayıbsa (xüsusilə də
xəstənin çəkisi öz təbii həddini aşarsa) ən üstün müalicə
yolu oruc hesab olunur.
5- Böyrəkdə şiddətli iltihab və xroniki hal olarsa.
6- İltihablı ürək xəstəliklərindən.
7- Oynaqların xroniki iltihabı, xüsusilə kökəlmə
xəstəliyilə bir olarsa. Belə ki, əksər qadınlar 40 yaşından
sonra bu xəstəliyə tutulurlar. Bu xəstəlik haqqında
aparılan təcrübələr göstərir ki, mübarək Ramazan ayında
tutulan orucun təsiri müasir tibbi aparatlardan istifadə,
xəstədən qan alma və s. müalicə üsullarından dəfələrlə
çoxdur. Bəlkə də yuxarıda adı çəkilən və orucun şübhəsiz
müalicə hesab edildiyi xəstəliklər barəsində deyə bilərlər
118
ki, belə halda həkimin göstərişinə ehtiyac var. İslamda isə
oruc sağlam insanların vəzifəsidir.
Deməliyik ki, bu deyilənlər düzdür. Orucun sağlam
insanlar üçün faydası elə bu xəstəliklərin qarşısını
almağa görədir. Xüsusilə də 1-2-3-4 və 7-ci bənddə
deyilən xəstələr üçün.
Digər tərəfdənsə bütün bu xəstəliklər insanda tədricən
özünü büruzə verir. Belə ki, bu xəstəliklər başlayarkən
onun düzgün diaqnozunu vermək olmur. Yəni, nə xəstə
və nə həkim, xəstəlik ilk dəfə özünü büruzə verdiyi
zaman onu tanıya bilmirlər.
Çünki, tibb hələ o qədər inkişaf etməyib ki, xəstəliyin
bütün səbəblərini tanısın. Amma tibb baxımından bu
xəstəliyin qarşısını almaq üçün oruc tutmaq zəruridir,
hətta hər bir xəstəliyin aşkar olmasından qabaq.
Aydındır ki, hər şeydən öncə gigiyenaya riayət etmək
lazımdır.
Statistikanın verdiyi dəqiq məlumata əsasən məlum olub
ki, bədəndə piylənmə və kökəlmə artarsa, şəkər xəstəliyi
qan təzyiqi, oynaqların xroniki iltihabı bə s. xəstəliklərin
baş qaldırmasına şərait yaranır. Digər tərəfdənsə bədənin
çəkisi nə qədər azalarsa, bir o qədər də bu xəstəliklərin
baş qaldırma imkanı azalar.
1
Ğ) Oruc-bıçaqsız cərrahlıq əməliyyatı
Tibb elmləri dokturu Freyts Bekr deyir: Ən etibarlı,
zərərsiz və qorxusuz müalicə yolu orucdur. Heç bir
müalicə metodunu onunla müqayisə etmək olmaz.
1
"İslam və yeni tibb", səh.44.
119
Mənim və doktor Şeltunun nəzərinə görə oruc mədə,
bağırsaq və sinir sisteminin ən yaxşı müalicə metodudur.
Oruc vasitəsilə müalicə olunmaq bədəndə yığışmış
qalıqları rahatlıqla aradan aparma qabiliyyətinə malikdir.
Ümumiyyətlə orqanizmə həyat fəaliyyətini yenidən
tənzimləmək imkanını verir.
Doktor Simermenin qeyd etdiyi kimi oruc bıçaqsız
cərrahlıq əməliyyatıdır. Xəstəliklərin qarşısını almaqda
onun effekti təsəvvür olunası deyil. Mənim nəzərimcə
cavanlaşmağın bədəni normal vəziyyətə salmağın ən
dəyərli metodu orucdur. Insana yeni hüceyrələrin
peyvənd olunması üsulu orucla müqayisə olunası deyil.
Doktor Freyts Bekr deyir: "Oruc tutmaq nə aclıq
çəkməkdir, nə də sırf müalicə yolu deməkdir":- bir növ
istirahət deməkdir. Belə ki, bizim bədənimizə özünü
qaydaya salmaq, daxili təmizlik və artıq maddələrin
bayıra tökülməsi imkanını verir. Bu kimi möcüzəli təsirin
sirri bizim canlı orqanizmimizdə gizlənmişdir. Hər bir
insanının daxilində Allah bir müqavimət qüvvəsi
yaratmışdır.
1
Orucla müalicənin tarixi.
Oruc tutmaq mədəniyyətininin kökləri qədim dünya
tarixinə gedib çıxır. Oruc Homerdə də qədim misirlilərin
zamanında xəstəni müalicə etmək metodlarından biri
olub. Yunanlılar və bütün Aralıq dənizi ətrafında
yaşayanlar öz xəstəliklərini oruc tutmaqla müalicə
1
Freyts Bekr, "Oruc həyatını xilas edə bilər" kitabının ön sözü,
səh.19.
Dostları ilə paylaş: |