112
dərkedilməzdir. Necə ola bilər ki, insan öz malını
verməklə yanaşı onun malı artsın?
Cavab:
Əvvəla: Bizim şüurumuz bir çox şeyləri dərk edə
bilmir.
1
Əgər Allah tükənməz qüdrəti ilə hər hansı bir
şeyi iradə edərsə, o qeyri-mümkün olmayacaqdır. Necə
ki, o xüms və zəkat verən şəxsin malının artmasını
istəmiş və iradə etmişdir.
İkincisi: Müəyyən bir şeyin bir tərəfdən azalaraq digər
tərəfdən çoxalmasının nümunələrini yaşadığımız təbiət
aləmində də tapmaq olar. Misal olaraq, bağban ağacın
artıqlarını budadıqda, ilk baxışda ağacdan nəsə azalır,
halbuki o ağac daha da mahsuldar olur.
B)
Zəkat
verənin
sağlamlıq
və
uzunömürlülüyü
Əvvəla: İnsan toplumsuz yaşaya bilməyən ictimai bir
varlıqdır. Bu baxımdan insanlarla əlaqə yaratmaq
məcburiyyətindədir. Məhz buna görədir ki, xümslərin
verilməməsi nəticəsində bir qrup insan kasıbçılığa,
xəstəliyə düçar olarsa, bu xəstəlik bizim də yaxamızdan
yapışacaqdır. Misal olaraq dünyada yayılmış hətta
varlıların da düçar olduqları xəstəliklərin bəzisinin
səbəbi, kasıb Afrika ölkələridir. Onlar imkanları
olduqları vaxt o xəstəliyi müalicə edə bilər və başqa
ölkələrə yayılmasının qarşısısnı ala bilərdilər. Eləcə də öz
ətrafımızda xəstəliklərini müalicə edə bilməyən və sonda
xəstəliklərini bizə də keçirən kasıb adamlar heç də az
1
Əlavə məlumat üçün sədəqə və ziyarətin... ömürün üzün və qısalığı ilə
əlaqəsi bölməsinə müraciət edin. Səh....
113
deyil. Məsələn hər hansı bir yoluxucu xəstəliyə və ya
kiçik bir soyuqdəyməyə düçar olaraq məktəbə getsələr,
bizim övladlarımız da çox keçmədən bu xəstəliklərə
yoluxacaqdır.
İkincisi: Statistika göstərir ki, varlı adamların
bıçaqlanmaları və ölümləri çoxlu var-dövlət və xümsü
ödəməməklə
yaranan
kasıbçılıq
nəticəsində
baş
vermişdir. Çünki xümslər ödənilmədikdə, sinfi ayrı-
seçkilik artır, bu isə bir çox oğurluqların amilidir. Bəzən
kasıb pullunun evinə oğurluğa keçir və varlı şəxs
müqavimət etdikdə kasıb tərəfindən bıçaqlanır və ya
şiddətli
şəkildə
döyülməyə
məruz
qalaraq
öz
sağlamlığını əldən verir.
Yuxarıda söylənilənlərdən əlavə, hamı üçün faydalı
olan onun başqa müsbət təsirini də qeyd etmək olar. O
isə budur ki, zəkatın mərcəi-təqlidin izni ilə xərclənmə
yerlərindən biri də, İmam Sahib əz-Zaman ağanın razı
olduğu yerdir. Başqa sözlə desək, Allah yolunda (fi
səbilillah) xərclənməlidir. Yəni bütün xeyir işlərdə, o
cümlədən: məscid tikmək, körpü qurmaq, məktəb və
xəstəxana tikmək və s. üçün məsrəf edilə bilər. Heç
şübhəsiz ki, belə bir xeyir işlər fərdin və cəmiyyətin
sağlamlığında necə müsbət təsirlər qoyacaqdır.
CƏSƏDLƏRİN DƏFN EDİLMƏSİ VƏ
MÜASİR ELM
İslam dininin müqəddəs qanunvericisi - uca Allah
cəsədlərin dəfn edilməsinə göstəriş verərək, onu vacib
bilmişdir. Çünki cənazə dəfn edilməzsə, cəsədin
114
çürüməsini müşahidə etmək, iyinin dəyişilməsi və onun
qorxulu mənzərəsi bir dəstəni daxilən narahat edəcək və
ətrafında olan bütün canlılar meyitin üfunətli iyindən
əziyyətə düşəcəklər.
Hazırda bəlli olmuşdur ki, cənazədə ölümdən dərhal
sonra mikrob və çirk meydana gəlir, belə ki, bağırsaq
bakteriyaları qana və velnefə
1
keçərək sürətlə artmağa
başlayır, əvvəl həvazilər və anarubilər (bihavazilər)
inkişaf edir. Albuminoid və üfunətli qazların
2
istehsalı,
anaerbuların tam inkişafından sonra başlayır. Bu yolla ki,
tədricən qarın nahiyəsində, sinədə və digər üzvlərdə
yaşıl rəngli ləkələr müşahidə edilir. Anaerobilər
albuminiud maddələrinin sadə kimyəvi elementlərə
parçalanması və üfunətli qazların (karbon, hidrogen,
hidrogen sulfat və amonyak kimi) istehsalı mikrob və
çürümənin əsas amilləridir.
Yayda üç-dörd gündən sonra, qazın təzyiqi qarında
daha da güclənir, belə ki cənazə tabutda üzüquylu olarsa
tabut partlaya bilər, cəsədin əvvəlki vəziyyətindən iki
dəfə çox böyüməsi və xayaların sərcin formasını alması
mümkündür. Bir neçə aydan sonra, torpağın tərkibindən
asılı olaraq, divarın partlayış təzyiqi nəticəsində üfunət
aradan gedir. Bədəndə mikrob infeksiyası başladıqdan
sonra, bəzi həşəratlar (dipterlər) öz yumurtalarını ağız
boşluğunda, burunda və gözün kənarında qoyurlar,
1
İnsan bədənində plasma və ağ qan cisimciyindən ibarət qan
tərkibidir.
2
Üfunətli, qoxulu, iylənmiş
115
tezliklə laru
1
törənərək buruna, gözə və qulağa daxil olur
və mikroblara kömək edir.
Hazırda elmin kəşf etdiyi bu məsələləri İmam Rza (ə)
əsrlər öncə buyurmuşdur.
"Ölülərin dəfn edilməsi ona görə vacib edildi ki,
meyyitin fəsadı xalqı əziyyət etməsin və onun dəyişilmə
çirkinliyini görməsinlər, onun üfunətli qoxusunu
iyləməsinlər, dirilər ölünün iyi və fasid olmuş üzvləri ilə
əziyyətə düşməsinlər və dost və düşmən gözündən uzaq
torpaq altında çürüsün ki, düşmənləri onu danlamasın
və dostları qüssələnməsin".
ORUC
İslam dinində vacib əməllərdən biri də, mübarək
Ramazan ayında oruc tutmaqdır. Bu ibadət bir çox ruhi,
cismi, iqtisadi, ictimai və s. müsbət təsirlərə malikdir. Biz
yalnız onun cismi faydaları haqda müxtəsər söz açırıq.
İslam Peyğəmbəri buyurur: "Oruc tutun ki, sağlam
qalasınız".
2
Həzrətin bu dəyərli hədisinin kiçik bir hissəsini dərk
etmək üçün, yüz illər keçdikdən sonra o böyük
şəxsiyyətin buyuruğu ilə, orucun bir sıra faydalarını üzə
çıxarmış alimlərin sözlərinə işarə edirik.
ALİMLƏRİN NƏZƏRİNDƏ ORUCUN
CİSMİ FAYDALARI
A) Bir rus alimi yazır:
1
Qurd, həşərat
2
"Fərhənge mouzuiye mobəlleğan", səh.220.
Dostları ilə paylaş: |