108
görə də sünnət etmək cinsi əlaqə yolu ilə iltihablara
yoluxmanın qarşısını alır.
Bu iltihablardan əlavə bəzi tədqiqatlar göstərir ki,
sünnət olunmuş kişilərdə sidikdə olan iltihablar
digərlərindən daha azdır. Ona görə də hal hazırda bir çox
qərb ölkələrində də bu işi genişləndirirlər.
1
5) Sünnət olunmayan insanlarda süzənək xəstəliyinin
mualicəsi çox çətin və ağırdır.
6) Amerikalı tədqiqatçıların verdiyi məlumata görə
sünnət etdirmək, kişilərdə ziyil yaradan "papilumay"
virusunun azalmasına səbəb olur.
2
7) Sünnət etməmək spermanın sıçrayışını azaldır.
8) Sünnət etməmək sidiyin sıçrayışını azaldır və bəzən
də sidik kanalında daşın yaranması kimi bir çox
xəstəliklərin tapılmasına səbəb olur.
3
Yeni doğulan uşaqlarda sünnət
Müstəhəbdir ki oğlan uşağını doğulduğunun yeddinci
günü sünnət etsinlər. Elmi baxımdan bu əməlin bir çox
faydasını aşağıda gətiririk.
Yeni doğulmuş və südəmər uşaqları sünnət etdirmək,
sidik sisteminin iltihabının qarşısını alır. Uşaqların sidik
kanalındakı mikrob, başqa təhlükəli xəstəliklərlə
nəticələnə bilər. Elə bir xəstəlik ki, böyrək toxumalarının
məhv olmasına səbəb olar və sonda böyrəyi inkişafdan
saxlayar. Şübhəsiz siz də avropalıların və amerkalıların
1
"
Daneşmən
"
jurnalı 509-cu sayı, 1384-cü il (h.ş).
2
İlk universitet və Son peyğəmbər,c.16, səh.161.
3
İslam baxımından ailə gigiyeniyası, səh.139-dan 142-ə kimi.
109
yerində olsaydınız və sizə: “Tədqiqatlar yaşı üç ayadək
olan oğlan uşaqlarının 75%-nin sidik sistemində iltihab
olduğunu göstərir və bunların 95%-i sünnət olunmayan
uşaqlardır”- deyilsəydi, öz yeni doğulmuş oğlan
uşaqlarınızı sünnət etdirmək qərarına gələrsiniz.
Müqayisə etmək istəsək, deməliyik ki, yeni doğulmuş
oğlan
uşağı
sünnət
edilməyibsə
bir
yaşınadək
sidikliyində iltihabın olma imkanı 10 qat artır.
Şəhid Behişti adına Tibb Universitetinin müəllim,
cərrah, və uroloqu Simforuş həkim bu barədə belə deyir:
"Sünnət edilməyən və sidik kanalında iltihaba düçar
olmuş oğlan uşağına ən yaxşı kömək onu sünnət
etməkdir".
Qeyd etmək lazımdır ki, doğumdan sonra ilk 24 saatı
bu işi görmək olmaz. Bu da ona görədir ki, sünnət
etməyə mane ola biləcək xəstəliklərin uşaqda olub-
olmamasını ayird etmək olsun.
İslam göstərişlərinin incəliyinə və dəqiqliyinə bir az
artıq diqqət etməyin yeridir. Çünki, bu əməlin uşağın
doğum günündən bir neçə gün sonra yerinə yetirilməsi
buyrulur, hətta daha dəqiq olaraq bir həftə sonra
olunması buyurulur (müstəhəb bir əməldir). Digər
tərəfdənsə qeyd edilmiş faydalara görə südəmər
uşaqların sünnət olunmasını tövsiyə edir.
Hemofili kimi qanaxma yaradan xəstəliyə düçar olmuş
uşaqları sünnət etmək olmaz. Habelə anadangəlmə sidik
sistemi pozulmuş uşaqları da sünnət etdirmək olmaz. Bu
anadangəlmə
pozuntuların
ən
mühümü
"haypuspadyazus"dir ki, cinsi orqanın altında sidik
110
kanalında dəlik olur və bu dəliyin bərpası üçün sünnət
olunan yerin dərisinə ehtiyac olur. Elə buna görə də belə
körpələr dəlik bərpa olanadək sünnət olunmamalıdırlar.
1
Südəmər uşaqları sünnət edərkən, yarada iltihab,
şiddətli qanaxma, artıq dərini götürmək imkanı olmamaq
və cinsi orqanı yaralamaq kimi təhlükələr olur ki, bu
zaman geniş bilik və təcrübə sahibi olan həkimə müraciət
etməklə yaranan hadisənin qarşısını almaq olar.
XÜMS VƏ ZƏKAT
İslam dinində buyurulan vacib işlərdən biri də mənəvi,
ictimai və iqdisadi təsirlərlə dolu olan xüms və zəkatdır.
İnsanın cismani sağlamlığı üçün faydalı olan bu əməl
barəsində xülasə olaraq işarə edirik.
Xüms və Zəkatın cismani faydaları
A-
Digərlərinin sağlam və uzun ömürlü olmaları
Bildiyimiz kimi hər il dünyada aclıqdan nə qədər insan
tələf olur və nə qədər insan yaxşı qidalanmadıqları üçün
həzm sisteminin pozulması, infeksiyon, qan və s. kimi
xəstəliklərə tutulur. Bu aclığın pis qidalanmağın əsas
dəlillərindın biri fəqirlik və yoxsulluqdur.
Yoxsulluq səbəb olur ki, insan yeməyə, geyməyə, ev
təmirinə, alverə və s. işlərə az pul sərf etsin. Bu əməlin
özü də xəstəliklərin çoxalmasına səbəb olur. Buna misal
olaraq demək olar ki, yoxsul insanın yemək proqramı
(heyvan ətindən olan yağlı yeməklərdən çoxlu istifadə
etmək, habelə fibrlı yeməklərin, vitaminlərin və
1
“Səlamət” həftəlik jurnalı.
111
mineralların az məsrəfi) kökəlməyə, ürəklə bağlı və
mikroblara zəmin yaradan sair xəstəliklərə səbəb olur.
Digər tərəfdənsə rütubət və qış fəslində kifayət qədər
istiliyin olmaması soyuq dəymənin, öskürəyin ağır
tənəffüslü
xəstəliklərin
xüsusən
də,
uşaqlarda
çoxalmasına səbəb olur. Bütün bu qeyd olunan
vəziyyətlər
üst-üstə
yığılaraq
insan
sağlamlığını
çətinliklə üzləşdirir.. Buna görə də xümsü verməkdən
yaranan bu yoxsulluğun, sağlamlığa və yaşayışa təsirləri
olaraq, cismi və ruhi sağlamlığı öz təsiri altına alır.
1
Əgər hər bir cəmiyyətdə xalqın yoxsulluğunu aradan
qaldıra bilən qanuna uyğun nizam olsaydı, yoxsulluq
nəticəsində yaranan xəstəlik və ölüm kimi çətinliklər yox
olar və cəmiyyət sağlam qalardı. İslam dini bu çətinliyi
müxtəlif yollarla o cümlədən xüms və zəkatı verməklə
aradan qaldırmışdır. İmam Kazim (ə) bu barədə buyurur:
"Allah-təala zəkatı yoxsulların təmin edilməsi və sizin
dövlətinizin artması üçün qərar verilmişdir."
2
Bütün insanlar xüms və zəkatlarını versələr yoxsulluq
yer üzərindən silinər və nəticədə kasıblıq ücbatından
yaranan xəstəliklərin kökü kəsilərdi.
Xüms və zəkatı ödəməklə necə mal-
dövlətimiz artır?
İmam Kazimin (ə) "zəkatı verməklə sizin var-
dövlətiniz artır" deyə buyurması, insan şüuri ilə
1
Daneşmənd jurnalı, 1378 (h.ş)
2
"
Muntəxəbu mizan əl-Hikmə
"
, c.1, səh.445.
Dostları ilə paylaş: |