İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   22   23   24   25   26   27   28   29   ...   51

 
104 
Dar  geyimlərin  fəsadlarından  biri  də  həzmin 
çətinləşməsidir.  Əslində  dar  geyimlər  həzm  sisteminin 
tüstüvari  hərəkətini  pozaraq  mədədə  yelin  yığışmasına 
və  qarının  köpməsinə  bais  olur  ki,  bu  da  adətən  qarın 
ağrısıyla nəticələnir. 
3) Sidik kisəsinin mikrobu. 
Dar  geyim  hava  mübadiləsini  pozaraq  qadınlarda 
sidik kisəsinin mikrobunu artırır. 
4) Örə xəstəliyi. 
Dar  geyimlərin  törətdikləri  fəsadlarından  biri  də  örə 
xəstəliyinin  bir  növü  olan  "təzyiqli  örədir".  Bu  növ  örə, 
dar  geyimlərin  bədəndə  sıxıntı  yaratması  nəticəsində 
əmələ  gəlir.  Adətən  4-6  saat  dar  geyimləri  geydikdən 
sonra  dərin  iltihabla  yanaşı  qaşınma,  göynətmə  və  ağrı 
yaranaraq 8 saatdan 28 saata qədər aradan gedir.  
Bəzən  bu  əlamətlərə  titrətmə-qızdırma,  zəiflik, 
yorğunluq və baş ağrısı da əlavə olunur. 
5) Öd kisəsində daş. 
İndiyədək  öd  kisəsinin  daş  yaratmasının  əsl 
səbəblərini  axtarmaq  üçün  xeyli  zəhmətlər  çəkilib.  Bir 
sıra səbəblər kəşf olunub və bir sıra işlər naməlum olaraq 
qalır.  Dar  geyimlərin  öd  kisəsində  sürətlə  daş 
yaratmasında təsirli olduğu isə sübut olunub. 
3 - QISA GEYİM(gödək ətəklik, mini yupka) 
Bir  çox  həkimlər,  fizioloqlar,  mütəxəsislər  və 
ekspertlər qısa geyimə qarşı qalxaraq onu yeni dəbin  ən 
sağlamsız 
və 
qorxulu 
geyimlərindən 
olduğunu 
bildirirlər. 


 
105 
Həkimlər  bildirirlər  ki,  qısa  geyim  adiləşən  gündən 
müxtəlif  xəstəliklər,  o  cümlədən  sidik  kisəsində  iltihab, 
qadın  ifrazatları  və  başqa  xəstəliklər  qadınlarda  iki  qat 
olur.  Habelə  soyuqdəymə  və  onun  yaratdığı  problemlər 
bu  cür  qadınlarda  artır.  Ən  əhəmiyyətlisi  də  baldırların 
böyüməsidir.  Qısa  geyimlər  baldırları  2  sm-dən  5  sm-ə 
qədər böyüdür. Bu iş fizioloqların nəzərinə görə olduqca 
təbiidir.  Ona  görə  ki,  bu  hissədə  soyuqdan  qorunmaq 
üçün piylənmə gedir. 
Bundan  əlavə  cinayət  işləri  üzrə  statistikanın  verdiyi 
məlumata  görə  qısa  geyimli  qızlar  digər  qızlardan  daha 
çox  ehtiraslı  kişiləri  özlərinə  cəlb  edərək  azğınların 
cinayət və sadizm xarakterli hücumlarına məruz qalırlar.
1
 
4 - DİKDABAN AYAQQABILAR 
Bəzi  müctəhidlərin  fətvalarına  əsasən,  dikdaban 
ayaqqabı  geyinmək  diqqəti  cəlb  edərsə  və  həvəs 
oyadarsa caiz deyildir. 
Biz  bu  kitabda  dikdaban  ayaqqabıların  tibbi  və  cismi 
zərərləri  barədə  söhbət  açmışıq.  Məlumat  üçün  7-ci 
fəsildə  "dikdaban  ayaqqabılar"  mövzusuna  müraciət 
edin. 
5-KİŞİLƏRİN QIZILDAN İSTİFADƏ 
ETMƏLƏRİ 
Şəriət alimlərinin (fəqihlərin) nəzərlərinə görə kişilərin 
qızıldan istifadə etmələri haramdır. Onun cismi zərərləri 
                                                 
1
"
 İlk universitet və Son peyğəmbər
"
,c.19, səh.104. 


 
106 
barəsində  məlumat  əldə  etmək  üçün  "qızıl  və  gümüş" 
mövzusuna müraciət edin. 
SÜNNƏT 
İslam  dinində  buyurulan  vacib  əməllərdən  biridə 
sünnət  etməkdir.  Belə  ki,  oğlan  uşağı  yetkinlik  həddinə 
(həddi-büluğa)  çatdığı  təqdirdə,  ona  sünnət  etdirmək 
vacibdir. Bu işin həddi-büluğa çatmamış görülməsi daha 
yaxşıdır. 
İslamın  elmi  möcüzələrini  daha  yaxından  tanımaq 
üçün sünnət etməyin  bir neçə  əsrdən sonra kəşf edildiyi 
bəzi faydalarına işarə edirik. 
Sünnət etməyin faydaları 
1)  Kişilərin  xərçəng  xəstəliyinə  tutulmasınin  qarşısını 
almaq. 
Bəzi ölkələrdə, o cümlədən Hindistanda sünnət etmək 
yayılmadığı üçün cinsi orqanda xərçəng xəstəliyi, sünnət 
etməyin rəvac tapdıği digər ölkələrlə müqayisədə 10 dəfə 
artıqdır.
1
  
Qeyri-müsəlman  tədqiqatçıları  bu  tibbi  iş  üzərində 
geniş axtarış apardıqdan sonra onun müxtəlif faydalarını 
üzə  çıxarıblar.  Bir  çox  araşdırmalar  göstərir  ki,  sünnətin 
minimum  faydası  xərçəng  xəstəliyini  azalmasıdır.  Bu 
gün  sünnət  etmək  xərçəng  xəstəliyinin  qarşısını  almaq 
üçün bir növ vaksen hesab edilir.
2
  
                                                 
1
 “Səlamət” həftəlik jurnalı. 
2
 
"
Daneşmən
"
 jurnalı 509-cu sayı, 1384-cü il (h.ş). 


 
107 
Cinsi orqanının xərçəng xəstəliyinə düçar olduğu 2500 
nəfərdən  cəmi  33  nəfəri  sünnət  edilmişdir  ki,  bu  da 
təqribən  hər  76  nəfərdən  1-i  deməkdir  (Ola  bilsin  bu  33 
nəfər də gec sünnət olunublar).
1
 
2)  Qadınlarda  xərçəngə  yoluxmanın  qarşısının 
alınması 
3) QİÇS xəstəliyinin azalma ehtimalı 
Sünnət olunmuş insanlarda QİÇS xəstəliyinin yayılma 
miqdarı azalır. Sünnət olunmağın faydası o qədər böyük 
maraq  doğurub  ki,  Afrika  ölkələrində  QİÇS  xəstəliyinin 
qarşısın almaq üçün bu metoddan istifadə edirlər. Çünki, 
artıq  sübut  olmuşdur  ki,  cəmiyyətdə  10  nəfər  sünnət 
olunarsa  bir  nəfərin  QİÇS  xəstəliyinə  yoluxmasının 
qarşısı alınar.
2
 
QİÇS  xəstəliyinin  on  altıncı  beynəlxalq  konqresində 
xəbər  verildiyi  kimi  sünnət  olunmaq  kişilərdə  QİÇS-in 
yayılma imkanını 60 faiz azaldır. 
Bu  tədqiqatlardan  alınan  nəticə  əsasında  sünnət 
vasitəsilə  20  ilin  içində  milyonlarla  insanın  canını  xilas 
etmək olar. 
Sünnət edilmək xüsusilə də QİÇS xəstəliyinə tutulmuş 
qadınlardan  kişilərə  yoluxmanın  qarşısını  almaqda  çox 
təsirlidir.
3
 
4) İnfeksion  xəstəliklərin qarşısını almaq. 
Sünnət olunan yerin, dərisinin alt hissəsi bakteriya və 
yoluxucu  mikrobların  inkişafı  üçün  əlverişli  yerdir.  Ona 
                                                 
1
 İslam baxımından ailə gigiyeniyası, səh.139. 
2
 “Səlamət” həftəlik jurnalı. 
3
 “Səlamət” həftəlik jurnalı, 1385-ci il (h.ş).
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə