İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

 
137 
19- İştahşızlıq və arıqlıq; 
20-  İmiasın  (oturaq  əsəbinin  iltihabı)  və  damar 
genişlənməsinin müalicəsi;  
21- Pis həzm etmə və mədə vərəmi
22- Qan zəhərlənmələri və xroniki infeksiyalar; 
23- Hormonların pozulması; 
24- Əsəbi və ruhi xəstəliklərin nəzarəti
25- Ruhdan düşmək və süstlük; 
26- Toxumluqda kista (şiş); 
27- Ağız uçuqlaması; 
28- Sinozit; 
29- Bədəndə artıq tüklərin tökülməsi;  
30- Yuxu pozuntuları; 
31- Radikulit və bel ağrıları; 
32- Xərçəng xəstəliklərinin müxtəlif növləri; 
33- Örə və eqzema; 
34- Dildə pəltəklik;  
35- Prostat vəzi xəstəlikləri; 
36- Böyrək və öd kisəsində daş
37- Su çiçəyi və xənazir; 
38- Hepatit; 
39- Körpələrdə sarılıq; 
40- Hamilə qadınların yerikləməsi və s.
1
  
Hicamətə aid bir neçə məsələ 
1- Hicamət etmək üçün uğurlu günlər 
A- Şənbə günü 
                                                 
1
 "Ailə xəzinəsi", səh.130. 


 
138 
B-  Bazar  günü:  Allahın  Rəsulu  (s)  buyurub:  "Bazar 
günü olunan hicamət bütün dərdlərə dərmandır".  
C-  Bazar  ertəsinin  sonu:  İmam  Sadiq  (ə)  buyurub: 
"Bazar  ertəsi  gününün  sonu  olunan  hicamət  bədəndə 
olan ağrıları çəkir çıxardır".  
Ç- Çərşənbə axşamı günü ayın 17, 19, və 21-ə təsadüf 
edərsə, Peyğəmbərin (s) buyurduğuna  əsasən, bu gündə 
olunan hicamət bir illik ağrıların dərmanıdır. 
D- Cümə axşamının sonu. 
E-  Ayın  12-dən  15-ə  kimi  olunan  hicamət  bədənin 
sağalmağına səbəb olur.  
Ə-  Mübarək  Ramazan  ayında  axşam  hicamət  etmək 
lazımdır.  
2- Hicamət etmək üçün uğursuz günlər 
A- Cümə günü günorta.  
İmam  Sadiq  (ə)  buyurub:  "Cümə  günü  günorta 
hicamət etdirən şəxsin halı pisləşərsə, özündən başqasını 
məzəmmət etməsin"  
B-  Çərşənbə  günü.  Peyğəmbər  (s)  buyurub:  "Hər  kəs 
çərşənbə günü hicamət etdirib üzündə ləkə əmələ gələrsə 
özündən qeyrisini məzəmmət etməsin." 
V-  Ayın  axırı.  Bu  işin  səbəbini  İmam  Rza  (ə)  belə 
buyurub:  "Ay  yarımçıq  olarsa  qanda  da  nöqsan  yaranır 
və ayın dolmağı (dairə formasını alması) ilə qan da artır. 
(Tədqiqatların bunun səbəbini 100 illər sonra kəşf etməsi 
mümkündür.  Qanın  artıb-azalmasının  ayın  dolub 
boşalması vasitəsilə olması ola bilsin  dənizdəki "çəkilmə 
və qabarma" hadisəsinə bənzəyir ki, bu da ayla bağlıdır.)
1
 
                                                 
1
 "Tebbe həkim", 109-cu səhifədən 112-ə qədər. 


 
139 
3- Hicamətdən əvvəl yemək 
Hicamət  bir  az  yemək  yedikdən  sonra  edilməlidir, 
çünki,  İmam  Kazim  (ə)  buyurub:  "Hicamət  yeməkdən 
sonra olmalıdır. Ona görə ki, insan tox olarkən hicamət 
edərsə  qan  bir  yerə  yığılar  və  xəstəlik  bədəndən  çıxar. 
Ac olarkən hicamət edəndə isə, qan xaric olacaq amma 
xəstəlik olduğu kimi bədəndə qalacaqdır".
1
 
YEMƏYİN YAXŞI ÇEYNƏNİLMƏSİ 
Həzrət  Əli  (ə)  İmam  Həsənə  (ə)  etdiyi  vəsiyyətində 
buyurur:  "Övladım,  sənə  dörd  mətləb  öyrədimmi  ki, 
onlara  riayət  etməklə  tibbə  ehtiyacın  olmasın?"  İmam 
Həsən  (ə)  deyir:  “Bəli”.    Həzrət  Əli  (ə)  buyurur:  "1-
Acmamış  yemək  yemə;  2-İştahın  kəsilməmiş  əlini 
yeməkdən  çək;  3-Yeməyi  yaxşı  çeynə;  4-Yatmazdan 
əvvəl özünü rahat et (ayaq yolu). Bu göstərişlərə riayət 
etsən, təbibə müraciət etməyə ehtiyacın olmaz".
2
 
Yeməyin yaxşı çeynənməsinin elmi faydaları. 
Yeməyin  yaxşı  çeynənməsinin  faydalarından  biri 
budur  ki,  yaxşı  çeynənilmiş  yemək,  tez  və  asan  həzm 
olunur.  Nəticə  etibarı  ilə  bədən  bir  neçə  səbəbə  görə 
sağlam qalır:  
1-  Dişlərin  vəzifəsi  çeynəmək  və  xırdalamaqdır.  Əgər 
dişlər  öz  işlərini  layiqincə  yerinə  yetirməsələr,  mədə 
dişlərin işini çətin və ağır da olsa öz öhdəsinə götürməyə 
                                                 
1
 Həmin qaynaq. 
2
 "Mizan əl-Hikmənin müntəxəbi", c.2, səh.619. 


 
140 
məcbur olur. Beləliklə həzmin  çətinləşməsinə  səbəb olur 
və nəticədə mədə və həzm sistemi pozulur. 
2- Yemək nə qədər çox çeynənilsə bir o qədər də ağız 
suyu  ilə  islanır  və  həzm  yaxşılaşır.  (Ağız  suyu  özü  bir 
növ turşudur.) Bununla da həzm sistemi və mədə sağlam 
qalır.  
3-  Bəzən  yemək  yaxşı  çeynənilmədiyi  üçün  həzm 
olunmur.  Bir  müddət  keçdikdən  sonra  mədə-bağırsaqda 
qalaraq  xarab  olur.  Bu  da  mikrobların  yaranma 
mənbəyinə çevrilərək sonda xəstəliyə səbəb olur.  
Yeməyin çeynənilməsi və bir elmi təcrübə 
Spalanzani  adlı  italiyalı  bir  alim  1780-cı  ildə  mədə 
barəsində  elmi  tədqiqat  aparır.  O,  parçadan  düzəlmiş 
kiçik  bir kisənin  içinə  çeynənilmiş yemək yığaraq ağzını 
iplə  möhkəm  bağlayır.  Belə  ki,  ipin  bir  ucunu  əlində 
saxlayaraq  kisəni  ağız  yolu  ilə  mədəyə  salır.  Bir 
müddətdən  sonra  kisəni  mədədən  çıxarir  və  kisənin 
içində  heç  nəyin  qalmadığını  görüb  heyrətə  gəlir. 
Mədədə  olan  güclü  turşu,  çeynənilmiş  yeməyi  əridərək 
kisənin  daxilindən  çixarmış  və  mədənin  içərisinə 
sormuşdu. 
Bir  müddətdən  sonra  Spalanzani  kətan  parçadan 
hazırlanmış iki kisəylə yeni təcrübə aparır. Birinci kisənin 
içərisinə  bir  miqdar  tam  çeynənilmiş  ət  qoyur.  İkinci 
kisənin  içərisinə  isə  bir  tikə  çeynənilməmiş  ət  qoyur. 
Sonra növbə ilə bir-birinin ardıyla hər iki kisəni udur. Bir 
müddətdən 
sonra 
kisələri 
çıxararaq 
görür 
ki, 
çeynənilməmiş ət olan kisədə hələ bir az ət qalıb. Amma 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə