İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   28   29   30   31   32   33   34   35   ...   51

 
129 
 Islam dininin qanunlarından biri də, "Diyədir" 
Diyənin  bariz  nümunələrindən  biri  qərəzsiz  qətl, 
yaxud  bir  şəxsin  bədən  üzvülərindən  birini  sıradan 
çıxarmaqdır.  Belə  bir  vəziyyətdə  bu  qanunun  cismani, 
ictimai və axirət ziyanlarındakı profilaktik rolu tamamilə 
aydın  olur.  Ölkədaxili  və  ölkədənkənar  cismi  zərərlərin 
statistikasını müqayisə etməklə, döyülmə nəticəsində baş 
vermiş  yaraların  və  bədən  üzvülərinin  naqisliyinin 
ölkəmizə nisbətən xaricdə daha çox olduğunu müşahidə 
etmək  olar.  Bunun  ən  başlıca  səbəbi,  "diyə"  qanununun 
olmamasıdır. 
QİSAS 
"Ey  ağıl  sahibləri,  qisas  sizin  üçün  həyat  deməkdir. 
Bəlkə bununla pis işlərdən çəkinəsiniz." 
1
 
Bir  nəfər  qəsdən  qətl  törədərsə  və  ya  bir  nəfərin 
bədənini zədələyərsə, öldürülmüş insanın qan sahibinin, 
həmçinin  zədələnmiş  insanın  qisas  almağa  haqqı  vardır. 
Qeyd  etmək  lazımdır  ki,  bu  işlər  məhkəmə  yolu  ilə 
görülməmişdir.  İslam  dininin  bu  qanunu,  bir  tərəfdən 
cəmiyyətin  hər  bir  insanlarının  təhlükəsizliyinə  səbəb 
olur.  Ona  görə  ki,  qisas  hökmü  olmasaydı  daşürəkli 
insanlar  cinayət  törətməkdə  özlərini  sərbəst  hiss 
edərdilər və beləliklə günahsız insanların canı təhlükədə 
olardı. Qisas hökmü olmayan ölkələrdə qətl və cinayətin 
sayının  sürətlə  artması  buna  əyani  sübutdur.  Digər 
tərəfdən,  qətl  törətmək  istəyən  insanın  öz  canı  da 
                                                 
1

”Bəqərə” surəsi, 179. 


 
130 
amanda  qalır,  çünki  qisas  qanunu  onun  fikrini  insan 
öldürməkdən və yaralamaqdan bir az da olsa çəkindirir. 
(Bu halda şəxs öldürülmüş insanın qohumları tərəfindən 
intiqam olunmaq, vicdan əzabı, yaralanmaq qisas və sair 
kimi  ağır  nəticələrə  düçar  olmaz.  Beləliklə  qətl  törətmək 
istəyən şəxs qisası və onun sonunu düşündükdə bu işdən 
çəkinər).  Üçüncü  bir  cəhətdən  isə,  qisasdakı  bərabərlik 
prinsipi  (öldürülən  bir  şəxsin  müqabilində  yalnız  bir 
şəxsin (qatilin) qisas olunması) ardıcıl qətillərin qarşısını 
alır və bir qətlin ardınca bəzən bir neçə qətl yaranmasına 
səbəb  olan  cahillik  adət-ənənələrinə  son  qoyur.  Bu  yolla 
da  cəmiyyətin  həyatının  sərmayəsi  təmin  edilir.  Qeyd 
etmək  lazımdır  ki,  qisas  hökmü  yalnız  qatilin 
bağışlanmadığı  surətdə  icra  olunur  və  bununla  da  şərti 
bir həyata başqa bir qapı açılır. 
Qisasla  insanların  sağlamlığı  və  uzunömürlülüyü  
arasında ziddiyət yoxdurmu? 
Doğrudur,  ilk  baxışdan  qisas  almaqla  bir  nəfər  öz 
canını  itirir.  Amma  bəzən  cəmiyyətdə  hər  bir  insanın 
sağlamlığını  təmin  etmək  üçün  bu  işin  görülməsi  zəruri 
olur.  Belə  ki,  cəmiyyətin  dərrakəli  insanları  öz  yersiz 
təssübkeşliklərini  kənara  qoysalar,  bu  işi  qəbul  edərlər. 
Qisas, alaq otlarını biçməyə bənzəyir. Bu otlar biçilməzsə 
meyvə və sair bitkilərə zərər vurarlar.  
Bir caninin canını qorumaq üçün bütöv bir cəmiyyətin 
canınının təhlükəyə salınması ağılla düz gəlmir. 
Qisas,  bədən  üzvlərindən  birinin  qaralması  ilə  onun 
başqa  üzvülərə  keçilməməsi  üçün  kəsilib  atılmasına 
bənzəyir. 


 
131 
Ustad Şəhid Mütəhhərinin bu barədə sözü 
O deyir: "Sədi Şirazidən bir şer oxuyuram: 
İti dişli yırtıcıya mərhəmət 
Mal-qaraya insafsızlıqdır, əlbət.  
Yüzlərlə  ya  minlərlə  qoyun  parçalamış  bir  canavarı 
tutub  öldürmək  istəyərkən  kiminsə  mərhəmət  hissi 
oyanmamalıdır.  Bilmək  lazımdır  ki,  bu  cür  mərhəmət 
qoyunlara  qarşı  qəddarlıq  deməkdir.  Bu  bir  misaldır. 
Sədinin  məqsədi  budur  ki,  "zalım  insana  rəhm  etmək, 
məhrum insanlara qəddarlıqdır" deməkdir.  Zəif  insanlar 
sitəmkarlara  rəhm  edərlər.  Eynilə  bu  mövzu  bu  gün  də 
müzakirə  olunur.  Əksər  insanlar  deyirlər:  "Edam 
hökmüylə  cəzalandırmaq  nə  deməkdir?!  Edam  cəzası 
insaniyyətdən  uzaq  bir  hökmdür.  Bu  insan  haqlarının 
pozulması  və  humanizmin  ziddinədir.  Bir  sözlə  cani 
hansı  cinayət  törədirsə  törətsin,  edam  edilməməlidir. 
Belə insanlar öz sözlərini necə izah edirlər? "Canini islah 
etmək lazımdır" - deyirlər.  
Qəribə  sofistikadır.  Şübhəsiz  ki,  insanları  islah  etmək 
lazımdır.  Amma  cinayət  törətməmişdən  öncə  islah 
olunmalıdırlar. Cinayət törətməyə icazə vermək olmaz.  
Biz  bu  gün  cinayətkarları  islah  etmək  bəhanəsilə 
cinayət  üz  verdikdən  sonra  onları  islah  etsək,  cinayət 
etmək  istəyənlərə  yaşıl  işıq  göstərmiş  olarıq.  Bizim  bu 
işimiz  cinayətkarları  cinayətə  həvəsləndirmək  olar. 
Cinayətkar  (öz  özünə)  deyər:  indiyədək  cəmiyyət  məni 
islah  etmək  fikrində  olmayıb.  Uşaqlıqdan  atam  mənə 
düzgün  tərbiyə  verməyib.  Böyüdükdən  sonra  heç  kəs 
məni  islah  etməyib.  Gedək  cinayət  edək  bizi  zindana 


 
132 
salsınlar, bəlkə orada bizi tərbiyə etdilər və adam olduq. 
Deməli islah olmağımız üçün cinayət etməliyik. 
 
 
 
 
 
 
DÖRDÜNCÜ FƏSİL 
 
 
Hədislərdə cismi sağlamlığın səbəbləri, 
elmi və tibbi yollarla sübutu 
 
Bu  və  növbəti  fəsildə  biz  yalnız  rəvayətlərdə 
deyilmiş  sağlamlığın  və  xəstəliyin  amillərini 
ümumi  surətdə  gətirmişik.  Əgər  xırdalıqları 
barəsində  də  deyilmiş  rəvayətləri  zikr  etmək 
istəsəydik,  bu  haqda  geniş  kitab  yazmaq  lazım 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə