İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   31   32   33   34   35   36   37   38   ...   51

 
141 
çeynənilmiş ət olan kisə isə tamamilə boşdur. O, belə bir 
nəticəyə  gəlir  ki,  çeynənilmiş  yemək  daha  yaxşı  həzm 
olunur.
1
 
Yeməyi nə qədər çeynəyək?  
Bir  çoxları  bu  suala  cavab  olaraq  onun  miqdarını 
müəyyən  edib  və  33  dəfə  çeynəmək  lazım  olduğu 
bildiriblər.  Amma  çeynəmək  üçün  ədəd  təyin  edilməsi 
düzgün nəzərə çarpmır. Belə ki, bəzən yeməklər on dəfə 
çeynəməklə  udulmağa  hazır  olurlar.  Bəziləri  isə  40  dəfə 
çeynəməyinə baxmayaraq udmaq üçün münasib deyillər. 
Belə  nəticə  almaq  olar  ki,  yeməyin  çeynənilməsində 
meyar  onun  ağızda  xırdalanıb  yumuşalana  kimi 
çeynənməsidir. İstər 50, istərsədə 33 dəfə. Ya az, ya çox. 
Süfrədə çox oturmaq və uzunömürlülük 
barəsində elmi mövzu 
İmam  Sadiqdən  (ə)  nəql  olunan  rəvayətdə  deyilir: 
"Süfrə  arxasında  oturmağı  uzadın.  Doğrudan  da  süfrə 
arxasında 
çox 
oturmaq 
sizin 
ömrünüzdən 
hesablanmır".
2
 İllərdən  bəri  bu  fikirdə  idim  ki,  (bir 
tərəfdən  İslam  ömrə  bu  qədər  əhəmiyyət  verir,  vaxtdan 
və ömürdən səmərəli  istifadə  etməyi tapşıraraq buyurur 
ki,  vaxtınızdan  o  qədər  yaxşı  istifadə  edin  ki,  Allah 
dərgahında  cavab  verə  biləsiniz.  Digər  tərəfdənsə  az 
yeməyi,  doymamış  yeməkdən  əl  çəkməyi  göstəriş  verir) 
bu rəvayətdə görəsən nə sirr vardır ki, buyurur: nə qədər 
                                                 
1
 "Öz həkimimiz olaq", səh.194. 
2
 "Müstədrək əl-Vəsail", c.16, səh.234. 


 
142 
süfrədə  otursanız,  ömrünüzdən  hesab  edilmir.  (yəni: 
nigaran  olmayın  süfrə  başında  nə  qədər  otursanız  da 
vaxtın  tələf  olmasına  bais  olmayacaq.  Allah  dərgahında 
da  bu  vaxtın  uzadılmasına  cavab  vermək  lazım 
olmayacaq).  Sonda  belə  bir  nəticəyə  gəldim:  "süfrə 
arxasında  çox  oturmaq  ömürdən  hesab  edilmir" 
sözündən  məqsəd,  səbəbsiz  süfrə  başında  oturmaq  ya 
insanın  ürəyi  istədiyi  qədər  yeməsi  yox,  (çünki  başqa 
hədislərdə  buyurulur  ki,  "doymamış  əlini  yeməkdən 
çək") yeməyin çox çeynənilməsidir. Ona görə  ki, yeməyi 
çox çeynəmək üçün vaxt lazımdır.  
Görəsən, yeməyin çox çeynənilməsiylə ona sərf olunan 
vaxtın  ömürdən  hesab  edilməməsi  arasında  nə  kimi 
əlaqə  var?!  Demək  lazımdır  ki,  biz  yeməyi  nə  qədər  çox 
çeynəsək  (sübut  olunmuş  dəlillərə  əsasən)  mədənin  işi 
bir o qədər azalır və çeynənilməmiş yeməyin həzmi üçün 
yaranan çətinlik aradan götürülür. Beləliklə həzm sistemi 
və  orqanizm  sağlam  qalır.  Əgər  yeməyi  yaxşı 
çeynəmədiyimiz  üçün  həzm  sisteminin  pozulması 
nəticəsində xəstələnib 70 il yaşayacaqdıqsa, süfrə başında 
çox  oturmaqla  və  yeməyi  yaxşı  çeynəməklə  80  il  yaşaya 
bilərək.  Bu,  əlavə  10  il  süfrə  arxasında  əyləşdiyimiz 
günlərin  yerini  doldurur.  Yeməyi  yaxşı  çeynəməyin 
sayəsində  aldığımız  müxtəlif  xəstəliklər  nəticəsində:  o 
cümlədən  mədə  və  həzm  sisteminin  pozulmasına  görə 
xəstəxanalarda  və  gigiyena  mərkəzlərində  keçirdiyimiz 
çoxlu  vaxtlara  qənaət  olunduğu  üçün  süfrə  arxasında 
keçirdiyimiz saatların əvəzi ödənir.  


 
143 
Qozla pendirin birgə yeyilməsi 
İmam  Sadiq  (ə)  buyurub:  "Pendirlə  qoz  birgə 
yeyilərsə  onların  hər  biri  şəfa  verər,  ayrı  ayrılıqda 
yeyildikdə  isə  onlardan  hər  biri  xəstəliyə  səbəb  olar"
1
 
(demək lazımdır ki, bunlar səhərə aiddir).  
Bildiyimiz  kimi  pendir  kalsiumla  qoz  isə  fosforla 
zəngindir.  Buna  əsasən  pendiri  qozla  bir  yerdə  yemək 
lazımdır.  Çünki  Kalsiumla  fosfor  hər  ikisi  dəyərli 
maddələrdir.  Bu  iki  maddə  birləşərsə  boş  yerə  ifraz 
olmurlar.  Əgər  pendiri  qozsuz  (fosforsuz)  yesək, 
kalsiumu  həddən  artıq  istifadə  etdiyimiz  üçün  bədənin 
fosforu  qarşısında  ifraz  olar.  Yox  əgər  bu  kalsiumla 
(pendiri)  fosforla  (qozla)  birgə  olsalar  onların  həzmi  də 
olduqca yaxşı, asan və tam olar.
2
 
Səhərlər tək pendiri yemək 
İmam  Sadiq  (ə)  buyurub  "Sübh  vaxtı  (təklikdə, 
qozsuz) pendir zərər verici, axşam isə xeyirlidir. 
Elmi araşdırma 
Nə üçün pendir sübh çağı məkruh axşamsa faydalıdır?  
Bu barədə aşağıdaki ehtimallar mümkündür. 
1- İslamın nəzərinə görə ən yaxşı yemək səhər yeməyi 
olmalıdır.  Pendir  təklikdə  İslamın  tövsiyə  etdiyi  normal 
səhər  yeməyi  ola  bilməz  (İnsan  axşama  kimi  işləyib 
fəaliyyət göstərdiyinə görə güclü yeməyə ehtiyacı var).  
                                                 
1
 "İlk universitet, son peyğəmbər", c.6, səh.226. 
2
 "İslam dərmansız həkim", səh.156. 


 
144 
2- 
Keçmişdə 
yuxu 
zamanı 
qanın 
beyindən 
uzaqlaşmasını  təsəvvür  edirdilər.  Buna  görədir  ki, 
yuxuda  olan  heyvanın  kəllə  qapağını  açdıqda  beyni  ağ 
rəngdə  görünür  (Pişik  üzərində  aparılan  təcrübəyə 
əsasən).  Amma  sonralar  aydın  oldu  ki,  bədən 
hüceyrəsindən xaricdəki mayedə və qanda olan  kalsium 
beyin  dincələrkən  kalsiuma  daha  çox  ehtiyacı  olduğuna 
görə  beyinin  qidalanması  üçün  ona  tərəf  gəlir.  Əhəngin 
çoxluğu onu ağ rəngli göstərir. Elə buna görə də pendiri 
axşam  yemək  lazımdır.  Pendir  kalsiumla  zəngin  olduğu 
üçün gecələr dərin yuxularda ona daha çox ehtiyac olur.  
3-  Həzm  olmaq  baımından  pendir  yuxuya  mane  olan 
yeməklərdən deyil. 
Tədqiqatçılar  deyirlər:  "Yatmazdan  əvvəl  pendir 
yemək  gecə  boyu  yaxşı  və  rahat  yatmağa  xoş  xəbər  ola 
bilər".  Tədqiqatların  birində  200  nəfər  bir  həftə 
müddətində  yatmazdan  öncə  pendir  yedilər.  Onların 
90%-i  yaxşı  yatdıqlarını  bildiriblər.  Tədqiqatçılar 
deyirlər:  "Pendirin  tərkibində  "Teriptufan"  adlı  ruhi 
təzyiqi  azaldan  və  yuxuya  kömək  edən  Amin  turşusu 
var".  
Səhərlər mövüç
1
 yemək.  
Əmirəlmöminin  buyurub:  "Kim  ac  qarına  21  dənə 
mövüç  yesə  xəstələnməz".  Başqa  bir  rəvayətdə 
buyurulub:  "Ölüm  xəstəliyindən  başqa  bir  xəstəliyə 
düçar  olmaz."
2
 Tədqiqatçıların  yeni  araşdırmaları 
                                                 
1
 Qara üzümün kişmişi 
2
 "Tebbe həkim", səh.127, "Uyunu əxbar ər-Rza", c.1-dən nəql edərək. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə