İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   27   28   29   30   31   32   33   34   ...   51

 
124 
verilməsə,  bu  dəliklər  tutular  və  bədəndən  tər  vasitəsilə 
çıxmalı  olan  bir  miqdar  zəhər  böyrək  yolu  ilə  ifraz  olar. 
Nəticə  etibarilə  böyrəklərin  yükü  artaraq  böyrək 
pozuntularına  səbəb  olar.  Bildiyimiz  kimi  tərləmək 
dərinin  üzünü  rütubətli  və  yumşaq  saxlamaqla  bərabər 
xarici  amillərin  qarşısında  bir  növ  onu  qoruyur.  Deməli 
artıq ifraz olunan duzlar qusl yolu ilə aradan gedir.  
3- Muhəmməd ibni Sənan İmam Rzadan (ə) belə nəql 
edir:  "Cənabət  quslunun  səbəbi  paklıq,  natəmizliyin 
aradan  getməsi  və  bütün  bədənin  təmizlənməsidir. 
Cənabət  bütün  bədən  üzvlərindən  xaric  olduğu  üçün 
bədənin hər bir üzvünü təmizləmək zəruridir".  
Əmirəlmöminin  Əli  (ə)  buyurur:  "Hər  bir  tükün 
altında cənabət var".  
Cinsi 
yaxınlıq 
zamanı 
bədəndə 
baş 
verən 
dəyişikliklərə  diqqət  etməklə  yuxarıda  qeyd  olunan 
sözün  əhəmiyyəti  aydın  olur.  Çünki  cinsiyyət  vəzisinin 
digər  daxili  vəzilərlə,  sinir  mərkəzlərinin  təhriki  ilə 
əlaqəsi  cinsi  əlaqə  zamanı  yaranan  zahiri  əlamətlər:  o 
cümlədən  ürək  döyüntüləri,  tənəffüsün  sürətlənməsi, 
qan  təzyiqinin  qalxması,  sifətin  qızarması,  gözlərin 
axması və s. kimi işlər şübhəsizdir. Bundan əlavə praktiki 
tibbdə belə nəticəyə çatıblar ki, cinsi yaxınlıq edən zaman 
kəsilən  heyvanın  əti  və  südü  xoşagəlməz  dada  malik 
olur.  Yuxarıdakı  qısa  şərhlə  bütün  bədən  sistemlərinin 
cinsi fəaliyyətdə rolu olduğu aydın olur. Belə ki, yaxınlıq 


 
125 
edərkən  bütün  sistemlər  öz  müvazinətini  itirir.  Qusl 
etdikdə bu balans öz yerini alır.
1
  
4-  Yaxınlıq  zamanı  yaranan  natəmizlik  yaxınlıqdan 
sonra süzənək, sifilis və başqa müxtəlif xəstəliklərə səbəb 
olur. Bundan əlavə yaxınlıq zamanı bədənlərin bir-birinə 
sürtünməsi  ilə,  birindən  o  birinə  dəri  xəstəliklərinin 
keçməsi  mümkündür.  Bu  da  qusl  etməklə  aradan  gedir, 
yaxud azalır. 
 B) Məssi-meyyit və meyyit quslu 
Müqəddəs  İslam  dininin  buyurduğu  vacib  işlərdən 
biri  də  budur  ki,  əgər  insan  hələ  quslu  verilməyən 
meyyitin  soyumuş  bədəninə  toxunarsa  özünə  qusl 
verməsi  vacibdir.  Bu  vacib  əməlin  tibbi  faydalarından 
biri  də  budur  ki,  adətən  insanlar  xəstəlik  üzündən 
dünyalarını dəyişirlər. Xəstə insanın dərisində isə bir çox 
xəstəlik  yaradan  mikrobları  olur.  Habelə  insan  sağ 
olarkən dəri üzərində fəal olmayan bəzi mikroblar insan 
öldükdən  sonra  güclənərək  artırlar.  Bu  zaman  dərinin 
səthi,  infeksiyalı  xəstəliklərinin  artma  və  yayılma 
mərkəzinə  çevrilir.  Bu  mikroblar  insana  keçərsə  məssi-
meyyit  quslu  verməklə  aradan  gedir.  Meyyit  quslu 
verməklə də ölünün dərisində bu mikroblar yox olur ya 
da  azalır,  bəlkə  də  buna  görədir  ki,  meyyit  quslu 
verdikdən  sonra  insan  əlini  ölüyə  vurarsa  daha  özünün 
məssi-meyyit quslu verməsi lazım deyil.  
C- Heyz (aybaşı) quslu 
                                                 
1
 "İslamda  tibb  və  gigiyeniya",  səh.145,  Muhəmməd  ibn  Sənanın 
"
Vəsail əş-Şiə" kitabındakı rəvayəti, bab.20, səh.88. 


 
126 
Alimlərin  ayın  və  kosmik  şüaların  insan  və  başqa 
canlılar üzərində qoyduğu təsirlər haqda apardıqları yeni 
təcrübələrə  əsasən,  hər  28  gündən  bir,  ay  dairəvi  forma 
alarkən  aybaşı  halında  olan  qadınlara  tam  şəkildə  təsir 
qoyur, buna görə də onlarda qəm, narahatlıq baş qaldırır 
və özlərində bir növ həqarət hiss edirlər. Qusldan və ruhi 
qüvvələrin 
yeniləşməsindən 
sonra, 
bədənin 
təmizlənməsinə  görə  narahatedici  hisslər  aradan  qalxır. 
Bunun səbəbi isə, hələ lazımınca aydın olmayıb.  
Bu  faydalar  yuyunmaqda  da  vardır.  Nə  üçün  məhz 
qusl vacibdir?  
Birincisi:  Demək  olmaz  ki,  quslun  vacibliyi  təkcə 
yuxarıda 
deyilənlərə 
görə, 
onun 
yalnız 
tibbi 
xüsusiyyətlərə  görə  malik  olduğunu  bildirir.  Bu  tibbi 
faydalar  bəlkə  də  quslun  vacib  olma  səbəblərinin  onda 
birini təşkil edir. 
İkincisi: İstər keçmişdə, istərsə də müasir dövrümüzdə 
bir  çox  insanlar  cənabətdən,  məssi-meyyitdən  və  sair 
işlərdən  sonra  bədənin  yuyulmasının  hansı  tibbi 
faydaları  olmasını  hələ  də  bilmirlər.  Elə  buna  görə  də, 
qusl  vacib  olmasaydı,  nə  qədər  insanlar  cənabətdən 
sonra  ya  əsla  yuyunmazdılar  və  ya  bir  neçə  gündən 
sonra  yuyunardılar.  Bu  da  bədənə  zərərlidir.  Islamda 
quslun  tez  və  gecikdirilmədən  verilməsi  müstəhəbdir. 
Hədislərdə  bildirilir  ki,  quslu  gecikdirmək  bir  çox 
xəstəliklərə səbəb olur.  
Üçüncüsü:  Qusl  vermək  savab  və  mənəvi  təsirlərə 
malikdir,  amma  sadəcə  duş  qəbul  etməyin  mənəvi 
təsirləri yoxdur. 


 
127 
 
 
 
 
 
 
 
 
 
 
ÜCÜNCÜ FƏSİL 
 
 


 
128 
CƏZA QANUNLARININ İNSANIN 
SAĞLAMLIĞINDA TƏSİRİ 
 
 
 
HƏDD 
 İslamda,  dində  təsis  edilmiş  qanunlardan  biri  də 
"həddir". Misal üçün; bir nəfər spirtli içki içərsə və bu iş, 
"lazımı" yollarla sübut olunarsa, içki içən şəxsə 80 şallaq 
vurulmalıdır. Eləcə də bir insan oğurluq edərsə müəyyən 
şərtlər çərçivəsində onun əli kəsilməlidir və s.  
Insan zina, homoseksualizm, içki içmə, oğurluq və bu 
kimi  işlər  üçün  hansı  cəzaların  nəzərdə  tutulduğunu 
bilsə,  bu  işlərə  çox  az  meyl  göstərər.  Nəticə  etibarı  ilə 
yuxarıda  qeyd  olunan  işlərin  pis  təsirlərinə  və 
xəstəliklərinə  düçar  olmaz.  Hədd,  qisas,  diyə  və  İslam 
dininin  bir  çox  qanunlarından  əhəmiyyəti,  belə  cəzaları 
olmayan  ölkələrin  cinayət  və  cinsi  ya  qeyri-cinsi 
xəstəliklərin statiskasına müraciət edib bu statiskanı belə 
cəza  qanunlarını  layiqincə  yerinə  yetirən  ölkələrlə 
müqayisə etdikdə aydın olur. 
DİYƏ 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə