İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


Musiqi ilə fəaliyyətimiz çoxalırmı?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   15   16   17   18   19   20   21   22   ...   51

 
74 
Musiqi ilə fəaliyyətimiz çoxalırmı? 
Bəziləri  zavod,  fabriklərdə  musiqidən  istifadə  etmiş, 
bu  qənaətə  gəlmişlər  ki,  bu  yolla  işçilər  daha  çox 
işləyirlər. 
Cavab:  
Əvvəla: musiqi yalnız əl işlərinin iş qabiliyyətini artırır 
və  əksinə  zehni  əməyin  fəaliyyətini  azaldır.  Alimlər  bu 
qənaətdədirlər  ki,  iş  əsnasında  musiqi  dinləmək,  zehni 
fəaliyyətlərin  iş  qabiliyyətini  azaldaraq,  sinir  sistemində 
pozuntuların  yaranmasına  gətirib  çıxarır  (misal  üçün: 
eyni  halda  həm  musiqi  dinləyib,  həm  də  yazı  yazan 
şəxsin yazı səhvləri daha çox olur). 
İkincisi:  Musiqinin  bədənin  fəaliyyətinin  artırmasını 
qəbul  etdiyimiz  təqdirdə,  bunun  törətdiyi  fəsadları  da 
göz  ardına  vurmamalıyıq.  Musiqi  ilə  bədəni  işə  vadar 
etmə üsulu, bir növ bədənin istismarına bənzəyir. Çünki 
biz  bədəni  təbii  olaraq  qüdrəti  qədər  işləməyi  üçün  öz 
ixtiyarında qoymalı və onu təbii müvazinətini adlayaraq, 
daha  artıq  işləməyə  məcbur  etməməliyik.  Bilməliyik  ki, 
bədən musiqinin və təbii halətdən çıxmanın təsiri altında 
daha  artıq  əmək  sərf  etsə  də,  ya  iş  yerindən  xaric 
olduqdan  sonra  təbii  halda  və  musiqi  dinləmədən 
fəaliyyət  etdiyi  zamanla  müqayisədə  daha  artıq 
yorğunluq hiss edəcəyik və ya bədəndən normadan artıq 
istifadəmiz  üçün  uzun  müddətdə  əldən  düşəcəyik  və 
ömrümüz 
qısalacaqdır; 
çünki 
bədəndən 
təbii 
qüdrətindən  daha  artıq  istifadə  etmişik.  Bu  eynilə 
idmançıların dopinq qəbul etməsinə bənzəyir. Doğrudur, 
dopinq  vasitəsilə  bir  müddət  bədən  daha  artıq  iş  sərf 


 
75 
edir,  bəzən  yarışların  qalibi  da  olurlar,  ancaq  bu 
idmançılar  öz  sağlamlıqlarını  dopinqdən  istifadə 
etməyən  idmançılarla  müqayisədə  daha  tez  əldən 
verirlər.  Ömürləri  isə  qısalacaq  və  bu  işlə  bədənə  xeyli 
zərərlər yetirəcəklər. 
 
 
Musiqi ilə Allaha yaxınlaşırıqmı? 
Bəzi  şəxslər  belə  deyirlər  ki,  musiqi  dinlədikdə 
özümüzü  Allaha  daha  yaxın  hiss  edir  və  arifanə  həyat 
sürürük. 
Cavab:  
Əvvəla  belə  olsaydı,  mütriblər  və  böyük  musiqiçilər 
ən  arif  və  Allaha  ən  yaxın  insanlar  sayılardı.  Halbuki 
onların 
çoxunun 
dinin 
və 
irfanın 
ləzzətini 
duymadıqlarını,  eləcə  də  çoxlarının  Allahdan  uzaq 
düşdüklərini  yaxşı  bilirik.  Bəziləri  isə  yaranmışların  ən 
çirkinidirlər.
1
 
İkinci  bir  tərəfdən  Allah,  onun  peyğəmbəri  və  əhli-
beyt  (ə)  Allaha  yaxınlaşma  yollarını  hamıdan  yaxşı 
tanıyırlar. Onlar yaxşı bilirlər ki, hansı şeylər bizi Allaha 
yaxınlaşdırır  və  hansı  işlər  bizi  Allahdan  uzaqlaşdırır. 
Onların  nəhy  etdiyi,  çəkindirdiyi  əməllər  insanın 
Allahdan  uzaqlaşmasına  səbəb  olur.  Nəhy  etikləri 
işlərdən  biri  də,  haram  musiqidir.  Eləcə  də,  onların  əmr 
etdikləri  bütün  əməllər,  Allah-taalaya  yaxınlaşmağa 
səbəb olur. 
                                                 
1
 "Negahi be musiqi", səh.46. 


 
76 
Bilməliyik  ki,  sözügedən  şübhə  bizi  Allahdan 
uzaqlaşdırmaq 
üçün 
istifadə 
etdiyi 
şeytanın 
hiylələrindən biridir. 
Üçüncüsü,  musiqi  məzmunsuzdur,  məzmuna  malik 
olduğu  təqdirdə  isə,  onun  forması  ilə  eynidir.  Yəni, 
musiqi batini boş büsbütün zahirdən ibarətdir. Hər hansı 
bir  hərbi  musiqiyə  qulaq  asdıqda  və  ya  musiqi  ilə  daha 
irfani  halda  olduğunuzu  hiss  etdiyiniz  zaman,  bu  sizin 
hərəkətə  gələn  öz  məzmununuzdur.  Musiqi  isə,  öz 
daxilində  reallıqdan  kənardır,  yalnız  bizim  daxili 
reallıqlarımızın təhrikedicisidir. 
Bu hərbi musiqini hərbçilik haqda məlumatı olmayan 
və  ya  irfani  və  ilahi  məsələlər  haqda  heç  nə  bilməyən, 
ümumiyyətlə  bu  məsələlərlə  uyğunluğu  olmayan  şəxs 
üçün  qoyduqda,  görəsən  o  da  sizin  duyğularınızı 
yaşayacaqmı?  Musiqinin  məzmunsuz  olmasının  mənası 
budur.  Əgər  onun  məzmunu  olsaydı,  o  musiqidən 
düşünülən  hər  kəsin  şəxsi  fikri  deyil,  bütün  dinləyicilər 
üçün bir mənanı ifadə edərdi. 
Ancaq  şerə  baxın;  bir  beyt  şer,  məna  yaradır.  Onu 
oxuyan hər kəs, həmin mənanı götürür (musiqinin əksinə 
olaraq belə bir şeri məzmunlu adlandırırıq). Musiqini bir 
taxtaya bənzətmək olar. Fərz edin ki, bir hovuzun qumu, 
lili  və  içindəki  digər  şeylər  onun  dibinə  çökmüş  və  adi 
halda həmin vəziyyətdə qalmışdır. Su da laldır. Bu taxta 
parçası  ilə,  suyu  qarışdırdıqda,  hovuzun  içindəkilər 
yayıyalaraq suyun üzünə qalxacaq. Sual budur ki, suyun 
üzərinə 
qaxmış 
maddələri 
taxtamı 
özündə 


 
77 
yerləşdirmişdir,  yoxsa  hovuzun  özündə  bütün  bunlar 
öncədən var idi?  
Musiqi  də  bir  vasitə  kimi,  bizim  daxilimizdəkiləri 
qarışdırır,  özü  isə  məzmunsuzdur.  Buna  ən  gözəl 
nümunə  aşiqanə 
musiqilərdir.  Sevgi  mahnılarını 
dinləyən  hər  kəs,  öz  məşuqunu,  sevgilisini  xatırlayır, 
hətta  müğənni  öz  musiqi  əsərində  öz  sevgilisinin  adını 
çəksə  də  belə,  yenə  də  dinləyici  onu  öz  məşuquna  aid 
edirik.
1
 
Musiqi ilə müalicə 
Müasir  dövrdə  iddia  edilir  ki,  musiqi  ilə,  bir  çox 
xəstəlikləri  müalicə  etmək  mümkündür.  Müxtəlif  çeşidli 
qəzet və jurnallar bu məsələ üzərində manevr verirlər.  
Cavab: 
Əvvəla,  biz  haram  musiqidən  danışırıq.  Bəlkə  də 
musiqi  ilə  müalicə  edənlər,  halal  musiqidən  istifadə 
edirlər. 
İkincisi,  biz  də  bəzi  musiqilər,  o  cümlədən:  Quran 
musiqisi,  axar  suların  musiqisi  və  s.  musiqilər,  ahənglər 
vasitəsilə müalicəni qəbul edirik. 
Üçüncüsü,  bəlkə  də  bir  sıra  xəstəliklər  musiqi  ilə 
müalicə  edilə  bilər,  amma  biz  məsələnin  zahirini 
müşahidə  edirik.  Onlar  musiqi  ilə  bir  xəstəliyi  müalicə 
edir, 
ancaq 
bədənin 
digər 
üzvlərinə 
zərər 
yetirdiklərindən  xəbərsizdirlər.  Xəstəliyi  müşahidə 
edərkən dərhal resept yazan həkimlər kimi. Onlar həmin 
xəstəliyi  müalicə  edirlər,  bir  halda  ki,  o  dərmanın 
                                                 
1
 Həmin qaynaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə