İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   16   17   18   19   20   21   22   23   ...   51

 
78 
törətdiyi  xəsarətlərdən  xəbərsizdirlər.  Ola  bilər  ki, 
dərmanın bu zərəri ilə öncəkindən daha ağır bir xəstəlik 
bədənə  əlavə  edilə  bilər.  Misal  üçün,  müxtəlif  kodeinlər 
və  kapsulalar  və  digər  kimyəvi  dərmanları  göstərmək 
olar. 
Musiqi və bir sıra kimyəvi dərmanların acı 
təsirləri 
Keçmişdə bir çox dərmanlar üzərində manevr edir və 
onu  yeni  elmi  ixtira  hesab  edir  və  həmin  dərmanı  geniş 
miqyasda  təbliğ,  reklam  edirdilər  (eynilə  musiqi  ilə 
müalicə kimi). Lakin bir neçə ildən sonra həmin dərmanı 
xəstələr  üzərində  yoxladıqda,  o  zaman  onun  hətta 
öldürücü  zərərlərinin  olmasını  əldə  etdilər.  Nümunə 
olaraq Ekstazi həbini misal vururuq. Psixiatrlardan bəzisi 
kəskin  düşkünlüyə  düçar  olmuş  xəstələrə,  bu  həblərdən 
istifadəni  məsləhət  görürdülər.  Bir  neçə  il  keçdikdən 
sonra  isə,  Ekslə  müalicə  olanlar,  ruhi  xəstəliyə  düçar 
oldular.  Onların  bəziləri  dəlixanaya  ötürüldü  və  ya  bu 
dərmanlara vərdiş etdilər. 
Eləcə  də,  müxtəlif  xəstəliklərin  qarşısını  almaq  üçün 
istifadə  edilən  antibiotiklər  də  bu  qəbildəndir.  Hazırda 
bu  nəticəyə  yetişmişlər  ki,  bunlar  böyrək  xəstəlikləri 
üçün  təhlükəlidir.  Həmçinin,  bel  ağrısı  və  artrit  üçün 
istifadə  edilən,  ağrıkəsicilər,  böyrəklərin  iş  qabliyyətini 
itirməsinə  gətirib  çıxara  bilər.  Eyni  halda,  yeni 
tədqiqatlar  göstərir  ki,  ağrıkəsicilər  ortayaşlı  və  yaşlı 
kişilərin  cinsi  fəaliyyətində  aydın  çatışmazlıqlar  yaradır. 


 
79 
Asperin,  Stamonefin,  İborofen
1
 və  narkotik  Amoftamin 
maddəsindən  hazırlanan  arıqlama  həbləri  bu  dərmanlar 
sırasındadır.  Amoftamin  aclığı  fərddən  uzaqlaşdırır  və 
tədricən  həmin  şəxs  arıqlayır.  Tərkibindəki  narkotik 
maddə  istifadəçini  arıqladaraq,  özünə  bağlı  vəziyyətdə 
saxlayır  və  sonda  isə,  vərdiş  etmiş  bir  narkoman  halına 
gətirib çıxarır. Vaxtilə bu dərmanlar çox reklam edilirdi.
2
 
Habelə, illərlədir ki, enerji yolu ilə müalicə reklam edilir, 
hansı ki səhiyyə nazirliyi zahirən faydalı olan bu əməlin 
mənfi 
təsirləri 
haqda 
xalqa 
xəbərdarlıq 
edərək 
bildirmişdir  ki,  enerji  yolu  ilə  müalicə,  xəstələrin 
müalicəsində 
çatışmazlıqlara 
və 
onların 
elmi 
müalicələrinin gecikməsi və ya dayanmasına səbəb olur.
3
 
Ölkənin 
səhiyyə 
nazirliyi 
bildirdi 
ki, 
ölkədə 
xəstəxanalarda 
yatan 
xəstələrin 
8%-i 
dərmanın 
zərərindən  yaranan  xəstəliklə  xəstəxanalara  daxil 
olurlar.
4
 
Demək 
istədiyimizi 
budur 
ki, 
təsdiq 
edilən 
dərmanların  bir  çoxu,  zərərlərə  malikdir.  Bu  zərərlər 
zaman  ötdükcə  (insanlar  dəyişdikcə)  üzə  çıxır.  Çox 
güman  ki,  musiqi  ilə  müalicə  də,  yuxarıdakı  nümunələr 
və  yüzlərlə  başqa  nümunələr  kimi,  uzun  illər  ötdükdən 
sonra öz mənfi təsirlərini üzə çıxarda bilər. 
                                                 
1
 “Səlamət” həftəlik jurnalı, 70-ci sayı, 1358-ci il (h.ş). 
2
 “Səlamət” həftəlik jurnalı, 58-ci sayı, 1358-ci il (h.ş), səh.11. 
3
 “Səlamət” həftəlik jurnalı. 
4
 “Səlamət” həftəlik jurnalı, 18-ci sayı, 1384-ci il (h.ş). 


 
80 
QƏLBİ GÜNAHLAR VƏ CİSMİ 
XƏSTƏLİKLƏR 
Ruhla  cisim  bir-biri  ilə  sıx  əlaqədə  olduğundan,  ruh 
xəstəliyə  düçar  olduğu  zaman,  cismə  də  sirayət 
edəcəkdir.  Platon  deyir:  "Həkimlərin  ən  böyük  səhvi 
budur ki, ancaq cismi sağaltmaq əzmindədirlər, hansı ki, 
fikrə  və  ruha  şəfa  vermək  haqda  bir  an  da  belə 
düşünmürlər.  Halbuki,  fikir  və  cisim  bir-birilə  sıx 
əlaqədədir.  Bu  baxımdan  onları  ayrı-ayrı  düşünmək  və 
ayrılıqda müalicə etmək olmaz". 
Cəsarətlə  demək  olar  ki,  ruhi  çatışmazlıqlar  və 
xəstəliklərin qaynağı, qəlbi günahlar və əxlaqsızlıqlardır. 
İslam  dininə  əməl  olunaraq  qəlbi  günahlar  insandan 
silinər  və  ya  azalarsa,  bir  çox  cismi  xəstəliklər  aradan 
gedəcəkdir. Misal olaraq, İslam dininin məzəmmət etdiyi 
bir sıra günahlara nəzər yetirin. 
Paxıllıq, 
eqoistlik, 
təşviş 
(iztirab), 
ümidsizlik 
(məyusluq)  və  s.  Diqqətinizi  alimlərin  bu  barədə 
söylədiklərinə yönəldirəm. 
"Mayo"  klikinakında  çalışan  doktor  "Elvariz"  deyir: 
"Mədə  yaralarının  azalıb-çoxalması  bir  çox  hallarda, 
daxili həyəcanın azalıb-çoxalması ilə birbaşa əlaqədədir". 
Bu söz, mədə ağrısından şikayətlənən klinikaya müraciət 
etmiş  15  min  xəstə  üzərində  keçirilmiş  sınağa  əsaslanır. 
Məlum  olmuşdur  ki,  əsasən  qorxu,  iztirab,  paxıllıq,  
yüksək  eqoistlik,  mühitlə  uyğunlaşmamaq  mədə 
xəstəlikləri  və  yaralarının  başlıca  səbəblərindəndir. 
Müraciət edənlərin beşdə bir hissəsinin mədə yaralarının 


 
81 
heç bir tibbi səbəbi yox idi. Bunu da qeyd edək ki, mədə 
yarası təhlükəli xəstəliklər sırasında beşinci yerdə durur. 
Doktor  Uilyam  M.G.  ABŞ  həkimlər  birliyində  bəyan 
etdi  ki,  təşviş  dişlərin  çürüməsinə  səbəb  olur.  Eləcə  də 
qeyd etdi ki: 
"Təşviş,  qorxu  və  nıqqıltıya  səbəb  olan  duyğular  və 
həyəcanlar, 
bədənin 
kalsiumunun 
müvazinətinin 
itirilməsinə səbəb olaraq, dişləri çürüdür". 
Doktor  Frevuş  "yüz  yaşamaq  üçün  yüz  məsləhət" 
kitabında yazır:  
Ümidsizlik  düşkünlüyə  səbəb  olur,  düşkünlük  isə, 
bədənin müqavimət sistemini zəiflədərək, sonda müxtəlif 
xəstəliklərin yaranması ilə nəticələnir. 
Dünyanın yüz minlərlə insanı düşkünlüyə düçardırlar 
(bunun  başlıca  səbəbi  ümidsizlikdir).  Araşdırmalar 
göstərir  ki,  güclü  düşkünlük  bəşər  ömrünün  azalmasına 
gətirib çıxarır.
1
 
İslam dini ruhi xəstəliklər barəsində heyrətamiz sözlər 
buyurmuşdur
2
.  İslam  bu  haqda  o  qədər  zərif,  dəqiq  və 
mahiranə məsləhətlər vermişdir ki, bu nurani göstərişlərə 
əməl edən hər kəs, təkcə ruhi,  psixoloji və onun ardınca 
cismi  baxımdan  deyil,  həm  də  İslamın  dəyərli 
qanunlarına 
riayət 
etməyənlərdən 
xeyli 
irəliyə 
düşəcəkdir. 
                                                 
1
 "Yüz yaşamaq üçün yüz məsləhət", səh. 135. 
2
 Qəlbi günahlar haqda dəyərli kitablardan biri də, Şəhid Dəstgeybin 
"Qəlbi  səlim"  kitabıdır.  Müəllif  bu  barədə  deyir:  Qəlbi  səlim  və 
böyük günahlar kitabı mənim ömrümün bəhrəsidir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə