İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   14   15   16   17   18   19   20   21   ...   51

 
70 
musiqi  insanın  ağlını  sıradan  çıxararaq,  belə  şəxslərdə 
dəlilik əlamətlərini üzə çıxarır.  
İndi isə belə ruhi çatışmazlıqların bir neçə nümunəsinə 
diqqət yetirin.  
1 - Velik Stunez musiqi qrupunun təm-təraqlı konserti 
əsnasında,  bir  kişi  həyəcanın  şiddətindən  soyunaraq 
dəlicəsinə  vokala  tərəf  yola  düşdüyü  zaman  polis 
tərəfindən yaxalandı. 
2  -  Bir  milyon  əlli  min  nəfər  bir  konserti  dinlədikdən 
sonra,  musiqinin  onlarda  yaratdığı  həyəcan  nəticəsində 
qəflətən  bir-birlərinin  üzərinə  tökülərək  səbəbsiz  bir-
birlərini  yaralamağa,  zədələməyə  başladılar.  Hadisə 
yerinə  polis  yetişənədək  bir  neçə  nəfər  bıçaqlanma 
nəticəsində həyatını dəyişdi,  neçə qıza təcavüz edildi və 
xeyli sayda insan yaralandı.
1
 
 3-  Letil  Rak  ştatında  bir  cavan  piyano  öyrənirdi. 
Musiqi  nəğmələri  o  cavanın  ruhunda  necə  həyacan  icad 
edirsə,  heç  bir  səbəb  olmadan  öz  yerindən  qalxaraq  on 
doqquz bıçaq zərbəsi ilə öz müəllimini öldürür.
2
 
 4-  Musiqi  dinləmək  üçün  Parisin  meydanlarının 
birində  toplaşmış  cəmiyyət  konsertdən  sonra,  necə 
həyəcana  gəlmişdilərsə,  vitrinləri  sındıraraq  mağazaları 
darmadağın etdilər və bir qrup yaralandı.
3
 
 5-  Bethoven  adlı  məşhur  musiqiçi  30  yaşında  eşitmə 
qabiliyyətini  bütünlüklə  itirərək  və  sonda  əsəb 
zəifliyindən dəli oldu. 
                                                 
1
 "Beheşte cəvanan" səh.359. 
2
 "Pasoxha və porseşhaye ruz" səh.126. 
3
 "Pasoxha və porseşhaye ruz" səh.125. 


 
71 
3. Qan təzyiqi 
 
 Qan təzyiqini yaradan ən əsas amillərdən biri də, əsəb 
qıcıqlandırmaları və döyüntüləridir. Müasir dünyada çox 
yayılmış  qan  təzyiqinin  səbəbləri  haqda  araşdırma 
aparan avropalı bir həkim, qan təzyiqi ölçən cihazı əlində 
açıb-bağlayır  və  eyni  halda  radionun  düyməsini  açıq 
saxlayırdı. O, müxtəlif musiqi proqramlarını dinlədikdən 
sonra, aşağıdakı nəticələri əldə edir: 
 A)  Musiqi  xoşagəlməz  olduqda,  qan  təzyiqi  artır  və 
ruhun  süstlüyü  və  narahatlığı  ilə  sonlanan  sədaları 
eşitdikdə,  qan  təzyiqi  həkimi  vəhşiləşdirəcək  həddə 
gətirib çıxarırdı. 
 B)  Bir  sıra  musiqilər  aramlaşdırıcı  təsirə  malik  idilər 
və  davam  etdiyi  müddətdə  təzyiqi  normal  həddən 
aşağıya endirirdi (bu da təhlükəlidir). 
4. Görmə qabiliyyətinin zəifləməsi
 
 Qeyd  etdik  ki,  simpatik  və  parasimpatik  sinir 
sisteminin  vəzifələrindən  biri  də,  bəbəyi  enəltmək  və 
daraltmaqdır.  Hansı  ki,  bu  vəzifənin  icrasındakı 
bacarıqsızlıq  görmə  qabiliyyətinin  zəiflənməsində  təsirə 
malikdir.
1
 
Haram musiqiləri dinləmək nəticəsində bu xəstəliklərə 
düçar olmuş şəxslər heç də az deyil, amma yoluxduqları 
bir  sıra  xəstəliklərin  musiqiyə  qulaq  asmaq  nəticəsində 
olduğuna  diqqət  yetirmirlər.  Biz  yalnız  bu  xəstəliklərə 
düçar  olmuşlardan  bir  neçə  nümunəyə  işarə  etməklə 
kifayətlənirik. 
                                                 
1
 "Negahi be musiqi", səh.42. 


 
72 
Alman  musiqiçisi  Fredrik  Hendel,  italyan  müğənnisi 
Mariya  Alna,  fransız  müğənnisi  Muris  Ravel  hər  üçü 
görmə qabiliyyətini əldən verdilər. 
İsveçrəli musiqiçi Bax duyğu pozuntusuna düçar oldu, 
və gözləri tutuldu.  
5. Mədə
 
Pop  musiqisini  dinləyən  bir  qrup  gənc  üzərində 
aparılan  araşdırmalarda,  bu  nəticəyə  gəlindi  ki,  mədə 
şirəsinin  və  kolidrikin  ifrazı  pop  musiqini  dinləyərdə, 
digərlərindən daha çox azalmışdır.
1
 
6. Ömrün qısalması
 
Musiqiçilərin, bəstəkarların və müğənnilərin çoxu təbii 
ömürlərinin  yarısına  da  çatmamışlar.  Musiqiçilərin 
ömürləri haqda aşağıda müşahidə etdiyiniz statistika, bu 
reallığı sübuta yetirir. 
1.  Məşhur  musiqi  ustadı  Malbranı,  27  yaşında  mahnı 
oxuyarkən infarkt vurmuşdur. 
2. İtaliyalı mügənni Porqluzi, 26 yaşında 
3. İtalyan müğənnisi Belini, 34 yaşında 
4. Fransız müğənnisi Muris Jurber, 40 yaşında 
5. Fransız müğənnisi Şusun, 30 yaşında 
6. Fransız müğənnisi Nikladveqrini, 32 yaşında 
7. Fransız müğənnisi Jar Bije, 37 yaşında 
8. Alman müğənnisi Mendeles, 38 yaşında 
9. Alman müğənnisi Hüqo Velf, 43 yaşında 
10. Alman müğənnisi Maks Reger, 43 yaşında 
                                                 
1
 "İlk  universitet  və  sonuncu  peyğəmbər"  kitabının  xülasəsi,  c.  15, 
səh.183. 


 
73 
11. İçveçrəli müğənni Muzart, 35 yaşında 
12. İsveçrə müğənnisi Şubert, 31 yaşında 
13. İsveçrə müğənnisi Laner, 42 yaşında 
14. İran müğənnisi Həbib Səmai, 45 yaşında
1
 
Qeyd  edək  ki,  bu  statistika  yalnız  bu  şəxslərdə 
məhdudlaşmır, bu sadəcə xeyli sayda olan fərdlərin kiçik 
bir hissəsidir. 
Bu göstərici  bir və ya iki nəfər olsaydı, "müstəsna hal 
təşkil edir" deyə bilərdik. Ancaq mülahizə etdiyiniz kimi, 
statistik  göztərici  bir  çox  musiqiçilərin  ömürlərinin  az 
olmasını göztərir. 
Bütün  bu  zərərlərlə,  niyə  biz  musiqi  dinlədiyimiz 
halda sağlamıq? 
Sualın  cavabında  spirtli  içkilər  bölməsinə  (Əgər  bu 
qədər  zərər  varsa,  niyə  bəziləri  şərab  içməklə  yanaşı 
sağlamdırlar?
müraciət 
edin. 
Eynilə 
burada 
da 
təkrarlanan  bu  cavabları  sözün  uzanmamasından  dolayı 
gətirmirik. 
Musiqi və inək südünün çoxalması 
İnəyin  südünün  çoxalması  üçün  xüsusi  musiqilərdən 
istifadə edilir. Görəsən belə bir təsiri faydalı adlandırmaq 
olarmı? 
Cavab:  İnək  südünün  musiqi  ilə  çoxaldığını  sübuta 
yetirən  alimlər,  sonralar  bu  qeyri-təbii  yolla  sağılan 
südün keyfiyyətinin aşağı olmasını isbatladılar.
2
 
                                                 
1
 "Beheşte cəvanan", səh.361. 
2
 "Negahi be musiqi", səh.45. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə