İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

 
163 
təhlükə  altına  düşmək  qorxusu  heç  vaxt  evli  saleh  və 
təqvalı insanlara üz verə bilməz. 
DİNİ-İCTİMAİ PROQRAMLAR 
İslam dininin bir çox göstərişləri, o cümlədən; cümə və 
camaat  namazı,  qohumlar  arasında  əlaqə  yaratmaq,  bir 
birini  yoxlamaq,  qohum  və  dostu  ziyarət  etmək,  iftar 
vermək,  xərc  etmək,  başqalarına  qulluq  etmək,  öyrədib-
öyrənmə və sair kimi işlər ictimai tapşırıqlardandır. Yeni 
aparılan axtarışlar nəticəsində bu göstərişlərin və ictimai 
fəaliyyətlərin 
insanın 
sağlamlığında 
təsirli 
rolu 
aydınlaşdırılıb  (İslamın  bir  çox  göstərişləri  ictimai 
əsaslarda qurulmuşdur). 
Beləliklə bu tədqiqatların bəzisinə diqqət edin: 
A)  Sağlamlıqda,  dini  əməllərin  təsiri  dərman  və 
idmandan daha çoxdur  
Amerikada  bir  universitetdə  aparılan  elmi  axtarışa 
əsasən  insanların  həftəlik  dini  mərasimlərdə  iştirakının 
təsiri  dərman  və  idman  proqramları  ilə  müqayisədə 
göstərir  ki,  həftəlik  dini  mərasimlərdə  hazır  olmaq 
ömrün uzunluğunda nizamlı idman proqramlarından və 
icazəli  dərmanların  işlədilməsindən  daha  təsirlidir. 
Amerikanın  "Vaşinqton  post"  qəzeti  yazır:  Dini  həftəlik 
mərasimin  nizamlı  idman  ya  dərman  qədər  ömrün 
uzunluğunada  təsirli  ola  bilərmi?  Bu  sual,  Peterburq 
mərkəzi  tibii  universitetinin  bir  sıra  müəllimlərinin 
tədqiqat  mövzuları  olub.  Bu  tədqiqatın  nəticələri 
Amerikanın  "Ailə  təbabəti"  jurnalında  çap  olunmuşdur. 


 
164 
Onlar ölüm haqqında əldə edilmiş mütaliələrdən istifadə 
edərək,  həftəlik  ibadətlərin  2  ildən  5  ilədək  ömrün 
uzanmasında  təsirli  ola  bilməsini  proqnozlaşdırıblar. 
Belə  ki,  bu  miqdar,  3  ildən  5  ilədək  edilən  nizamlı 
idmanla və 2,5 ildən 3,5 ildən kolestrolun azalması üçün 
qəbul edilmiş dərmanla bərabərdir.  
Bu  tədqiqata  rəhbərlik  edən  keşiş  "Danyal  Hal" 
tədqiqin  əsas  ideyasını  təqdim  edib.  Göstərilən  nəticəyə 
əsasən  dini  əməllər  və  sədəqə  vermək,  dərman  üçün 
ödənilmiş pula nisbətən daha sərfəlidir.
1
 
B-  "Mişqan"  universitetində  aparılan  araşdırmalar 
tək-tənha  yaşayan  qadınlarda  ümumi  ölümün  sayının 
ictimai  qadınlara  nisbətən  1,5  dən  2-dəfəyədək  çox 
olmasını  göstərir.  Eləcədə  az  dostu  olan,  ictimai  əlaqəsi 
zəif  və  bədən  fəaliyyəti  məhdud  olan  kişilərin  ölüm 
miqdarının digərlərindən 2-3 dəfə çox olması göstərilir.
2
 
Bekarçılıq 
Ruhi  və  cismi  xəstəliklərə  səbəb  olan  amillərdən  biri 
də  bekarçılıq  və  tənbəllikdir.  Bu  barədə  İmam  Baqir  (ə) 
buyurub:  "Tənbəllik  və  hövsələsizlikdən  çəkin!  Belə  ki, 
bu  iki  şey  hər  bir  pisliyin  (o  cümlədən  xəstəliklərin) 
açarıdır.  Bekarçılıq  mühüm  mövzulardan  olduğu  üçün 
son  zamanlar  ictimai  elmlərin  tədqiqatçıları  və  həkimlər 
tərəfindən  diqqət  mərkəzinə  çevrilmişdir.  Bekarçılıq 
barəsində  aparılan  tədqiqatların  bəzi  maraqlı  nəticələri 
aşağıdakılardan ibarətdir:  
                                                 
1
 “Səlamət” həftəlik jurnalı, 1385 (h.ş) 79-cu sayı. 
2
 "Yüz yaşamaq üçün yüz məsləhət", səh.140. 


 
165 
1-  İşləyən  insanlarla  müqayisədə  bekar  insanların 
cismi  sağlamlığı  az  olur.  Cismin  zəifliyi,  ürək  və  nəfəs 
sistemi kimi xəstəliklərin artmasına səbəb olur.  
2-  Ümumi  ölümün  və  intiharın  sayı  bekar  adamlarda 
daha çoxdur. 
3-  Öz  işini  itirdyi  müddətdə  həkimlərə  müraciət 
edənlərin sayı artır. İşin itirilməsi stress əmələ gətirir.  
4- Siqaret və narkotik maddələr istifadə edənlərin sayı 
bekar  insanlardan  daha  çoxdur.  Kişilərin  bir  çoxu  öz 
sağlamlıqlarını  təhlükə  altına  atırlar.  Bekarçılığın 
kasıbçılıqla  çox  yaxın  əlaqəsi  var.  Kasıblıq  həmişə 
sağlamlıq  üçün  təhlükəlidir.  İnsanların  bekarçılığı  nə 
qədər  uzun  çəkərsə,  kasıblıq  onlara  üz  tutar.  Nəticədə 
xəstəliklər  artar.  Kasıblıq  bais  olur  ki,  insan  yeməyə, 
geyməyə, evin təmirinə, bazarlığa, yanacaq və sair işlərə 
az  pul  xərcləsin.  Bu  iş  də  xəstəliyin  çoxalmasına  səbəb 
olur.  Buna  misal  olaraq  demək  olarki,  fəqirin  yemək 
rejimi  olan  yeməklər,  (çoxlu  miqdarda  heyvan  piyi  olan 
yeməklərdən  istifadə  etmək,  fibrli  vitaminlərin  və 
mineral  maddələrin  az  istifadəsi)  ürək  xəstəliklərin 
artmasına,  kökəlmək  və  digər  xəstəliklərin  yaranmasına 
zəmin  yaradır.  Digər  tərəfdənsə  rütubət  və  qış  fəsilində 
kifayət  qədər  istiliyin  olmaması,  soyuqdəymə,  öskürək 
və xüsusilə də uşaqlarda şiddətli nəfəs yolu xəstəliklərinə 
səbəb  olur.  Bütün  bunlar  yığışaraq  sağlamlığı  təhlükə 
altına salır. 


 
166 
Beləliklə  bekarçılığın  insan  sağlamlığında  və  həyat 
tərzindəki  təsirlərini,  ruhi  və  cismi  sağlamlıqların  təsiri 
altına aldığını müşahidə edirik. 
1
 
HÜSNÜ-ZƏNN (NİKBİNLİK) 
Bir çox rəvayətlərdə imamlar bizi  hüsnü zənnə təşviq 
ediblər.  Belə  ki,  İmam  Əli  (ə)  buyurmuşdur:  "Ən  üstün 
möminlik  nikbinlikdir".  Digər  hədisdə  buyurub: 
"Nikbinlik  ürək  rahatlığı  üçün  mənbə  və  dinin 
salamatlığıdır". Eləcə də başqa bir rəvayətdə buyurulub: 
"Hüsnü-zənn  qəmi  azaldar  və  günaha  düşməkdən 
çəkindirir".
2
  
Hüsnü-zənnin cismi faydaları 
Nikbincəsinə 
düşünmək 
immun 
sistemini 
qüvvətləndirir, xərçəng xəstəliyinə ürək xəstəliklərinə və 
bir çox digər xəstəliklərə, qarşı müqaviməti artırır.
3
 
"İsna"  internet  xəbər  agentliyinin  verdiyi  məlumata 
əsasən,  İran  psixoloqlarının  fikrincə  nikbin  insanlarda 
ümumi  ölümün  sayı,  cəmiyyətin  digər  insanlarından  50 
faiz  azdır.  Belə  ki,  ürəklə  bağlı  çatışmazlıqlar  da 
başqalarına nisbətən bu insanlarda 33 faiz azdır. 
4
 
Maraqlı  burasıdır  ki,  dini  baxımdan  nikbinlik  hər 
yerdə yaxşı deyil. Məsələn: İnsanlarının çoxu pis olan bir 
yerdə hüsnü-zənn etməyə yer qalmır. Əgər belə bir yerdə 
                                                 
1
 "Daneşmən" aylıq jurnalı, 1378 (h.ş) mordad ayı, səh.47. 
2
 "Mizan  əl-Hikmənin  müntəxəbi"  kitabında  (c.2,  səh.637)  nikbinlik 
haqda bir neçə hədis. 
3
 "Yüz yaşamaq üçün yüz məsləhət", səh.133. 
4
 “Səlamət” həftəlik jurnalı, 1385 (h.ş). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə