İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   25   26   27   28   29   30   31   32   ...   51

 
116 
Oruc  -  qanazlığı,  bağırsaqların  zəifliyi  və  sadə  və 
xroniki  iltihab,  daxili  və  xarici  çibanlar,  tuperkulyoz 
(vərəmi),  revmatizm,  dəri  tökülməsi,  göz  xəstəlikləri, 
şəkər  xəstəliyi,  dəri  xəstəliyi,  böyrək  və  ciyər 
xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir.  
İmsak  (aclıq)  vasitəsilə  müalicə  etmək,  yalnız 
yuxarıdakı  xəstəliklərlə  məhdudlaşmır.  Eləcə  də,  insan 
bədənin fundamenti və bədən hüceyrələri ilə əlaqəli olan 
xərçəng, sifilis, vərəm və tauna da şəfa bəxş edir.
1
 
B) Doktor Əbdüləzizin "İslamda tibb və 
gigiyeniya" kitabında söylədikləri: 
Orucun  ən  az  əhəmiyyətli  hissəsi,  onun  ətrafında  söz 
açdığımız  maddi  və  səhhətlə  ilgili  hissəsidir.  Heç 
danılmazdır  ki,  oruz  bir  çox  hallarda  faydalı,  bəzi 
hallarda  isə,  müalicə  üçün  yeganə  amildir.  Başqa 
yerlərdə görürük ki, oruz yeganə çıxış yolu olmasa da, ən 
gözəl müalicə üsuludur.
 
Oruc aşağıdakı yerlərdə müalicə üçün istifadə edilir: 
1-  Bağırsaqların  xroniki  iztirablı  şəraitlərində  və  zülal 
ya  nişastalı  maddələrlə  mayalanma  zamanı.  Bu 
baxımlarda  oruc  tutmağın  xüsusilə  də  iki  yeməyin 
arasında  su  içməməyin  və  yeməklər  arası  fasilə 
yaratmağın  şübhəsiz  müalicəvi  əhəmiyyətləri  vardır.  Bu 
xüsusiyyət mübarək Ramazan ayında tutulan orucda tam 
surətdə riayət olunmuşdur. 
2-  Az  hərəkət  və  çox  yemək  cəbəbindən  orta  çəki.  Bu 
vəziyyətdə  iftar  zamanı  yeməkdən  mötədilliyə  riayət 
                                                 
1
 “Nümunə təfsiri”, müəllif: Məkarim Şirazi, c.1, səh.458. 


 
117 
etmək  və  səhər  oruca  başlayan  zaman  su  içməklə 
kifayətlənmək (səhər yalnız su içməklə oruc tutmaq) hər 
tərəfli faydalı müalicədir.  
3-  Yüksək  qan  təzyiqi.  Bu  xəstəlik  əyyaşlıq  və  cismi 
reaksiyalar zamanı artmağa doğru gedir. Bu zaman oruc 
öz  müalicəvi  rolunu  ifa  edir.  Xüsusilə  də  insanın  çəkisi 
təbii halından çox olarsa. 
4-  Şəkər  xəstəliyi  (Diabet).  Bu  xəstəlik  də  qan  təzyiqi 
kimi  artmağa  doğru  gedir.  Xəstəlik  başlamazdan  əvvəl 
və  yenicə  özünü  büruzə  verən  zaman  əksər  hallarda 
bədənin  çəkisi  ağır  olur.  Bu  zaman  yenə  oruc  faydalı 
müalicə  hesab  olunur.  Çünki  şəkər  xəstəliyi  kökəlməyin 
qarşısını  almaqla  azalır.  Şəkər  xəstəliyi  yüngül  olarsa 
yeməkdən  5  saat  sonra  qanda  şəkərin  vəziyyəti  öz  təbii 
miqdarından  aşağı  enər  və  on  saatdan  sonra  minimum 
təbii səbiyyəyə enər. 
Hətta  xəstə  unsilin  iynəsi  başlayıbsa  (xüsusilə  də 
xəstənin çəkisi öz təbii həddini aşarsa) ən üstün müalicə 
yolu oruc hesab olunur. 
5- Böyrəkdə şiddətli iltihab və xroniki hal olarsa. 
6- İltihablı ürək xəstəliklərindən. 
7-  Oynaqların  xroniki  iltihabı,  xüsusilə  kökəlmə 
xəstəliyilə  bir olarsa.  Belə ki, əksər qadınlar 40 yaşından 
sonra  bu  xəstəliyə  tutulurlar.  Bu  xəstəlik  haqqında 
aparılan təcrübələr göstərir ki, mübarək Ramazan ayında 
tutulan  orucun  təsiri  müasir  tibbi  aparatlardan  istifadə, 
xəstədən  qan  alma  və  s.  müalicə  üsullarından  dəfələrlə 
çoxdur. Bəlkə də yuxarıda adı çəkilən və orucun şübhəsiz 
müalicə hesab edildiyi xəstəliklər barəsində deyə bilərlər 


 
118 
ki, belə halda həkimin göstərişinə ehtiyac var. İslamda isə 
oruc sağlam insanların vəzifəsidir. 
Deməliyik  ki,  bu  deyilənlər  düzdür.  Orucun  sağlam 
insanlar  üçün  faydası  elə  bu  xəstəliklərin  qarşısını 
almağa  görədir.  Xüsusilə  də  1-2-3-4  və  7-ci  bənddə 
deyilən xəstələr üçün. 
Digər tərəfdənsə bütün bu xəstəliklər insanda tədricən 
özünü  büruzə  verir.  Belə  ki,  bu  xəstəliklər  başlayarkən 
onun düzgün diaqnozunu vermək olmur. Yəni, nə xəstə 
və  nə  həkim,  xəstəlik  ilk  dəfə  özünü  büruzə  verdiyi 
zaman onu tanıya bilmirlər. 
Çünki, tibb hələ o qədər inkişaf etməyib ki, xəstəliyin 
bütün  səbəblərini  tanısın.  Amma  tibb  baxımından  bu 
xəstəliyin  qarşısını  almaq  üçün  oruc  tutmaq  zəruridir, 
hətta  hər  bir  xəstəliyin  aşkar  olmasından  qabaq. 
Aydındır  ki,  hər  şeydən  öncə  gigiyenaya  riayət  etmək 
lazımdır. 
Statistikanın verdiyi dəqiq məlumata əsasən məlum olub 
ki, bədəndə piylənmə və kökəlmə artarsa, şəkər xəstəliyi 
qan təzyiqi, oynaqların xroniki iltihabı bə s. xəstəliklərin 
baş qaldırmasına şərait yaranır. Digər tərəfdənsə bədənin 
çəkisi nə qədər azalarsa, bir o qədər də bu xəstəliklərin 
baş qaldırma imkanı azalar.
1
 
Ğ) Oruc-bıçaqsız cərrahlıq əməliyyatı  
Tibb  elmləri  dokturu  Freyts  Bekr  deyir:  Ən  etibarlı, 
zərərsiz  və  qorxusuz  müalicə  yolu  orucdur.  Heç  bir 
müalicə  metodunu  onunla  müqayisə  etmək  olmaz. 
                                                 
1
 "İslam və yeni tibb", səh.44. 


 
119 
Mənim  və  doktor  Şeltunun  nəzərinə  görə  oruc  mədə, 
bağırsaq və sinir sisteminin ən yaxşı müalicə metodudur. 
Oruc  vasitəsilə  müalicə  olunmaq  bədəndə  yığışmış 
qalıqları rahatlıqla aradan aparma qabiliyyətinə malikdir. 
Ümumiyyətlə  orqanizmə  həyat  fəaliyyətini  yenidən 
tənzimləmək imkanını verir.  
Doktor  Simermenin  qeyd  etdiyi  kimi  oruc  bıçaqsız 
cərrahlıq  əməliyyatıdır.  Xəstəliklərin  qarşısını  almaqda 
onun  effekti  təsəvvür  olunası  deyil.  Mənim  nəzərimcə 
cavanlaşmağın  bədəni  normal  vəziyyətə  salmağın  ən 
dəyərli  metodu  orucdur.  Insana  yeni  hüceyrələrin 
peyvənd  olunması  üsulu  orucla  müqayisə  olunası  deyil. 
Doktor  Freyts  Bekr  deyir:  "Oruc  tutmaq  nə  aclıq 
çəkməkdir,  nə  də  sırf  müalicə  yolu  deməkdir":-  bir  növ 
istirahət  deməkdir.  Belə  ki,  bizim  bədənimizə  özünü 
qaydaya  salmaq,  daxili  təmizlik  və  artıq  maddələrin 
bayıra tökülməsi imkanını verir. Bu kimi möcüzəli təsirin 
sirri  bizim  canlı  orqanizmimizdə  gizlənmişdir.  Hər  bir 
insanının  daxilində  Allah  bir  müqavimət  qüvvəsi 
yaratmışdır. 
1
 
Orucla müalicənin tarixi. 
Oruc  tutmaq  mədəniyyətininin  kökləri  qədim  dünya 
tarixinə gedib çıxır. Oruc Homerdə də qədim misirlilərin 
zamanında  xəstəni  müalicə  etmək  metodlarından  biri 
olub.  Yunanlılar  və  bütün  Aralıq  dənizi  ətrafında 
yaşayanlar  öz  xəstəliklərini  oruc  tutmaqla  müalicə 
                                                 
1
 Freyts  Bekr,  "Oruc  həyatını  xilas  edə  bilər"  kitabının  ön  sözü, 
səh.19. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə