121
1- 1961-ci ildə Vladimir adlı moskvalı cavan fizik iflic
xəstəliyinə düçar olduqdan sonra 45 gün oruc tutaraq
sağalmışdır. Bu iş Moskva qəzetlərinin birində nəşr
olunmuş və dünya mətbuatında əks etdirilmişdir.
2- Yuqoslaviya alimi professor Aleksey Sevirin orucun
gigiyenik və tibbi faydaları haqqda məşhur kitabı var. O,
öz ağ saçlarını oruc tutmaqla qaralda bilib.
1
Bu iki nümunə dənizdən bir damladır, maraqlananlar
"Oruc, həyatınızı xilas edə bilər" kitabına müraciət
esinlər.
Oruc tutmaqla sağlam olmaq olarmı?
Əgər sağlam olmaqdan məqsəd bu olsa ki, insanın
gələcəkdə öz sağlamlığı üçün heç bir proqramı olmasın
və daima vaxtlı-vaxtsız ürəyi istədiyi hər bir şeyi yesin ya
zərərli adəti yenidən təkrar etsin, təbiətdə belə bir
möcüzə olmamışdır. Bu iş eynilə buna bənzəyir ki,
arıqlamış bir insan hər şey yesin, amma onun yenidən
kökəlməyəcəyini güman edək.
Xəstəliyin səbəbi aradan getməyənədək sağlamlıq
yarana bilməz. Sağlamlığı qorumaq üçün xəstəlik
törədən bütün səbəbləri araşdırıb aradan qaldırmaq və
gündəlik həyatdan silmək lazımdır. Hər hansı bir
xəstəliyin səbəbləri xəstəlik yaradan adətlərdir ki, əgər
insan yenidən ona tərəf gedərsə onu xəstələndirər. Oruc
tutaraq sağalan xəstə yenidən öz zərərverici adətlərinə
qayıdarsa, onun təzədən xəstələnməsi şübhəsizdir.
Alkoqolizmi tərk edən insan əgər spirtli içki içərsə
1
"İlk
universitet, son peyğəmbər", c.3, səh.104.