İslama əsasən seksual həyat



Yüklə 468,73 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix20.10.2017
ölçüsü468,73 Kb.
#5705
1   ...   7   8   9   10   11   12   13   14   15

www.muselmanlar.com

 

 



37 

 

d)  Sünnətin  sağlamlıq  və  seks  nöqteyi-nəzərindən 



əhəmiyyəti 

Kişi cinsiyyət üzvünü örtən və sünnət vasitəsilə götürülməli 

olan  dəridən  ətrafa  yayılan  yağ  çox  pis  bir  iy  verə  bilir.  Eyni 

zamanda o, mikrob yuvası olduğuna görə penisdə xəstəlik baş 

verməsinə gətirib çıxardır. Habelə, mikrobların qadın cinsiyyət 

üzvünə keçməyinə səbəb olur. 

Qulfə

47

 deyilən  bu  dəri  əlavə  olaraq,  cinsiyyət  üzvünün  uc 



hissəsində sürtünmələrə səbəb olur. Bu da insanı masturbasiya 

ilə məşğul olmağa aparır. Evlənməmişdən qabaq masturbasiya 

ilə məşğul olmaq vərdişi ailə həyatında seksual münasibətlərə 

mənfi təsir göstərir. Qeyd edilən sürtünmə cinsi əlaqə zamanı 

tez-tələsik  boşalmağa  da  səbəb  olur.  Bu  isə  qadının  seksual 

cəhətdən doymamağının əsas səbəbidir. Beləliklə, qulfə kişidə 

tələsik  boşalmağa  səbəb  olduğu  kimi,  qadının  seksual  həzz 

almağına  da  mane  olur.  Çünki  birləşən  cinsiyyət  üzvlərinin 

bir-birinə  təsir  etməyinə  maneə  təşkil  edir.  Buna  görə  də 

qulfəyə  təbii  həssaslığı  aradan  qaldıran  çox  qalın  bir  prezervativ 

kimi də tərif vermək olar. Buna bir də bəzi qadınlarda klitorun 

üstünü  örtən  dərininin  yaratdığı  maneəni  əlavə  etsək,  həmin 

mənfi halın hansı səviyyədə olduğunu başa düşə bilərik. 

Sünnət  olmaq  bütün  bu  problemləri  aradan  qaldırdığına 

görə  kişinin  sünnətli  olduğu  cütlər  bir-biri  üçün  seksual 

cəhətdən daha münasib olur və doyuma çata bilirlər. 

 

                                                 



47

 Qulfə (ğulfə: 

) Ərəb sözüdür. Azərbaycan dilinə Ərəb dilindən keçən qılaf sözü ilə 

eyni  mənşəlidir.  Burada  sünnət  dərisi,  qapaq  və  örtük  mənalarında  işlədilib  - 

tərcüməçinin qeydi. 

www.muselmanlar.com

 

 

38 



 

B) Qız-qadın sünnəti 

Qız  sünnəti  ilə  əlaqədar  bir  Quran  hökmü  yoxdur. 

Həmçinin  bu  məsələdə  müsəlmanlara  öhdəlik  yükləyən 

mötəbər  bir  hədis  də  yoxdur.  Bununla  belə,  peyğəmbərimizə 

(əs) aid olunan və bunu müəyyən şərtlər daxilində təsdiq edən 

hədislər var. Tarix boyu bəzi müsəlman ölkələrində də belə bir 

iş  görülüb.  Biz  bu  səbəblərə  görə  qız  sünnəti  məsələsinə necə 

deyərlər,  Qərb  dünyasından  gələn  mədəniyyət  terrorunun 

təsiri  ilə  radikal  formada  yanaşmağı,  o  cümlədən,  onu  rədd 

etməyi  münasib  bilmirik.  Ancaq  məsləhət  görülmədən  təsdiq 

olunmağındakı  qadın  seksuallığına  hörmət  tərəfini  müsbət 

qarşılayırıq. 

a) Qız-qadın sünnətinin tarixi keçmişi 

Tarixi  məlumatlara  əsasən  çox  qədim  dövrlərdən  etibarən 

müxtəlif mədəniyyətlərdə müşahidə olunan və hazırkı dövrdə 

də  davam  etdirilən  qız  sünnəti  ənənəsi  həzrəti  peyğəmbərin 

(əs)  dövründə  Məkkədə,  xüsusilə  də  Mədinədə  həyata 

keçirilirdi.  Belə  ki,  Məkkə  şəhərində  Ümmü  Həbibə,

48

 



Mədinədə isə Ümmü Ətiyyə  adlı qadınlar qız  sünnətçisi  kimi 

tanınırdılar. 

Peyğəmbərimizin  (əs)  “Qadın və kişidə sünnət olunan hissələr 

bir-birinə  toxunduğu  vaxt  qüsl  vermək  vacibdir”  hədisindəki  kişi 

                                                 

48

 Beyhəqi Şuabu-l-iman adlı əsərində belə rəvayət edir: 



Ümmü  Həbibə  Mədinəyə  hicrət  edən  Məkkəli  mühacir  qadınlardan  biri  idi.  Qızları 

sünnət etməklə məşğul olurdu. Həzrəti peyğəmbər hicrətdən sonra ona baş çəkdikdə 

belə bir sual soruşdu: 

- Sən qız sünnəti işinə davam etmək istəyirsən? 

Ümmü Həbibə bu suala sualla cavab verdi: 

- Ya rəsulallah! Məgər bu iş haram olundu? Sən bunu bizə qadağan edirsən? 

Həzrəti peyğəmbər ona: “Xeyr, xeyr! Sünnət işi halaldır”, - dedi. 



www.muselmanlar.com

 

 



39 

 

və  qadın  cinsiyyət  üzvləri  haqqında  sünnət  olunan  üzvlər 



mənası  verən  əl-xitan  sözü  işlədilib.  Bu  da  göstərir  ki, 

müsəlmanlıq  dövründə  də  qız  sünnəti  məlum  idi,  həyata 

keçirilirdi.

49

 



Bu,  ümumi  bir  məsələ  idi,  yoxsa  bəzi  ailələr  tərəfindən 

tətbiq  olunurdu?  Bunu  dəqiq  bilmirik.  Bununla  belə, 

müsəlman  kişilərə  əmr  olunduğu  halda  qadınlara  əmr 

olunmaması,  habelə,  həzrəti  peyğəmbərin  (əs)  və  məşhur 

əshabələrin  uşaqlarının  sünnət  olunduğuna  dair  mötəbər 

rəvayətlərin  olmamağı  onun  o  dövrdə  arabir  tətbiq 

olunduğunu  göstərir.  Bəzi  alimlər  hesab  edirlər  ki,  sünnət 

əməliyyatını  lazım  bilən  artıqlıq  şərqli  qadınlarda  müşahidə 

olunur; deməli, bu, onlarla əlaqədar bir məsələdir. 

Qız-qadın sünnətinin məqsədi 

Bəzi  Ərəb  qəbilələri  cinsiyyətləri  və  təcavüzə  məruz  qalan 

seksuallıqları  səbəblərindən  qız  uşaqlarını  diri-diri  torpağa 

basdırıblar.  Bunu  nəzərə  alaraq  demək  olar  ki,  qız  sünnəti 

onların  seksuallıqlarını  inkişaf  etdirmək  məqsədilə  tətbiq 

olunduğu  kimi,  bunun  səviyyəsini  azaltmaq  məqsədilə  də 

həyata keçirilib.

50

 Peyğəmbərimizə (əs) aid olunan hədislər də 



hər iki məqsədin mümkün olduğuna işarə vurur. 

b) Qız sünnətinin mahiyyəti 

Qız sünnəti qadının seksual həzz mərkəzi olan və qadında 

kişi  cinsiyyət  üzvünün  müqabili  kimi  qəbul  edilən  klitor 

üzərində aparılan kişi sünnətinə oxşar bir əməliyyatdır. Başqa 

sözlə,  “klitoru  halqa  kimi  əhatə  edən,  qaplayan,  bəzən  bir 

                                                 

49

 Buxari, Qüsl, 28. 



50

 İbn Kəsir, Təkvir surəsinin təfsiri, 8-9-cu ayələr. 

www.muselmanlar.com

 

 



40 

 

qalpaq-kisə 



kimi 

örtən 


dərinin 

aradan 


qaldırılması 

əməliyyatıdır.”

51

 

Bizim dövrümüzdə olduğu kimi, elmi cəhətdən qeyd edilən 



formada  izah edilə bilməsə  də,  belə  bir şey  var  idi  və  seksual 

ləzzət mərkəzi olmağı məlum idi. Qız sünnəti məhz buna görə 

klitora tətbiq olunurdu. Məlum idi ki, birbaşa klitora müdaxilə 

etmək  və  ya  onu  kəsib  atmaq  cinsi  şikəstliyə  gətirib  çıxardır. 

Bu  da  bilinirdi:  Sünnət  əməliyyatını  onu  əhatə  edən  dəriyə 

tətbiq  etmək  isə  qadını  seksual  cəhətdən  doyuma  çatmağına 

xidmət  edir.  Bu  səbəbdən  də  lazımi  qədər  həssas  hərəkət 

olunurdu. 

c) Məsələnin dini cəhətdən əhəmiyyət və hökmü 

Qız  sünnəti  ilə  əlaqədar  olaraq  Muhəmməd  peyğəmbərə 

(əs)  aid  edilən  hədislərdə  bu  əməliyyatın  seksuallığı  inkişaf 

etdirən cəhətinə işarə vurulur: 

“Kişilər  üçün  sünnət  olmaq  peyğəmbərlərin  yolundan  getmək 

deməkdir. Qadınlar üçün də bir dəyərdir.”

52

 

Peyğəmbərimizə  (əs)  aid  olduğunu  inkar  edən  fikirlərin 



əksinə,  onun  tərəfindən  deyildiyini  qəbul  edə  biləcəyimiz  bu 

                                                 

51

 Klitor 


“Klitorun həcmi qadından qadına fərqli olur. Baş və gövdəsinin ümumi uzunluğu orta 

hesabla  3  santimetr  olmaqla  yanaşı,  7  santimetrə  qədər  çata  bilir.    Klitorun  baş 

hissəsinin  həcmi  də  xeyli  dərəcədə  qeyri-sabitdir  və  3-8  millimetr  arasında  olur. 

Təqribən 8000 sinir lifi olan bir quruluşa malikdir.” 

Qeyd: Klitor  və  aşağıda qeyd  olunan  klitoropeksi  (ing. Clitoropexy;  bir növ cinsiyyət 

dodaqlarının  korreksiyası)  ilə  əlaqədar  məlumatlar  doktorsitesi.com  saytından 

götürülmüşdür. Əlavə olaraq baxın: Fritz Kahn, Tənasül həyatımız, İstanbul, 1971-ci il, 

s. 29. 


52

 Əbu Davud, Ədəb, 167; əs-Sünənu-l-kübra, 8/325. 

Qız  sünnəti  ilə  əlaqədar  hədis  rəvayətləri  bizim  təsbitlərimizə  əsasən  Kütubi-sittədə 

təkcə bu mənbədə qeyd olunub. 




Yüklə 468,73 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə